Главная » 2008 » Avqust » 26 » ABŞ TÖRƏTDİYİ YENİ CİNAYƏTİ QANUNLAŞDIRDI
21:26 ABŞ TÖRƏTDİYİ YENİ CİNAYƏTİ QANUNLAŞDIRDI |
Əfqanıstanda 90 sivil vətəndaşın öldürülməsi ilə nəticələnən əməliyyat ABŞ tərəfindən qanuni addım kimi qiymətləndirilib
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Əfqanıstandakı növbəti əməliyyatı əsnasında 90-dan çox sivil vətəndaşın öldürülməsini "qanuni" sayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi məlumat yayıb. Pentaqon rəsmisi vətəndaşların ölümünə gətirib çıxaran əməliyyatın Talibana döyüşçülərinə qarşı təşkil edildiyini söyləyib və "Əməliyyatın qanuni olduğunu düşünürük"- deyib. Pentaqon rəsmisi, "Təəssüf ki, bu vaxt sayları mübahisəli olsa da vətəndaşlar həyatını itirdi. Bu səbəblə istintaq icra edilir" deyə danışıb.
Verilən xəbərə görə, Əfqan səlahiyyətlilər isə, cümə günü Şindand bölgəsindəki Əzizabad kəndini hədəf alan borbardmanında, çoxu qadın və uşaq olmaqla 90-dan çox vətəndaşın öldüyünü söyləyirlər.
Qeyd edək ki, əvvəl ilkin məlumata görə ölənlərin sayı 76 olaraq bildirlirdi. Ancaq yaralılardan da daha sonra həyatlarını itirənlər oldu. Hələ də ən azı 10 yaralının vəziyyətinin ağır olduğu söylənilir.
WwW.Birlik.Az
|
Категория: Dünyada |
Просмотров: 1216 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|