Cüme, 22.11.2024, 09:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    QeRBİN HeZReTİ MUHaMMeD(s) HAQQINDA DÜŞÜNCeLeRİ
     
    Tarix bəşəriyyətin əli ilə, bəşər isə hər şeydən çox peyğəmbərlərin əli ilə tərbiyə olunur. Əgər quruculuq və yaradıcılıq sahəsində insanı əsas tutsaq, heç bir sənətkar peyğəmbərlə ayaqlaşa bilməz. Yaranış ənənəsi dünyanı insanın fərmanına, insanı iman qüvvəsinin fərmanına tabe, peyğəmbərləri isə bu qüvvənin rəhbəri və hərəkətvericisi etmişdir. (Ustad Şəhid Mürtəza Mütəhhəri)

        Bu gün bəşər bütün elmi müvəffəqiyyitlərdən sonra dərdli-dərdli inləyir. Görəsən, niyə inləyir? Əksiklik, nöqsan, çatışmamazlıq nədədir?


        Günümüzün insanı bu qədər ecazkar elmi və texniki tərəqqilərə baxmayaraq, insanlıq cəhətindən bir addım da olsun irəliləməmiş, əksinə, sanki tarixin ən qaranlıq dövrünə qayıtmışdır. Heç bir dövrdə yeni əsr qədər ədalət, azadlıq, qardaşlıq, insansevərlik, sülh, paklıq, doğruluq, sədaqət barəsində söz deyilməmiş və heç bir əsrdə də indiki qədər bu xüsusiyyətlərin ziddinə iş görülməmişdir.

        Bəşəriyyət bu həqiqi dəyərləri özündə əks etdirən islamdan ayrı düşmüş və yalançı dəyərlər üzərində zorla formalaşdırılan insaniyyət, əxlaqiyyət barədə danışaraq özünün təbiətini dəyişməyə çalışmışdır.

        İslamın qısa bir vaxtda yayılması heç bir əsr belə keçmədən Şimali Afrikaya, oradan Əndəlusa, daha sonra Avropanın içinə doğru irəliləməsi Qərb dünyasını çox sarsıtmışdı. Bu yayılmanın qarşısını almaq məqsədilə Qərb, özünün bədnam "xaç yürşlərinə" başladı. Təqribən 200 il sürən bu yürüşlər nəticəsiz qaldı. Amma əsrlər keçdikdən sonra, "mənəvi xaç yürüşləri"nə start verildi. Bu cür xaç yürüşlərinin hədəflərinin başında islam haqqında şübhələr yaratmaq, Həzrət Peyğəmbəri (s) gözdən salmaq, onun (nəuzubillah!) saxta bir peyğəmbər olduğu fikrini insanların beyinlərinə yeritmək prinsipi vardı. Missionerlik fəaliyyətlərilə müsəlmanları içdən çökdürüb, mənəvi güclərini qırmaq məqsədilə isə iftira kompaniyalarına başladılar. Həzrət Peyğəmbər (s) və Qurani-Kərimlə əlaqədar xurafat və batil inanclar yaydılar, yalan və iftiralarla dolu kitablar nəşr etdilər.

        İslam aləmini ayağa qaldıran mənfur karikatura hadisələri və Qərbin bəzi qüvvələrinin islam və müsəlmanlara qarşı olan kin, nifrət və düşmənçiliyinin açıq bir şəkildə təzahürünün kuliminasiya nöqtəsi oldu.

        Ancaq karikatura hadisələri ilə ortaya bir həqiqət çıxdı. Qərbin bəzi qüvvələrinin Həzrət Muhəmmədə (s) düşmənçiliyi nə qədər çoxdursa, müsəlmanların sevgisi də bir o qədər çoxdur. Hətta bizim sevgimiz onların düşmənçiliyindən də qat-qat çoxdur. Quran Həzrət Peyğəmbərdə (s) gözəl bir örnək («Əhzab», 21) olduğunu vurğulayır. Bunun mənası HəzrətPeyğəmbərin (s) həyatının bütün mərhələlərinin hər insan üçün bir model olmasıdır. Çünki o, bir  insanın həyatında baş verə biləcək hər cür maddi və mənəvi halı şəxsən yaşamışdır. Yetim olmuş, kasıb olmuş, cəmiyyətin rəhbəri olmuş, imam olmuş, ordu rəhbəri olmuş, ata olmuş, övlad acısı yaşamış və s.

        Həzrət Muhəmməd (s) insanın dəyər və şərəfini yüksəltmiş, dil, irq, məqam, mövqe, milli mənsubiyyətdən yaranan fərqlilikləri ortadan qaldırmış, insanların bərabər olduğu prinsipini çatdırmışdır.

        Qadınlar onun gətirdiyi İslam dini ilə haqq və hüriyyətlərinə qovuşmuş, yoxsullar insan olmanın qürurunu hiss etmiş, yetimlər himayə altına girmənin zövqünü dadmış, uşaqlar nəvazişin fərahlığını duymuşdular. Allah Təala İslamın qayəsi olan "kamil insan" modelini Həzrət Muhəmmədin (s) timsalında ortaya qoymuş, onu bütün bəşəriyyət üçün misilsiz örnək götürüləcək şəxsiyyət qılmışdır.

        Məhz bu kimi xüsusiyyətlərə görə məsələyə nisbətən obyektiv baxmağa çalışan Qərbin obyektiv yazıçı və tədqiqatçıları Allah Rəsulu ilə əlaqədar qismən də olsa haqqa, həqiqətə əsaslanan etiraflar etmişlər. Bu etiraflardan bəzilərini qeyd edirik.

        İrland yazıçısı Corc Bernard Şounun etirafları: "Mən həmişə Muhəmmədin dininə, onun həyatiliyinə görə böyük hörmət hissi ilə yanaşmışam. Mənə elə gəlir ki, o, hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir. Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən islamı ən tutqun boyalarla təsvir etmişlər. Mən Muhəmmədi dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o Məsih İsa ilə düşmənçilikdən uzaqdır. Biz onu mütləq "Bəşəriyyətin xilaskarı" adlandırmayıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda ən çox ehtiyacı olduğu sülh və səadət bərqərar etməklə onun bütün problemlərini uğurla həll edər! Mənim millətimin nümayəndələri olan avropalılar Muhəmmədin dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın islama keçidi başlanmışdır. XXI əsr başa çatmamış Avropa öz problemlərinin həlli üçün islamdan kömək diləməyə başlayacaqdır."

        Filosof Karl Layl (XIX əsr) yazır: "Dinləməyə və qəbul edilməyə ən layiqli sözlər Muhəmmədin sözləridir. Çünki yalnız onun dedikləri həqiqəti əks etdirir."

        Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir: "Bəşəriyyət Muhəmməd kimi bir adamın ona mənsubluğu ilə fəxr edir. Belə ki, neçə yüzillik qabaq o, elə bir şəriətlə gəlmişdir ki, biz  avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək, çox xoşbəxt olarıq."

        Şahzadə Otto Von Bismark: "Mən iddia edirəm ki, Muhəmməd mümtaz bir qüvvədir. Yaradanın ikinci belə bir varlığı varlıq aləminə gətirməsi ehtimallardan çox uzaqdır. Sənə müasir bir vücud olmadığım üçün mütəəssirəm, ey Muhəmməd! Müəllimi və naşiri olduğun bu kitabın Allahdan olduğunu inkar etmək, müsbət elmlərin batil olduğunu iddia etmək qədər gülüncdür. Buna görə bəşəriyyət sənin kimi mümtaz bir qüdrəti görüb və bir daha da görməyəcəkdir."

        Edvard Gibbon: "Muhəmməd kırallığın ehtişamını çox xor görürdü. Allahın elçisi ailəsində bir xidmətçi kimi davranır, ocağı qalayır, yer süpürür, qoyunları sağır, paltarları və ayyaqqabılarını özü təmir edirdi. Bir rahib, bir keşiş mənzərəsini də təsvir etmə ehtiyacını duymadan çox təbii bir zöhd həyatı yaşayırdı."

        Alfonso de Lamarte: "Tarixdə kim Muhəmmədlə müqayisə oluna bilər ki? İnsan əzəmətinin təyini üçün lazım olan bütün meyarlar daxilində soruşuruq: Ondan daha böyüyü varmı?"

        Burda həqiqəti görməyi bacaranların çox az bir qisminin adlarını verməklə kifayətləndik. Həqiqəti görməyərək və yaxud da görmək istəməyərək sənə iftira edənlərdən, Ya Rəsulallah, ancaq Rəbbimizə şikayət edir və deyirik: «Ya Allah!...Onlar bilmir! Bilmələrinə bizi vəsilə qıl! ... Üzərimizdəki bu tənbəlilyi qaldır! İslamın şəfqət və mərhəmətini bütün insanlığa çatdırmağı bizlərə nəsib et! Canımızı ancaq Sənin üçün yaşadıb, Sənin üçün fəda edə bilməyi lütf et və bu canlar can qatsın digər cansızlara! Bir dirilişin toxumları ola bilsin ürəklərimiz!»
        Aysel Kərimova
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
     
    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dini meqaleler | Добавил: media-islam (21.04.2008) | Автор: ilkin E W
    Просмотров: 2789 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər