Ya İmam Zaman cahan sənin intizarındadır!
Bismillahirrəhmanirrəhim.
Yəzid kimdir və Yəzidin əməllərinə haqq qazandırmaqla Peyğəmbər (s) ürəyini dağlayanlari, Yəzid kimiləri tanıyaq.
Bu məqalə əslində “Əbu Bəkr” məscidinin internet saytında yerləşdirilmiş məqalənin cavabıdır. Məqalə sahibi Vəhhabi əqidəsinin qidalandığı İbni Teymiyyənin kitablarından istifadə etdiyi üçün elə bu səbəbdən saytda yerləşdirdiyi bu parazit yazısını “İbni Teymiyyənin Yezid ibni Müaviyyə haqda fətvası”adlandırıb. Cavab vermeyə başlamazdan öncə İbni Teymiyyə haqda qısa bir məlumat verək.
Əhməd ibni Əbdul həlim ibni Teymiyyə adı ilə məşhur olan bu bədbəxt hicri tarixinin 661-ci ilində Rəbuil-əvvəl ayında Suriyanın Hərran şəhərində anadan olub. Yeddi yaşında ikən monqolların hücumundan amanda qalmaq üçün ailəsi ilə birlikdə Şam şəhərinə (indiki Dəməşq) köçüb. Atası hənbəli məzhəbindən olan ruhani idi, elə buna görə də atası onu hənbəlilər mədrəsəsinə qoydu. İbni Teymiyyə 698-cı ilə qədər Dəməşq şəhərində adi hənbəli ruhanisi kimi yaşayırdı.
Amma elə ki, “Risalətul-həməviyyə” kitabinı yazdı özünün haqq yolundan azdığını biruzə verdi. Bu kitab Himat şəhərinin əhalisi tərəfindən verilən suallar üstündə tərtib olunub ki, İbni Teymiyyə bu kitabda Allah üçün açıq aşikar cəhət və məkana qail olduğunu göstəribdir. İbni Teymiyyə iddia edirdi ki, Allah asimanda öz ərşində oturub. Bunun üçün Quranda mütəşabih ayələri sübut kimi gətirib iddia edirdi ki, Peyğəmbər(s)-n səhabələri də bu əqidədə olublar. Digər tərəfdən iddia edirdi ki, peyğəmbərlər və ilahi övliyalar dünyadan gedəndən sonra sair ölülərlə onlar arasında heç bir fərq yoxdur. Əhli-beytin fəzilətləri haqqında şiə və sünnü raviləri tərəfindən nəql olunmuş və yekdilliklə qəbul olunan rəvayətləri inkar edərək onları qondarma adlandırırdı. Özü əslində hənbəli məzhəbindən olmasına baxmayaraq Əhməd ibni Hənbəlin Əli (ə)-n fəzilətlərini sübuta yetirmək üçün çəkdiyi zəhmətləri heç etdi. İbni Teymiyyə filosof, mütəkəllim və fəqihlərin olduğu bir yerdə Allahın cism və onun bir məkanda qərar tapdığı haqda fikirlər yürütməyə başladı.
Peyğəmbər (s)-n qəbrini ziyarət etməyi haram etdi. Peyğəmbərlərin ilahi ovliyaların pak ruhlarına təvəssül etməyi şirk adlandırıb onların mövludlarını qeyd etməyi bidət elan etdi. Şübhəsiz hər bir zamanda İslam dünyasında qeyrətli alimlər İslami dəyərləri və Quranın nailiyyətlərini müdafiə ediblər. Əhli sünnət aləmində indiyə qədər heç görünməyib ki, bir hənbəli alimi bu qədər şəriət məhkəməsinə çağırılıb dəfələrlə sürgün olunsun. Hətta zindanda olanda belə oxuyub yazmaqdan məhrum olunsun.
İbni Teymiyyənin şagirdi İbni Kəsir “əl-Bidayətu vən-Nihayə” kitabında yazır:-698-ci ildə alimlər İbni Teymiyyəyə qarşı qiyam etdilər ki, onu qazi Cəlaluddin Hənəfinin hüzuruna qətirsinlər, lakin O gəlmədi. 705-ci ilin Rəcəb ayının 8-də şəhərin qaziləri bir yerə yığışdılar və onunla “əl-Vasitiyyə” kitabı haqqında bəhs etdilər ki, Kamaluddin Zəməlkani onunla münazirə etdi. Şə`ban ayının 7-də onu Misirə sürgün etdilər. O Misirdə də öz əqidəsini yaymağa başladı. Orada Səms ibni Ədnan onunla münazirə edib onu məğlub etdi və qazi İbni Məhluf Maşki onu həbs etdi. Misirdə və Şamda onun əleyhinə rəsmi bəyanatlar verildi. 707-ci ildə rəbiul-əvvəl ayının 22-də azad oldu və yenə də öz əqidəsini yaymağa başladi. Onda İbni Əta onunla münazirəyə oturdu və qazi Bədruddin ibni Cəmaət onun danışiğinda Peyğəmbər (s)-ə qarşı ədəbsizliyi görəndə onu zindana saldı. 708-ci ilin əvvəllərində azad oldu. Onun zindandan azad olub yeni fəaliyyəti səbəb oldu ki, 709-cu ilin səfər ayında İskəndəriyyə şəhərinə sürgün olunsun. 8 ay sürgündə qalandan sonra Qahirə şəhərinə qayıdır və 712-ci ildə Şama köçür. Şamdakı alimlərin çoxlu şikayətləri nəticəsində şəhərin hakimi onu Dəməşqdəki qalada həbs edir və hər cür yazıb oxumaqdan onu məhrum edir. 712-ci ildə zindanda ikən vəfat edir. İbn Kəsir “Tarixu Dəməşq” kitabında yazır:-“Ibni Teymiyyə Dəməşqdə qala zindanında öləndən sonra tərəfdarları onun cəsədi ilə vidalaşmaq üçün icazə aldılar. Zindana daxil olub onun meyyitini dövrəyə alıb hələ ona qüsl verilməmiş Quranın tilavətinə başladılar. Sonra təbərrük məqsədi ilə hərəsi onun üstünə parça salıb götürürdü. İbn Teymiyyənin cəsədinə qüsl veriləndə onun müridləri ona verilmiş qüsl suyundan içdilər. Tərəfdarları bir-bir gəlib onun cəsədi ilə vidalaşmağa başladılar”.
Mümkündür bəzi adamlar sadəlövhlük üzündən desinlər ki, əqidə uğrunda bu cür müqavimət göstərmək alqışa layiqdir. Lakin unutmaq lazım deyil ki, haqqa qarşı inadkarlıq göstərmək əqidə uğrunda mübarizə sayılmır. Çünki haqqın müqabilində inadkarlıq rəzil sifətlərdəndir. Amma əqidə əgər müqəddəs olsa onun uğrunda mübarizə aparmaq lazımdır. Həqiqət gün kimi aydın olduğu bir halda Peyğəmbər (s) və ondan 700 il sonra gəlib möminlərin sübuta yetmiş əqidələrini məsxərəyə qoymaq qəhrəmanlıq yox ən azı gicbəsərlikdir. Möminlər 700 il Peyğəmbər (s)-n qəbrinə ehtiram edib üstündə məqbərə tikməklə ona öz məhəbbət və əlaqələrini göstəriblər. Amma birdən birə günlərin birində İbni Teymiyyə kimi cahil meydana atılır və bütün müsəlmanları müşrik elan edir. Belə bir həssas vaxtda islamın mühafizəçiləri və dörd məzhəbin alimləri onun əqidəsinin xarab olduğunu camaata çatdırırlar.
Bəli günümüzün aktual məsələlərindən biri bir gurup guya “din xadimləri” adı altında fəaliyyət göstərənlərin, fitnə yaradanların qabağında müqavimət göstərib insanların müqəddəs İslamın həqiqətlərindən azmasına mane olmaqdır. Məqalənin müəllifi 1-ci səhifədə yazır: “Rafizilər səhabələri söyür və buna görə də alimlər səhabələri söyən hər bir kimsənin cəzalandırılması fətvasını vermişlər. Vaxt keçdikcə hətta səhabələri kafir hesab edənlər də meydana çıxdı”
Cavab;-Əvvəla səhabə kimdir?
Peyğəmbər (s)-n zamanında onunla oturub- duran, söhbətlərindən faydalanan şəxslərə səhabə deyilir. Amma Peyğəmbər (s)-n dövründə dünyaya göz açıb və ya Onunla qısa müddətli müsahibətə nail olan səhabə adlanmaz.
Eyni zamanda Peyğəmbər səhabəsi olmasına nail olmuş adamlar arasında da münafiqlər olmuşdur ki, Qurani-Kərim onlar haqda buyurur: ”Münafiqlər sənin yanına gələndə deyirlər, biz Sənin Allahın peyğəmbəri olduğuna şəhadət veririk. Allah Sənin Onun peyğəmbəri olduğunu bilir, amma Allah münafiqlərin yalan danışdıqlarına şəhadət verir”. (Munafiqun. ayə 1) Quranda tam bir surənin münafiqlərə həsr olunması bizə əsas verir ki, Peyğəmbər(s)-n ətrafında bu cür şəxslərin çoxluğuna inanaq. Quranda bu cür münafiqlərin tanınıb aşikarlanmasına çox təkid olunub. “Sizin ətrafınızda olan bədəvi ərəblərin bəziləri münafiqdirlər. Mədinə əhlinin də bəziləri nifaqla səciyyələniblər ki, Sən onları tanımırsan.(Tövbə ayə101)
Əgər Peyğəmbər səhabələri içində belə münafiqlər olubsa və Allah-təala onların ifşa olunmasına təkid edirsə bəs nəyə görə bəziləri onları nəyin bahasına olursa olsun yayındırmağa çalışırlar. Çalışırlar ki, Allah və Peyğəmbərin lənətlədiyi adamları qorusunlar. Əsas məqsəd də onları zaman keçdikcə pak və ilahi övliyalar kimi camaata tanıtdırmaqdır.
Yəzidin İslam tarixində törətdiyi faciələri və müsəlmanların ona olan münasibətini araşdırmazdan əvvəl lazım bilirik ki, belə bir şərəfsiz fasiqin müsəlman olma səbəblərini aydınlaşdıraq.
Əhli sünnət alimləri ki, Əmirəlmöminin imamətliyini inkar edirlər, Əbu Bəkr, Ömər, Osman və Əlinin xilafətinə mötəqiddirlər, deyirlər ki, İslam ümmətini hifz etmək üçün Peyğəmbər xəlifəsinin və rəhbərin olması vacibdir. Amma bununla belə Peyğəmbərdən bu haqda heç bir xəbər yetişmədiyi üçün (yəni Peyğəmbər özündən sonra xəlifə tə`yin etməyibdir) gərək xəlifə şura vasitəsilə seçilsin.
Biz əhli sünnətin bu iddialarının müqabilində deyirik;-Əgər xəlifənin seçilməsində meyar şura olsa və biz fərz edək ki, Əbu Bəkri ümmət seçib, bəs onda Ömər ibni Xəttabın xəlifəliyinə heç bir əsas yoxdur. Çünki Ömər ibni Xəttabın xəlifəliyi Əbu Bəkrin təyinatı ilə baş verib onun xəlifəliyində nə ümmətin və nə də şuranın heç bir rolu olmayıb. Burada əhli sünnətdən sual olunur, Əbu Bəkrin bu tə`yinatından belə məlum olur ki, O, Peyğəmbərdən daha artıq dərəcədə ümmətin halına yanıb və narahat olub? Yaxud ümmətin hifz olunub dinin davamlı olması üçün rəhbərə ehtiyacı olduğunu Peyğəmbərdən daha yaxşı dərk edib? Xeyir bu ola bilməz, çünki Peyğəmbər kamil bi insan idi ki, Allah-təala tərəfindən ilahi hidayətlə əhatə olunmuşdu.
Əhli sünnət bu işkalın müqabilində iddia edir ki, əgər xəlifə özündən sonrakı xəlifəni təyin etsə kifayət edər. Elə xəlifənin təyini ondan sonrakı xəlifənin xilafətini isbat edir. Əhli sünnətin bəziləri xəlifənin seçilməsində şuranı və qabaqkı xəlifənin təyinini kafi bilmir. Çünki burada Müaviyənin, onun kimi sair bəni üməyyə və bəni Əbbas xəlifələrinin xilafəti meydanda qalır. Axı onların xilafəti nə şura və nə də təyin yolu ilə olmamışdur. Ona görə də onlar zor və güc yolunu xilafəti isbat edən vasitə kimi qəbul edirlər. Beləliklə əhli sünnət xilafətə yetişməyi beş yolda xülasələndiriblər:
1- Şura
2- Qabaqkı xəlifənin təyini
3- Zor və ya güclə xilafəti ələ keçirmək
4- Ümmətin icması
5- Camaatın beyəti
Amma şiə məzhəbinə görə əql və nəqlin hökmünə əsasən Peyğəmbər canişini gərək məsum olsun. Aydındır ki, məsumu tanıyıb seçmək yalnız elmı bütün varlıqları əhatə etmiş Allaha məxsusdur.
Burada sual yaranır ki, bəs Yəzid müsəlman ümmətinə hansı yolla müsəllət olmuşdu? İmam Həsən (ə)-n Müaviyə ilə bağladığı sülh müqaviləsinin şərtlərindən biri bu idi ki, O, özündən sonra vəliəhd təyin etməsin. Amma bunun əksinə olaraq Müaviyə Yəzidi vəliəhd təyin edib bütün əyalətlərdən zorla onun üçün beyət aldı və can verəndə onu yanına çağırıb dedi:- “Mən bütün ümməti sənin üçün ram etmişəm, məndən sonra Mədinə əhlinin işinə yetişərsən. Sənə tövsiyə edirəm ki, Muslim ibni Uqbəni ora göndər. Çünki o sənin xilafətin üçün xeyirxahdır. Sonralar görün Yəzid atasının vəsiyyətinə necə əməl etdi;
“İbni Teymiyyənin Yəzid ibni Müaviyyə haqda fətvası” məqaləsinin müəllifi Yəzidin xilafətə gəlməsi haqda birinci səhifədə belə yazır: “Yəzid Osman ibni Əffanın xilafəti dövründə doğulmuş və o heç Peyğəmbəri (Ona və ailəsinə Allahın salat və salamı olsun!) görməmişdir. Alimlərin yekdil rəyinə görə O, səhabə, məşhur elm adamı və adlı-sanlı əməli salehlərdən olmamışdır. O sıravı gənc bir müsəlman idi. O nə kafir nə də zindiq olmayıb. Atasından sonara bəzi müsəlmanların razılığı, bəzilərinin isə narazılığı ilə xılafətə varis olmuşdur. Onda əliaçıqlıq və şücaətlilik mövcud idi. Həmçinin onun əleyhinə olanların uydurulduğu kimi heç də çirkin işlərlə məşğul olmazdı.Yəzidin xilafəti vaxtı iki böyük hadisə baş vermişdir
1-ci:-Hüseynin qətlə yetirilməsi. «Yəzid Hüseyni qətlə yetirməyi əmr etməmiş…..»
Bu qısa məqalədə biz Yəzidin törətdiyi sair cinayətlər barədə danışmayacağıq, elə məqalə sahibinin özünün etiraf etdiyi “iki böyük hadisə” haqqında araşdırma aparacağıq.....
Bütün hədis nəql edənlər Yəzidin Mədinə valisinə Hüseyn (ə)-dan zorla da olsa beyət almasını və imtina etdiyi halda qətlə yetirilməsi haqda əmr etdiyinə yekdildirlər. Hüseyn Mədinə hakiminin əlindən xilas olandan sonra Məkkəyə getdi. Amma Yəzid əl çəkməyib hətta o Həzrətin Kəbə evinin kənarında da olsa qətlə yetirilməsi üçün ikinci dəfə Məkkəyə bir dəstə göndərdi. Hüseyn (ə) oradan İraqa tərəf hərəkət etdi. Yəzid bundan xəbərdar olanda İbni Ziyadı Bəsrədən Kufəyə göndərdi və göstəriş verdi ki, Hüseynlə vuruşmaq üçün qoşun qöndəsin. Hüseydən beyətdən başqa heç bir təklif qəbul etməsin. Əks təqdirdə Onu öldürüb cəsədlərinin üstündən at qovub, kəsilmiş başlarını mənim üçün göndər.
Yəzidin bu fərmanından sonra hansı əsasla bir qurup təəssübkeş kor insanlar gəlib ona haqq qazandırırlar. Belə bir iddia irəli sürürlər ki, Yəzid Hüseynin qətlinə nə inki fərman verməyib hətta buna razı olmayıb. Bu cür korlara məsləhət bilərdim ki, Hənbəli məzhəbi və İbni Teymiyyə tərəfdarları tərəfindən xüsusi etibara malik olan Zəhəbinin və İbni Kəsirin tarixlərinə müraciət etsinlər. Bundan əlavə sübutlar əldə etmək üçün Təbəri, İbni Əsir, İbni Xəldun və İbni Əsakir tarixlərinə müraciət edə bilərsiniz. Belə bir tarixi faktı hansı və nə əsasla inkar edənlərin dəlillərinə nəzər salanda bu adamların İbni Teymiyyənin ideyalarından qidalandıqları məlum olur. Bu da İbni Teymiyyənin Əhli beytə qarşı qərəzli mövqedə olmasından irəli gəlir. İbni Teymiyyə «Rə`sul-Hüseyn» kitabının 207-ci səhifəsində yazır:- Yəzid nəinki Hüseynin qətlinə sevinmədi hətta onun qətlinə görə narahat olduğunu bildirdi. Allah Yəzidin niyyətinə bu işdə bizdən agahdır. Çünki məlumdur ki, əvvəldə Hüseynin qətlinə fərman verməyib, amma eyni halda Hüseynin qatillərindən də intiqam almayıb, hətta onları cəzalandırmayıb. Çünki onların əməlləri Yəzidin hökümətini hifz etmək üçün idi. Yəzid, Hüseyn öldürüləndən sonra Onun haqqını əhli beytinə qaytarmadı» ......
“İbni Teymiyyənin Yəzid ibni Müaviyyə haqda fətvası” məqaləsinin müəllifi 2-ci səhifədə yazır:- Yəzid deyərdi; «Mən İraq camaatından Hüseyni qətlə yetirmədən razı olardım». Lakin buna baxmayaraq Yəzid əslində ona vacib olduğu halda Hüseynin qətlinə etirazını camaata bildirməmiş, onun qisasını almamış və tərəfini saxlamamışdır......
1ci hissənin sonu
Hacı Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05: email:kerrar@mail.ru
Media-islam.Com |