Bazar ertesi, 30.12.2024, 21:15
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    İslam ordusunun serdarı Malik Eşter.....
     
     
    Günorta vaxtı idi. Şəhər bazarı hər zamanki kimi gündəlik ehtiyaclarını qarşılamaq üçün koşuşturan insanlarla dolu idi. Kütlənin arasında iri yarı, atlet quruluşlu uzun boylu bir adam başqalarının diqqətini çəkirdi. Günəşdə yanan çöhrəsiylə əmin addımlarla Kufə bazarından keçirdi. Tam o sırada dükanının qarşısında oturan biznesmendən biri, yoldaşları üçün yumor mövzusu olsun deyə adama doğru bir ovuc daş atdı.

    Yoldan keçən adam dönüb biznesmenə baxdı, ancaq narahat olmadan və heç bir maraq göstərmədən yoluna davam etdi. Yoldaşları bu çirkin hərəkətə gülməydikləri kimi böyük bir çətinlik və narahatlıqla belə dedilər:

    Təhqir etdiyin bu adamın kim olduğunu bilirsənmi? Biznesmen, yoldaşlarına xeyr tanımıram, o da hər gün buradan buradan keçən yüzlərlə sıravi adamlardan biri, elə deyilmi? deyə cavab verdi. Hirslilikdən sifətinin halı dəyişən yoldaşlarından biri hörmətsiz adama döndü və belə cavab verdi: Ey ahmak, necə tanımazsan, bu adam İslam dininin məşhur sərdarı Malik Eşterdi və hamımız onun döyüş meydanlarında göstərdiyi fədakarlıq və qəhrəmanlıqlarına minnət borcluyuq. Təəssüflər olsun sənə. Kimə təhqir etdiyini bilmirsən. Malikin adını duy/eşidən adam titrəməyə başladı, neyə uğradığını çaşmışdı. Səhvini kompensasiya etmək üçün hər şeyi etməyə hazır idi. Gözləri qaralırdı, kimə yalvarıb yalvaracağını bilməyirdi. Öz-özünə deyildi: Mən İslam ordusunun sərdarını incitdim, o da mütləq məni ağır bir şəkildə cəzalandırar.

    Günahkar adam Malikə çatmağa və hər nə olursa olsun özündən üzr istəməyə qərar verdi. Qaça qaça Malikin arxasından getdi. Qısa bir müddət sonra Malikə çatdı. Malik məscidə doğru gedirdi. Adam da onun arxasından məscidə girdi. Həyəcandan ürəyi sürətlə atırdı. Malikə yaxınlaşmağa cəsarət edə bilmirdi. İslam sərdarı namaza durdu. Adam ona baxırdı. Malik böyük bir səbr və xüsusi bir etinayla namaz qılırdı. Xoş səsi adamı bir az rahatlaşdırdı. Namazdan sonra duaya oturdu. Duasını tamamladıqdan sonra küncdə dayanan adam yavaşca ona yaxınlaşdı. Özünü Malikin ayaqlarına atdı. Ardından titrəyən bir səslə: Ey Malik mən cahillik etdim, sizi tanımadım, həyasızlıq etdim, indi sizdən böyüklük edib məni bağışlamanızı istəyirəm, Allaha and olsun ki siz möhtərəm və şərəfli bir insansınız, dedi.

    Malik Eşter yavaşca adamı ayaqları üzərindən qaldırdı və güclü əllərini çiyininə atdı. Adam Malikin gözlərinə baxa bilmirdi. Malik böyük bir mərhəmətlə belə dedi:

    Allaha and olsun mən yalnız sənin üçün məscidə gəlmişdim, çünki cahilliyin üzündən halqa əziyyət etdiyini anladım. Buna görə məscidə gəldim ki sənin üçün dua edim və Allahdan səni doğru yola hidayət etməsi və günahlarını bağışlaması üçün istəkdə bulundu...

    Malikin bu sözlərini eşidən və xoşgörüşünə öz gözləriylə şahid olan adam daha da utandı. İslam ordusunun sərdarına təşəkkürlərini təqdim etdi və iş yerinə geri döndü. Dönməsini səbrsizliklə gözləyən yoldaşları onu görər görməz macəranı soruşdu və olub bitənləri anladıqdan sonra Malik Eşteri tərifləməyə başladı. Bu sırada adamlardan biri Hz. Rəsulullahdan -səv- çox gözəl bir hədis köçürərək sevimli Peyğəmbər əfəndimiz -səv- belə buyurur" dedi: Başqalarının səhvlərini bağışlamaq sizlərə yaraşar, çünki bu əməl, insanın izzət və ucalığını artırar. Bir-birinizi bağışlanın da ki uca Allah sizləri əziz etsin.

    Категория: İslam alimleri | Добавил: media-islam (30.06.2008) | Автор: ilkin E W
    Просмотров: 3364 | Рейтинг: 4.8/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər