Главная » 2008 » May » 12 » NAXÇIVANDA NÖVBeTİ eCAİB OLAY
11:56 NAXÇIVANDA NÖVBeTİ eCAİB OLAY |
Naxçıvan Muxtar Respublikasında baş verən əcaib hadisələr barədə vaxtaşırı mətbuatda məlumatlar dərc olunur. Bu məlumatlar bəzən o qədər gülməli olur ki, bir çox hallarda qeyri-ciddi xəbərlər kimi qarşılanır. Ancaq Naxçıvan “xan”ı Vasif Talıbovun Muxtar Respublika əhalisinin başına hansı oyunlar açdığının şahidi olmaq və mətbuatın yazdıqlarını təsdiqləməkdən ötrü sözügedən məkanda bir neçə saat olmaq kifayətdir. Bu fikirləri əməkdaşımızla söhbəti zamanı əslən Naxçıvandan olan və uzun müddətdən bəri Bakıda yaşayan həmsöhbətimiz söylədi. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, o qəzetlərdə V.Talıbovun MR-də təndirləri, çayxanaları yığışdırdığı, eyvanlardan paltar asmağı qadağan etdiyi haqda xəbərləri oxuyanda bunlara inanmayıb. Ancaq bir neçə gün öncə ata yurdunda olanda bütün bunların həqiqət olduğunu öz gözləri ilə görüb: “Məni dəhşətə gətirən hakimiyyətin yas və toy mərasimlərinə kobud müdaxiləsi oldu. İştirak etdiyim yas mərasimində ev sahibləri ehsana qənd və çaydan başqa xurma verdiklərinə görə çək-çevirə salındılar. Yas yerinə gələn nümayəndə daha yas sahibinə bir söz deməyib mərasimdə iştirak edən mollanı 150 manat cərimələyib getdi. Hakimiyyətin nümayəndəsi bildirdi ki, Vasif Talıbovun yas məclisləri ilə bağlı qadağasının pozulmasında molla günahkardır”. Həmsöhbətimiz bildirdi ki, Naxçıvanın kəndlərində əsasən yaşlılar yaşayır və MR sürətlə boşalır: “Artıq heç kimdə şübhə yoxdur ki, Naxçıvanı sürətlə və məqsədli şəkildə boşaldırlar. Vasif Talıbov sanki ora Əzrayıl göndərilib. Ölkənin başbilənləri müdaxilə eləməsə, Naxçıvanı da itirəcəyik. Artıq bütün işlərinə müdaxilə olunan yerli əhali burada yaşamağın perspektivini görməyərək Naxçıvanı tərk edir”. VÜQAR
|
Категория: Dünyada |
Просмотров: 1236 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|