Cüme axşamı, 21.11.2024, 13:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    TÜRKİYeLİ ALİM İSA POLAD-la MÜSAHİBe
    Dosye: Bu günkü müsahibimiz Türkiyəli alim, yazar, təhlilçi İsa Polad Hocadır. Məşhur qəzet və jurnallarda yazıları dərc edilməklə yanaşı geniş auditoriyalı mərkəzlərdə dərsləri gedir. İkiislam.com saytında dərslərinin audio variantını izləmək imkanınız olmaqla yanaşı bizim saytın audio bölməsində də bu yazıları dinləyə bilərsiniz.

     İslam-Azeri.az saytının hazırladığı müsahibəni sizə təqdim edirik.

    1. Salam İsa Hoca, Azərbaycan sizdə hansı təəssüratlar yaratdı?

    Əleykum salam. Mən təyyarədən düşər-düşməz özümü Ərzurumda hiss etdim. (İsa Polad Ərzurumlıdır). İllər boyu Rusiya imperiyasının işğalı altında yaşamış bir xalqın azad olması məni şad etmişdi ki, görüşlərimizin ilk anlarında bu ölkədə dindarların təzyiqlərə məruz qalması məni narahat etdi.Bu ölkədə dünyanın bir parçası olaraq xalqıda həqiqi mənada bir gün azad olması reallaşacaq.

    2. Dünyavilik Türkiyədə süqut etdimi?

    Bu mövzu uzun və araşdırmaya ehtiyacı olan bir mövzudur. Bu mövzu kilsə hakimiyətdə olduğu dövrdən gündəmə gətirilib. Məqsəd isə din və siyasəti ayırmaqdır. Kilsə məmurlarını kilsədən uzaqlaşdırmaq üçün ortaya atılan laiklik dünyavilik ideologiyasında formalaşdı. Lakin əslində isə o iqtidar ki, Allahın istəyi ilə seçilməyib onun üzvləri dindarlar olsa belə elə dünyavidirlər. Bu baxımdan Türkiyədə Parlamentdəki deputatların əksəriyyətinin dindar olması, baş nazir və prezidentin namaz qılması dini hökümət demək deyildir və elə sekulyarizmə aid olan dünyavi bir hökümətdir.

    3.Azərbaycanda İslam yönlü İcma və Təşkilatlar sizcə hansı yöndə fəaliyyət etməlidirlər?

    Xalq üçün bir şeylər etmək istəyən şəxslər gərəkdir ki, əvvəlcə özünü islah edərək özünü mənəvi baxımdan düzəltsinlər. Bu icmaların əsas vəzifəsi müsəlmanları müdafiə etməklə yanaşı İslam mədəniyyətini, Quran və Əhli Beyt yolunu onlara düzgün çatdırmaqdır. Həmçinin bu icmalar gərəkdir ki, Əhli Beyt çeşməsindən xalqı sirab etməyi bacarsınlar. Ancaq bu fəaliyyətlər mehr və məhəbbətlə təsirli ola bilər. Nəbadə kin və kobud yollara əl atasınız. Əksinə mülayimlik və məhəbbət göstərərək səbrli iş görmək əsas vəzifədir. Bu icmalar Peyğəmbər və Əhli-Beytin mərifət, elm, şücaət, itaət, iffət, bir sözlə həyat yolunu ədəbi, nəşr, konfrans,disput və digər vasitələrlə xalqa çatdırmalıdırlar.
    www.islam-azeri.az
    4. Fətullah Gülən haqqında nə deyə bilərsiniz?

    Özəl şəxslər haqqında danışmaq çətin olmasına baxmayaraq mən onun narahat edən bir şeylər deyil məhs həqiqətə söykənən və özünün etiraf etdiyi şeyləri söyləyəcəyəm.
    1979-cu illərdə Bələdiyyələrin səsgücləndirici mikrafonlarından belə bir elan yayıldı:”Fətullah Gülən “Fitnə qətldən daha şiddətlidir” ayəsi mövzusunda Ərzurum Məscidində çıxış edəcək”. Bu elandan bir az sonra bizim bu barədəki proqnozlarımız öz təsdiqini tapdı. Belə ki, bu ayənin təfsir və açıqlamasında İran inqilabını fitnə adlandıraraq müsəlmanlar arasında İslam inqilabına mənfi fikilər yaratdı.
    Bu çıxışlar bir çox şəhərlərdə təkrar olduqdan sonra, bu şəxs məşhurlaşdırıldı. Dini lider kimi göründüyündən narahatçılıq yaşayan iqtidar ona qarşı planlar hazırlasada elə yüksək rütbəli nazirlərin himayəsi altında bu təzyqlər bitərəf oldu. Sabiq baş nazir Bülent Ecevit Parlamentdəki çıxışında:”Siz nə edirsiz, Fətullah Gülən olmasa idi millətimiz İmam Xomeyninin qucağında oturacaqdı” çıxışı daha da diqqət çəkdi. Bu sözlər bunu göstərdi ki, İran İslam İnqilabı və iki xalq arasında qarşıdurma və soyuqluq yaratmaq məqsədi ilə bu şəxs ortaya atılmışdır.
    Bundan əlavə Türkiynin Shov TV-yə telefon bağlantısında Fətullah Gülən:”Əgər Amerika olmasa idi, biz bir məktəb belə qura bilməzdik” –sözlərini demişdir. Ağıllı insan bu haqda düşünər. Yəni elə bil İslam düşməni Əbu Cəhl mənə İslami məktəb açmaq üçün yardım edir. Onda mənim barəmdə şübhə yaranmazmı?

    5. İranın Nüvə fəaliyyətlərinə münasibətiniz?

    Hər ölkənin və hər milətinin haqqı kimi, İranın da nüvə enerjisinə sahib olmaq haqqı vardır. Diqqətinizə çatdıraq ki, İran atom bombası deyil nüvə enerjisinə sahib olmaq istəyir. Özləri də dəfələrlə Atom bombası düzəltmirik etiraflaını bildiriblər. Ayətullah Xamenei də Atom bombasının hazırlamağın İslami baxımdan icazəsi olmadığını vurğulayıb.
    Amma lap İran Atom bombasına sahib olmaq istəyir. Niyə ABŞ-də olsun, İsrail və digər ölkələrdə olsun amma İranda olmasın? ABŞ-də atom bombası olması ilə bərabər üstəlik o bu bombanı Yaponiyaya qarşı da istifadə edib. Həmçinin müsəlmanlarla həmsərhəd və müharibə şəraitində olan İsraildə atom bombası olsun, amma niyə İranda olmasın? Və bu qadağa İsrailə deyil, ABŞ-yə deyil məhs müsəlman olan İrana qarşı tədbiq edilsin?

    6.Bildiyiniz kimi Azərbaycanda Hicab problemi vardır və bu yaxınlarda bu qadağanı təhsil sahələrində rəsmiləşdirmək istəyirlər buna münasibətiniz?

    Bu qadağa fikirləri məni də üzdü. Çünki bu problemlər mənə tanış bir problemlərdir. Bu qadağalar Türkiyədə dövlət və xalq arasında soyuqluq və parçalanma verdi. Buna baxmayaraq bu qadağalar hökümətin nüfuzunu aşağı saldı və hicablıların sayı da artı.
    Bu qadağa dövlətə heç bir xeyir vermədi əksinə, qızların və gəlinlərin, ana və bacıların gözlərini yaşlı edərək zalim olmalarını əyani sübut etdi. Baş örtüsü Allahın əmri olmaqla yanaşı bir insani haqdır. Başını örtən şəxsin bir müsəlman kimi İslam dinini seçimi azad olduğu kimi başını örtməsi də onun azadlığı və haqqıdır. Bu cür qadağalar dinə qarşı olmaqla yanaşı insan haqlarını kobudcasına pozmaq deməkdir. Bu qadağaların nə məntiqi nə də hüquqi müstəvidə bəraəti yoxdur. Lakin bu qadağa hökümət və xalq arasında soyuqluq və parçalanma yarada biləcək qədər böyük dərddir.
    Mənim bu iqtidara mesajım var: “Öz iqtidarınızın hörmətinə bu qadağanı reallaşdırmayın!”.

    7. Ürək sözləriniz:

    Allah azəri xalqını Peyğəmbər və Əhli Beytin mərifətinə, əxlaqına, elminə hidayət etsin.
    Əhli zülm, əhli şirk, əhli nifaq, əhli fisqdən bu xalqı hifs və xilas etsin.
    Категория: İslam alimleri | Добавил: media-islam (14.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2550 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər