Cüme axşamı, 07.11.2024, 08:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Halal süfrə

    Xəmiraşı
     
    Xəmiraşı
    (2 pay üçün)
    Tərkibi
         Qoyun əti – 300 qr, buğda unu – 70 qr, yumurta – ½ ədəd, ərinmiş yağ – 20 qr, ağ lobya – 40 qr, bir ədəd baş soğan, keşniş – 1 dəstə, üzüm sirkəsi, quru nanə, duz və istiot.
         Hazırlanma qaydası
         Əvvəlcə sümüklərdən bulyon bişirilir. Bulyon hazır olana qədər isə qoyun əti çəkilir və ona baş soğan, duz və istiot əlavə edilir. Alınmış qiymədən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Sonra lobya ayrı qazanda bişirilməyə qoyulur və bununla yanaşı xəmirin yoğurulumasına hazırlıq görülür. Xəmir bu qayda ilə hazırlanır: una yumurta, duz və su vurulduqdan sonra bərk xəmir yoğurulur. Bu xəmir 1 mm qalınlığında yayılır, üstünə bol un səpilib bir neçə qat qatlanır. Sonra (iti bıçaqla) 1-2 mm enində lent şəklində əriştə kəsilir və bir az qurudulur.
         Daha sonra bulyon süzülür və yenidən oda qoyulub qaynadılır. Qaynara düşəndə bulyona əvvəlcə kiçik küftəciklər tökülüb bişirilir, bir az sonra isə ona duz, yağ, əriştə və bişmiş lobya əlavə edilir. Hazır xörəyə xırda doğranmış göyərti, süfrəyə verilən zaman isə quru nanə səpilir və yanına ayrıca qabda üzüm sirkəsi qoyulur.

    Категория: Halal süfrə | Добавил: media-islam (12.08.2008)
    Просмотров: 2433 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər