Şenbe, 21.12.2024, 19:39
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 17
    Qonaq: 17
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Nefsin saflaşdırılması

    null
    Özünütanıma və nəfsi saflaşdırılma

     

    İnsanın yalnız bir həqiqəti var.Lakin o, müxtəlif cəhətlərə və yönlərə malikdir.İnsanın vücudu idraksız    şüursuz torpaq maddəsindən başlanır,mələkuti mücərrəd bir cövhərlə sona çatır.Allah-təala Qurani-Kərimdə buyurur: ”O Allah ki,hər bir şeyi yaxşı yaratdı,Özü də insanın yaradılışını torpaqdan başladı.Sonra onun nəslini dəyərsiz suyun xülasəsindən (nütfədən) qərar verdi.Sonra onu gözəl və mötədil bir halda bəzədi,Özünün (mücərrəd və ona mənsub olan dəyərli) ruhundan ona üfürdü,sizin üçün qulaq ,göz və qəlb qərar verdi.Yenə də siz Allahı çox az zikr edirsiniz!” (“Səcdə” surəsi,7-9-cu ayələr)

    İnsanın vücud baxımından müxtəlif dərəcə,cəhət  və mərtəbələri vardir.O, bir tərəfdən təbii bir cisimdir və onun xassələrinə (təsirlərinə) malikdir.Digər tərəfdən inkişaf etməkdə olan cisim olub onun xassələrini daşıyır.Həm də (canlı) olub canlıların xassələrinə malikdir və nəhayət o,bir insandır və onun da heyvanlarda mövcud olmayan müəyyən əlamət və xassələri vardır.

    Deməli, insan bir həqiqətdən ibarətdir.Lakin onun vücud baxımından müxtəlif dərəcə və mərtəbələri vardır.Belə ki,insan  “mənim çəkim və formam” , “mənim yeməyim,inkişafım” dedikdə cismin inkişafda olan  mərtəbəsindən xəbər verir. “Mənim hərəkət,şəhvət  və qəzəbim”dedikdə öz heyvani  mərtəbəsindən xəbər verir.”Mənim əqlim, düşüncəm və təfəkkürüm” dedikdə isə özünün ali insani mərtəbəsini bəyan edir.Beləliklə , insanın  müxtəlif “mən” və “öz”ləri  vardır: cismani “öz”, nəbati “öz”,  heyvani və insani “öz”.Dəyər və əsalət insani “öz”ə məxsusdur.İnsanı insan edən, onu sair canlılardan üstün edən də məhz onun mələkuti,mücərrəd və Allah tərəfindən verilən ruhudur.

    Hikmətli Allah Qurani-Kərimdə insanın yaradılışını belə vəsf edir: “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə(atanın sülbündə və ananın bətnində) qərar verdik.Sonra nütfəni laxtalanmış qan, laxtalanmış qanı çeynənmiş ət halına saldıq.O əti sümüyə döndərdik,sonra həmin sümükləri ətlə örtdük.Daha sonra təzədən (mələkuti,mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik.Yaradanların ən üstünü olan Allahın  kamil qüdrətinə afərin!” (“Muminun” surəsi,12-14-cü ayələr)

    Məhz insanın yaradılışı barəsində Allah-Təala buyurur: ”Təbarəkəllahu əhsənul-Xaliqun.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir  yüksək məqama çatır ki,Allah mələklərə ona səcdə etmək əmrini verib buyurur: “Adəmi yaradıb (özümə mənsub olan) ruhdan ona üfürdükdə siz ona tərəf səcdə edin!”(“Hicr” surəsi, 29-cu ayə)

    İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində  “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə mindirdik,hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.”buyurur.(”İsra” surəsi, 70-ci ayə)Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.

    Deməli, insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə, onda heyvani və cismani “öz”ünü yox, insani “öz”ünü pərvəriş etməlidir.Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki,insana onun insani yönünün qurulmasında və  inkişaf etdirilməsində kömək etsin.Peyğəmbərlər insanlara buyurmuşlar ki,özünüzün insani “öz”ünü  unutmayın, əgər insani özlüyünüzü heyvani istəklərinizə qurban versəniz,  sizə çox böyük ziyan üz verəcəkdir.

    Quranda buyurulur: “Ey peyğəmbər, onlara de: “Ziyankar o kəslərdir ki, nəfslərini (insani nəfslərini) və öz əhli-əyalını qiyamətdə əldən vermiş olsunlar və aşkar ziyankarlıq da məhz budur””(“Zumər” surəsi 15-ci ayə)

    Heyvani həyatdan başqa bir şey düşünməyənlər həqiqətdə öz insani şəxsiyyətlərini itirmişlər və onu axtarmaq fikrində deyillər.Əmirəl-möminin Əliyyibni Əbutalib(ə) buyurub: “O kəsə təəccüb edirəm ki,itirdiyi şeyi axtarmaq  üçün çalışır,halbuki özünün(insani)  nəfsini itirmişdir  və onu axtarmaq fikrində deyildir.”(“Ğurərul-hikəm”, səh.495)

    Bundan da pis və dərdli ziyan ola bilməz ki,insan dünyada özünün həqiqi və insani şəxsiyyətini uduzub əldən versin.Belə şəxslər üçün heyvanlıqdan başqa bir şey qalmayacaqdır.

     

     

                                                                                             MÜƏLLİF:Ustad İbrahim Əmini ( “Nəfsin saflaşdırılması” ,səh.7)

     

    EY MÖMİNLƏR,DUA EDİN!  DUA EDİN Kİ,ALLAH-TƏALA BİZƏ ÖZ HEYVANİ  NƏFSİMİZƏ QALİB GƏLMƏYƏ GÜC VƏ QÜVVƏT VERSİN.BİZƏ TƏQVALI OLMAQDA YARDIMÇI OLSUN.İNSANIN ALLAH HÜZURUNDA NECE ÜSTÜN MƏXLUQ OLDUĞU BURDAN MƏLUM OLUR Kİ, ALLAH-TƏALA  YERİ VƏ GÖYÜ XƏLQ ETMİŞ,LAKİN YARATDIQLARININ HEÇ BİRİNƏ GÖRƏ ÖZÜNÜ TƏRİF ETMƏMİŞDİR. YALNIZ BƏŞƏRİYYƏTİN XƏLQİNDƏN SONRA ALLAH ÖZÜNÜ TƏRİF EDƏRƏK QURANİ-KƏRİMDƏ “YARADANLARIN ƏN ÜSTÜNÜ OLAN ALLAHIN KAMİL QÜDRƏTİNƏ AFƏRİN!” DEYƏ BUYURMUŞDUR.İNSAN ÜÇÜN BUNDAN DA BÖYÜK XÖŞBƏXTLİK VƏ YÜKSƏK MƏQAM OLA BİLƏRMİ?! BƏS ƏGƏR BELƏDİRSƏ BİZ İNSANLAR NƏYƏ GÖRƏ ALLAHI ÇOX AZ  ZİKR EDİRİK,NƏ ÜÇÜN BİZƏ HEÇ BİR FAYDASI OLMAYAN HEYVANİ NƏFSİMİZİN ARXASINCA GEDİB ÖZÜMÜZÜ HƏM BU DÜNYADA ,HƏM DƏ AXİRƏTDƏ UÇURUMA YUVARLADIRIQ.ALLAHDAN BAĞIŞLANMAĞIMIZI İSTƏYİB TÖVBƏ EDƏK VƏ ÖZ İNSANLIQDAN KƏNAR OLAN NƏFSİMİZDƏN ƏL ÇƏKƏK.DUA EDİB  BAĞIŞLAYAN  VƏ MEHRİBAN ALLAHDAN BİZİ TƏQVA ƏHLİNDƏN ETMƏYİNİ İSTƏYƏK.İNŞALLAH, BAĞIŞLANANLARDAN OLARIQ.VƏ  BİR DAHA HEYVANİ NƏFSİMİZİN BİZƏ QALİB GƏLMƏSİNƏ İMKAN VERMƏYƏK.ALLAHI ÇOX ZİKR EDƏK,O DİL İLƏ Kİ,BEHİŞT DƏ,CƏHƏNNƏM DƏ ONUN VASİTƏSİ İLƏ QAZANILIR.

                                                       

                                             EY BAĞIŞLAYAN VƏ MEHRİBAN OLAN ALLAHIM!BİZİM GÜNAHLARIMIZI BAĞIŞLAYIB AXİRƏTDƏ CƏNNƏTİ BİZİM ÜÇÜN MƏKAN QƏRAR VER.AMİN!!!

     

    Категория: Dini meqaleler | Добавил: MESHHEDI_MUQEDDES (20.04.2008) | Автор: Ustad İbrahim Emini E
    Просмотров: 2465 | Рейтинг: 2.2/6
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər