Cüme, 26.04.2024, 09:32
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 26 » CAMMU VƏ KƏŞMIRİ MÜSƏLMANLARA QARŞI TALAN DALĞASI BÜRÜYÜB
    21:11
    CAMMU VƏ KƏŞMIRİ MÜSƏLMANLARA QARŞI TALAN DALĞASI BÜRÜYÜB
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Son həftələr ərzində Cammu və Kəşmir ştatının müxtəlif yerlərində yüzlərlə müsəlmanın evi və dükanı hindlilər tərəfindən tamamilə yandırılıb.

    Bunun nəticəsində insanlar daha təhlükəsiz yerlərə qaçmağa məcbur olub, İslamOnline xəbər verir.

    Axnur, Samba, Kişvar rayonlarında evlər və dükanlar hücuma məruz qalıb. Yerli idarələrin verdiyi məlumata görə hindlilərin etiraz aksiyası zamanı Kişvar rayonunda müsəlmanların 72 evi və bir neçə dükanı yandırılmışdır. “Onlar əvvəlcə evimə daş atdılar, sonra isə içəri soxuldular”,- deyə Muhəmməd Rafiq Dulval 12 avqustda hindlilərin hücumunu xatırlayaraq bildirir. Bundan sonra cinayətkarlar onun dükanını talan etmiş və evini yandırmışdır.

    Hücum hindli dəstələrin müsəlmanların dəfin mərasimini daşa basmasından sonra başlamışdır. Regionda baş qaldıran qarışıqlığın daha da güclənməsinə səbəb, bu yaxınlarda ştat rəhbərliyinin kəşmir torpaqlarından Hindistan dini idarələrinə ərazilərin hədiyyə edilməsinə dair qərarı olmuşdur.

    Kəşmirin dağlıq ərazisi Pakistanın və Hindistanın hakimiyyəti altında olan iki hissəyə bölünmüşdür. Pakistan və BMT burada yaşayan insanların müstəqil yaşama hüququnu tanısada Dehli buna etiraz edir. Müsəlmanlar çoxlu sayda polislərin hindli ekstremislərə tərəfkeşlik etməkdə günahlandırırlar.

    Bu arada 200 min insanın müstəqillik uğrunda nümayiş keçirdiyi Kəşmir və Cammu ştatındakı hərəkatın lideri Hindistan hökuməti tərəfindən ev həbsinə məhkum edilib. Müqəddaratını təyin etmək uğrunda baş qaldıran hərəkata liderlik edən Seyi Əli Qilani, Mərvaiz Umar Fərruk, Şaxbir Əhməd Şah və Muhəmməd Yasin Malik ev həbsinə məhkum ediliblər.

    Bazar gününün səhərindən etibarən əksəriyyəti müsəlmanlardan ibarət olan Kəşmir dərəsində kommendant saatı elan olunub ki, bu da bazar ertəsi keçirilməsi nəzərdə tutulan nümayiş öncəsi tədbiq olunub.

    Xatırladaq ki, iyul ayının əvvəlində Şrinaqara və digər şəhərlərdə müsəlmanlar hindlilərə 16 hektar torpaq və meşə fondunun verilməsinə etiraz olaraq küçələrə çıxmışdır. Nümayişin göstərdiyi təzyiq nəticəsində hökumət bu qərarı geri götürmüş və bunun ardınca hindlilərin etirazı başlamışdır. Etirazçılar nəyinki numayişlər etmiş, onlar müsəlmanlar yaşayan əraziləri blokadaya almışdır.

    Bundan sonra etirazlar yeni istiqamətdə, blokadanın aradan qaldırılması və Pakistanın nəzarətində olan Kəşmirin qərb hissəsi ilə ticarət əlaqələrinin nizama salınması istiqamətində aparılmışdır, İslam.ru xəbər verir.


    Категория: Dünyada | Просмотров: 1192 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər