Sİ­O­NİST RE­JİM TƏK­LƏ­NİR - 28 Июля 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 12:50
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 28 » Sİ­O­NİST RE­JİM TƏK­LƏ­NİR
    22:35
    Sİ­O­NİST RE­JİM TƏK­LƏ­NİR
     
     
     
     
     
     
     
     
     
     
    İs­ra­i­lin iki il bun­dan əv­vəl Li­van­la apar­dı­ğı 33 gün­lük mü­ha­ri­bə­dən bi­a­bır­çı şə­kil­də məğ­lub çıx­ma­sı bu öl­kə­nin hər­bi qüd­rə­ti ilə bağ­lı ya­ran­mış mi­fi dar­ma­da­ğın et­di. Am­ma İs­ra­i­lə vu­ru­lan zər­bə tək­cə bu­nun­la bit­mə­di. Hə­min ha­di­sə­dən son­ra in­di­yə qə­dər ona cid­di dəs­tək ve­rən öl­kə­lə­rin də da­ya­ğın­dan de­mək olar ki, məh­rum ol­du. Bu­nun­la be­lə İn­gil­tə­rə­nin baş na­zi­ri Qor­don Bra­un İs­ra­i­li İra­nın hü­cu­mun­dan mü­da­fiə edə­cə­yi haq­da bə­ya­nat ve­rib. Bu isə müx­tə­lif da­i­rə­lər­də müx­tə­lif cür şərh olu­nur.
        Mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni bil­di­rən Azər­bay­can İs­lam Par­ti­ya­sı­nın funksi­o­ne­ri El­mar Sə­mə­dov İn­gil­tə­rə­nin, İraq­da və Əf­qa­nıs­tan­da an­ti­ter­ror adı al­tın­da apa­rı­lan əmə­liy­yat­la bağ­lı ko­a­li­si­ya­nın ən fə­al üzvlə­rin­dən bi­ri ol­du­ğu­nu xa­tır­lat­dı. Və de­di ki, Ame­ri­ka­dan son­ra hə­min ko­a­li­si­ya­nın tər­ki­bin­də ən çox qo­şun da məhz İn­gil­tə­rə­yə məx­sus­dur: "Doğ­ru­dur, son vaxtlar bu öl­kə­nin öz qo­şun­la­rı­nı Əf­qa­nıs­tan­dan və İraq­dan çı­xar­maq, ən azı can­lı qüv­və­nin sa­yı­nı təd­ri­cən azaltmaq meyllə­ri hiss olu­nur. Bu da sə­bəb­siz de­yil. Yə­ni İn­gil­tə­rə ar­tıq ba­şa dü­şür ki, Ame­ri­ka onu mə­na­sız mü­ha­ri­bə­yə sü­rək­lə­yə­rək ba­taq­lı­ğa sa­lıb. Be­lə bir za­man­da baş na­zir Q.Bra­u­nun "Əgər han­sı­sa döv­lət, o cüm­lə­dən İran da İs­ra­il­lə mü­ha­ri­bə­yə baş­la­sa İn­gil­tə­rə or­du­su­nu öz qar­şı­sın­da gö­rə­cək" ki­mi ifa­də iş­lət­mə­si, bo­ğaz­dan yu­xa­rı de­yil­miş söz­lər­dir, si­ya­si şo­u­dur. Və mə­nə elə gə­lir ki, qı­sa müd­dət­dən son­ra İn­gil­tə­rə hö­ku­mə­ti öz fik­ri­ni də­yi­şə­cək. Ən azı ona gö­rə ki, Əf­qa­nıs­tan və İraq mə­sə­lə­si rəs­mi Lon­don üçün bö­yük bir dərs olub. Əgər ko­a­li­si­ya üzvlə­ri mü­ha­ri­bə apar­dıq­la­rı bu öl­kə­lər­də heç nə­yə na­il ola bil­mə­yib­lər­sə, de­mə­li, hər­bi cə­hət­dən qüd­rət­li döv­lət olan İra­na qar­şı sa­vaş­da qə­lə­bə çal­ma­sı fik­ri ab­surddur. Son za­man­lar İs­ra­il tə­rə­fi­nin İra­na hü­cum edə­cə­yi ilə bağ­lı ver­di­yi bə­ya­nat­lar da şüb­hə­siz ki, qu­ru söz­çü­lük­dən, uza­ğı dip­lo­ma­tik hə­də-qor­xu­dan baş­qa bir şey de­yil. Və heç bir re­al əsa­sı da yox­dur. Ək­si­nə, yal­nız bir nü­mu­nə ki­mi re­al­lıq on­dan iba­rət­dir ki, əgər 2006-cı il­də Li­van­la mü­ha­ri­bə za­ma­nı İs­ra­il tə­rə­fi 50 min­lik qo­şun­la təş­ki­la­tın cə­mi 5 min­lik qo­şu­nu­na məğ­lub ol­du­sa, on­da tə­səv­vür edin, İran ki­mi güc­lü döv­lə­tə hü­cum nə ilə nə­ti­cə­lə­nə bi­lər".
        Son vaxtlar ABŞ hö­ku­mə­ti­nin də İs­ra­i­lin İra­na hü­cu­mu­nu dəs­tək­lə­mə­di­yi­ni vur­ğu­la­yan E.Sə­mə­dov de­di ki, İs­ra­il bu və di­gər mə­sə­lə­lər­də bir növ tək­lə­nib. AİP funksi­o­ne­ri bu öl­kə­nin baş na­zi­ri­nin bir qə­dər əv­vəl bə­ya­nat ve­rə­rək "Biz İra­na hü­cum et­sək də, et­mə­sək də məhv ola­ca­ğıq" de­mə­si­ni də xa­tır­lat­dı: "Yə­ni İs­ra­il hö­ku­mə­ti çı­xıl­maz və­ziy­yət­də qa­lıb. Li­van mə­sə­lə­sin­dən son­ra bu döv­lət­də si­ya­si böh­ran ya­ra­nıb. Dü­şü­nü­rəm ki, hə­min ha­di­sə­lə­rin acı­sı hə­lə uzun za­man İs­ra­i­lin, ne­cə de­yər­lər, ca­nın­dan çıx­ma­ya­caq. Bu və di­gər sə­bəb­lər­dən İs­ra­il tə­rə­fi ça­lı­şır ki, mə­sə­lən, Fran­sa və İn­gil­tə­rə ki­mi döv­lət­lər­dən dəs­tək al­sın. An­caq mə­nim fik­rim­cə, dün­ya­da si­ya­si mən­zə­rə­nin də­yiş­di­yi in­di­ki za­man­da İs­ra­i­lin Av­ro­pa­dan dəs­tək al­ma­sı inan­dı­rı­cı de­yil. Çün­ki bey­nəl­xalq aləm­də nü­fu­zu xey­li aşa­ğı dü­şüb. Ar­tıq Qərbdə onu tə­ca­vüz­kar döv­lət ki­mi qə­bul edir­lər. Bu öl­kə­nin döv­lət rəsmilərinin Av­ro­pa­ya sə­fər­lə­ri za­ma­nı eti­raz təd­bir­lə­ri­nin ke­çi­ril­mə­si də bu­na sü­but­dur".
        E.Sə­mə­dov Qər­bin bun­dan son­ra İs­ra­i­li cid­di dəs­tək­lə­mə­si­nin inan­dı­rı­cı ol­ma­dı­ğı­nın baş­qa bir sə­bə­bi­ni ener­ji mə­sə­lə­si ilə izah et­di: "Av­ro­pa­nın İs­ra­i­lə mü­na­si­bə­ti­nin də­yiş­mə­sin­də əsas sə­bəb­lər­dən bi­ri də ener­ji təh­lü­kə­siz­li­yi ilə bağ­lı­dır. Yə­ni söh­bət on­dan ge­dir ki, mü­tə­xəs­sis­lə­rin he­sab­la­ma­la­rı­na gö­rə, əgər İra­na hü­cum baş­la­sa dün­ya ba­za­rın­da nef­tin qiy­mə­ti hət­ta 500 dol­la­ra qə­dər ba­ha­la­şa bi­lər. Bu isə Av­ro­pa döv­lət­lə­ri­nin iq­ti­sa­diy­ya­tı­na bö­yük zər­bə vu­rar­dı. Baş­qa bir tə­rəf­dən də Ru­si­ya ya neft və qa­zın ix­ra­cı­nı azal­dır, ya da onu ba­ha­laş­dı­rır. Ona gö­rə də İran qa­zı və nef­ti­nə də tə­lə­bat yük­sə­lir. Həm­çi­nin İran Av­ro­pa­ya da­şı­nan neft yo­lu­nun üs­tün­də yer­lə­şir və is­tə­ni­lən vaxt təz­yiq gös­tə­rə bi­lər. Yə­ni han­sı­sa döv­lət İs­ra­i­lə gö­rə özü­nün ener­ji təz­lü­kə­siz­li­yi­ni nə­zə­rə al­ma­ya bil­məz. Əks hal­da neft kri­zi­si ilə üz­ləş­mə­si müm­kün­dür. Ona gö­rə də İn­gil­tə­rə­nin, ya­xud baş­qa bir Av­ro­pa öl­kə­si­nin İs­ra­il­dən öt­rü İra­nı hə­də­lə­mə­si­ni cid­di­yə al­maq la­zım de­yil. Sa­də­cə ola bil­sin ki, rəs­mi Lon­don İs­ra­il tə­rə­fi­nin xa­hi­şi ilə dəs­tək gö­rün­tü­sü ya­rat­maq is­tə­yir".
    Категория: Dünyada | Просмотров: 663 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər