Bazar ertesi, 30.12.2024, 21:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 8
    Qonaq: 8
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    AHMED (s) ved edilmiş peyğember
     
     
    Yaşadığımız kainatda mövcud olan səmavi dinlərə, o dinlərin bəşəriyyətin səadəti üçün gətirdiyi qanunlara nəzər salarkən Allah Təalanın yer kürəsində yaratdığı ilk insanın peyğəmbər olmasının zəruriliyinə yəqin edərik. Alimlərin nəzərinə görə insanın yaranmasının bir neçə səbəbi vardır; Allahı tanımaq, Ona ibadət etmək, yer kürəsində Allah Təalanın xəlifəsi olmaq, təkamül və kamillik dərəcəsinə yüksəlmək. Biz bu səbəblərin hamısının nə dərəcədə dəqiq olmasını araşdırmadan belə bir nəticə əldə edirik; insanın bu məqsədlərinin hər hansı birinə xatir xəlq olunmasından asılı olmayaraq ilk yaranan insanın peyğəmbər olması zəruridir. Çünki, ilk insan peyğəmbər olmasaydı, Allahın onu nəyə görə xəlq etdiyini necə bilə bilərdi? Bu mənaya varan zaman ilk insanın peyğəmbər olmasının zəruri və vacib olması nəzərə çarpır. Müqəddəs Qurana görə ilk insan və peyğəmbər Adəm (ə), sonuncu peyğəmbər isə həzrət Xatəm, yəni Muhəmməddir (s). Biz bu məqalədə belə bir sualı cavablamaq istəyirik: görəsən islam Peyğəmbəri (s) dünyaya gəlməzdən öncə başqa peyğəmbərlər tərəfindən Muhəmməd (s) adlı bir peyğəmbərin gəlişi haqqında vədələr verilmişdirmi? Bu sualı cavablandırmaq üçün ilk növbədə müqəddəs Quranın, sonra isə digər müqəddəs kitabların bu sualı necə cavablandırması haqqında tədqiqat aparacağıq. Qurani Kərim Həzrəti Isanın (ə) öz itaətçilərinə belə buyurduğunu nəql edir: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu Isa belə demişdir: Ey Israil oğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı peyğəmbəri (sizə) müjdə verən Allahın elçisiyəm." (Səf surəsi, ayə 6)

     

    Quranı səmavi kitab bilən, bu kitabın Allah Təala tərəfindən islam Peyğəmbərinə (s) vəhy olunmasına inanan hər bir tədqiqatçı bu ayəni müşahidə edərək hələ islam Peyğəmbəri (s) dünyaya qədəm qoymazdan öncə Isa peyğəmbərin (ə) vasitəsi ilə Bəni-israilə dediyi: "Məndən sonra Əhməd adlı bir peyğəmbər gələcək" -müjdəsinin həqiqət olmasına yəqin edir. Burada bir neçə nöqtəyə də diqqət etmək lazımdır. Qurani Kərimdə həzrəti Isanın (ə) özündən sonra Əhməd (s) adlı bir peyğəmbərin gələcəyini xəbər verməsi söylənilmişdir. Lakin biz müqəddəs Incili mütaliə edərkən orada Əhməd sözünə ras gəlmirik. Çünki, Əhməd kəlməsi ərəb kəlməsidir, Incil isə ərəb dilində nazil olmamışdır.

    Tədqiqatçıların nəzəriyyələrinə əsasən Isa peyğəmbərin (ə) Incildə Muhəmməd (s) haqqında danışarkən çəkdiyi adlar ərəb dilində Əhməd sözünü daşıyan mənaları ifadə edir. Böyük dilçi alim Rağib Isfahani özünün "Müfrədat" adlı kitabında Əhməd sözünü belə tərcümə etmişdir: Əhməd sözü-şükr və tərif mənasını daşıyan həmd sözündən götürülmüşdür.

     

    Ərəb dünyasında iki dəfə islam Peyğəmbəri (s) Əhməd (s) adı ilə adlandırılmışdır. Alimlər həzrəti Peyğəmbərin (s) belə adlandırılmasına iki səbəb qeyd etmişlər:

     

    1. Islam Peyğəmbərinin (s) vasitəsi ilə Allah Təalanın həmd və şükr edilməsi.

     2.  Islam Peyğəmbərinin (s) Allah tərəfindən seçilməsi və sevilməsi.

    Əhməd  islam Peyğəmbərinin (s) adı, yaxud sifəti olması haqqında mübahisəli fikirlər söylənilməsinə baxmayaraq apardığımız tədqiqata istinad edərək bu sözün islam Peyğəmbərinin (s) adı olmasına yəqin edirik. Rağib Isfəhaninin yazdığına əsasən Isanın (ə) islam Peyğəmbərini (s) Əhməd (seçilmiş) adlandırması o həzrətin Allah yanında bütün peyğəmbərlərdən üstün olmasına işarədir. Bəzi alimlərin nəzərinə görə islam Peyğəmbərinin (s) ümumi adı Muhəmməd (s), xüsusi daı isə Əhməddir (s). Bu alimlərin fikrincə həzrəti Isa (ə) islam Peyğəmbərini (s) xüsusi adı ilə - Əhmədlə (s) yad etmişdir.

     

    Əhməd adının yaranması.

     

    Imam Baqir (ə) buyurmuşdur: "Aminə Peyğəmbərə (s) hamilə olarkən qeybdən belə bir nida gəldi: Bətnindəki uşağın adını Əhməd qoyarsan." (Təbəqat 1-ci cild, səh. 79)

     

    Islam Peyğəmbərinin (s) özü də bu məsələ ilə əlaqdar belə buyurmuşdur: "Mənin Muhəmməd (s) adlandırılmağımın səbəbi yer əhlinin mənə məhəbbət bəsləməsi, Əhməd (s) adlandırılmağımın səbəbi isə səma əhlinin məni sevib seçməsidir (başqalarından üstün tutmasıdır.)" (Təfsiri Qumi 2-ci cild, səh. 378)

     

    Həmçinin başqa bir rəvayətdə Imam Baqir (ə) islam Peyğəmbərinin (s) dünyaya gəldiyindən bir həftə sonra əmisi Əbu Talib tərəfindən Əhməd (s) adlanıdırılmasını vurğulamış, o həzrətin yer və səma əhlinin yanında seçilmiş insan olduğuna görə Əhməd (seçilmiş) adlandırılmasını buyurmuşdur. (Kafi, 6cı cild, səh. 24)

     

    Islam Peyğəmbəri (s) "Əhdi-ətiq"də.

     

    Musa peyğəmbər (ə) Əhdi-ətiqdə (Tövratda) belə nəql edir: "Allah Təala mənə dedi: Onlar nə dedilərsə yaxşı dedilər. Onlar üçün öz qardaşlarının arasından sənin kimi bir peyğəmbər seçərək öz sözümü onun dilinə cari edəcəyəm. Mən ona hər nə deyəcəyəmsə də, o Mənim sözlərimi onlara çatdıracaqdır." (Əhdi-ətiq, 19- 17:18)

     

    Yəhudi alimlərindən bəzisi bu sözləri Yuşə ibni Nun (ə), məsihi alimlərində bəzisi isə Isa peyğəmbər (ə) barəsində nazil olduğunu desələr də tədqiqatçıların əksəriyyəti bu sözlərin islam Peyğəmbəri (s) haqqında nazil olduğu fikirindədirlər. Islam alimləri öz müddəalarını aşağıdakı faktlarla isbat edirlər:

     

    1) Həzrəti Isa (ə) peyğəmbərliyə seçildikdən sonra, yəhudilərin savadlı şəxslərindən bir neçəsi Musa peyğəmbərin (ə) dilindən Əhdi-ətiqdə adı çəkilən peyğəmbərin yolunu gözləyirdilər. Lakin Isa (ə) gəldikdən sonra onların başqa bir peyğəmbərin gələcəyini gözləmələri Əhdi-ətiqdə adı çəkilən və gəlişi haqqında danışılan peyğəmbərin Isa (ə) olmadığını göstərir.

     

    2) Yuxarıdakı ayədə Musa peyğəmbər (ə) (özündən sonra) gələcək peyğəmbəri özü kimi tanıdır. Lakin Isa (ə) və Yuşə ibn Nunun (ə) həyatına nəzər salsaq, onların heç birinin Musaya (ə) bənzəmədiyini görəcəyik. Çünki, Yuşə (ə) Bəni Israildən idi. Musa peyğəmbərin (ə) diri olduğu və gətirdiyi dinin qüvvədə olduğu halda, yenə də Bəni Israildən Musa (ə) kimi bir peyğəmbərin seçilməsi qeyri mümkündür. (Musa (ə) kimi olmaqdan məqsəd şəriət sahibi olmaq, eyni zamanda iki Ulul-Əzm peyğəmbərin eyni zamanda yaşaması qeyri mümkündür) Bundan əlavə bu ayədə Allah Təala Musaya (ə): "Bir peyğəmbər seçəcəyəm."-deyə buyurur. Yuşə (ə) də həmin vaxtda yaşayırdı. Nəticədə bu sözlərin Yuşə peyğəmbərə (ə) ünvanlanması düzgün deyildir.

     

    3) Yuxarıdakı ayələrin axırlarında Allah Təala Musaya (ə) buyurur ki, gələcəkdəki peyğəmbərlər Allahı dananlardan intiqam alacaqdır. Isa peyğəmbərin (ə) dinində isə qisas, cihad və s. məsələlər barəsində heç bir məsələ yoxdur.

     

    4) Yuxarıda qeyd olunan ayələrdə o peyğəmbərin Musaya (ə) qardaş olduğu da vurğulanmışdır. Amma Yuşə (ə) və Isanın (ə) heç birinin haqqında bu bəyan uyğun gəlmir. Onların heç biri Musanın (ə) qardaşı sayıla bilməz. Həzrəti Muhəmməd (s) Həzrəti Ismailin (ə), Bəni Israil isə həzrəti Ishaqın (s) nəslindəndirlər,  nəticədə Muhəmməd (s) ilə Musanın (ə) qardaş adlandırılması mümkündür.

     

    Faran dağı.

     

    Əhdi-ətiqin başqa bir ayəsində, Allah Təala tövratın Musaya (ə) Sina dağında, Incilini Isaya (ə) Səir dağında, Qurani Kərimini isə Muhəmmədə (s) Faran dağında nazil olmasından söhbət açaraq belə buyurmuşdur: "Və Musanın (ə) ölümündən qabaq Bəni-Israilə gətirdiyi bərəkət budur. Yəhvə Sinadan gəldi, Səridən onlara sağdı və (axırda) Faran dağından parladı." (Əhdi-ətiq, təsniyə, 3-1:33)

     

    Allah Təala Tövratın başqa bir ayəsində Həzrəti Ismailin Faran dağının ətrafında məskunlaşması haqqında belə buyurmuşdur: "Allah Təala o oğlan ilə birgə idi. O boy ataraq səhrada sakin oldu ox atmaqla böyüyüb başa çataraq Faran dağının ətəyində məskunlaşdı və anası onun üçün Misir əhalisindən bir qız aldı." (Tövrat, təkvin, 22-20:21)

     

    Tarixçilərin mülahizələrinə görə Həzrəti Ismailin (ə) Məkkədə məskulaşması şübhəsizdir. Buna uyğu olaraq belə bir nəticə əldə etmək məntiqə uyğun gəlir: "Quranın islam peyğəmbərinə nazil olduğu yer - Həra mağarası Məkkədəki Faran dağında yerləşir və həmin mağarada da Ismail (ə) yaşamışdır. Çünki, Allah Təala Tövratda Musaya (ə) Sinadan, Isaya Səridən, bunlardan sonra gələcək peyğəmbərə isə Faran dağından vəhy səsini vəd etmişdir. Gördüyümüz kimi Tövratın başqa ayəsində Ismailin Faranda yaşaması vurğulanmışdır və bütün alimlərin nəzərinə görə Ismail (ə) Məkkədə yaşamışdır. Nəticədə Faran dağının Məkkədə yerləşməsi şübhəsizdir. Bu da o deməkdir ki, Tövratda deyilən: "Farandan parlayacaqdır"-sözü islam Peyğəmbərinə (s) Həra mağarasında nazil olan ilk vəhyə işarədir.

     

    Islam Peyğəmbəri (s) Davudun (ə) "Məzamir"ində.

     

    Həzrəti Davudun (ə) oxuduqları və onun Tövrat parçalarında qeyd olunan Məzamirində belə ayələrlə rastlaşırıq: "Mənim ürəyim könül oxşayan sözlərlə qaynayır, öz inşamı padşah haqqında deyirəm. Mənim dilim mahir bir yazıçının qələmidir. Sən ey Adəm (ə) övladlarının ən gözəli! Nemətlər sənin dilində caridir. Buna görə də Allah Təala səni əbədi olaraq mübarək etmişdir. Ey cəsur! Öz qılıncını buduna bağla (yəni öz əzəmətinlə düzgünlük, ədalət və helm uğrunda irəlilə.). Sağ əlin sənə qorxulu işlər öyrədəcək. Iti uclu oxlarının vasitəsi ilə ümmətlər sənin fərmanına boyun qoyacaqlar." (Əhdi-ətiq, məzmur, 5-1:45)

     

    Məsihi alimlərindən bəziləri Davudun (ə) Tövratda qeyd olunan bu cümlələri Isa peyğəmbərə (ə) aid etmək istəsələr də, buna nail ola bilməmişlər. Çünki, Həzrət Davudun (ə) oxuduğu bu cümlələrdə bəyan edilən sifətlərin çoxu Isa peyğəmbərin (ə) sifətlərinə uyğun gəlmir. Islam Peyğəmbərinin (s) həyatına və malik olduğu xüsusiyyətlərə nəzər salarkən bu cümlələrin o həzrətə (s) aid olmasına yəqin edilir. Bu cümlələrdə ədalət uğrunda qılınc çəkməkdən və ümmətləri öz fərmanına gətirməkdən danışılır. Isa peyğəmbərin (ə) həyatına nəzər salsaq bu cümlələrin o həzrətin həyatı ilə uyğun gəlmədiyinə, məhz Həzrət Muhəmmədin (s) haqqında deyildiyinə yəqin edəcəyik.

     

    Islam peyğəmbəri (s) Incildə.  

      

    Həzrəti Isa (ə) Incildə belə nəql edir: "Mən atadan soruşuram, "Farqalit"i (seçilmişi) həyatın sonuna qədər sizinlə qalmaq üçün göndəriləcəkdir." (Yuhənnanın incili, 17-15:14)

     

    Məsihi alimləri və Incili müxtəlif dillərə tərcümə edən mütərcimlər hər dəfə Farqalit sözü ilə üzləşdikdə bu sözü Müqəddəs Ruha işarə adlandırmışlar. Onların bu yozum və təhlildən məqsədləri Isa peyğəmbərin (ə) Incildə Islam Peyğəmbəri (s) haqqında heç bir xəbər verməmələrini isbat etməkdir. Əgər məsihilər Isa peyğəmbərin (ə) Muhəmməd (s) haqqında verdiyi xəbərləri olduğu kimi qəbul etsəydilər onda o həzrəti qəbul etmək məcburiyyətində qalacaqdılar.

     

    Insan, tarixi faktları araşdırarkən Isa peyğəmbərin (ə) Farqalit sözündən Muhəmməd peyğəmbəri (s) nəzərdə tutduğunu yəqin edir. Burada o faktlardan bir neçəsinə işarə edirik:

     

    1. Islamdan qabaq yaşayan məsihilərin əqidəsi.

     Həzrəti Muhəmməd (s) peyğəmbərliyə seçilməzdən öncə məsihilərin əksəriyyəti Isadan (ə) sonra Farqalitin (seçilmiş) gələcəyini gözləyirdilər. Bu barədə "Lubbət-tarix" kitabının yazıçısı, məsihi alimi Vilyam Miyurun mülahizələrinin birinə toxunmaq kifayətdir. O deyir: "Isa peyğəmbərdən (ə) sonra kiçik Asiyada Mentes adlanan mənəviyyatlı bir keşiş peyğəmbərlik iddiası etdi. Məsihilər onu inkar edərək ondan öz peyğəmbərliyinin sübutunu istədilər. O da məsihilərin cavabında "Isanın (ə) Incildə söylədiyi Farqalit mənəm!"-dedi. (Lubbət-tarix, səh. 123)

    Bu tarixi əsasa diqqət etdikdə belə bir nəticə əldə etmək məntiqə tam uyğun gəlir: "Hələ Islam Peyğəmbəri (s) dünyaya göz açmazdan öncə, məsihilər Farqalit sözünü Müqəddəs Ruha deyil, Isadan (ə) sonra gələcək peyğəmbərə aid edildiyini bildirirlər.

     

    2. Nəcaşinin etirafı.

     

    Həzrəti Muhəmməd (s) peyğəmbərliyə seçiləndən sonra Ərəbistan yarımadasının bütün qonşu məntəqələrinin padşahlarına məktub yazaraq onları müqəddəs islam dininə dəvət etdi. Islam dininə dəvət olunan və bu dəvətə müsbət cavab verən padşahlardan biri də Həbəşstanın (Efiopiya) şahı Nəcaşi oldu. Nəcaşi islam dinini qəbuq etməzdən öncə Isa peyğəmbərin (ə) dininə inanırdı (yəni məsihi idi). Islam Peyğəmbəri (s) Nəcaşini islam dininə dəvət edərkən Nəcaşi belə demişdir: "Allaha and olsun! Muhəmməd (s) (müqəddəs kitablarda) vədəsi verilmiş və kitab əhlinin (yəhudi və məsihilərin) gözlədiyi sonuncu peyğəmbərdir." Peyğəmbərin (s) məktubunun cavabında isə bu cümlələri yazmışdır: "Mən sənin peyğəmbərliyinə şəhadət verirəm."

     

    3. Roma papasının bəyanı.

     

    Islam Peyğəmbərinin (s) məktub yazdığı padşahlardan biri də Roma imperatoru idi. O Islam Peyğəmbərinin (s) məktubunu oxuduqdan sonra belə demişdir: "Isa peyğəmbərdən (ə) sonra yeni bir peyğəmbərin gələcəyini bilirdim, amma onun Ərəbistan yarımadasında deyil, Şam ərazisindən (indiki Suriya, Livan) olacağını güman edirdim." (Məcmueyi- məqalat, səh.547)

     

    4. Farqalit sözünün fərdi mənası.

     

    Səryani dilində tədqiqat aparan dilçilərin dediklərinə əsasən bu söz yunan mənşəli sözdür və yunan dilindəki "Priklitus" sözündən alınmışdır. "Priklitus" sözü isə "çox bəyənilmiş" və "hədsiz şöhrətli" mənasını ifadə edir, yəni yunan dilindəki "Priklitus", səryani dilindəki "Farqalit" və ərəb dilindəki "Əhməd" sözlərinin hər biri eyni məna daşıyır. Qeyd etmək lazımdır ki, 1624-cü ildən bu yana ibrani dilindən başqa dillərə tərcümə edilən incillərdə Farqalit sözünü "təsəlli verən" mənasına tərcümə etmişlər. Tədqiqatçıların mülahizələrinə görə bu ixtilafın səbəbi Farqalit sözünün yunan dilindəki kökünə qayıdır. 1624-cü ildən qabaq məsihilər Farqalit sözünün "Priklitus" (seçilmiş) sözündən alındığını deyirlər. Amma Islam Peyğəmbəri (s) zühur edib, islam dinini gətirdikdən sonra keşişlər bu sözün seçilmiş mənasını daşıyan Priklutusdan deyil, təsəlli verən mənasını ifadə edən Paraklitus kökündən alındığını iddia etdilər. Lakin inadkar keşişlər bunu yaddan çıxarmışdılar ki, əgər müqəddəs islam dini Allah tərəfindən gələn sonuncu haqq dindirsə, onda bu həqiqətin üstünü bu sözün kökünü dəyişməklə örtmək mümkün deyildir.

     

    Barnaba Incilinin müjdələri.

     

    18-ci əsrdə Italiya muzeylərinin birində və ondan sonra Ispaniyada müqəddəs Incilin o vaxta qədər görünməmiş bir nüsxəsi kəşf olundu. Bu nüsxə Isa peyğəmbərin (ə) həvarilərindən olan Barnabaya mənsub edilmişdir. Kəşf olunmuş bu Incil nüsxəsinin möhtəvası islam dininin qanunları ilə uzlaşdığına görə, bir qrup qərəzli və inadkar keşişlər tərəfindən rədd edildi. Orada belə qeyd olunmuşdu: "…Həqiqətən peyğəmbərlərin hamısı gəldilər, Rəsulallahdan başqaməndən sonra tezliklə o da gələr və Rəbbim məndən onun gəlişi üçün zəmin hazırlamağı istəyir...!" (Barnaba Incili, 6:36)

     

    Başqa bir ayədə həzrəti Adəmin (ə) dilindən belə buyurulur: "Adəm (ə) öz ayaqları üstə qalxdığı zaman, səmada belə yazılar gördü: "Allahdan başqa stayişə layiq məbud yoxdur və Muhəmməd (s) Onun elçisidir." Sonra Adəm (ə) ağızını açaraq öz Allahına belə ərz etdi: "Ey mənim Allahım! Sənə şükr edirəm, çünki, Sən öz lütf və mərhəmətin sayəsində məni xəlq etdin." Adəm (ə) bu sözlərin mənasını öyrənmək istədikdə Allah Təala buyurdu: "Afərin sənə ey mənim bəndəm! Bu (Muhəmməd (s)) sənin övladlarındandır, illər ötüb keçdikdən sonra o da gələr. O Mənim Rəsulumdur. Kainatı məhz ona xatir yaratdım….."

     

    Biz burada ayələrin qısa məzmununa işarə etdik, bu ayələrlə dərindən tanış olmaq istəyənlər aşağıdakı mənbəyə müraciət edə bilərlər: "Barnaba Incili, 29-15:39, 35-41:29 və 17-14:43

     Müqəddəs kitabların-Tövrat, Incil və Qurani Kərimin ayələrini araşdıran hər tədqiqatçı belə bir nəticə əldə edir: "Islam Peyğəmbəri (s) gəlməzdən öncə bütün dinlərdə, xüsusi ilə yəhudi və məsihi dinlərində o Həzrətin (s) gələcəyi haqqında xəbərlər verilmişdir. Bizim bu məsələdə göstərdiyimiz faktlar bu barədə olunan araşdırmaların kiçik bir hissəsi olsa da həqiqət tərəfdarları və sağlam təfəkkür sahibləri üçün kifayət edər.  

    Content-Disposition: form-data; name="file1"; filename="" Content-Type: application/octet-stream

    Источник: http://WWW.iHQ.AZ
    Категория: Dini meqaleler | Добавил: media-islam (06.05.2008) | Автор: WWW.iHQ.AZ W
    Просмотров: 5272 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər