Bazar, 22.12.2024, 11:15
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Azerbaycan ziyaretgahları (BiBi HeYBeT)
     
    Hər zaman Islam dininə məhəbbət, əqidəvi dini dözümlülük nümayiş etdirən Azərbaycan xalqı tarix baxımından dini inancları ilə yanaşı bu inanclara hörmət əlaməti olaraq ucaldılan türbələri ilə bu gün də xalqın inam yeri olaraq гаlr. Minlərlə insanın şəfa mənbəyi, Allah və bəndəsi arasındakı vasitəçi qərar verilən bu ali şəxslər hər bir fərdin çətin dəqiqələrinin pənah ünvanı olması ilə yanaşı xoş günlərinin əqidə qoruyucusu timsalındadır.

     

    Sizi bir müqəddəs məkan "Bibi Heybət" ziyarətgahı ilə tanış etmək istəyirik. Bu ali müqəddəs pir ilə tanışlığı ziyarətgahın axundu Hacı Hikmət Əlizadənin vasitəsi ilə etdik. Hacı bizə tikinti layihə və tarix barəsində dolğun və maraqlı faktlar bildirməklə bir daha bu ziyarətin uca məqamına pərəstiş hissimizi artırdı.

     

    Ziyarətgahın tarixi məzar üzərindəki kitabədən əlavə Əllamə Məclisinin " Biharul Ənvar" kitabının 118-ci cildində də öz əksini tapıb. Belə ki, burada Imam Kazım (ə) in övladları haqqındakı məlumatda Fatimə Kübra adı ilə adlandırılan və hal-hazırda Iranın Qum şəhərindəki Məsumə (ə.s.) nin doğumu və dəfn olunduğu ünvan, Qum şəhəri haqqında məlumatla yanaşı Fatimə Suğra adı ilə qeyd olunan və Bakının cənub hissəsində dəfn olunduğu  "Bibi Heybətin" adı göstərilir.

     

    Tarixdə qeyd olunan hadisə isə Abbasi xəlifəsi Abdullah Məmun tərəfindən təzyiqlərə məruz qalan Imam Kazım (ə) in övladlarından olan Fatimə Suğra (Bibi Heybə) Baba Sucad adlı gəmiçi bir şəxsin köməyi ilə Ənzəlidən üç uşağı ilə bərabər gizli surətdə Azərbaycana gətirilir. Baba Sucad ünvan bildiyi Əhli-beyt sevən dostu tacir hacı Bədirlə görüşüb hadisəni oma danışır. Hacı Bədir Abbasi xanidanının təzyiq və zülmkarlığı müqabilində Imam ailəsinə qarşı məhəbbətini bir daha nümayiş etdirərək Fatimə Suğranı uşaqları ilə yanaşı evində məskunlaşdırır. Lakin hər kəsin bu qadının kimliyi ilə maraqlanmasını nəzərə alıb öncə ünvanı dəyişib içəri şəhəri tərk edir. Adını da dəyişərək Hacı sözünün baş hərfini Hey- Bədir adının baş hərfi Bəni götütməklə Heybət deyə adlandırır. Məhz  bu xanımda bu hərf toplusundan yaranan adla Heybənin bibisi yəni Bibi Heybət deyə çağırılmağa başlanılır. Bu ad həm hacı Bədirin gizlin qalması, həm də Fatimə Suğra - Bibi Heybənin təhlükəsiz həyat yaşaması üçün zəmin olur. Hacı Bədir dünyasını dəyişən vaxt vəsiyyət edir ki, onu Fatimə Suğranın ayaq tərəfində dəfn etsinlər və ona nökər kimi sinə daşı və adı həkk olunan heç bir şey etməsinlər. Bu gün ziyarətgahın giriş hissəsində məzar daşı qoyulan hacı Bədir ziyarətgaha gələnlərin ilkin rastlaşdıqları məzardır. Ziyarətgahın əsəs hissəsində isə xanım və övladlarının yer aldığı dörd müqədəs məzar vardır.

     

    Ziyarətgahın türbə vəziyyətində tikilişi 300 il sonra 1257-ci ildə Şirvanşah Fərrux Zal tərəfindən inşa edilir. Tikinti bir layihə və bir Ziyarətgahdan ibarət pir formasında tikilir. Sonradan onun yan  tərəflərinə artırılan Şeyx Ələsgər türbəsi və 1911-ci ildə tikintisi tamalanan Hacı Şeyx Əli türbəsi ilə üç hissəli tikinti kompleksinə verilir.  Ziyarətgahı bir minarədən ibarət tikili tamamlayırdı. Xalqın ixtiyarında olan ziyarətgah zaman-zaman müxtəlif  dəyişikliklərə məruz qalsa da öz formal xarekterini sovetlər birliyinin Azərbaycandakı qəsbkarlıq siyasətinə qədər qorunub saxlayır. 20-30-cu illərdən başlayaraq Azərbaycan cəmiyyətində Islam dininə qarşı başlanan soyuq müharibələr, represiyalar, sürgün və güllələmələrlə yanaşı dini ocaqların əksəriyyətinin qapıları bağlandı. Lakin Bibi Heybət ziyarətgahı daha acınacaqlı hal ilə üzləşdi. 1934-cü ilin sentyabrında mərkəzi Komitə ziyarətgahın şosse yolundakı maniələrini nəzərə alıb oranın sökülmə qərarını verdi. Iki gün sonra isə bu ali ocaq dövlət tərəfindən partladıldı. Tikintinin partlayışından sonra qalan qapı və orta, müqəddəs məzarlar olan hissə allahsız insanlar tərəfindən tamamilə dağıdıldı.  Məscidə məxsus zəngin kitablar, xal,alar, tarixi məlumatları əks etdirən əlyazmalar isə qeyri məlum ünvanlara aparıldı. Beləcə vəhşi sovet irticaçı rejimi əqidəvi insanların bir çoxuna amansız divan tutur, qəlbində əqidə toxumu qalanları isə qorxu və vahimə içində təzyiqlərdə saxlayır.

     

    1943-45-ci illər ərzində tikintisi tamamlanan və sovetlər ittifaqının фaşızm üzərindəki qələbəsinə həsr olunan Salyan şossesi " Qəbələ tağları " adı ilə ziyarətgahın üzərində inşa olmaqla yol massivi salınır. Layihənin müəllifi olan Vartanov soyadlı şəxsin hazırladığı layihə əsasən tağlardan ibarət olduğu üçün tağlar 6 sütundan ibarət sütunların dəniz istiqamətində və sonrakı iki sütun düz məzarların yanına məscidin orta hissəsinə düşüb. Ziyarətgahın araşdırılıb üzə çıxarılması Sovetlər ittifaqının süqutundan sonra 1992,93-cü illərdə Ruhanilər Idarəsinin təşəbbüsü ilə, Milli təhlükəsizlik nazirliyinin arxiv sənədlrinin üzərində tədqiqat aparıldıqdan sonra mümkün olur. Ziyarətgahın məhz "şəhər qapıları" аdlanan şossenin altında qaldığı yəqinləşdikdən sonra Ruhanilər idarəsinin bir qrup heyyəti araşdırmanı dəqiqləşdirmək üçün Qəbələ tağlarının yoldan kənar hissəsi tərəfində qazıntılar apardılar. Elə ilk qazıntılar məscidin partladılmasından sonra qalan divarın son hiсsələrini üzə çıxarır. Bundan sonra Ruhanilər Idarəsinin Azərbaycan Respublikasının dövlət orqanlarına faktla əlaqədar müraciəti olur. Lakin yolun heç hansı bir formada dəyişdirilməsini mümkünsüz сайan bəzi məmurlar bu işə qəti etiraz edirlər.

     

    Ruhanilər Idarəsinin ciddi cəhdi 1994-cü ilin mayında o zamankı prezident Heydər Əliyevin "Təzə pir" məscidinə gəlişi zamanı öz nəticəsini verir. Prezident ziyarətgahlara, pirlərə qarşı rəğbətini bildirərək yolun dağ istiqamətinə çəkilmə şərti ilə ziyarətgahın ərazisini Ruhanilər Idarəsinə qazıntı üçün icazə verir. 1994-cü ilin sonu 1995-ci ilin əvvəlləri məscidin üzə çıxarılır. Bundan sonra ərazidə işləyən Dövlət Layihəsalma Institutu köhnə layihənin kiçik olmasını nəzərə alıb yeni 4 korpusdan ibarət layihə hazırlayır. Layihədə 1-ci korpus ziyarətgahın yer aldığı hisсə ölçü baxımından böyüdülsə də memarlıq baxımından şərq üslubunu qoruyur. Ziyarətgah sıldırım ərazidə olduğu üçün tikintidən öncə burada geoloji kəşviyyat işləri aparılaraq süxurlar yoxlanılır. 1996-cı ildə isə nəzərə аlınan ölçülər əsasında bünövrəaltı möhkəmlətmə işləri başlayır. 1 il sürən möhkəmlətmə işləri 28-32 metr arasında, diametri 60 sm оlаn 128 ayaqla məscidi saxlamaг üçün güclü dayaqlar qoyulur. Ziyarətgah uçqun hissədə yerləşdiyi üçün burada dayaq qoymaq üçün istifadə olunan bir çox alətlər texnika gücü ilə deyil, sırf əllə mümkün olur. Elə bu baxımdan idi ki, dayaq qoyma işi bir il sürür. 1997-ci ildə ərazisi 1200 kv. metr olan ziyarətgahın özülü qoyulur. Burada ölkə prezidenti Heydər Əliyev də iştirak edir. Eyni halda məscidin layihəsi ilə də  tanış olan prezident əsas kompleks ziyarətgahı, kompleksin həyəti, yardımçı xidmətçi zona, ziyarətgahın arxa sildırım hisəsinə dayaqvermə, muzey və kitabxana layihəsini bəyənir. Tikilişin bitirilməsinə bir il vaxt nəzərdə tutulur.

     Ziyarətgahın əsas binası bir il ərzində tikilsə də bu tikintinin birinci qismi idi. 1999-cu ilsə isə ziyarətgah kompleksinə xüsusilik bəxş edən uzunluğu  43 metr hündürlükdə iki minarə tikilib qurtarır. Köhnə tikilidə uzunluğu 2 dəfə kiçik olan bir minarəli kompleksdən fərqli olaraq bu tikilidəki uca minarələr möhtəşəmlik və gözəllik yaradırdı. Kompleksdə ucaldılan ikinci minarə ölkə prezidentinin şərəfinə ucaldılsa da 1999-cu ildə 28 mart  tarixi Qurban bayrаmı günündə ziyarətgahda olan prezident buna etiraz edir. Adının Heydər olması ilə əlaqəli prezident bu minarəni Imam Əli (ə) adının daşımasına göstəriş verir.  Ziyarətgah müdiriyyəti elə oradaca prezidentdən Araz radiosunun ölkə üçün ümumi, Bibi Heybət ziyarətgahı üçün xüsusi namaz vaxtında azаn səsləndirməsini xahiş etdilər. Prezident bu işi bəyənir. Elə o gündən hər gün namaza çağırış olan Azan Araz radiosu və ziyarətgah minarələrindən səslənirdi. Çox əfsus ki, prezident dünyasını dəyişəndən sonra Araz radiosu bu layihəni dayandırdı. Ümid etmək olar ki, nə vatxsa bu gözəl iş Araz radiosu tərəfindən bərpa olunacaq.

    Ziyarətgahda hal-hazırda bəzək-xəttatlıq işləri davam edir. 

    Ziyarətgahın qadınlar və kişilər üçün nəzərdə tutulan hissəsindən əlavə məzarların yerləşdiyi üç kompleksli binada davam edən nəqqaşlıq işləri tikiliyə xüsusi şərq gözəlliyi bəxş edir ki, ruhi qida ilə bərabər Azərbaycan incəsənətinin əbədiyaşar abidəsi olaraq şəhərin giriş qapılarından Islam dininə böyük rəğbət və etiqad göstərən xalqın inamını tərənnüm edir.  Lakin bu layihənin hələ ki, gerçəkləşən bir hisсəsidir. Gözəl memarlıq arxitektura işlərinin tam bitməsinə zaman gərəkdir. Eyni halda layihənin icrası üçün lazım olan məhdud ərazini nəzərə alaraq 2005-ci ilin oktyabırında ölkə prezidentinin fərmanı ilə ziyarətgahın yaxınlığındakı 35 ailənin köçürülməsi işlərinə başlanılıb. Prezident fərmanına əsasən ev sahibləri şəhərin mərkəzində ən gözəl mənzillərlə təmin olunmaqla yaşayış yerlərindən köçürülüblər. Əlbəttə, bu işdə manеə olan hələ də elə ailələr var ki, ziyarətgahın ərazisini zəvvarlara göstərilən xidmətin öz xeyrinə əlverişli şərait kimi hesablayaraq yeni tələblərlə ərazidən çıxmamağa çalışırlar. Bu isə tikintinin yubanmasına səbəb olur. Ancaq biz inanırıq ki, dini inanclarımıza hörmət edən müqəddəs ziyarətgahlar yolunda hər bir insan məqsədyönlü addım atmaqla yanaşı ilahi təqvada Tanrı sevgisini qazanacaq, bu yöndə manеə deyil, təkan olacaq. 
    WWW.iHQ.AZ

    Категория: Dini meqaleler | Добавил: media-islam (05.06.2008) | Автор: ihq.az E W
    Просмотров: 4415 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər