Bazar, 22.12.2024, 07:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    SEVGİNİN eSL ÜNVANI
     
    Sevgi! İnsanın yaranandan bəri xilqətində yoğrulduğu bir həqiqət. İlk növbədə sevgi ən üstün kamal olaraq Allahın özünə bəslədiyi məhəbbətdir. Sevgi kamal hesab olunanıı sevməkdir, kamal olaraq seçdiyimiz hədəfin həqiqətdə nə dərəcədə kamil olub-olmamasından asılı olmayaraq. Sevgi elə bir müəmmadır ki, nə gözlə görmək olur, nə əllə toxunmaq, nə də dillə ifadə etmək. Hətta bu möcüzəvi hissdən yalnız maddənin var olduğunu, maddədən qıraq heç bir şeyin olmadığını iddia edən materialistlər belə yan keçə bilməmişlər.

        Sevgi elə bir sirli həqiqətdir ki, tarix boyu insanların araşdırma obyektinə çevrilmiş, bəzən bunu söyləyənlər həqiqəti inkar edənlər və onu insanların uydurduğu şirin bir nağıl adlandıranlar belə tapılmışdır. Amma bunu söyləyənlər əslində həqiqəti kor-koranə inkar edənlərdir.


        Sevgi elə bir müdhiş hissdir ki, bəşər övladı sevdiyi uğrunda canını belə sevə-sevə fəda verər. Əsl sevən bu dünyanı zillət, cəfa bilib, tezliklə öz məşuquna, onun görüşünə tələsərək şəhidlik məqamını əldə edir. Bu günə qədər bəşəriyyətin keçdiyi ömür yoluna nəzər salsaq tarixin insanlığı heyrətə bürüyən neçə-neçə qəhrəmanlıq, fədakarlıqlarla zəngin olduğunu görərik. Nədir insanlara bu qədər cəsarət verən? Nədir uğruna hər şeyini qurban verməyə vadar edən səbəb?! Əlbəttə sevgi, eşq!

        Bəzən insanlar sevməli olduqlarını deyil, çəkinməli olduqlarını sevmiş, ona bağlanmışlar, dünya və axirətini belə ona qurban vermişlər. Bəzi insanlar pul sevgisi, şöhrət-nüfuz sevgisi, rahatlıq və şəhvətdən aldığı zövq sevgisi və s. uğrunda yaşamış və bunları hədəf seçmişdir. Beləliklə, əsl sevginin məqsədi insanı ucaltmaq, aliləşdirmək, kamilləşdirmək olduğu halda, belə "sevgi" isə insanı ən aşağı səviyyəyə salmaq, onu məhv etməkdə iddialıdır.

        Hansı sevgini, hansı yolu seçdiyimizə nəzər salaq. Kamilləşməkdirmi hədəfimiz, yoxsa cahilləşmək? Kamilləşməkdirsə, ən üstün kamala, ən yüksək sevgiyə sahib olanı – Allahı sevək. Əsl mənada, minnətsiz, təmənnasız, riyasız, saf, təmiz qəlblə sevək. Həmin qəlb özü də daima sahibini sevmək, onun üçün döyünmək, onun üçün hiss etmək, onun üçün sevinmək, onun üçün ağlamaq intizarındadır. Qəlbimizi o sevgidən uzaqlaşdıracaq hər bir şeydən uzaq olaq. Çünki əks təqdirdə məhvə düçarıq.

        Bütün insanlar nöqsansız sevgi, ideal eşq axtarışındadır. İnsandakı bu fitri yanğını heç bir bəşəri sevgi söndürə bilmir. Çünki, insan cövhərində olduğu o eşqi bəşərdə axtarmağa çalışdıqca, yanıldığını başa düşür. Axı, insan naqisdir və mütləq, kamil sevgini bəsləmək iqtidarında deyil. İnsan içindəki o saf məhəbbətə susamış qəlbini yalnız kamil Allah sevgisi ilə razı sala bilər. O Allah ki, hər şeyi yaratmış və insanın ixtiyarına saysız-hesabsız nemətlər təqdim etmişdir. Biz Onun sayəsində varıq, biz Onun sayəsində yaşamağa, Onu sevməyə, Onu hiss etməyə fürsət əldə etmişik. Ondan başqa hər şey bir yoxdur. Çünki, Odur hər şey. Hər şeyə Onu görürmüş kimi baxaq və hər şeydə Onun təcəllisini və təzahürünü görək. Gecənin zülmətindən sonra açılan səhərdə, uçan quşda, min cür nemət bitirən torpaqda, sütunsuz səmada, cücərən toxumda, aldığımız nəfəsdə... Saymaqda belə aciz olduğumuz bütün canlıların hər gün ruzilərinin olmalarında, hətta aynaya baxanda özümüzdə belə Onu görə bilərik.

        Yetər ki, gözümüzdəki hicabı, qəlbimizdəki qafillik pərdəsini götürə bilək. Artıq Allahı göydə deyil, öz daxilimizdə axtarmağı bacaraq.

        Baxın, bu sevgidən aldığımız zövq əminəm ki, qəlbimizin ən böyük coşqu ilə axtarışda olduğu o hüzuru, xoşbəxtliyi bizə bəxş edəcək. Bunun üçün ilk növbədə yaradılmışları Yaradana görə sevməli, şəfqət göstərməliyik. Ətrafımızda olan hər kəsi Onun üçün sevməli, Onu sevməyənlərdən, Onun ayələrini, nişanələrini görməməkdə israrlı olanlardan Ona görə uzaq olmalıyıq. Bir sözlə, həyatımızın bütün qayəsi O olmalıdır. Əgər biz həyatımızın əsas dəyərinin ilahi eşq olduğunu unutsaq, deməli, özümüzü də unutmuş oluruq. Çünki, biz yalnız Onunla özümüzü tapa bilərik.

        Həyatımızın cövhəri olan sevgini başa salmaqda sözlər acizdir. Onu başa düşmək üçün yalnız onun dadına baxmaq lazımdır. Ümid edirəm ki, bu möhtəşəm sevgini dadmaq, İlahi eşqin sərçeşməsində qərq olmaq, əsl xöşbəxtliyin məğzini anlamaq və bütün qəlbimizlə onu yaşamaq bizlərə nəsiib olacaq. Bu, bizim özümüzdən asılıdır. İnsanların daşıya bilməyəcəyi yükü onlara yükləməyən Allah əgər insana bu qabiliyyəti verməsəydi, onu bizdən tələb etməzdi.
       
     Pərvin Nəsirova
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
    Категория: Dini meqaleler | Добавил: media-islam (23.05.2008) | Автор: ilkin E W
    Просмотров: 2432 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər