Şenbe, 21.12.2024, 21:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Ruzi
     
     
    Bağışlayan və Mehriban ALLAHIN adı ilə.

    Həzrət Əli(ə) buyurur:

    “Ey Allahın bəndələri bilin təqva uca və möhkəm bir qalaya bənzər ki,daxilində olanları bütün nöqsanlardan qoruyar.Təqvasızlıq isə alçaq bir hasara bənzər ki,daxilində olanlara gələn ziyanların qarşısını ala bilməz.”

    Deməli insan цz insanlığını əldə etmək üçün və Allah-Təala yaxın bəndə olmaq üçün günahlardan çəkinməli və Allahın əmrlərini layiqincə yerinə yetirməlidir.Bunun da əsas yollarından biri insanların günahların ziyanını layiqincə bilməsidir.Bunun da əsas rolu isə təqvadır. “Təqva” pis əməllərdən uzaqlaşmaq və Allah-Təalanın vacibatlarını yerinə yetirmək deməkdir.Təqva ibadətlərin ən qiymətlisidir.Зьnki,gьnahlardan зəkinmədikcəibadətlərin faydası olmaz.Allah-Təala bütün səmavi kitablarda bəndələrinə təqvanı əmr edir.Allah-Təala Qurani-Kərimdə “Maidə” surəsinin 27-ci ayəsində buyurur:

    “Allah (əməli) yalnız təqvalılardan qəbul edər.”

    Allah-Təala heз bir əməli təqvasız qəbul etmir.Təqva əsasında olmayan heç bir ibadətin dəyəri yoxdur.Demək bütün yaxşılıqlarn təməli təqvadır.

    Şübhəsiz hər bir insan günahları tanıdıqdan sonra onun nə qədər zərər verəcəyini şünməlidir.Günahları tanıyıb ondan uzaq olanlar Allah-Təala qorxub Onu seven kəslərdir.Çünki o insanların əqli,günahın onun axirətdə nə qədər böyük əzab olduğunu düşünürlər.Əgər bir insan islam sədasını eşidib,namaz və orucun vasitəsilə çirkin və pis əməllərdən uzaqlaşdığını bilib,bir çox şeylərin məlumatı olduğu halda ,istər yaxşı,istərsədə pis əməlləri ilə məşğuldursa o şəxs bağışlanmağa layiq deyildi.Əgər Allah_təala bir işin yaxşı yaxud da pis olmasını kiməsə anlatmasa və o şəxs həmin işi görsə Allah-Təalanın cəza verməsi haqsızlıq olardı.Allah-Təala isə ədalətlidir və heç bir zaman heç cür haqsızlıq etməz.Necə ki,Həzrəti Əli(ə)buyurur:

    “Bilərəkdən gьnah edən şəxs bağışlanmağa layiq deyildir.” Digər bir hədisdə buyurur:

    “Xoş o kəsin halına ki,Alllaha ibadət etmək müvəffəqiyyətinə nail olub,günah və xətasına ağlayır.”

    Allah-Təala bьtьn mцvcudatlardan ehtiyacsızıdr.Şübhəsiz ki,kim günah iş görüb zülm etsəcəhənnəmə layiqdir.Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir.O nemətlərdir ki,sayı,dəyəri,hesabı,qiyməti bilinməz və dərk edilməzdir.O gözəl nemətlər Allah-Təalanın insanlara verdiyi ruzidir.

    İslamda ibadət insanın həyat və fəaliyyətini bьtьn anlarını əhatə edir.İslam baxımında Allaha xatir görülən hər bir xeyirli iş ibadətdir.

    Bir gьn Peyğəmbərin(s) ən yaxı səhabəsi olan Əbuzər ,Rəsulullahın yanında idi.Peyğəmbər ona buyurdu:

    “Ey Əbuzər!Əgər bacarsan yemək-iзməyini və yatmağını da Allaha xatir et

    Demək yeməkdə,iзməkdə,işləməkdə,geyinməkdə də dinin qanunlarına əsasən düzgün uyğun şəkildə riayət edilməli,elm və mərifət qazanmaq üçün Allah-Təaladan kömək istənilib,Ona xatir əməl edilməlidir ki,həyatda Ona xatir olan hər bir gözəl şey ibadətdir.

    Peyğəmbər(s) digər bir hədisdə buyurmuşdur :

    “Əgər kimhər gecə yatan zaman dцrd kəlməni sцyləməsə ,həmin şəxs zəlalətdə olar.”Bu dцrd kəlmələrdən biri də ruzi barəsindədir ki,bunu yalnız Allah-Təalaya şükr etmək vasitəsiynən söyləmək mümkündür.Həmin kəlimə belə deyilir:

    “Allah,Sənə şükürlər olsun kimənim ruzilərimi Sən verirsən və kimlərəsə möhtac etmirsən.”

    Əgər insan hər hansı bir ruzinin suyun,yeməyin,işləməyi və bu kimi digər nemətlərin istifadə etməsində böyük rolu olan Tanrıya şükrü olmazsa,həmin şəxs qiyamət günü böyük haqq-hesabata çəkiləcək.Çünki bir hədisdə var ki,bir şəxs Həzrəti Əli(ə)-ın yanına gəlib sual eyləyib soruşur:

    “Ya Əli!Allah-Təala qiyamət gьnь bьtьn insanlardan necə sorğu-sual edəcək?”

    Həzrət buyurdu:

    “Allah-Təala insanlara bəxş etdiyi ruzilər qədər sorğu-sual edəcək.”

    Demək qiyamətin daha da yaxınlaşmağının səbəbi,insanların ruzilərə qarşı israfçılığı,saymamazlığı,etinasızlığı və şükrsüzlüyüdür ki,bu gün bir çox insanlar Allahın biz insanlara verdiyi ruziləri düşünmürük.Şəhidlər şəhidinin ağası və Kərbəla soltanı İmam Hüseyn(ə) buyurur:

    “Əgər kim gьnah etmək istəyirsə,onda Allahın ruzilərini yeməsin.”

    Bu ecazkar hədisdə də gцrьndьyь kimi hər bir şey zülmçülük,güclülük,yaxşılıq,insanlıq,elmlik və bu kimi digər şeylər yalnız Alla-Təala tərəfindən insanlara verilir.Demək bundan əlavə bizim hər bir bədən üzvümüzü yaradan Allaha şükr etməkdən savayı,ibadət edib,oruc tutub,Allahı çox yad və zikr etsək belə,onda Allahınrazılığın yalnız bir hissəsindən də az miqdarda əldə etmiş olarıq.Yəqin ki,İmam Hüseyn(ə) kimi şəxsiyyətin hədisinə bizim bir şəkk-şübhəmiz qalmazÇünki hər hansı bir insan hansı məkana gedir ruzi diləsə,o ruzini də Allah bəxş edəcək.Bəs əgər belədirsə,niyə insanlar saysız-hesabsız Allah-Təalanın bəyənmədiyi günah əməlləri ilə məşğuldurlar?

    Əgər belədirsə niyəbiz insanlar,Allah-Təalanın verdiyi nemətlərindən faydalanırıq və sonda isə naşükürlük edirik?

    Niyə bəs Allah-Təalaya ibadət etməkdən boyun qaзırıb və 12 ayın içində yalnız 1 ayın yəni 30 günü olan mübarək Ramazan ayının orucunu Allaha xatir tutmuruq?

    Həqiqətən bu mьasir zamanda Islam dini зox acınacaqlı vəziyyətdir İslam dini insanları gözəl əxlaqa tərəf səsləndiyi ьзьn зox insanlar bu yoldan kənardırlar.Düşünmək lazımdırki,insana verilən ən üstün şey xoş əxlaq və xoş xasiyyətdir.Hədislərdə də var ki,gözəl əxlaq dinin yarısıdır.İslam məktəbi başqa məktəblərdən fərqli olduğu üçün,İslam məktəbində gözəl əxlaq imana əsaslanır.İnsanın əməlləri gözəl olduqcan sonsuz kəmala və kamilliyə doğru yüksəlir.Gərək insanın Allah-Təalaya qarşı məhəbbəti böyük olub və Onu haram buyurduğu işlərdən uzaq ola.Allah-Təala Qurani-Kərimdə “Bəqərə”surəsinin 165-ci ayəsində buyurur:

    “Iman gətirənlər Allahı daha çox sevənlərdir

    İmanlı insanlar mьtləq başqalarından ьstьndьrlər.Allah-Təala yenə Qurani-Kərimdə“Ali-Imran”surəsinin 139-cu ayəsində buyurur:

    “Ey iman gətirənlər!Qorxmayın və çəkinməyin,əgər imanınız həqiqi olsa mütləq başqalarından üstün olacaqsınız

    İmanlı insan daim başqalarının qayğısına qalır,camaat namazlarında din qardaşlarının зətinliklərini,problemlərini цyrənib kцmək etməyə зalışır,namaz qılarkən bütün insanla üçün Allah-Təalaya dua edib və yaxud ac olarkən evində rahat şəkildə yata bilməyir,yorğun və əziyyət çəkmiş bir şəxs görərkən:Bu şəxs mənim rəbbimin xəlq etdiyi insandır və ona köməkçi olmalıyam deyə çalışıb,hər zaman səy göstərir.Bəs görəsən hər bir şəxsmi belədirmi?!-sözsüz ki,yox.Əlbətdə İslam dini hər bir insanı bu cür əxlaqi fəzilətlərə və xeyir işlərə dəvət edir.Lakin bir зox insanlar цz şəxsiyyətini başqa dünyəvi ləzzətləri ilə öz insanlığını unudub.Çox təəssüflər ki,artıq bir çox insanlar və yaxşı evlər qadınlara pis iş görməkdə kömək edirlər.Görəsən digər bu kimisini də açıqlamaq qalırmı?Gecə evləri və klubları,namusu hər bir fərdin oyuncağı olan,bar və əyləncə klublarındakı Azərbaycan qızlarının bizim öz millətimizin qızı,namusumuz olduğunu görən kimsə düşünürmü?

    Həqiqətən ьzьmьzь yalnız bu qadına tutmalıyıq ki,qadınlar üçün nümunə olmaqda ondan daha üstün bir qadın yer üzündə olmayıb və olmayacaq.Çox həyalı,iffətli,ismətli,İsalmi hicab və geyimə çox ciddi şəkildə nəzər yetirən pak bir xanım o idi.Gərək bütün qadınlar Fatimeyi-Zəhra(s.a)kimi xanımın məqamını dərk edib,onun həyatından ibrət götürsünlər.

    Əziz mьsəlman bacılar:Əgər siz цz qadınlıq ləyaqətinizi alşatmaq istəmirsinizsə,İslam dini tərəfindən tövsiyə və müraciət olunmuş,televiziyada nümayiş etdirilən müxtəlif teleseriallar,mahnılar və digər vasitələrlə təbliğ etdiyi öz qadınlıq ləyaqətini itirmişləri özünüzə bənzətməyin!

    Əziz oxuyucular!Bьtьn bu deyilənlərin misallardan anlaşılan odur ki,nəfsimizi daim nəzarət altında saxlamalıyıq.Əgər içərimizdə axirətə qarşı düzgün inam,duyğu və düşüncə yoxdursa demək vəziyyətimiz yaxşı olmayacaq.Mal-dövlətimizi bura yığıb dünyamızı təmir ediriksə,axirətimiz çox bərbad gününə düşəcək.Təbii ki,bərbad olunan yerə heç bir zaman getmək istəmirik.Amma gedəcəyik,istəsəkdə,istəməsəkdə.

    Bir nəfər şəxs Hz.Məhəmmədin yanına gəlib soruşur:Ya Peyğəmbər!Nədənsə ölümü heç sevə bilmirəm.Ölüm adı çəkiləndə hürkürəm.Axirətə ciddi bir meyl duya bilmirəm.Peyğəmbər soruşur:Var-dövlətin varmı?

    -Bəli var

    -Belə isə o dцvlətdən axirət ьзьn xərclə.Gцrəcəksən ki,axirətə qarşı marağın artacaq,ora meyl hiss edəcəksən.

    Peyğəmbər ardınca da belə buyurur:Çünki insan mal-dövlətin hardadırsa,ordan ayrılmaz istəməz.Sənin isə var-dövlətin buradadır,oraya heç bir şey göndərməmisən.

    Ona gцrə də gedəcəyimiz yeri əvvəlcədən abadlaşdırmaq lazımdır.Burda bir çox xeyir işlər görüb,orada цzьmьzə gцzəl məkan və mьlk qura bilərik.Bu dьnyanın da rahatlığını qazana bilərik.Bunlar bizim gözəl imkanımız daxilindədir.Axı oyerdə isə bizim ünvanımız var və bizləri gözləyir.Kiminsə ünvanı xarabalıq,kiminin də ünvanı isə gözəl mülklər,saraylar olacaq.Amma möminlərin niyyəti nə o mülk,nədə ki saraylar da deyil.mömin hər bir işini hər bir şeyin sahibi olan yalnız Allahın ruzisi üçün yerinə yetirər.Çox təəssüflər olsun ki,bu gün bir çox insanlar hər şeyi ölümü bu üzündə görən və lakin ölümdən o tərəfə hər bir şeyin təsəvvür edilməyən dar düşüncəlilər oraya gedəndə həmin bərbad xarabazarlığa məhkum və peşman olacaqlar.Allah Qurani-Kərimdə buyurur: “Onlar etdiyi hərəkətlərinə görə peşman olacaqlar”

    Əgər bunların heç birini etmək istəmiriksə gəlin əsas məsələ Allahın bizə əmr etdiyi vacibatımız(namaz)düzgün şəkildə qılaq,mübarək Ramazan ayının orucunu tutaq və çox mühüm məsələ olan günah işlərdən uzaq olub,imanımızı daha da kamilləşdirib,əhdimizə hər zaman vəfalı və sadiq olaq.İNŞƏALLAH

     

    Mingəçevir şəhəri

    Quliyev Anar Huseyn oğlu

    İslam cəmiyyətinə bir nümunə olaraq bu məqalə insanlara təqdim edilir.

    Категория: Dini meqaleler | Добавил: media-islam (29.04.2008) | Автор: ANAR QULiYEV E W
    Просмотров: 1849 | Комментарии: 2 | Рейтинг: 3.8/4
    Всего комментариев: 2
    15.05.2008
    2. ZehrayiNur (ZehrayiNur) [Material]
    angry

    15.05.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    sad prosta ozu kimi ujas

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər