Cüme, 29.03.2024, 05:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 5 » "Karvan" jurnalının 2-ci sayı işıq üzü görüb
    17:41
    "Karvan" jurnalının 2-ci sayı işıq üzü görüb
    Jurnalın qiyməti 3 manatdan 2 manata endirilib

    ANS Press Nəşriyyat Evi öz oxucularına daha bir maraqlı jurnal - ayda bir dəfə dərc edilən “Karvan”ı təqdim edir. “Karvan”ı digərlərindən fərqləndirən jurnalda öz əksini tapan mövzular və rubrikalardır. Belə ki, jurnal islami mövzulara həsr olunub. Artıq bir dəfə oxuculara təqdim olunan “Karvan”nın bu gün 2-ci sayı satışa çıxıb. Jurnalın bu sayında da bir çox mövzularla yanaşı İslam tarixinə dair məqalələr dərc olunub.
    “Karvan” jurnalının şef-redaktoru İlahə Qaragözovanın sözlərinə görə, jurnaldakı “Nadir tarix” adlı rublikada hələ heç bir yerdə açıqlanmayan İslam tarixində baş verən hadisələr işıqlandırılır.
    Jurnalda islami dəyərlər baxımından kişi- qadın münasibətlərindən də danışılır. “İzahat” rubrikasında isə sənət adamlarının İslam dininə olan münasibətləri öz əksini tapıb. Bununla yanaşı yeni nəşrdə tanınmış dini ekspertlərin məqalələri də dərc olunub.
    Qeyd edək ki, jurnalın 1-ci sayının qiyməti 3 manat olsa da, oxucuların məktubları nəzərə alınaraq, artıq jurnalın 2-ci sayı bütün köşklərdə 2 manatadır.
    Redaksiyada çalışanlar inanır ki, jurnalın hər nömrəsində oxuculara İslam dini ilə bağlı yeni fikir və faktların çatdırılmasında çətinlik çəkməyəcəklər. Çətini jurnalı ərsəyə gətirmək idi. Necə deyərlər, su girdi qaba, oldu içməli./ANS TV/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2443 | Добавил: al-shia | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər