Bazar, 22.12.2024, 05:51
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Ayetullah üzma Fazil Lenkeraninin vesiyyet namesinden qismetler
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    Sonuncu vəsiyyət: 01 Ramazan 1427-ci il
    .


    - Mənim İmam Xomeyninin (r.h.) "Təhrirul-vəsilə" kitabına yazdığım "Təfsiluş-şəriə” adlı şərhimə (indiyədək onun otuz cilidi çap olunub) məsləhət əsasında əməl olunsun. Əlbəttə ondan istifadə edən tələbəlin rahat şəkildə ixtiyarında qoyulsun və qalanlarını da çap etdikdən sonra bu şəkildə əməl olunsun.

    - Birinci dərəcədə istəyirəm ki, bir hissəsi Bacəkdə olan evdə, bir hissəsi rəhmətlik atamın hüseyniyyəsindəki böyük otaqda və bir hissəsi də mənim gündüzlər oturduğum otaqda olan kitablarımın hamısını bir yerə cəm edəsiniz ki, müraciə edənlərin ixtiyarında olsun. Əlbəttə, onlardan oğlum Məhəmməd Cavad öz şəxsi kitabxanası üçün lazım olanları götürsün və ikinci mərhələdə də məsləhət bilinən yerlərə verilsin.

    - Rəhmətlik Ayətullah atam (r.h.) tərəfindən vəqf olunan və bəndənin dəftərxanasının yerləşdiyi Hüseyniyyədə cümə günləri, məhərrəmlikdə və Fatimiyyə günlərində rovzə məclisləri təşkil olunsun. Əgər hansısa bir səbəbdən, məsələn sel, zəlzələ, yaxud da küçəyə düşməsinə görə mümkün olmasa, başqa bir yerə köçürülsün.

    - Məndən sonra qalan mallar ya tələbələrin təqaüdünə, ya da Əimmeyi-əthar (əleyhimus-salam) adına fiqhi mərkəzin idarəsinə sərf olunsun. Onun təyin etmək mənim vəsimin öhdəsinədir. Əlbəttə təqaüdlərin tam şəkildə verilməsi lazım deyil, bəlkə məsləhət bilinən qədər.

    - İstəyirəm ki, Londonda Əhli-beyt məzhəbini yayıb, dünyaya çatdırmaq üçün bir mərkəz açılsın.

    - Lazımdır qeyd edəm ki, Məhəmməd Cavad və Əhmədağa uzun illərdir ki, bu dəftəri layiqli şəkildə idarə edirlər və heç bir muzd almırlar. Mən onlara təşəkkür edirəm, çünki, onların işləri, nəticədə İmam Zaman ağaya aiddir.

    - Mənim yaşadığım və Bacəkdə yerləşən evim hörmətli xanımım Hacı xanım Lacivərdinin evidir. Bütün ev, orada olan avadanlıq, xalça, qab-qacaq və s. ona verilsin.

    - Bütün bu sadaladığım işlərdə mənim vəsim oğlum Məhəmməd Cavad, nəzarətçi isə Əhmədağadır.

    - Sonda qeyd edim ki, mənə aid olan malların heç biri şəxsi malım deyildir, onların hamısı İmam malıdır və varislərimdən heç birinin bu malda haqqı yoxdur.


    Məhəmməd Fazil Lənkərani
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM



    Allaha həmd və sənadan, Muhəmməd və Ali-Muhəmmədə salam və salavatdan sonra gizli qalmasın ki, əziz övladım Məhəmməd Cavad Fazil Lənkərani Allahın lütfü, mərhəməti sayəsində və mənim birbaşa nəzarətim altında ictihad dərəcəsinə yetişmişdir və uzun illərdir ki, fiqh və usulun xaric (ali ixtisas) dərslərinin tədrisinə məşğuldur. Çoxlu təlif və tədqiqlərə sahib olmasına baxmayaraq, mənim də işlərimdə, xüsusən də mərcəi-təqlid oluqdan sonrakı ağır vəzifələrimdə mənə köməkçi olmuşdur. Elə ki, əgər onun və qardaşı Əhmədağa Müvəhhidinin köməkləri olmasaydı, müxtəlif xəstəliklər və ahıllığım səbəbindən bütün bu işlərin öhdəsindən gələ bilməzdim. Onlar bütün vaxtlarını mənim işlərimə sərf etmişlər. Əlbəttə, hətta kiçik işləri də mənim icazə və məsləhətimlə yerinə yetiriblər.

    Bundan əlavə, "Əimmeyi-əthar" adına fiqhi mərkəzdə bir sıra elmli tələbələr xüsusi xaric dərsləri oxuyurlar, orada çoxlu kitablar çap olunub, internet vasitəsi ilə müxtəlif suallara cavab verilir. Onun üçün böyük bir bina hazırlanan bu mərkəzin iyirmi mindən çox fiqh kitabı olan zəngin kitabxanası vardır. Həmçinin müqəddəs Məşhəd şəhərində də bir müəssisə var ki, neçə illərdir bir sıra hövzəvi şəxsiyyətlər və tələbələr orada hövzə dərslərindən əlavə başqa elmlərlə də məşğul olurlar. Suriyada olan müəssisəmiz tamamlanmaq üzrədir. Onun çoxlu üstünlükləri var və onu tikməkdə məqsədimiz həzrət Zeynəbi-Kubranın (salamullahi əleyha) qəbri kənarında elmli və imanlı tələbələr yetişdirməkdir. Bunlardan əlavə, Qum elmi hövzəsinin əlli mindən artıq olan tələbəsinin, Məşhəd, İsfahan və başqa şəhərlərin üç yüzdən artıq elmi hövzəsinin tələbələrinin aylıq təqaüdü və idarəsi çox böyük və ağır işdir. Əgər bu iki qardaşın köməkləri olmasaydı, təklikdə bu işlərin öhdəsindən gələ bilməzdim.

    Uyğun işlər üçün Tehran, İsfahan, Əfqanıstan, Moskva və dünyanın başqa yerlərində yaradılan nümayəndəliklərlə əlaqə saxlanılmaldır. Şiəliyin yayılması onların vasitəsilə olan bu hövzələrin problemlərinin həlli və indi onları qeyd etməyin yersiz olduğu digər məsələlər layiqli şəkildə yerinə yetirilməlidir.

    Bunu da qeyd edim ki, müxtəlif münasibətlərdə verilən bəyanat və müraciətlər mənim öz tərəfimdəndir; xüsusən "Cumhuriye-İslami" qazetində dərc olunanlar. Mən onların ikisi ilə iftixar edirəm: Həzrət Zəhranın (səlamullahi əleyha) şəhadəti münasibəti ilə illər ərzində olan müraciət və bir də İmam Xomeyninin (r.h.) Salman Rüşdinin mürtəd olması və edamının vacibliyi barəsində verdiyi hökmü sındırmağın caiz olmaması barədə verdiyim bəyanat. Çünki bəziləri belə güman edirdilər ki, bugünkü məsləhətlərə görə Salman Rüşdi ilə münasibət dəyişilməlidir və bu işin müqəddiməsini də hazırlamışdılar. Bəndə onların qarşısında müqavimət göstərərək sərt mövqe tutdum.

    Ümidvaram ki, bu işlər və çətinliklərə dözüm İmam Zaman ağanın (əccələllahu təala fərəcəhuş-şərif) razılığına səbəb olsun və o həzrətin həqiqi əsgəri olmaq şərəfindən məhrum olmayaq; çünki ən yüksək şərəf budur. O günün ümidi ilə ki, onun müqəddəs zühuru ilə bütün problemlər həll olunsun və işlər yoluna düşsün. Allahummə əccil livəliyyikəl-fərəc və məttina bizalikə fəuqə ma nətərəqqəbu və nəməl.

    Məhəmməd Fazil Lənkərani
    1\4\1384 22.07.2005






    Источник: http://lankarani.org
    Категория: Dini meqaleler | Добавил: al-shia (26.12.2007) | Автор: lankarani.org W
    Просмотров: 2612 | Комментарии: 1 | Рейтинг: 3.7/3
    Всего комментариев: 1
    02.08.2008
    1. ilkin (media-islam) [Material]
    biggrin

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər