Главная » 2008 » Sentyabr » 6 » FREDERİK KANUT: BİR MÜSƏLMANA ORUC TUTUB-TUTMAMASI İLƏ BAĞLI SUAL VERİLMƏZ
22:53 FREDERİK KANUT: BİR MÜSƏLMANA ORUC TUTUB-TUTMAMASI İLƏ BAĞLI SUAL VERİLMƏZ |
İspaniyanın Sevilya klubunun müsəlman hücumçusu F. Kanut orucun futbolçuya əsla mənfi təsir göstərməyən bir ibadət olduğunu deyib.
Verilən xəbərlərə görə, ispan mediası ölkədə futbol oynayan müsəlman futbolçuların Ramazan ayında oruc-tutub tutmayacaqları ilə bağlı məlumatlar dərc etməyə başlayıb.
Oruc ilə bağlı jurnalistlərin suallarını cavablandıran Kanut oruc tutarkən futbolçuların performanslarının aşağı düşməsi ilə bağlı iddialara kəskin etirazını bildirib.
“İslam haqqında ətraflı məlumatı olanlar yaxşı bilirlər ki, oruc müsəlmanı nə zəiflədir, nə də taqətdən salır. Bir müsəlmana oruc tutub-tutmaması ilə bağlı sual verilməz. Üzürlü səbəblər istisna olmaqla, hər bir müsəlman oruc tutmalıdır. Çünki, bu, Allahın əmridir. Mən oruc tuturam və bu mənim çıxışıma heç bir mənfi təsir göstərmir. Allah tutduğum orucu qəbul etsin” – deyə Kanut bidirib. /AzeriMuslims/
|
Категория: Dünyada |
Просмотров: 1207 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|