Çerşenbe, 04.12.2024, 12:32
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 16 » "QARABAĞ ERMeNİLeRİ AZeRBAYCAN DÖVLeTİ TeReFİNDeN HÜQUQLARININ POZULDUĞUNU İDDİA EDİRLeR"
    16:18
    "QARABAĞ ERMeNİLeRİ AZeRBAYCAN DÖVLeTİ TeReFİNDeN HÜQUQLARININ POZULDUĞUNU İDDİA EDİRLeR"
    Ermənilər Avropa məhkəməsində Azərbaycandan nə istəyirlər?




     

    Çingiz Əsgərov: «Erməni təcavüzü nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının Avropa Məhkəməsinə etdiyi şikayətlərə payızda baxılması gözlənilir»

    «Öz müqəddəratına təyin etmək və bir ölkənin tərkibindən ayrılmaq hüququ o etnik qruplara verilir ki, onların dövlət daxilində hüquqları pozulur. GUAM ölkələri ərazisindəki separatçı rejimlər isə ölkə daxilində daha çox inkişaf etmiş regionlarda qurulub. Məsələn, vaxtilə ən çox büdcə vəsaitləri məhz Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrılıb». Bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanındakı səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. Onun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycan dövləti tərəfindən hüquqlarının pozulduğunu iddia edə bilməzlər.

    Buna baxmayaraq, vaxtilə Goranboy rayonunun Gülüstan kəndində yaşamış bir erməni Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Onun iddiasına görə, 1992-ci ildə daimi yaşayış yerindən çıxarılıb və buna görə məsuliyyəti Azərbaycan hökuməti daşıyır. Çingiz Əsgərovun sözlərinə görə, Azərbaycan hökuməti Avropa Məhkəməsi tərəfindən icraata götürülmüş bu şikayətə cavab verib. O hesab edir ki, erməninin şikayətinin heç prespektivi yoxdur və bu məhkəmə çəkişməsində Azərbaycan tərəfi qalib gələcək.

    Erməni təcavüzü nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə verdiyi şikayətə isə payızda baxılması gözlənilir. Çingiz Əsgərovun verdiyi məlumata görə, bu məsələdə üçüncü tərəf kimi çıxış edən Azərbaycan hökuməti öz yazılı mövqeyini bildirib və rəsmi İrəvan cavab vermək üçün vaxt istəyib. Bundan başqa, Ermənistandan qovulmuş azərbaycan vətəndaşlarından da Avropa Məhkəməsinə şikayət edənlər olub və onların da işinə baxılması gözlənilir.

    Çingiz Əsgərovun verdiyi məlumata görə, hazırda Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı 35 iş var: «Bu şikayətlər müxtəlif sahələri ahətə edir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə hüququ), 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ), 11-ci maddə (yığıncaqlar və birləşmək azadlığı) əsasında müraciətlər isə əsas yer tutur». /ANSPRESS/

    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dünyada | Просмотров: 1962 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər