Əhli-Beytin (ə) ismətini sübuta yetirən digər dəlillər - Şie cavabları - Meqaleler kataloqu - ....::İslam::....
Çerşenbe axşamı, 06.12.2016, 18:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Əhli-Beytin (ə) ismətini sübuta yetirən digər dəlillər

    1) "Səqəleyn” hədisi: (Mən sizin üçün Allahın kitabı və Əhli-Beytimdən olan ailəmi tərk edirəm. Əgər onlardan yapışsanız, zəlalətə uğramarsınız). Peyğəmbərin (s) tapşırdığından belə aydın olur ki, zəlalətə düşməmək üçün əsas şərt, Kitab və ailəyə olan bağlılıqdır. Xəta və səhvləri olan bir şəxsin zəlalətdən amanda olması ağıl qəbul etməyən bir məsələdir. Bu "Səqəleyn"in ismətinə (günahsızlığına) olan bir dəlildir; Allahın kitabı (ən böyük ağır yük) ki, Allah-təala onun barəsində buyurur: (ayə) və Əhli- Beyt (böyük ağır yük).

    2) Qur'an ayəsi: (Ya Muhəmməd) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: Səni insanlara imam tə'yin edəcəyəm - dedi. İbrahim isə: Nəslimdən necə? -deyə soruşdu. Allah zalimlər mənim imamlığıma nail olmazlar - buyurdu. { 2.Bəqərə surəsi, 124 }

    Bu ayə İmamətin ulu və ali məqamına işarədir. Həmçinin bu ona dəlildir ki, Allahın əhdinə (yə'ni bəşəriyyət üçün imam olmağa) zalım şəxs nail ola bilməz. Çünki, kiçik və böyük səhvlər, onu işlədəni zalım qərar verər. Gərək İmam hər hansı xəta və ya günahdan mə'sum olsun.

    3. "Mustədrəkus-Səhiheyn" kitabında Hakim öz sənədilə Hənəşil-Kinanidən rəvayət edərək deyir: "Dedi: "Əbu-Zərin Kə'bə qapısından tutaraq dediyi sözləri eşitdim: "Ey insanlar hər kim məni tanıyıbsa, tanıyıbdır və hər kim məni tanımırsa, mən Əbu-Zərəm, eşitdim ki, Peyğəmbər (s) deyir: "Əhli-Beytimin sizə olan nisbəti Nuhun gəmisi mislindədir. Hər kim ona minərsə nicat tapar və hər kim ondan üz çevirsə həlak olar." {Mustədrəkus-səhiheyn, cild 2, səh.343. } Hakim deyir: "Bu hədisin sənədi doğrudur."

    4. Həmçinin "Mustədrəkus-səhiheyn" kitabında İbn-Abbasdan rəvayət olunan sənədli hədisdə deyilir: "Peyğəmbər (s) dedi: "Ulduzlar yer əhalisinin həlak olmasından bir amandır. Əhli-Beytim isə ümmətimin ixtilafa düşməsindən bir amandır. Əgər ərəb qəbilələrindən biri onlarla müxalif olsalar, ixtilafa uğrayaraq iblisin dəstəsindən olarlar." { Mustədrəkus-səhiheyn, cild 3, səh.149. }

    5. Əhli-Beytin (ə) nail olduğu bu ali məqamın geniş izahına əlavə olaraq, Səhihi-Buxaridə rəvayət olunan bə'zi hədisləri zikr edirik. Bu hədislər onlardan başqa heç birinin, hətta bütün səhabələr və Peyğəmbərin (s) arvadlarına nəsib olmayan "Əleyhuməs-səlam" (yə'ni salam olsun onlara) sözü ilə tə'rif olmalarına işarədir. Bu qəbildən olan hədisləri Buxari öz "Səhih" kitabında rəvayət etmişdir: . "Əli (ə.s) demişdir: "Mənim hərbdən əldə olunmuş qənimətdən bir dişi qoca dəvə payım var idi. Peyğəmbər (s.ə.v.) də mənə xümsdan bir dişi qoca dəvə verdi. Peyğəmbərin (s.ə.v.) qızı Fatimə (ə.s) ilə evlənmək istəyərkən...

    Həmçinin... Peyğəmbər (s.ə.v.) bir gecə Fatimə və Əlinin (ə.s) qapısını namaz üçün döydü. {Səhihil-Buxari. Cild 3. Səh 171. "Əl-buyu" kitabı. "Mə qilə fis-sivaq" babı. "Məktəbətür-riyaz-əl-hədisə" mətbəəsi. } Başqa bir rəvayətdə deyilir: - ... Dedi: -Peyğəmbəri (s.ə.v.) gördüm və Həsən-ibn-Əli (ə.s) ona oxşayırdı...) { Səhihul-Buxari , cild 4. Səh 486. "Əl-mənaqib" kitabı. "Sifətun-nəbiyy səlləllahu əleyhi və alihi" babı. Eyni mətbəə. } Həmçinin: (...Əli-ibn-Hüseyndən (ə.s) rəvayət edir ki, ona xəbər verdi...) { Səhihi-Buxari. Cild 9. Səh 418. "Tovhid" kitabı "fil-məşiə vəl iradə" babı. Eyni mətbəə. }

    Ola bilsin bir nəfər desin ki, bu onların üstün olmasına dəlalət etmir. Lakin bir sual ortaya çıxır. "Bəs nə üçün bu söz yalnız onlara məxsusdur?"

    6. Peyğəmbər (s) özü ilə birgə ailəsinə də səlavat göndərməyi əmr etmişdi. Buxari "Səhih" kitabında öz sənədilə Əbdür-rəhman-ibn-Əbu Leyladan rəvayət edərək deyir: Kəb-ibn-Əcizə ilə rastlaşdım və dedi: "Mənə hədiyyə verildi. Peyğəmbər (s) bizim qarşımıza çıxdı və biz ona dedik: "Ey Allahın rəsulu, sənə necə salam verməyi öyrəndik. Bəs sənə necə salavat göndərək? Dedi: -deyin Əllahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd. Kəma sələytə əla İbrahimə və əla ali İbrahim. İnnəkə həmidun məcid". { Səhihi-Buxari. Cild 8. Səh 245, "Əd-də'vat kitabı. "Əs-səlatu ələn nəbiyyi" babı. "Məktəbətur-riyaz" mətbəəsi. } Bu hədisin əlamətliyindən belə aydın olur ki, Həzrət İbrahim (ə) və onun ailəsi bir tərəfdə, Həzrət Muhəmməd (s) və onun ailəsi isə başqa bir tərəfdədir. İbrahim (ə) - peyğəmbər olmuşdur. Həmçinin onun ailəsi də peyğəmbərlər və özündən sonra insanların müraciət etdiyi insanlar olmuşlar. Eyni zamanda Muhəmmədin (s) ailəsi onun risalətinin əmin xəzinədarı olmuşlar ki, müsəlmanlar, Peyğəmbərin (s) vəfatından sonra onlara müraciət etməyə əmr olunmuşlar.

    Lakin onlar İbrahimin (ə) ailəsi kimi peyğəmbər deyil, imam olmuşlar. Necə ki, Peyğəmbər (s) bir hədisdə Əliyə (ə) deyir: -Məgər razı deyilsənmi sən mənə Harunun Musaya olan mənzilətində olasan. Lakin məndən sonra Peyğəmbər yoxdur. { Səhihi-Buxari. Cild 5. Səh 492. "Əl-məcazi" kitabı. "Ğəzəti-Təbuk" babı. “Məktəbətur-riyaz" mətbəəsi. } Gələn hədislərdə bu barədə söhbət açılacaq.

    Keçənlərdən belə mə'lum oldu ki, Allah-təala Əhli-Beyti (ə) ismət və paklıqla xüsusiyyətləndirib. Onlar İslam risalətini gələcək nəsillərə çatdırıb təhrifçilərin təhrifindən və şəkk edənlərin şəkkindən qoruyaraq Peyğəmbərdən (s) sonra onun boş yerini doldurmağa vəsf olunblar. Peyğəmbərin (s) İlahi şəriətin təbliğini, əgər e'tibarlı əllərdə deyilsə, qorumağın nə faydası var? Keçmiş şəriətlərin başına gətirilən oyunlar, bu sualın dolğun cavabıdır. Necə ki, onların ardıcılları öz şəriətlərinin göstərişlərini peyğəmbərlərinin vəfatından sonra kimdən gəldi götürdülər və bununla da Allahın xəbər verdiyi kimi təhrifə uğradılar: (ayə).

    Sözün qısası budur ki, İlahi-Şəriəti qorumaq üçün yalnız Qur'an nəsillərini artırma və nöqsanlarından qorumaq kifayət deyildir.

    Buna görə də imamət, vəhydən başqa öz ümumi vəzifələrilə peyğəmbərliyin davamı hesab olunur. Vəhy isə yalnız peyğəmbərliyə məxsusdur. İmamətin peyğəmbərliyinin davamı olmasından məqsəd, şəriəti elm və əməllə hifz etməkdir. İlahi-Şəriətin düzgün və obyektiv surətdə gələcək nəsillərə çatdırılması üçün imamın mə'sum olması zəruridir. Peyğəmbərin (s) Əhli-Beytindən (ə) olan on iki imam bu cür olmuşdur.

    Категория: Şie cavabları | Добавил: al-shia (19.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 1602 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər