Bazar, 22.12.2024, 16:38
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    VEHDET
    MÜSƏLMANLARIN BİRLİYİ

     

       İslam dünyası həmişə Qərb müstəmləkəçilrinin müdaxilə və intriqaları ilə üz-üzə dayanıb. Bu müstəmləkəçi dövlətlərin müsəlman ölkələrinə soxulması daim iqtisadi və milli sərvətlərin qarət edilməsi ilə nəticələnib.

      Bu məsələ ilə qarşılaşmaq üçün İslam dünyasında mütəfəkkir və ziyalılar keçmişdən indiyə qədər müxtəlif yollar təqdim ediblər ki, onların ən vacibi islami birlik yolunda çalışmaqdır.

       Bu prosesin davamında, islam dünyasının indiki alim və ziyalıları da müsəlmanlar və İslam hökumətlərini İslam düşmənləri qarşısında birliyə və ayıq olmağa çağırıblar.

       Həzrət Ayətullah əl-Üzma Xamenei həmişə islam dünyasını birliyə dəvət edən rəhbər və alimlərdən olub və cari günəş ilini "İslami Birlik" ili adlandırmaları elə həmin məsələyə önəm verməkdən irəli gəlir. İslam İnqilabının Böyük Rəhbəri Həcc mərasiminin əhəmiyyətinə işarə edərək buyurublar: "Bu ilin Həcc mərasimi "İslami Birlik" ili olmasına xatir yeni əhval-ruhiyyəyə malik olmalıdır. Həmrəylik daim olmalıdır və İslam ümməti birlik uğrunda addım atmalıdır, amma bu ilin islami həmrəylik ili adlandırılması bir silsilə dağın ən uca zirvəsinə oxşayır və o da bu cəhətdəndir ki, İslam düşmənləri müsəlmanlar arasında təfriqə yaratmağa çalışırlar.

      İslami Birliyə nail olmaq üçün islam ümməti bu məsələnin zəruriliyi üzərində düşünməlidir. İslam İnqilabının Böyük Rəhbəri müxtəlif çıxışlarında bu məsələnin əhəmiyyətinə toxunaraq buyurublar: "Düşmənin intriqalarını görüb qarşısını almağı və müsəlman qardaşlara birliyin zəruri olmasını xatırlatmalıyam. Zarafat deyil, İslam toplumları birlikdə hərəkət etməlidirlər. Bu gün, islam bayrağını qaldırıb müsəlmanlar üçün başıucalıq tələb etmək, birlikdən asılıdır. Vəhdət və birlik hər nədən çox əhəmiyyətlidir."

      Həzrət Ayətullah əl-Üzma Xamenei islami həmrəylik və birlik mövzusu üzərində dayanaraq, Quranın bir ayəsinə istinadla buyururlar: "İslamda təkid edilib ki, müsəlmanlar bir- birləri ilə qardaş kimi davranmalı, sünni, şiə və ya başqa məzhəbdən olmalarına əhəmiyyət verməməlidirlər.

       Qurani Kərimdə deyilir ki, İnnəməl möminunə ixvə (həqiqətən möminlər bir-birləri ilə qardaşdırlar). Kimsə, Qurana , İslam dininə və qibləyə inanırsa, mömin sayılır və möminlər qardaş olaraq, bərabərdirlər. Bunu da İslam bizə öyrədib." Beləliklə, İslam İnqilabı Rəhbərinin baxışında birlik sözü bütün müsəlmanlara şamil olur və kimsə bu həssas vəzifədən boyun qaçıra bilməz.

      Təssüfflər olsun ki bəzən, sadəlövh və ya qərəzli şəxslər islami birlik və həmrəyliyi təhrif etməklə, müxtəlif məzhəblərin davamçılarında  şübhə və bədbinlik yaradırlar. Həzrət Ayətullah əl-Üzma Xamenei bu mövzuya toxunaraq buyurublar: "İslami birlik o mənada deyil ki, yalnız bir məzhəb olmalıdır. Bəzi şəxslər müsəlmanlar arasında birlik yaratmaq hədəfi ilə, müxtəlif məzhəbləri hətta inkar edirlər. Məzhəblərin inkar edilməsi problemlərin həll yolu deyil. Birlik odur ki, müxtəlif məzhəblər öz hövzələrində işlərinə davam edib başqaları ilə münasibətlərini yaxşılaşdırsınlar."

      Müxtəlif islam məzhəbləri arasında ixtilafların yaranması təbii haldır. İxtilafların həll yolu üləmalar arasında elmi və uzun müddətli dialoq və mübahisə aparmaqdır. Eyni halda, məzhəblər çoxlu ortaqlıqlara malikdirlər ki, onlara arxalanmaqla islami həmrəyliyə nail ola bilərlər.

      Həzrət Ayətullah əl-Üzma Xameneinin buyurduqları kimi bu gün islam dünyası birliyə ehtiyaclıdır. İslam dünyasının vahid mövqeyi olmalıdır. Fələstin xalqını müsibətlərdən xilas etməyin yolu birlikdən və vəhdətdən keçir. Birlik hegemonçu Amerika dövlətinin əlini Yaxın Şərq və sair islami ölkələrdən kəsə bilər.

      Hegemonçu dövlətlər, İslam dünyasında təfriqə salıb və bu ölkələrin sərvətlərini qarət etmək üçün çoxlu planlar hazırlayırlar. Həqiqətdə müsəlmanların bir çox geri qalma halları, müsibətlər və problemləri, dünyanın zülm, təcavüz və ayrı-ceçkiliyə əsaslanan ədalətsiz vəziyyətindən irəli gəlir. İslam dünyasında çoxlu potensiallar mövcuddur ki, birlik və həmrəyliyin yarandığı təqdirdə müəslmanların maraqlarını qoruyub saxlaya bilər.

      Həzrət Ayətullah əl-Üzma Xamenei bu məsələni açıqlayaraq buyururlar: "İslam ümməti bu təcavüzün qarşısını ala bilər mi? Cavab budur: Niyə , ala bilər. Biz haqqı və varlığı müdafiə etmək üçün çoxlu imkanlara malikik. Biz, İslam ümməti olaraq böyük bir ictimaiyyəti təşkil etmişik. Bizim böyük sərvətlər, mənəvi sərmayə və dahilərimiz var ki, zalımlar qarşısında müqavimətə imkan yaradır. Biz misli  görünməmiş qədim mədəniyyət və sivilizasiyaya malik olan xalqlarıq. Bəs nədən dayanmalıyaq? Şübhəsiz birliyə ehtiyac var. Bizi müxtəlif bəhanələrlə bir-birimizdən ayrı salıblar."

      Həzrət Ayətullah əl-Üzma Xameneinin nəzərincə, İslam dünyası birlik və həmrəyliyə çatmaq üçün fürsətlərdən yaxşı bəhrələnməlidir. Buna görə də , Böyük Rəhbər Həcc mərasimini münasib fürsət sayaraq buyurublar: "Tövsiyə edirəm, Həcc mərasimində İslami həmrəylik və düşmənin intriqalarına diqqət yetirin. Əlbəttə  İslam dövlətləri, o cümlədən Həcc mərasiminə ev sahibliyi edən Səudiyyə Ərəbistanı da  üzərində ağır məsuliyyəti düşünməlidir."

    Категория: Dini meqaleler | Добавил: media-islam (14.04.2008) | Автор: AYETULLAH SİSTANİ W
    Просмотров: 2678 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər