Bazar, 24.11.2024, 17:10
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Mehdi (a)

    ZÜHUR HAQQINDA
    İnsanın öz tələb olunan və nəhayət kamalına tərbiyə və hidayətinin iki mərhələsi ola bilər: Biri yolu göstərmək və digəri məqsədə çatdırmaq və ya tələb olunana aparmaq.
    Düzəlmək və gözəl xasiyyətləri kəsb etmək yolunu bizə göstərən müəllim ya ustad istəyir ki, birinci yolla bizi hidayət etsin. O, yalnız yolu göstərir və onun sözləri bizim tezliklə məqsədə çatmağmıza səbəb olmur. Bununla belə bizim iradə və daxili və xarici maneələrlə mübarizəmiz də lazımdır ki, tərbiyə işi baş tutsun.
    Aydındır ki, əxlaq müəllimləri insanın tərbiyəsüi barədə hər nə deyələr və yazalar onun ən doğrusunu vəhy və Əhli-Beytin təlimlərini sərçeşməsindən götürmüşlər. Onlardan daha öncə və daha çox peyğəmbər və övliyalar bu barədə insanlar üçün yol göstərmişlər ki, səmavi kitablar və bizim hədis xəzinələrimiz bu dəyərli maarriflə doludur.
    Əsrin İmamı (ə.c) qeybdə olduğuna görə bu məsələdə imkanı daha azdır. Bunun əksinə olaraq onun pak ataları bu məsələdə daha çox müvəffəq olmuşlar.
    Imam o, əziz imam tərbiyənin digər mərhələsinidə ki, həqiqətdə işin əsl hissəsidir keçmiş imamlar kimi mühüm rolu vardır.
    Maraqlı odur ki, işin bu mərhələsində əvvəlki mərhələnin əksinə olaraq imammın hissi iştirakına (imamdan görmək və eşitmək kimi) ehtiyac yoxdur. Bu imamın uca ruhudur ki, öz təkvini vilayəti ilə öndərlik edir və oda qeybət və hüzura malik deyildir.
    Tələb olunana çatdırmaq, yəni tələb olunana idarə etmək və daxili və xarici maneələri aradan qaldırmaqda bizə kömək edən, bir şəkildəki bizim xeyrimiz ondadır.
    Şəbaniyyə münacatında oxuyuruq: “ilahi mən özümdə Sənə üsyan etməkdən qaçmaq üçün güc və qüvvə görmürəm. Bir vaxdan başqa ki, o vaxt Sən öz məhəbbətinlə məndə bir növ oyaqlıq və cazibə yaradırsan”.
    Həqiqətən də İlahi inayət zamanı insan özündə yolu qət etmək üçün ciddi iradə və təkrar şövq görür. Bu hallara cazibə deyilir ki, əsrin İmamı tərəfdən bizə çatır. Gözəl bir dostla tanışlıq, faydalı bir kitab oxumaq, mükəmməl bir şəxslə evlənmək, əxlaqiyyata hazırlanmış bir fakultə ya universitetə daxil olmaq və.s düzdür ki, hamısı zahirən seçgisiz hadisələrdir, amma onun arxasında İmamın əli vardır ki, hər il bizim müqəddəratımızı təyin edir. Bu bir müvəffəqiyyətdir yol göstərməkdən başqa bu işlərlə əsrin İmamı öz dostlarını tələb olunan və nəhayət kamala çatdırır.
    Bu müvəffəqiyyət hər bir həqiqi kamal axtaran insanın halına şamil ola bilər və hamısı Əhli-Beytin vilayət məqamı tərəfindəndir və əlbəttə Allahın izni ilədir.

    İmam Zaman (ə.c)-ın bu qədər müsəlmanın olmağı ilə
    belə zuhur etməməyinin səbəbi nədir?
    Bəşəriyyətin nicat verəni və dünyada mütləq ədaləti bərpa edən İmam Zaman (ə.c)-ın zuhuru bir məsələdir ki, şərait və nişanələri vardır. Bəs zuhurun baş tutması və onun nişanələri nədir?
    Zuhurun 2 əsas şərti vardır:
    Birinci şərt “hazırlıqdır”. Yəni, İmamın (ə.c)-ın və onun hökümətinin vücuda gəlməsi üçün zəminənin yranması. Yəni, İlahi hökümətin dünya cəmiyətinin əksəriyyəti üzərində mühəqqəq olması.
    Bu günün cəmiyyəti keçmişdəkinə nisbətən daha çox kamilliklərə malikdir. Bu məsələ inkar olumazdır. Əql öz fərdi və ictimai şaxələrində inkişaf etmişdir. Dünyada diktator hökümətlərinin yerinə demokratik hökümətlərin meydanaa gəlməsi bəşərin əqli təkamülünün nümunəsidir.
    Amma digər əsas şərt ki, əgər o hasil olmasa əql bir yerə yetişməyib və hər gün bəşərin heyrət və çaşqınlığı daha çoxalır, vəhyə və onun nişanələrinə olan ehtiyac hissidir. Bəşər gərək başa düşə ki, vəhy və onun göstərişləri olmadan yolu quyudan seçə bilməz. Yalnız bu halda gözlərini sənmaya dikəcək ki, ona oradan yolu göstərsinlər. Bu hissin zuhurun şərti hesab olunması rəvayətin məzmunudur. Belə ki, rəvayətdə gəlmişdir ki, camaat axır zamanda bəşərin bütün üstün iddialarını təcrübə edəcək və bir nəticəyə gəlməyəcəklər. Bu həmin məsələ çərçivəsində təfsir oluna bilər. Bu zühura ümümdünya hazırlıqdır. Etiraf olunmalıdır ki, hər gün bu şərtin mühəqqəq olmasının yaxınlaşmasına baxmayaraq hələ bu dünya görüşü yayılmayıb.
    İkinci şərt “güc toplamaqdır”.
    O, həzrətin zuhurunun digər şərti müxtəlif sahələrdəki ədalətin bərpası üçün qüvvələrin toplanmasıdır. Mehdi (ə.c) qüvvələrinin xüsusiyyətləri və bu gün onların yer üzündə sayə nə qədərdir?
    Zuhuru gözləyənlər iki dəstədir: Bir qrup firavanlıq və neymətlərin bolluğu üçün zuhuru istəyirlər və bir qrup öz İmamına aşiq olub onu öz həqiqi məşuqu bilir. Birinci dəstə müsibət və problemlərdə öz imamının fikrinə düşüb ondan kömək diləyirlər. İkinci dəstə həmişə onun fikri ilə yaşayırlar və bir an belə ondan qafil olmurlar.
    Həzrət Yusif (ə) Həzrətu yəqub (ə) bir mətləb buyurur: “Ey övlatlarım! Gedin və Yusif və qardaşını axtarın”. (Yusif-87)
    Amma o vaxt ki qardaşlar Yusifi tapdılar dedilər: “Ey Misir Əzizi (padşahı)! Çətinlik bizə qalib gəlmiş və az bir qazanc gətirmişik. Sən bizim peymanəmizi kamil et və bizə bəxşiş ver. Çün ki, Allah bəndələrinə əcr əta edəndir”. (Yusif-88)
    Yəqub Yusifin özünü istəyir, qardaşları isə peymanənin kamil olmasını.
    Birinci qrupun rabitəsi qeyri-sabit və müvəqqəti, ikinci qrupun rabitəsi isə möhkəm və həmşəlikdir. Birinci mərhələdən keçib ikinci mərhələyə qalxmaq lazımdır ki, İmama olan ehtiyac daimi olsun.O zaman o qeybət ki, bizə bizim qəflətimizə görədir, hüzura (İmamın hüzuruna) dönəcək və onun nişanəsi hər şeyi göstərən İlahi aynada əks olunacaq. Aləmin xilaskarını gərək Yəqub kimi gözləyək ki, fərəc libası onun qamətini bəzəsin.
    İmamın zühurunun fayda və əsərləri nədir?

    Bəziləri belə düşünmüşlər ki, İmam Məhdi (ə.c)-nin zühurunu gözləmək gerilik və ya məsuliyyətlərdən qaçmaq və zülm və haqsızlıq müqavilində təslim olmağa səbəbdir. Belə ki, bu böyük zühura etiqad bəsləməyin məfhumu dünyanın islah olunmasından ümüdsüz olmaq və hətta o, həzrətin zühuruna zəminənin yaranması üçün zülm və fəsadın yayılmasına kömək etmək deməkdir... Bir halda ki, bu heç də belə deyil və bu böyük zühurun intizarı bir çox qurucu əsər və bərəkətlərə malikdir ki, aşağıda bir neçə nümunəyə işarə edirik:
    1)Fərdi özünüislahetmə: Belə bir dəyişiklik hər şeydən qabaq hazır ünsürlər və insani dəyərlərə möhtacdır ki, dünyada bu cür böyük bir islahatları boynuna götürsü və bu birinci dərəcədə o böyük proqramları həyata keçirmək üçün yüksək düşüncə səthinə və ruhi və fikri agahlıq və hazırlığa möhtacdır. Dar düşüncəlik, qısa baxışlar, əyri fikirlilik, paxıllıqlar, uşaqcasına ixtilaflar, ağılsızlıq və ümumiyyətlə hər cür nifaq və pərakəndlik zuhur gözləyənlərin mövqeləri ilə uzlaşmır.
    Mühüm nöqtə budur ki, həqiqi intizar çəkən bu cür mühüm proqram üçün heç vaxt tamaşaçı rolunda qalmayıb mübarizlər cərgəsində yer tutmalıdır.
    Bu cür bir dəyişikliyin nəticəsinə olan iman ona heç vaxt icazə verməyəcək ki, müxaliflərin cərgəsində olsun və müvafiq olanların cərgəsində olmaq “pak əməl” və “daha pak ruhun” olmasını və şücaət və kifayət qədər agahlıq tələb edir. Əgər mən özüm fasiq və pis bir adamamsa, necə ola bilər ki, nizamın intizarında olum ki, o nnizamda fasiq və pis insanlar heç bir rol oynamayıb bəlkə əksinə olaraq o nizamda çox alçaq və mənfur olacaqlar. Aya bu intizar ruh və fikrin təmizlənib, cism və canın aludəliklərdən yuyulması üçün kifayət deyildir?
    Tam mənada fikri və əxlaqi, maddi və mənəvi bir “hazır ol” mənasında bütün dünyanı islah edəcək bir şəxsin intizarı... Düşünün görün bu cür bir “hazır ol” necə də qurucudur.
    Həqiqi intizarın mənası budur. Aya bir kəs deyə bilərmi ki, bu cür intizar qurucu deyil?
    2) İctimaiyyətdə özünə köməkliklər: Həqiqi intizarda olanın eyni halda vəzifəsidir ki, tənha özü düşünməsin. Bəlkə bir-birinin halını nəzərə alsın və öz islahında əlavə başqasınında islahına çalışsın. Çünki yolu gözlənilən böyük və ağır proqram adi fərdi bir priqram deyildir.
    Dünyanı islah edəck şəxsin intizarının digər bir qurucu təsiri də budur.
    3) İmam Məhdi (ə.c)-ın yolunu gözləyənlər fəsad mühütündə zay olmurlar: O zaman ki, fəsad yayılır və cəmiyyətin böyük əksəriyyətini aludə edir, bəzən pak şəxslər çətin psixoloji gərginliyə məruz qalır. Bir gərginlik ki, düzəlməyə olan ümüdsüzlükdən meydana gəlir. Bəzən onlar belə düşünürlər ki, artıq iş-işdən keçmişdir və artıq islah olunmağa ümüd yoxdur və özünü pak saxlamaq üçün səy və təlaş yersizdir... Bu ümüdsüzlük onları tədricən fəsada və mühüdlə barışmağa çəkir.
    Onlara ümüd ruhu verən və özünü qorumaq üçün müqavimət göstərməyə və fasiq mühütdə azmağa qoymayan yeganə amil nəhayət islaha olan ümüddür.
    Bu dəlilə əsasən “ümüdü”fasiq fərdlərin tərbiyəsində təsirli bir amil kimi tanımaq olar. Necə ki, fasiq mühüddə olan pak şəxsiyyətlər də ümüdsüz özlərini mühafizə edə bilməz.






    Источник: http://islam-azeri.az
    Категория: İmam Mehdi (a) | Добавил: al-shia (25.12.2007) | Автор: Meşhedi Sadiq W
    Просмотров: 2709 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər