Cüme axşamı, 21.11.2024, 12:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Ömerin müveqqeti nigahin qabağını alması

    Cabir ibni Əbdullah belə rəvayət edir: “Peyğəmbərin və Əbu Bəkrin həyatının bütün dövrlərində bir qədər unu və xurmanı mehriyyə qərar verir və müvəqqəti olaraq evlənirdik. Nəhayət Əmr ibni Hərisin gördüyü işə görə Ömər onu qadağan etdi (Səhih Müslüm “Mütə” kitabı; “Nigahi mütə” bölməsi səh 1023, hədis 1405).

     

    Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ətadan, o da Cabirdən nəqlən deyir: “Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin axırlarında Əmr ibni Haris bir qadınla müvəqqəti olaraq izdivac etdi”. Ravi deyir: “Cabir onun adını dedi, amma mən unutdum. O qadın hamilə oldu və bu xəbər Ömərə çatdıqda, onu çağırdı və soruşdu ki, “Bu xəbər düzdürmü?” Dedi: “Bəli!” Ömər dedi: “Kim buna şahiddir?” O qadın anasının, yaxud qəyyumunun adını çəkdikdə, Ömər aldadılmanın baş verməsindən qorxaraq dedi: “Nə üçün onlardan başqası olmamışdır?” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 496-497; “mutə” babı).

     

    Digər bir rəvayətdə deyilir ki, Cabir demişdir: “Əmr ibni Həris Küfədən Mədinəyə gəldikdə, bir kənizlə müvəqqəti olaraq evləndi. Kəniz hamilə olduğu zaman Ömərin yanına gətirdilər. Hadisənin nə yerdə olduğunu soruşduqda, cavab verdi ki, Əmr ibni Həris mənimlə müvəqqəti izdivac etmişdir. Ömər, Əmr ibni Hərisi də çağırdı və o da aşkar şəkildə iqrar etdi. Ömər dedi: “Nə üçün ondan başqasını seçmədin?” Bu Ömərin müvəqqəti izdivacı qadağan etdiyi zaman baş vermişdi” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500; “mutə” babı).

     

    Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf deyir: “Əmr ibni Hovşəb Bəhi Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə oldu. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini istədi və dedi: “Əmr ibni Hovşəb məninmlə müvəqqəti olaraq evlənmişdir” Ömər hadisəni Əmrdən soruşdu və o da təsdiqlədi. Ömər dedi: “Kimi bu işə şahid tutçuşdunuz?” Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: “Ya anamı, ya bacımı, yaxud qardaşımı.” Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: “Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?” Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: “Camaat bunu ondan qəbul etdilər.”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500-501; “mutə” babı).

     

    “Kənzül-Ümmal” kitabında Əbu Xeysəmin qızı Ümmü Əbdullah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim mənzilimdə məskən saldı və dedi: “Arvadsızlıq məni çətinliyə salmışdır, mənim üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim”. Onu bir qadına elçi göndərdim, mehriyyə təyin etdilər və adil şəxs də ona şahid tutuldu. Bundan sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşadılar. Sonra Mədinədən çıxdı. Bu xəbər Ömərə çatdıqda məni çağırıb soruşdu: “Bu deyilənlər düzdürmü?” Dedim: “Bəli.” O dedi: “Əgər o kişi qayıtsa mənə xəbər ver.” O gəldikdə Öməri agah etdim. Onu çağıtdırıb dedi: “Səni bu işə nə vadar etmişdir?” Dedi: “Mən bu işi Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz dövründə də onun qadağan olunması bizə çatmamışdır.” Ömər dedi: “Agah olun! Canım əlində olan Allaha and olsun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım, səni daşqalaq edərdim. Bir-birinizdən ayrılın ki, nigah və izdivac zinadan ayrılsın” (“Kənzül-Ümmal” cild 8, səh 294).

     

    Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ürvədən belə rəvayət olunur: “Rabiə ibni Üməyyə ibni Xələf Mədinənin qeyri ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə binti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xovlə əməlisaleh bir qadın idi. Çox keçmədi ki, o qeyri ərəb qadın hamilə oldu. Xovlə hadisəni Ömərə xəbər verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ücü yürlə sürünən halda tələm-tələsik minbərə çaxab dedi: “Mənə xəbər vermişlər ki, Rəbiə ibni Üməyyə Mədinə qadınlarından olan qeyri ərəb qadınla müvəqqəti evlənmiş və o iki qadını da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi onu daşqalaq edərdim”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500; “Müsnədi Şafei” səh 132; “Əl-isabə” Rəbiə ibni Üməyyənin tərcümeyi-halı, cild 1 səh 514; “Müvəttə Malik” səh 542, hədis 42 “nigahul-mütə” babı; “Sunəni Beyhəqi” cild 7, səh 206; “Əl-ümm” Şafei cild 7, səh 219; “Təfsiri Suyuti” cild 3 səh 141).

     

    Yuxarıdakı rəvayətlərdən belə aydın olur ki, Peyğımbərin səhabələri deyirdilər ki, “Fəməstəmtətum bihi” – ayəsi müvəqqəti izdivac bsrəsində nazil olmuş və Peyğəmbəri onu yerinə yetirməyə göstəriş vermişdir. Onlar da təyin olunmuş mehriyyə ilə - un, ya xurma, yaxud paltarı mehriyyə qərar verərək – Peyğəmbərin dövründə qadınlarla müvəqqəti evlənirdilər. Bu hökm Əbu Bəkrin dövründə və Ömərin xilafətinin bir qismində də davam etmişdir. Nəhayət Ömər Əmr ibni Hərisin gördüyü iş xatirinə onu qadağan etdi.

     

    Təbəri “Sireyi-Ömər” bölməsində İmran ibni Səvadədən rəvayət edir ki, o, xəlifədən icazə istəyib onun yanına daxil oldu və dedi: “Sənə öyüd-nəsihət etmək üçün gəlmişəm!” Ömər dedi: “De gəlsin”. O dedi: “Ümmətin dörd şeydə sənə irad tuturlar... Onlar deyirlər ki, sən müvəqqəti evlənməni haram etmisən, halbuki, o, Allah tərəfindən icazə verilən bir iş idi. Biz münasib bir mehriyyə ilə mütə edir, üç gündən sonra ayrılırdıq.” Ömər dedi: “Peyğəmbəri Əkrəm onu zərurət halında halal bilirdi. Ondan sonra camaat rifah halına çatdılar, indi müsəlmanlardan bir kəsi tanımıram ki, ona əməl etsin, yaxud ona doğru qayıtsın. İndi də hər kəs istəyirsə, münasib bir mehriyyə ilə (daimi) evlənsin və üç gündən sonra təlaqla ayrılsın. Deməli mənim işim düzdür.” (“Tarixi Təbəri” cild 2 səh 32 “Ömərin sirəsinin bir hissəsi” bölməsi, 22-ci ilin hadisələri.)

     

    İbni Həzm “Əl-mühəlla” kitabında yazır: “Peyğəmbəri Əkrəmdən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olmasına etiqadda qalmışdı. O cümlədən Əbu Bəkrrin qızı Əsma, Cabir ibni Əbdullah, İbni Məsud, İbni Abbas, Müaviyyə ibni Əbu Süfyan, Əmr ibni Həris, Əbu Səid Xidri, Üməyyə ibni Xələfin iki oğlu Sülmə və Məbəd və Cabir ibni Əbdullah onun Peyğəmbərin dövründə halal olmasını, Əbu Bərin və Ömərin xilafətinin axırlarına qədər halallığında qalmasını bütün səhabələrdən rəvayət etmişlər.

    O deyir: “Ömər ibni Xəttab yalnız o halda qadağan və rədd olunmuş sayırdı ki, iki adil şəxs ona şahidlik etməsin və iki nəfər adilin şəhadəti ilə onu rəva bilirdi. Tabeinlərdən Tavus, Əta, Səid ibni Cübeyr və sair Məkkə fəqihləri onun halal olmasına israr edirdilər”” ( “Əl-mühəlla” İbni Həzm, cild 9 səh 519-520, məsələ 1854; Nəvəvi “Səhihi Müslüm”ün şərhində İbni Məsudun rəyini nəql etmişdir, cild 11 səh 186).

     

    Qurtubi öz təfsirində belə nəql edir: Müvəqqəti evlənməni yalnız İmran ibni Həsin, bəzi səhabələr və Əhli-beytdən bir qrupu caiz bilirlər. O deyir: Əbu Ömər demişdir: “İbni Abbasın səhabələri, məkkəlilər və yəmənlilərin hamısı müvəqqəti izdivacı İbni Abbasın məzhəbinə əsasən halal hesab etmişlər” (“Təfsiri Qurtubi” cild 5 səh 133).



    Mövzuya aid digər məqalələr


    Источник: http://www.islam-news.ru
    Категория: Şie cavabları | Добавил: al-shia (01.06.2008)
    Просмотров: 3084 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər