Çerşenbe axşamı, 03.12.2024, 22:25
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    MÜSELMANIN GEYİMİ NECE OLMALIDIR?

    Geyilməsi haram olan libaslar haqqında

    Kişilərə ipək parçadan tikilmiş və qızıldan istifadə olunmuş paltarları geyinmək haramdır.Yaxşı olar ki,  pambıq,çit,kətandan  tikilən paltarlardan , ipək sap və parçalardan istifadə olunmasın.Habelə araqçın, kisə və övrəti örtən parçanın da (fitə) ipəkdən olmaması məqsədə uyğundur.

    Paltarın tikilişində istifadə olunan dəri,şəri yolla kəsilmiş heyvanın dərisindən olmalıdır və daha yaxşı olar ki, çox istifadə etmədikləri heyvan dərisindən (məsələn,at ,uzunqulaq)  istifadə  olunmasın.Namaz qılanın paltarı  əti haram olan(və ya öldükdən sonra kəsilən) heyvanın dərisindən , tükündən və digər bədən üzvlərindən olmamalıdır.Alimlər arasında sincab,dələ,samur kimi xəz dərili  heyvanların dərisindən hazırlanmış paltarların geyilməsinə dair fikir ayrılığı vardır.Amma daha yaxşı olar ki, insan yuxarıda adları çəkilən heyvanların dərisindən hazırlanmış paltarlardan imkan daxilində istifadə etməsin.  

    Peyğəmbər(s)-ın Əli (ə)-a bu haqda etdiyi tövsiyyələrdən birində buyurulur:”Ey Əli!  İpək paltardan  və qızıl əşyalardan uzaq ol! Bu sənin cənnət ziynətlərindən olacaqdır.

     

    Paltarların rəngləri haqqında

    Paltar üçün  ən yaxşı rəng ağ, sarı, yaşıl, açıq qırmızı, göy və mərciməyi rənglərdir.Xoşa gəlməyən rənglər isə  bunlardır:qara, tünd qırmızı (xüsusilə namazda).Amma əba, əmmamə və ayaqqabının qara rəngdə  olmasının qəbahəti yoxdur.(Daha yaxşı olar ki,bunlar da qara rəngdə olmasın).

    Peyğəmbər(s)-dan nəql olunmuş hədisdə deyilir: “Ağ rəngli paltarlar geyin, ölülərinizi də  bu rəngli parçalarla kəfənləyin.Çünki, bu, rənglərin ən gözəlidir.”

    Yaxşı olar ki, qəm-qüssəyə səbəb olan tünd rəngli paltarlardan istifadə edilməsin.Tünd rəngli paltarlardan adətən yas mərasimlərində istifadə olunar, bu səbəbdən də ibadət zamanı belə paltarlardan istifadə etmək məsləhət deyildir.İbadət edərkən  toy və şənlik məclislərinə  geyinilən paltarlardan istifadə etmək bəyənilmir.Çünki, şənlik mərasimlərində istifadə olunan paltarlar adətən güllü (bəzəkli)  və cəlbedici rənglərdə olur.Deməli, insan ibadət etdiyi zaman  ən sadə və təmiz paltarlarını geyinməlidir.

     

    Paltar geyinməyin sair qaydaları haqqında

    Yaşadığı cəmiyyətdə islahatlar aparan Həzrət Muhəmməd(s) təbii ki, insanların geyiminə də  diqqət yetirməli idi.Səudiyyə Ərəbistanında və ərəblər yaşayan digər məntəqələrdə hələ qədim zamanlardan bəri uzun paltarlardan(əba, qəba) istifadə olunurdu.İslamı  qəbul etmiş ərəblər ictimai  məsələlərdə bəzi çətinliklərlə qarşılaşırdı.Bu səbəbdən də Peyğəmbər(s) onlara istər şəri, istərsə də ictimai məsələlərdə müəyyən göstərişlər verməli idi.

    Peyğəmbər(s)-ın islamı təzə qəbul etmiş müsəlmanlara etdiyi tövsiyələrdən biri də geyim haqqında idi.O, bu məsələni belə izah edərdi:”Həddindən artıq uzun və gen paltarlar geyinməyin.Qəbanın ətəyi ayaq sümüklərinə qədər(dizlə topuğun arası) qolları isə biləyə qədər olmalıdır.Qadınların üst paltarları isə topuqlarına çatmalıdır.Yəhudilər və məsihilər kimi yerlə sürünən uzun paltarlar geyinməyin.bilin ki, bu cəhənnəm əhlinin paltarlarıdır.Adi havalarda pambıq ,soyuq havalarda isə  yun paltarlar geyinin.Paltarınız yaraşıqlı və bahalı olduğu halda qürurlanmayın.Allah-təala sadə və əməli-saleh insanları sevər,qəlbində azacıq da olsa qürur  və təkəbbür hissi olanları isə əbədi cəhənnəmdə məskunlaşdırar”.

     

    Əmmamə qoymağın fəzilətləri haqqında

    Başa əmmamə qoymaq Peyğəmbər (s)-ın sünnətlərindən biridir.Yaxşı olar ki, əmmamənin bir ucu çənənin altından   keçirilib çiyinə atılsın.

    Peyğəmbər(s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir: “Əmmamə ərəbin tacıdır.Əgər onlar əmmamə qoymaqdan çəkinərlərsə ,malik olduqları şərəf və izzətdən məhrum olarlar”.

    İmam Rza(ə)-dan nəql olunmuş  hədisdə deyilir: “Həzrəti Peyğəmbər(s) əmmaməsinin bir ucunu sinəsinə, o biri ucunu da çiyninə atardı.Cəddim Əlinin(ə) başına qoyduğu əmmaməni ilk dəfə Peyğəmbər(s) öz mübarək əlləri ilə  bağladı və sonra buyurdu:”And olsun Allaha! Sənin bu əmmamən mələklərin başlarına qoyduqları əmmaməyə bənzəyir.””

    İmam Məhəmməd Baqir(ə)-dan nəql olunmuş hədisdə deyilir:”Bədr döyüşündə iştirak edən mələklərin başında ağ əmmamələri var idi.Onlar Allahın əmri ilə cihad etdilər.”

    “Fiqhur-rza”da deyilir: “Yaxşı olar ki, insan əmmamə qoyduğu zaman bu duanı oxusun: “Bismilləhi əllahummərfə` zikri və ə`li  şə`ni  və əizzəni bi izzətikə və əkrimni bi kəramikə bəynə yədəykə və bəynə xalfikə əllahummə təvvicni bi tacil kəraməti vəl izzi vəl qabul”

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: “Camaat papaq  və ya əmmamə  qoymağı özlərinə ar bildikləri zaman zinakarların sayı çoxalar və pozğunluq adi hala çevrilər.”

     

    Alt paltarların geyilməsi haqqında

     İmam Hüseyn(ə)-dan nəql olunmuş hədisdə deyilir:”Allah-təala həzrəti İbrahimə vəhy edərək buyurdu:”Ya İbrahim! Yer Mənə övrətinin görsəndiyindən şikayət edir.Övrətin və yer arasında  bir maneə(pərdə) qoy!(o zamanlar, görünür,indiki alt paltarlarından istifadə olunmurmuş).” Həzrət ibrahim  bundan sonra özü üçün dizinə qədər bir alt paltarı düzəltdi.” 

    Rəvayətlərin birində deyilir: “Allaha iman gətirmiş hər bir müsəlman övrətini başqalarından qorumalı və alt paltarını geyindiyi zaman ayaq üstə  durmamalıdır.Əks təqdirdə etdiyi ibadətlər 3 gün qəbul olunmaz.”

    Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Peyğəmbər(s) köynəyini alt paltarlarından əvvəl geyinərdi və səhabələrə təkidlə buyurardı ki,üzü və ya arxası qibləyə tərəf və başqalarının qarşısında alt paltarlarını geyinməsinlər.”

     

    Təzə paltarların geyilməsi haqqında

    Peyğəmbər(s)  və imamlardan nəql olunmuş hədis və rəvayətlərdə təzə paltar geyilərkən bəzi duaların oxunması tövsiyə edilmişdir.Məsələn: İmam Məhəmməd  Baqir(ə) bu duanın oxunmasını tövsiyə edərdi:

    “Əllahumməc`əlhu səvbə yumni və tuqa və bərakətə əllahummər`zuqni fihi husnə ibadətikə və əmələn bitəətikə və ədaə şukrə ne`mətikə əlhəmdu lillahil-ləzi təsani mə uvari bihi ovrəti və ətəcəmməlu  bihi finnas” 

    İmam Əli(ə) isə Peyğəmbər (s)-dan öyrəndiyi bu duanı oxuyardı:

    “Əlhəmdulilləhil-ləzi kəsani minəl libəsi  mə ətəcəmməlu bihi finnəs .Əllahumməc`əlha  siyəbə bərakətin əs`a fihə  limərzatikə və ə`muru  fihə məsacidəkə”

    İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: “Təzə paltar aldığınız zaman bir qab su doldurub 32 dəfə “Qədr” surəsini oxuyun ,sonra həmin sudan təzə aldığınız paltarın üzərinə səpin.Əgər belə edərsinizsə ruziniz bol,paltarınız isə davamlı olar.”

    Başqa bir hədisdə deyilir: “Təzə paltar geyərkən  “Lə ilahə illəllah,Muhəmədər-rasulullah” desəniz arzu və istəkləriniz tez bir zamanda həyata keçər.”

    İmam Əli ibni Musa Rza (ə) təzə paltar geyinərkən köhnə paltarlarını sağ tərəfinə qoyub “Ayətəl-kursi” , “İxlas”  və “Kafirun” surələrini 10 dəfə oxuyardı.

     İmam Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: “Allah-təala  sizə təzə paltar nəsib etdiyi zaman iki rük`ət namaz qılın və hər rük`ətdə “Ayətəl-kursi” , “İxlas” , “Həmd” və “Qədr” surələrini oxuyun.Sonra Allah-təalaya  övrətinizi  örtdüyü  və sizə ziynət  bəxş etdiyi  üçün  şükr edib dəfələrlə “Lə hovlə və lə quvvətə illə billahil-əliyyul əzim” kəlməsini təkrar edin.”         

     

    Paltar soyunub-geyinməyin  sair qaydaları haqqında

    İmam Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Kişilər soyunduğu zaman Şeytan onlara nəzər salıb yoldan  çıxarmaq  istər  və günaha sövq edər.İstər kişi olsun,istərsə də qadın camaat arasında soyunmamalı və soyunduğu zaman  üzü və arxası qibləyə tərəf olmamalıdır.Paltarlarınızı çıxardığınız zaman  “Bismillah” deyin ki, Şeytanın vəsvəsəsindən uzaq olasınız.”

    İmam Sadiq(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Qadınlar bədənlərini tam örtməli və başqalarının yanında  cəlbedici, nazik parçalardan tikilmiş paltarlar geyinməməlidirlər.Baş örtüyünün isə dirsəklərə qədər olması məsləhətdir.”

    İshaq ibni Əmmar, İmam Sadiq(ə)-dan soruşur: “Ehtiyacı ödəyən miqdardan artıq paltara pul xərcləmək israfdırmı?” İmam Sadiq(ə) cavabında buyurur: “Xeyr, bu israf deyildir.İsraf ona deyilir ki, paltar ziynət məqsədilə deyil,digər məqsədlər üçün istifadə edilmiş olsun.”

    İmam Məhəmməd Baqir(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Paltarlarınızı təmiz və səliqəli saxladıqda , həm Allah-təalanın razılığını qazanmış, həm də düşmənlərinizi narahat etmiş olarsınız.

    Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Lut (ə)-ın qövmü bir neçə mənfi xüsusiyyətə malik idi.Onlar günlərini əyləncə məqsədilə  ox atmaqla keçirər ,yol gedərkən yerlə sürünən  uzun paltarlar geyinər və daim qəndəran  çeynəyərdilər.”

    Nəql olunmuş mötəbər hədislərin birində deyilir: “İmam Sadiq(ə)-ın səhabələrindən biri onun yanına gəlir.O,İmam Sadiq(ə)-ın əbasında yamaq gördükdə çox təəccüb edir.İmam Sadiq(ə) qarşısındakı kitabı ona verib oxumağını istəyir.Orada bu sözlər yazılmışdı: “Həyası olmayan şəxslərin imanı da olmaz.Maddi çatışmamazlıq içində yaşayanlar öz ehtiyaclarını ödəmək iqtidarında olmazlar.Təzə paltarları olmayan kəslərin köhnə paltarları da olmaz.””

     Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Mən öz paltarıma o qədər yamaq vurdururdum ki, özüm də dərzidən utanırdım”

    İmam Sadiq(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Paltar  və ayaqqabısına yamaq vuran  şəxslərin qazancı bol,həyatları isə əmin-amanlıq içində olar.Onlar təkəbbürdən uzaq olan Allahın əməli-saleh bəndələridirlər.”

     

     

    Kişi və qadınlara, kafirlərə xas olan paltarların geyilməsi haqqında

    Kişilər qadın, qadınlar isə kişi paltarı geyinməməlidirlər.Allaha iman gətirmiş hər bir müsəlman öz düşmənlərinin paltarlarını geyinməməli,və bu işi özlərinə haram bilməlidirlər.

    İmam Baqir(ə)-dan nəql olunmuş hədisdə deyilir: “Qadınlar özlərini kişilərə,kişilər isə qadınlara oxşatmamalıdırlar.Cəddim həzrət Muhəmməd(s) belə şəxslərə lənət  oxuyardı.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: “ O böyük Allah öz peyğəmbərlərindən birinə vəhy edərək buyurur: “Möminlərə de ki,düşmənlərimin paltarlarını geyinməsinlər və onların yeməklərini yeməsinlər.Əks halda ,onlar da düşmənlərimin yolunu davam etdirib onlardan birinə çevrilərlər.””

     

     

    Ayaqqabılarin,nə`leyn və çəkmənin rəngi haqqında

    Gündəlik istifadə olunan ayaqqabılar üçün ən münasib rəng ağ və sarıdır.Uzunboğaz çəkmələr isə yaxşı olar ki, qara rəngdə olsun.Uzaq yerlərə gedərkən  yaxşı olar ki, qırmızı rəngli ayaqqabılardan istifadə olunsun.Yaxın məsafələr üçün isə bu rəngli ayaqqabılar heç də əlverişli deyildir .Nə`leynin qabaq və arxa hissəsi yaxşı olar ki ,bir qədər hündür orta hissəsi isə azacıq batıq olsun.Nə`leyn üçün ən münasib rəng ağ və sarı rənglərdir.

        

     

     

     

     

     

     

    -----------------------------7d817c172c010e Content-Disposition: form-data; name="file1"; filename="" Content-Type: application/octet-stream
    Категория: Dini meqaleler | Добавил: MESHHEDI_MUQEDDES (20.04.2008) | Автор: kamran E
    Просмотров: 10417 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər