Şenbe, 21.12.2024, 20:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 8
    Qonaq: 8
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    CEMİYYETDE QADINLAR VE ONLARIN HÜQUQLARI (1ci hisse)

    BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

    CƏMİYYƏTDƏ QADINLAR VƏ ONLARIN HÜQUQLARI

     İslam dini yarandığı gündən cəmiyyətdə hər şeydə ikili standartlara qarşı mübarizə aparmışdır. Bəzən bu ikili standartlar irqlər arasında olub və bə`zəndə bir irqin daxilindəki cinslər arasında olmuşdur. Biz bu məqaləmizdə adından məlum olduğu kimi islam dinində qadınların hüquqları və mövqeləri haqqında bəhs etməyə çalışacağıq. Bu bəhsimizdə istəyirik düşmənlərin “islam dinində qadınların kölə olduğunu” isbat etməyə çalışan iddialarının yalan olduğunu göstərək. Islamdan öncə cahiliyyət dövründə olduğu kimi çağdaş dünyamızda da insanlar arasında qız övladına münasibət bir mənalı deyil. Cahiliyyət dövründə və islamın ilk çağlarında insanlar qız övladının doğulmasından ikrah hissi duyduqları kimi indi də bə`zi valideynlər hətta cahil ərəblərdən daha dəhşətli dərəcədə qız övladının doğulmasına qarşı mübarizə aparırlar. Belə valideynlər özlərini cəmiyyətdə sivil insanlar kimi qələmə verirlər. Amma onların əməlləri belə insanların cahiliyyət dövründəki ərəblərdən də rəzil xislətə malik olduqlarından xəbər verir. Fərqləri bundadır ki, cahiliyyət dövründəkilər müasir aparatlar olmadığından ana bətnindəki körpənin qız və ya oğlan olmasından xəbərdar olmadıqüları üçün uşaq doğulandan sonra oğlan olmayan halda onu diri diri basdırırdılar, amma indikilər müasir aparatlar vasitəsiylə uşağın cinsini təyin edir və oğlan olmadığı halda onları ana bətnində dir-diri doğrayırlar. Bunun adını da qoyurlar sivil surətdə cinsi təyin etmə. Bəli Allah-təala Qurani-kərimdə “Təkvir” surəsində (ayə 8-9) buyurur buyurur:- “Həmin gündə (Qiyamətin günü) diri-diri torpağa basdırdığınız körpə qızlar haqqında sizdən sual olunacaq. Onları hansı günahlarına görə öldürdünüz?”

    Görün insan vəhşiliyin hansı ifrat dərəcəsinə yetişb ki, ana bətnində uşağı diri-diri doğrayıb çıxarır. Görəsən özlərini insan sanan bu vəhşilər təsəvvür etmirlər ki, günahzız və özünü müdafiə etməyə qadir olmayan körpəni anasının bətnində doğrayanda nə dərəcədə zülmə mürtəkib olurlar? Görəsən həmin anda o körpənin dili olsaydı onu doğrayanlara nə deyərdi? Bizim əqidəmiz budur ki, Ədalətli olan Allah bu vəhşiliyi əncam verənləri həm bu dünyada və həm də axirətdə zəlil və xar edəcək. Yəqinən qiyamətin günündə ana bətnində diri-diri doğranan uşağa görə bu işə razılıq vermiş ananın öz bətni və həmin vəhşi əməli həyata keşirmiş vermiş “doktor”  doğranacaq.

    NƏ GÖZƏL ÖVLADDIR QIZ!

    Peyğəmbər (s)buyurub:- “Necə də gözəldir qız övladları! Çünki onlar mehriban və lətafətlidirlər. Həmişə valideynə xidmət etməyə hazır və ünsiyyətlidirlər. Onlar bərəkətli və pakizədirlər”.

    İmam Sadiq buyurub:- “Qız övladları ehsandırlar, oğlanlar isə nemətdirlər. Ehsana görə savab verilər amma, nemətə görə sual-cavab olacaq”

    Rəvayətdə qızların ehsan kimi tanıdılması və onların ailədə qiymətləndirilməsi əslində cahiliyyət adət ən-ənələri ilə bir növ mübarizəni göstərir. Rəvayət “oğlan övladı evin yükünü öz üstünə götürür, amma qız ailəyə yükdür” kimi  təfəkkürlərin puç olduğunu sübuta yetirir. Əlbəttə övladın sırf qızın olması onun nemət olduğuna dəlalət etmir. Gününü diskotekalarda əyyaşlıqda və ya xiyabanlarda özlərini yarımlüt vitrinlərə oxşadan qızlara aid deyil. Məqsəd islami tərbiyə gömüş ailəsinin şərəfini qoruyan qeyrətli və iffətli qızlardır. Bəli belə qızlar ailələri üşün şərəfdirlər.

    Peyğəmbər (s)-ə xəbər veriləndə ki, onun qızı olub, O, həzrət əshabın üzünə baxdı. Onların üzündə narahatlıq görəndə buyurdu:- Sizə nə olub? Bu bir xoş ətirli güldür ki, iyləyəcəyəm, ruzisi də Allahın öhdəsindədir”

    Carud ibni Munzir deyir: İmam Sadiq (ə) mənə dedi:- “Eşitmişəm qızın olub və sən bundan narahatsan. Sənə nə olub? O bir xoş ətirli güldür ki, onu iyləyəcəksən, ruzisi də sənin öhdəndə deyil Allaha məxsusdur. Rəsulullah neçə qız atası idi ”

    Bu rəvayətdən məlum olur ki, islamın əvvəlində camaat qadınlara qarşı necə etinasız və bəzən də həqarət gözü ilə baxırdılar. İndinin özündə belə islamın gəlişindən 1439 il  keçməsinə baxmayaraq insanlar o cür cahiliyyət adətlərini tərk etməyiblər.

    İmam Sadiq (ə)-n səhabələrindən biri nəql edir ki, Mədinədə evləndim. İmam məndən evlənməyim haqda soruşanda dedim:- Heç bir kişinin həyat yoldaşında görmədiyi xeyri mən xanımımda gördüm, amma bir işdə mənə xəyanət edib. İmam soruşdu:- Nə cür xəyanət

    Dedim: Qız doğub.

    İmam buyurdu:- Sənin bu qızdan xoşun gəlmir, amma bunu bil ki, Allah-təala buyurur: “Atalarınız, övladlarınız və sizlər bilmirsiniz ki, onların hansı biri sizin üçün xeyirlidir”

    Doğrudan da həyatda görürük ki, həmişə oğul eşqi və arzusu ilə nəfəs alan atanın əziz oğlu ona düşmən kəsilir. Uşaqlıq illərində bu oğlan uşağı xəstələnəndə ata bir yerdə qərar tuta bilmir, həmin anda öz canını ona təslim etməyə hazır olur. İllər keçdikdən sonra həmin naxələf və qeyrətsiz oğul özünü müstəqil yaşamağa qadir olduğunu hiss etcək artıq valideynə qarşı əsil düşmənə çevrilir. Amma həqarət gözü ilə baxdığı qız ona daha şəfqətlidir. Həmin qız ki, dünyaya gələndə ata onun gəlişindən narahat idi.

    Hüseyn ibni Səid:- İmam Sadiq (ə)-n əshabından birinin qızı olmuşdu, imamın yanına gələndə çox acıqlı idi. Imam ona dedi,: “De görüm əgər Allah sənə vəhy göndərib səndən oğlan və ya qız doğulmağı haqqında soruşsaydı onda nə cavab verərdin? Dedi:- Deyərdim, İlahi özün mənim üçün seç. İmam buyurdu :- yaxşı Allah sənin üçün qız olmasını seçib”

    Əsma bintə Umeys əri Cə`fər ibni Əbu Talib ilə Həbəşədən qayıdanda Peyğəmbərin xanımlarının yanına gəldi və soruşdu:- Quranda biz qadınlar haqqında bir şey nazil olub?

    Dedilər: Xeyr.

    Peyğəmbər (s) gələndə Əsma bintə Umeys O, həzrətə dedi:-Ya Rəsuləllah qadınlar hər şeydən bəhrəsiz qlıblar? Peyğəmbər soruşdu:- Nəyə görə belə deyirsən?

    Dedi: Niyə Quranda qadınlar haqqında bir şey yoxdur?

    Ayə nazil oldu: “Müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, itaətkar kişilər və qadınlar, doğruçu kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, özlərini hifz edən kişilər və qadınlar, həmişə Allahı yad edən kişilər və qadınlar, Allah onlar üçün rəhmətini və böyük mükafat hazırlayıb”. Ayədən məlum olur ki, qadın və kişi Allah yanında eyni dərəcədədirlər. Amma onların hər biri malik olduqları sifətlərinə görə qiymətləndirilir.               

    Imam Sadiq (ə):“Bir salehə qadın min nasaleh kişidən əfzəldir”

    İmanin nişanəsi: Peyğəmbər (s): Bəndənin imanı çoxaldıqca qadınlara məhəbbəti də çoxalar”

    İmam Sadiq (ə) Rəsulullahdan nəql edib: “Zimmi kafir (yəni islam məmləkətində yaşayan kafirə) qadınların əllərinə və saçlarına baxmağın eybi yoxdur”

    Naməhrəm qadınlara baxmağın haram olmasının əsas səbəbi onlara baxdıqda harama düşmək təhlükəsi olduğuna görə deyil. Bəlkədə burada əsas səbəb islamın müsəılman qadınlara verdiyi əsas ehtiram və toxunulmazlıqdır hətta adi baxışla da olsa haramdır. Bu səbəbdən qeyri müsəlman qadınlar belə ehtirama malik olmadıqları üçün onların adi şəkildə çılpaq yerlərinə baxmağın haramlığı yoxdur. Yeri gəlmişkən Həzrət Ayətullahul-uzma Sistaninin bu haqda fətvasını dərc edirik:

    Məsələ 2393: Əyyaş şəkildə geyinmş qadınlara baxmaq o surətdə ki, əgər bir kəs onlara islami hicabı örtməyə əmr etsə və onlar dəvətə e`tina etməyəcəklər belə qadınların bədəninə baxmağın (ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə) eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə əl, üzlə və bədənin adətən örtmədikləri digər yerləri arasında bir fərq yoxdur. Fətvadan göründüyü kimi hicabsız müsəlman qadınlarının da ehtiramı yoxdur. Çünki onlar öz geyimləri ilə ətrafdakıları onlara baxmağa dəvət edirlər.

    Əbu Bəsir İmam Sadiq (ə)-dan soruşdu:- Bir kişinin yanından qadın keçəndə o arxadan həmin qadını süzməyə başlayır, bunun hökmü nədir?      İmam Sadiq:- Aya sizlərdən birinin xoşuna gələrmi onun ailəsinin və ya yaxınlarının arxasıyca kimsə baxsın?

    Əbu Bəsir dedi: Xeyir.

    İmam buyurdu: Özünə rəva bildiyini camaata da rəva bil.

    Amma indiki zamanda bəzi xoş qeyrətlər xanımlarını və qızlarını kənar adamların tamaşa etməsi üçün bəzəyib çölə çıxarırlar ki, qoy başqaları da bu gözəllikdən həzz alsın. Bunu da deyək ki, heç kim qeyrətli hicablı qadınlara baxmağa cürət etmir və hamı xiyabanlarda, ictimai yerlərdə onlara bu millətin qeyrət simvolu olduqları üçün xüsusi ehtiram göstərirlər. Hər bir şərəfli insan onlara tərəf baxmağı xəyanət kimi qiymətləndirildiyi halda hicabsız qadınlara sözün əsil mənasında sirkdəki mütriflər kimi baxırlar. İmam Sadiq (ə) buyurur: “Xoş o adamın halına ki, anası iffətlidir” Doğrudan da iffətli qadından qeyrətli övlad dünyaya gələr. İnkar olunmaz həqiqətdir ki, bu günü iffətli və namuslu qız uşağı sabahın övlad tərbiyə edən şərəfli anası deməkdir. İffətli olmayan qadından isə Nataşa və Petyanın kvadratı dünyaya gəlməsi təbii haldır.

    İmam Sadiq (ə):-“Allah-təala qadınlara on kişinin səbrini verib və qadın hamilə olduğu zaman Allah on kişinin gücünü ona əlavə edir”

    Əmirul-möminin:- “Rəsulullah cihad haqqında danışanda bir qadın Həzrətdən soruşdu:  Qadınlara da cihaddan bir fayda yetişirmi? Rəsulullah buyurdu:-Bəli, qadına hamilə olandan azad olub uşağı süddən ayırana qədər Allah yolunda sərhəddə xidmət edən əsgərin savabı qədər savab verilir. Əgər bu arada vəfat etsə şəhidin məqamı qədər ona mükafat verilər”.             

    Bu nöqtəyə diqqət yetirmək lazımdır ki, Rəsulullah övladın tərbiyəsini və islam ümmətinin hifzi üçün saleh övladın yetişdirilməsi üçün ananın zəhmətini Allah yolunda cihad edən mücahidlərin cihadı ilə bərabər olduğunu göstərir. Aydındır ki, övladına layiqli tərbiyə verməyib onu cəmiyyətdə fəsad mənbəyinə çevirmiş valideynə Allahın əzabı yetişməlidir.

    ANA SÜDÜ

    Rəsulullah (s):-“Uşaq üçün anasının südündən yaxşı süd yoxdur”Rəvayətin zahiri ana südünün uşağın sağlamlığı üçün məsləhətli olduğunu göstərir, amma mümkündür əsl həqiqətdə islam dininin uşağına süd verməkdə bütün zəhmətini səfərbər edən anaya olan ehtiramını qabarıq şəkildə göstərməyə çalışdığını göstərsin. Ata diqqət etməlidir ki, körpəsi üçün anasının südü hər süddən hətta başqa bir ananın südündən də əfzəldir. Bu diqqət atada anaya qarşı xüsusi bir hiss oyatmalıdır. Elə bu səbəbdən ata gələcəkdə dünyaya gələcək övladının taleyini düşünüb indidən onun üçün qeyrətli ana seçməlidir. Məhz bu cür qeyrətli analardan qeyrətli övlad dünyaya gələcək.

    Əmirulmöminin:- “Həya və iffət imanın nəticəsidir. Həya və iman azad və gözəl insanların səciyyələrindəndir”  Həya və paklıq azad ruhiyyəliliyin əlamətidir. Kişilər və qadınlar bu xislətlərə möhtacdırlar. Allah-təala qadınlara daxili səciyyələrinə və cəmiyyətdə tutduqları mövqelərinə görə daha çox həya bəxş edibdir. Ona görə də onlar çiyinlərində daha çox məsuliyyət daşıyırlar. Həya və iffət bəşəriyyətin bütün təbəqələrində bəyənilmiş bir keyfiyyətdir, amma bu xüsusiyyət qadınlarda daha lazımlıdır.   

    GÖZƏL XİSLƏTLƏR

    Qadınlarda olan ən gözəl xislətlər kişilərin ən pis xislətləridir:

    1.Qadın gərək təkəbbürlü olsun. Əgər qadın təkəbbürlü olsa biganələrin qabağında heç vaxt ram olmaz. Doğrudan da əgər qadın mülayim olub hər kəsin üzünə gülsə onun xəyanətkarların toruna düşmə ehtimalı çox asan olar. Bəzən də həmin mülayim sivil qadınlar özləri ətrafdakılarla ünsiyyət yaratmağa çalışırlar ki, bunun səbəblərindən biri də  ərlərinin həyat yoldaşlarının mənfi əxlaqi davranışlarına biganə qalmalarıdır.

    2- Qadın gərək paxıl olsun ki, özünün və ərinin malını hifz etsin. Əks halda özünün səxavəti ilə ətrafdakı xəstələri özünə tərəf cəzb etmiş olar.

    3- Qadının gərək cürəti az olsun. Əgər qadının cürəti az olsa hər şeyə görə nigaran olub pəhriz edəcək. Kişilərdə qorxaqlıq özlərinin, ailələrinin və cəmiyyətin hüquqlarını qorumaq vəzifələrini daşıdıqları üçün zəif xislətdir. Amma qadınlar napak adamların tamahlarına məruz qaldıqları üçün onların torlarına düşməkdən daim ehtiyatlı olmalıdırlar.

    İmam sadiq (ə):- “Qadın evdən çıxanda libasını ətirləməyi yaxşı iş deyil”

    Rəsulullah(s):- “Hər bir qadın ərindən başqası üçün ətirlənsə onun heç bir namazı qəbul olmaz. Cənabətdən qüsl aldığı kimi bu ətirlənməyə görə də qüsl almalıdır ki, ibadətləri qəbul olsun”Həm qadınlardan və həm də kişilərdən çoxlu sayda ehtiyatlı məsələlərə riayət etmək tələb olunubdur. Çünki belə məsələlərə riayət etməmək günahlara düşmək ehtimalını çoxaldır. Bu xəbərdarlıqlar əslində təhlükə zəngləridir ki, hər bir müsəlman qadın və kişidən ayıq olmağı tələb edir. Əmirulmöminin(ə):-Yağışlı bir gündə Rəsulullah (s) ilə Bəqi qəbristanlığında oturmuşduq. Bu zaman uzunqulağa minmiş bir qadın yanımızdan keçirdi. Heyvanın ayağı sürüşüb çalaya düşəndə qadın yıxıldı. Rəsulullah üzünü döndərdi. Ətrafdakılar dedilər:- Ya Rəsuləllah o qadın şalvar geyinib. Rəsulullah buyurdu:- İlahi şalvar geyən qadınlara rəhmət et! Camaat şalvardan istifadə edin ki, sizin üçün ən gözəl örtük vasitəsidir. Qadınlarınız evdən çıxanda onun (şalvar geyməklə)vasitəsilə onları hifz edin” Əlbətdə burada meyar hicablı xanımların ürfü ilə mütənasib olan geyimlərindən söhbət gedir. Amma kənardan hətta alt paltarının rəngi və forması belə məlum olan hətta qoca kişiləri şəhvətə gətirən geyimlərdən sohbət ola bilməz. Hətta zəmanə belə olub ki, həmin şəhvətləndirici şalvar geyən qadınlar xoşqeyrət ərlərinin yanında gedəndə ərləri sanki camaatın ona baxmağından həzz alır.

    İmam Sadiq (ə): “Qız uşağı 6 yaşına çatanda onu öpmə (yad kişinin onu öpməsi haramdır)” Amma indi camaat o qədər xarici teleseriallara aludə olublar ki, bir-birinə yetişəndə (oğlan-qız, cavan-qoca, məhrəm-naməhrəm) çalışırlar biri digərinin ancaq dodağından öpsün. Bununla da özlərinin get-gedə əxlaqi cəhətdən tənəzzülə uğrayan avropa mədəniyyətinə intiqrasiya etməyə çalışdıqlarını göstərirlər.

    Rəsulullah (s): “Allahın qəzəbi olsun o ərli qadına ki, ərindən başqa bir kişiyə və ya naməhrəmə gözünü dikə! Əgər belə etsə Allah onun bütün əməllərini zay edəcək. Əgər o qadın başqa bir kişini ərinin yatağına çəksə Allaha vacibdir ki, qəbir evinin əzabından sonra onu cəhənnəm odunda yandırsın”

    İmam Sadiq (ə) Əmirulmöminindən nəql edir:- “Ey İraq əhli mənə xəbər yetişib ki, qadınlarınız küçələrdə kişilərlə görüşürlər. məgər həya etmirsiniz?”               

    İLAHİ ƏMANƏT

    Rəsulullah (s): “Cəbrayıl (ə) daim qadınlar haqqında mənə sifarişlər edirdi hətta belə güman etdim ki, Allah-təala tezliklə onlara təlaq verməyi haram edəcək”

    Qadın həyat yoldaşı üçün bir ilahi əmanət hökmündədir. Təbiidir ki, ən yaxşı insanlar onlar olacaqlar ki, bu ilahi əmanətlərə qarşı əmanətdar olsunlar. Pəsulullah (s) imamət və risalət kimi mühüm məsuliyyətlər öhdəsində olduğu halda , islamın məsləhətinə görə bir neçə həyat yoldaşı var idi. O xanımların əxlaq və yaşlarındakı fərqlərə baxmayaraq onlarla elə rəftar edirdi ki, ömrü boyu ona heç bir irad tuta bilmədilər. Bu Allahın Peyğəmbəri üçün imtahanlardan biri idi. Cahiliyyət dövdündə qadınlarla əşya kimi davranırdılar. Ona görə də kişilər tərəfindən qadınlara hər cür nahaq əziyyətlər verirdi. Buna görə də islam dinində qadınların hüququnu müdafiə etmək üçün xüsusi diqqət ayrılıb.

    Rəsulullah (s): “Hər kəs arvadının üzünə bir sillə vursa qiyamətin günündə Allah-təala cəhənnəmin malikinə əmr edəcək ki, cəhənnəm odundan onun üzünə yetmiş sillə vursun”

    Sizlərdən ən yaxşısı ailəsinə qarşı mehriban olanlarınızdır” “Kişinin əyalı yanında oturması Allah yanında məsciddə etikaf etməsindən əfzəldir”

    Mədinədə “Peyğəmbər məscidində” qalıb etikaf bağlamağın savabı çoxdur və bunu həyata keçirmək hər bir müsəlmanın arzusudur. Bunu biləndən sonra həyat yoldaşının yanında oturub onunla ünsiyyətdə olmağın nə qədər savab olduğu məlum olur. Qadının təbii istəyidir ki, əri onun yanında  heç olmasa bir saat oturub onunla həm söhbət olsun. Digər tərəfdən ərin də bu ünsiyyətə ehtiyacı vardır. Islam dini, ərlə arvad arasında bu cür rabitənin möhkəmlənməsinə çox himmət göstərir. Amma çox təəssüf ki, bəzi ailələrdə bu cür ünsiyyətlər zəif və ya yox dərəcəsindədir. Ailə başçısı adətən boş vaxtını çayxanalarda, evin xanımı isə boş vaxtını qonşu qadınlarla keçirir.

    Rəsulullh (s): “Hər kəs bazara girib ailəsi üçün töhfə alıb evinə aparmaq istəsə onun savabı fəqir bir tayfa üçün sədəqə aparmaq istəyən şəxsin savabına bərabərdir və töhfə alanda əvvəlcə qız övladından başlasın”  Rəvayətdən göründüyü kimi islam dini ailəyə xidməti yüksək qiymətləndirir və bu arada qız övladlarını xüsusi surətdə vurğulayır.

    Rəsulullah (s): “Kişinin həyat yoldaşına “səni sevirəm” deməsi heç vaxt yoldaşının qəlbindən çıxmaz”

     

     Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05:  email:   kerrar@mail.ru    
    Media-islam.Com


    Другие материалы по теме
    Категория: Qadın ve Aile | Добавил: al-shia (15.06.2008)
    Просмотров: 4533 | Рейтинг: 2.7/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər