Çerşenbe axşamı, 03.12.2024, 20:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    “İBN TEYMİYYƏ”

     

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

    “İBN TEYMİYYƏ”

    Əhməd ibn Teymiyyə hicrətin 661-ci ilində, Bağdadın işğal olunmasından 5 il sonra Şamın kəndlərindən olan Hərranda dünyaya gəldi. O, ilk təhsilini (17 yaşına kimi) orada başa vurdu. Monqolların Şam ətrafına olan hücumları ürəklərə dəhşətli qorxu saldığına görə, Əhmədin atası Əbdül-Həlim öz ailə üzvləri və yaxın adamları ilə Hərranı tərk edib Dəməşqdə məskunlaşdı. 698-ci ilə kimi Əhmədin barəsində heç nə yazılmayıb. Ancaq 8-ci əsrin əvvəllərindən etibarən onun qəribə fikirləri tədricən yayılmağa başladı. Xüsusən də “Humat” sakinləri ondan - “ər-Rəhmanu ələl-ərşistəva”- yəni, "Allah ərşin üstündədir"-ayəsi barəsində soruşduqda, o, səhvə yol verdi və Allah üçün asimanların üzərində ərşə söykənən taxt yeri təyin etdi (“Risaleyi-Həməviyyə”, s. 429). Maraqlı burasındadır ki, İbn Teymiyyə öz iddiasının isbatına dair elə bir ayəyə söykənib ki, o ayədə Firon, Musa peyğəmbərin qarşısında Allahı göydə təsəvvür edib, ona çatmaq üçün bina tikilməsini əmr edir.

    Müsəlmanların çoxu, xüsusilə şiələr Allahı cisim və cismaniyyətdən uzaq bilir, heç bir məkanla məhdud olmayan bir varlıq hesab edirlər. Çünki:

    “Heç bir şey Onun (Allahın) misli deyil”.

    “Ona heç bir tay-bərabər yoxdur”,- kimi ayələr özünün aydın məfhumu ilə Allahın öz bəndələrinin sifətlərinə bənzər olmasını inkar edir. Ancaq İbn Teymiyyə yuxarıdakı ayəni elə təfsir etmişdir ki, bu iki ayə ilə müxalif olub, Allahı insanlara bənzədir.

    İbn Teymiyyənin cavabının Dəməşq və onun ətrafında yayılması alimlərin etirazına səbəb oldu. Onlar dövrün qazisi Cəlaləddin Hənəfidən istədilər ki, İbn Teymiyyəni mühakimə etsin. Qazi, İbn Teymiyyəni məhkəməyə çağırsa da, o gəlmədi.

    Dövrün alimlərinin ardıcıl etirazları nəticəsində İbn Teymiyyənin nəzəriyyələri tədricən unuduldu. Bir müddətdən sonra heç kəs onun fikirlərindən söz açmırdı. Sanki, dünyada belə şəxs ümumiyyətlə olmamış, belə fikirlər irəli sürülməmişdi. Qeyd olunan alimlər onun azğınlığı qarşısında öz vəzifələrini lazımınca yerinə yetirərək, Peyğəmbərin (s) buyurduğu bu sözə əməl etdilər:

    “Mənim ümmətimdə bid`ətlər zahir olduğu zaman, alimə vacibdir ki, öz elmini izhar eləsin (onlarla mübarizəyə qalxsın). Hər kəs belə etməzsə, Allahın lənəti ona olsun.”

    Qeyd olan mübarizələr nəticəsində İbn Teymiyyənin nəzəriyyələrindən onun şagirdi İbn Qəyyim Covzinin kitablarından başqa yerdə bir ad qalmadı. Hətta İbn Qəyyimin özü də “Ər-ruh” adlı kitabında öz ustadı ilə razılaşmırdı.

    İbn Teymiyyə müsəlmanlar arasında mövcud olan məşhur fikir və əqidələrin əksinə nəzər verməklə ümumi fikirlər arasında təfriqə salırdı. O, 705-ci ildə məhkəmənin hökmü ilə Misirə sürgün olundu. İbn Teymiyyə 707-ci ildə həbsdən azad olunmağına baxmayaraq, 712-ci ildə Şama qayıdıb, öz fikir və nəzəriyyələrini yenidən yaymağa başladı. Nəhayət, 721-ci ildə yenidən həbs olundu və 728-ci ildə elə həbsdəcə dünyadan köçdü (“əl-Bidayə vən-nihayə”, İbn Kəsir Dəməşqi, s. 15-52).

    Şam və Misir alimlərinin İbn Teymiyyə barəsində çıxardıqları qərarların hamısını qeyd etsək, uzun çəkər. Buna görə də onlardan seçilmiş bir hissəni qeyd etməklə qənaətlənirik. Görün o, ümumislami əqidə və fikirləri necə sarsıtmış və müsəlmanlar arasında nifaq toxumu əkmişdir.

    Məşhur səyyah İbn Bəttutə özünün “Rəhlətu İbn Bəttutə” adlı səfərnaməsində belə yazır:

    “Mən Dəməşq şəhərində Hənbəli məzhəbinin böyük fəqihi Təqiyəddin ibn Teymiyyəni gördüm. O, müxtəlif elmlərdən söz açırdı. Ancaq onun ağlında nə isə (bir problem) var idi”.

    Sonra belə qeyd edir:

    “Bir cümə günü Teymiyyə məsciddə xalqa moizə edirdi. Mən də orada idim, onun danışıqlarından bir hissəsini qeyd eləmişəm:

    “Allah (ərşdən), mən minbərdən belə endiyim kimi, asimana enəcək”. O, bu sözü deyib minbərdən bir pillə aşağı düşdü.

    Bu zaman Maliki məzhəbindən olan İbn Zəhra adlı bir fəqih yerindən etiraz edərək onun sözünü inkar etdi. Tərəfdarları İbn Teymiyyəni müdafiə edərək ayağa qalxdılar və etiraz edən şəxsi yumruq və ayaqqabı ilə vurdular" (“Rəhlətu ibn Bəttutə”, s. 95-96).

    Bu, bitərəf şahidin yazdıqları idi.

    Şübhəsiz ki, İbn Teymiyyənin bir çox mənfi cəhətləri ilə yanaşı müsbət cəhəti də olub. Ancaq tərəfdarları yalnız onun müsbət cəhətinə diqqət yetirib səhvlərinə göz yummuş və onu bir növ müqəddəsləşdirmişlər. Amma həqiqəti Əflatundan da çox istəyən azad düşüncəli şəxslər hər iki cəhətə nəzər salmış, onun haqqında ədalətli mühakimə yürütmüşlər.

    Aşağıda adlarını oxuyacağınız şəxslərin hər biri Şam və Misirdə öz əsrinin elmi sütunları sayılıblar. Onlar İbn Teymiyyənin nəzərlərini pey-ğəmbər və ilahi övliyaların təlimləri ilə zidd bilib onun əleyhinə kitab yazıblar:

    1. Şeyx Səfiyəddin Hindi Urməvi;

    2. Şeyx Şəhabuddin ibn Cəhbəl Kilabi Hələbi.

    Belə şəxsiyyətlərin bəzisi İbn Teymiyyənin nəzəriyyələrini rədd etmək üçün ayrıca kitablar da yazıblar. Misal üçün, Təqiyəddin Sübkinin İbn Teymiyyə əleyhinə yazdığı “Şifaus-siqam fi ziyarəti xeyril-ənam” və “əd-Durrətul-muziyyə fir-rəddi əla İbni Teymiyyə” adlı iki kitabı qeyd etmək olar.

    Burada yaxşı olar ki, bəzi islam alimlərinin İbn Teymiyyənin nəzəriyyələrinə qarşı verdikləri hökmlərdən xəbərdar olaq:

    1. İbn Teymiyyə kimi hənbəli olan məşhur sünni alimi Şəmsəddin Zəhəbi öz əsrində “dirayə”, “rical” və “elmul-hədis” fənlərində mütəxəssis olub. O, İbn Teymiyyəyə ünvanladığı ibrətamiz bir məktubda belə yazıb:

    “Məgər cəhalətdən əl çəkib tövbə etməyin vaxtı çatmayıbmı?! Bil ki, sən ömrünün 7-ci onilliyinə qədəm qoymusan, əcəlin yaxınlaşıb. Allaha and olsun, güman etmirəm ki, ölüm haqqında düşünəsən. Əksinə, hər kim ölümü yadına salırsa, onu təhqir edirsən. Güman etmirəm ki, mənim sözümü qəbul edib, öyüd-nəsihətimə qulaq asasan. Xeyr! Sən bu fikirdəsən ki, bu qısa məktubum qarşısında uzunqulaqlıq edəsən, mən də sözümü kəsim. Sən mənə üstün olmaq fikrindəsən ki, mən sakit olum. Səninlə dost olduğumu bildiyin halda mənimlə belə davranırsansa, onda düşmənlərinlə nə edəcəksən?! Allaha and olsun, sənin düşmənlərinin arasında saleh, ağıllı və alim şəxslər çoxdur; Necə ki, dostlarının arasında günahkar, yalançı, nadan və arsız adamlar çox nəzərə çarpır. Bil ki, mən sənin üzdə dalımca danışıb, batində isə nəsihətimdən ibrət almağından xoşhalam. Allah o şəxsə rəhmət etsin ki, eyibimi hədiyyə olaraq mənə desin” (“Təkmilətus-seyfis-səqil”, s. 109-192).

    2. İbn Teymiyyənin müasiri olan Mühəqqiq Sübki yazır ki, “İbn Teymiyyə zahirdə Quran və hədisə tabe olaraq xalqı haqqa dəvət və behiştə çəkmək pərdəsi altında İslam etiqadında bidət yaratdı və İslamın sütunlarını sındırdı. O, müsəlmanların icması (fikir birliyi) ilə müxalifətə qalxıb Allahın cisim və zatının mürəkkəb olmasına dair bəzi sözlər dedi, aləmin əzəli olmasına inanaraq 73 firqədən də kənara çıxdı” (“əd-Dürrətül-müziyyə fir-rəddi əla İbni Teymiyyə”, s. 5).

    3. İbn Şakir Kətbi İbn Teymiyyənin tərcümeyi-halını qeyd edərkən onun Müaviyənin fəzilətinə və Yəzidə lənət etməyin caiz olmadığına dair yazdığı kitabdan söz açır (“Fəvatül və fəyat”, 1/77).

    4. İbn Hacər Heytəmi fəziləti inkarolunmaz bir sünni alimidir. O, İbn Teymiyyə haqqında belə yazır:

    “Allah onu kar, kor və xar edib yolundan azdırmışdır. Sünni rəhbərləri onun düşüncə və sözlərinin yanlış olmasını söyləyiblər. Hər kəs onun etiqadından xəbərdar olmaq istəyirsə, Əbul-Həsən Sübki, onun oğlu Tacüddin, sünni rəhbərlərindən olan İzz ibn Cəmaət və başqalarının kitablarına müraciət etsin.

    İbn Teymiyyə sözləri dəyərsiz, özü bidət qoyan, azmış, başqalarını azdıran və anormal bir şəxsdir. Allah Öz ədaləti ilə onunla davransın, bizi onun əqidə və tutduğu yolun şərindən hifz etsin!” (“əl-Fətavəl-hədisə”, s. 86 və “Təthirul-fuad”).

    Dövrün alimlərinin ardıcıl etirazları nəticəsində İbn Teymiyyənin məramı tədricən unuduldu. Bir müddətdən sonra heç kəs onun fikirlərindən söz açmırdı. Sanki, dünyada belə şəxs ümumiyyətlə olmamış, belə fikirlər irəli sürülməmişdi. Qeyd olunan alimlər onun azğınlığı qarşısında öz vəzifələrini lazımınca yerinə yetirərək, Peyğəmbərin (s) buyurduğu bu sözə əməl etdilər:

    “Ümmətimdə bidətlər zahir olduğu zaman, alimə vacibdir ki, öz elmini izhar eləsin (bidətlə mübarizəyə qalxsın). Hər kəs belə etməzsə, Allahın lənəti ona olsun” (“əl-Kafi, 1/55, bab: “əl-Bid`ə vər-rə`y”, h.1).

    Qeyd olan mübarizələr nəticəsində, şagirdi İbn Qəyyim Cövzinin (691-751) kitablarını çıxmaq şərtilə İbn Teymiyyənin nəzəriyyələrindən heç bir əsər-əlamət qalmadı. Hətta İbn Qəyyimin özü də “ər-Rruh” adlı kitabında ustadı ilə razılaşmırdı.

    İndi belə sual yaranır: Necə oldu ki, bu əqidələr unudulduqdan sonra 12-ci hicri əsrində, bəzi şəxslər tərəfindən yenidən yayılmağa baş-ladı?

    www.sonumid.com

    Ayətullah Cəfər Sübhani
    “Vəhhabi məzhəbi”
    Tərcümə etdi: M. Əlizadə

    Категория: Dini meqaleler | Добавил: media-islam (04.08.2008)
    Просмотров: 2273 | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər