Şenbe, 21.12.2024, 21:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Bə'zi səhabələrin Peyğəmbər (s) vəsiyyət yazarkən mane olmaları

    Peyğəmbərin (s) vəfatından 4 gün əvvəl baş vermiş bu hadisəni Buxari "Səhih" kitabında 6 rəvayətlə qeyd edir.

    O, İbn-Abbasdan rəvayət edərək deyir: "Cümə axşamı idi. Elə bir cümə axşamı idi ki, Peyğəmbərin (s) ağrıları şiddətlənmişdi. Bu zaman O (s) dedi: "Mənim üçün qələm-kağız gətirin. Sizin heç vaxt azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazım." Lakin yanında olanlar mübahisə etməyə başladılar. Halbuki, heç bir peyğəmbərin yanında mübahisə etmək olmaz. Onlar dedilər: "Buna nə olub ki, belə sayıqlayır? Onu başa salın. Onlar Peyğəmbərin (s) sözünü qəbul etmədilər. Peyğəmbər (s) dedi: -Məni tərk edin. Mənim olduğum iş sizin də'vət etdiyinizdən xeyirlidir. { Səhihi-Buxari. cild 5. Səh. 511 "Əl-Məğazi" kitabı. "Mərzun-nəbiyy səlləllahu əleyhi və alihi və vəfatuhu" babı. }

    Başqa bir rəvayətdə isə İbn-Abbas deyir: "Peyğəmbər (s) can üstə idi və evdə bir neçə nəfər kişi də var idi. Peyğəmbər (s) dedi: - Gəlin ətrafıma cəm olun. Sizin azğınlığa düşməməyiniz üçün vəsiyyətnamə yazım. Lakin onların bə'zisi dedi: "Peyğəmbərin (s) ağrıları ona üstün gəlib. Axı sizin əlinizdə Qur'an var. Allahın kitabı bizə kifayətdir. Bu zaman evdə olanların arasında ixtilaf düşərək bir-birlərilə mübahisə etməyə başladılar. Onların bə'zisi "Azğınlığa düşməməniz üçün qoyun sizin üçün vəsiyyətnamə yazsın" deyir, bə'zisi isə başqa söz deyirdi. İxtilaf və boş-boş söhbətlər qızışarkən Peyğəmbər (s) onlara dedi: - “Durun gedin” Übeydullah deyir: "İbn Abbas dedi: - Rüsvayçılıq bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərin (s) vəsiyyətnamə yazmasına mane oldu". { Səhih-Buxari. Cild 5. Səh.512. "Əl-məğazi" kitabı. "Mərəzun-nəbiyy səlləllahu əleyhi və alihi və vəfatutu" babı. }

    Üçüncü dəfə rəvayətdə İbn-Abbas deyir: "Peyğəmbər (s) can üstə idi. Evdə bir neçə kişi var idi. Ömər-ibn Xəttabda onlarla idi. Peyğəmbər (s) dedi: - Ətrafıma cəm olun. Azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazacağam. Ömər dedi: "Peyğəmbərə (s) ağrıları üstün gəlib. Sizin ki, əlinizdə Qur'an var. Allahın kitabı bizə kifayətdir. Bu zaman evdə olanların arasında ixtilaf düşərək bir-birlərilə mübahisə etməyə başladılar. Onların bə'zisi azğınlığa düşməməniz üçün qoyun sizin üçün vəsiyyətnamə yazsın deyir, bə'zisi isə Ömərin dediyi sözü deyirdi. İxtilaf və boş-boş söhbətlər qızışarkən Peyğəmbər (s) onlara dedi: "Durun gedin". Übeydullah deyir: - İbn Abbas dedi: "Rüsvayçılıq bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərə (s) vəsiyyət yazmaqda mane oldu. { Səhih-Müslüm. "Əl-vəsiyyə" kitabı, "Tərkul-vəsiyyə limən ləysələhu şəy'un yusa fihi" babı. Cild 4. Səh 175. }

    Müslüm də "Səhih" kitabında səhabələrin cavabının bu cür olduğunu qeyd etmişdir: (Onlar dedilər: "Peyğəmbər (s) sayıqlayır". Başqa rəvayətdə isə deyilir: "...Ömər bir söz dedi. Onunda mə'nası bu idi ki, ağrılar Peyğəmbərə (s) üstün gəlib. Ömər sonra dedi: -Bizim əlimizdə Qur'an var. Allahın kitabı bizə kifayətdir". { Əbu Bəkr-əl-Cövhəri "Səqifə" kitabı. } Gördüyün kimi "sayıqlayır" sözü başqa rəvayətdə (daha mədəni şəkildə olmaq üçün) "ağrı" sözü ilə əvəz olunub.

    Yuxarıda deyilən rəvayətlərə diqqət yetirsək yəqinən belə qənaətə gələrik ki, Peyğəmbəri (s) sayıqlamaqla vəsf edən ən birici şəxs Ömər-ibn-Xəttab olub. Halbu ki, məclisdə iştirak edən bə'zi səhabələrdə onun (yə'ni Ömərin) sözünü dəstəkləyibmiş. Bu da Peyğəmbərin (s) qəzəblənərək onları məclisdən qovmasına səbəb oldu. Peyğəmbər (s) onlara dedi: "Durun məni tərk edin".

    Həqiqətəndə bu hadisədən belə mə'lum olur ki, şəkksiz Peyğəmbərin (s) şəxsiyyətinə istehza olunub. Bu hadisəni bildikdən sonra mənim üçün böyük qəlb yarasına çevrildi. Bu məsələ böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, sünnilərin əksəriyyəti bu hadisədən xəbərsizdirlər. Mən, bu ürək yandırıcı hadisəni çoxlarına eşitdirərkən inanmırdılar. Hətta bə'ziləri çox müdhiş andlar edərək deyirdilər ki, əgər həqiqətəndə bu hadisə Səhihi-Buxaridə varsa, bundan sonra onun rəvayət etdiyi heç bir hədisə inanmayacaq. Bə'ziləri isə bu rəvayəti təsdiqləyirdilər. Lakin biləndə ki, Peyğəmbərə (s) ilk dəfə "sayıqlayan" sözünü Xəlifə Ömər demişdir, dərhal qəzəblənərək onu təsdiqləməyi rədd edirdilər. Hətta belə qərara gəlmişdilər ki, saleh səhabəyə ləkə gətirən bu cür hədisləri rəvayət edən Buxariyə və ya hər hansı hədis kitabına inanmasınlar!!

    Bu hadisənin dəhşətinin sirri ondan ibarət idi ki, gərək məclisdə olan bütün səhabələr Peyğəmbərin (s) əmrini gecikdirmədən həyata keçirəydilər. Hansı ki, O Həzrət (s) özünün vəsiyyətini yazacaqdı. Rəvayətdən belə mə'lum olur ki, əgər müsəlmanlar o əmrə itaət edərək yerinə yetirsəydilər Peyğəmbərdən (s) sonra azğınlığa düşməkdən amanda olardılar. Sünnilərdən kim gözləyərdə ki, Peyğəmbərin (s) səhabələrin böyüklərilə son görüşü, ona (s) incikli söz dedikdən sonra öz məclisindən onları qovmaqla sona yetəcək. Hansı ki, bu sözün yalnız bir mə'nası vardır. Nəvəbidə Müslümün "Səhih" kitabına yazdığı şərhində bunu "sayıqlamaq" kimi qeyd etmişdir. (Allaha pənah aparıram) İmam Şərəfuddin deyir: (Əgər Peyğəmbərin (s) söylədiyi: "Mənim üçün qələm-kağız gətir. Sizin heç vaxt azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazım" sözü və "Səqəleyn" hədisində dediyi: - Mən sizin üçün Allahın kitabını və ailəmdən olan Əhli-Beytimi (ə) tərk edirəm. Əgər onlardan yapışsanız zəlalətə düşmərsiniz" sözü barədə fikirləşsən, bilərsən ki, hər iki hədisin yalnız bir məqsədi vardır. Necə ki, Peyğəmbər (s) xəstəliyinin o vaxtında "Səqəleyn" hədisində onlara vacib bildiklərinin təfsilini yazmaq istəmişdir. Lakin Peyğəmbər (s) yazmaqdan əl götürdü. Bu ona görə idi ki, onlar o sözü deyəndən sonra, əl götürməyə naçar oldu. Çünki, kimsənin "peyğəmbərliyə" tə'nə etməsi üçün qapı açılmasın və o sözlərdən sonra yazmaq, özündən sonra fitnə və ixtilaflardan başqa bir əsər qoymayacaq idi. Eyni zamanda çəkişmə başlayacaqdı ki, O Həzrət (s) bu yazıda (əl-əyazu-billah) sayıqlayıb ya yox? Keçən hədislərdən belə mə'lum olur ki, onlar Peyğəmbərin (s) hüzurunda ixtilafa düşmüşlər. Onlar əllərində olan Qur'anla kifayətlənərək Peyğəmbərin (s) xəstə halında onun sözündən vaz keçməyi özləri üçün caiz bilmişlər. Sanki Allahın öz Peyğəmbəri (s) haqqında dediyi sözləri unutmuşdurlar:

    O, kefi istəyəni danışmır... Onu çox qüvvətli olan (Cəbrail) öyrətdi. { 53.Nəcm surəsi, 3-5 }

    Peyğəmbər sizə nəyi əmr edirsə, əməl edin; nəyi qadağan edirsə, ondan əl çəkin.{ 59.Həşr sürəsi, 7 }

    Bu Qur'an (Allah dərgahında) çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır. Elə bir elçi ki çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətli, izzətlidir. Elə bir elçi ki itaət ediləndir, həm də e'tibarlı müvəkkildir. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (heç də müşriklərin dediyi kimi) divanə deyildir! { 81.Təkvir surəsi, 19-22 }

    İbn-Abbas bu hadisəni vəsf edərkən çox gözəl demişdir: "Müsibət bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərin (s) vəsiyyət yazmasına mane oldu".

    Bütün bunlara baxmayaraq, Buxari "Səhih" kitabında İbn-Abbasdan rəvayət edərək deyir ki, Peyğəmbər (s) vəsiyyət etməmiş ölmədi: (...Peyğəmbər (s) dedi: - Məni tərk edin. Mənim olduğum iş, sizin də'vət etdiyinizdən xeyrlidir". Peyğəmbər (s) onlara üç şeyi vəsiyyət edərək deyir: - Müşrükləri Ərəbistan yarımadasından çıxarın, gələn nümayəndələrlə mən necə davrandımsa, sizdə o cür davranın və üçüncü vəsiyyətdə isə susdu və yaxud dedi ki, onu unutmuşam." { Səhihi-Buxari. Cild 5. Səh. 511. "Əl-Məğazi" kitabı. "Mərəzun-nəbiyy və vəfatuhu" babı. }

    Mə'lumdur ki, Peyğəmbər (s) vəsiyyəti ailə üzvləri və bə'zi qohumlarının hazır olduğu bir məclisdə etmişdir. O qohumlardan biri də onun əmisi oğlu Abdullah-ibn-Abbas idi. Bu hadisə "cümə axşamı müsibəti"ndən sonrakı günlərin birində baş vermişdir. Lakin qəribədir, Buxarinin dediyinə görə İbn-Abbas üçüncü vəsiyyəti demək istəyibmiş. Hər halda, şiələr, Əhli-Beytdən (ə) rəvayət olunan hədislərə əsasən söyləyirlər ki, unudulan və yaxud susulan vəsiyyət Əlinin (ə) xilafətə tə'yin olunmasıdır.

    Категория: Şie cavabları | Добавил: al-shia (20.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 3894 | Рейтинг: 3.3/10
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər