Cüme axşamı, 25.04.2024, 16:31
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 2 » AZeRBAYCAN İSLAM PARTİYASININ BeYeNATI
    15:25
    AZeRBAYCAN İSLAM PARTİYASININ BeYeNATI
     
    İslam Partiyasının bəyənatını sizə təqdim edirəm.

    Məlumdur ki, Azərbaycan Respublikası özünün ilk müstəqillik günlərindən müəyyən dövlətlərin maraq dairəsinə çevrilmiş və bunun nəticəsi olaraq təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Ölkəmizə qarşı eyni münasibətlər bu gün də müəyyən dövlətlər tərəfindən davam etməkdədir. Bu gün dünyada işğalçı və istismarçı rejimlər tərəfindən idarə olunan dövlətlər təcavüzkar Ermənistanı birbaşa və dolayısı ilə müsəlman Azərbaycan və türk xalqına qarşı dəstəkləyir, ona hər cür maliyyə yardımı göstərilir.

    Fələstində milyonlarla insanı öz doğma torpaqlarından didərgin salan və müsəlmanların ilk qibləsi "Beytül-müqəddəs"i əsarətdə saxlamaqla, müsəlman dövlətlərin torpaqlarına göz dikərək işğal və təcavüz edən bir ölkənin müstəqil, suveren Azərbaycana ayaq açması dövlətçiliyimizi və ərazi bütövlüyümüzü, təhlükə altında qoya bilər.

    Odur ki, biz Azərbaycan İslam Partiyası olaraq belə bir işğalçılıq xislətinə malik olan ölkə ilə hər cür əlaqəni Azərbaycanın ayrılmaz hissəsi olan Şuşanın işğal günündə qeyd etməsi təşəbbüsünü bir təsadüfi hal kimi deyil, Azərbaycan xalqına təhqir və işğalçı Ermənistana dəstək faktı kimi qiymətləndiririk. Azərbaycan hökumətindən tələb edirikki, bu cür halların yolverilməzliyini nəzərə alaraq müsəlman xalqımızın heysiyyatına hörmətlə yanaşılsın. Hesab edirik ki, belə addımlar ölkəmizi İslam Konfransı Təşkilatının üzvü kimi müsəlman dünyası ilə üz-üzə qoya bilər.


    30.04.2008 Azərbaycan İslam Partiyası
    Mətbuat Xidməti
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1193 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər