Bazar ertesi, 23.12.2024, 16:32
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Islam incəsənəti ilə zəngin olan Berlin muzeyi
    Almaniyada mövcud olan Islam incəsənətindən ibarət Muzeyin əsasının qoyulduğu ilk daş təxminən 100 il bundan əvvəl qoyulub. Muzey paytaxt şəhərdə yerləşdiyi üçün bu şəhərin adı ilə adlandırılıb. Bu gün Muzey öz işinin böyük ilk dönümünü qeyd edir.

    "Berlinin bəxti gətirdi: o dünyada islam incəsənətinin dünyadakı ən böyük kolleksiyalarına sahibdir"- deyə Muzeyin direktoru Klaus Peter Xaase qeyd edib. Bizim eksponantlar müsəlman Əndəlusundakı (Ispaniya) incəsənət əsərlərindən başlayaraq, Moqolların dövründən Hindistandakı şedevr əsərlərdə qurtaran bütün regionları və dövrləri əhatə edir.

     

    Xaase artıq bir əsrdən çox Berlində sərgilənən kolleksiyası ilə fəxr edir. Onun sözlərinə görə, islam incəsənətindən ibarət muzey dünyada ən məşhur muzeylərdən biridir. Hər il bu Muzeyə 330 min insan baş çəkir.

     

    Bu da o mənanı kəsb edir ki, müqavimət göstərərək bu muzeyin təsis edilməsində yüz il öncə mübarizə aparmaq məcburiyyətində qalan və sonda muzeyi təsis edən təsisçi Vilhelm fon Bode bu muzeydən indi də razı qalardı.

     

    "Həmin zamanlar Berlin Muzeyinin dahir direktoru Vilhelm fon Bodenin ağlına belə bir fikir var: O muzeyə gələn tamaşaçıları qeyri-avropa sənəti ilə,xüsusilə də birinci növbədə islam kolleksiyası ilə tanış etmək qərarındayam".Amma həmin zamanlar bu ideya elə də rəğbət görmədi.

     

    "Əksinə, mətbuat özünü itirmişdi və insanlara islam incəsənəti haqqında danışmaqla bağlı mühüm mövqeləri tuturdu. Bundan başqa, muzeydə şedevr əsərləri, məsələn: iordaniya sarayının fasadının iri memarlıq fraqmentləri, Irandan və Türkiyədən namazın qılınması üçün istiqamətlər verən mehrablar kimi incəsənət əsərlərini göstərmək mümkün oldu" -deyə Xaase qeyd etdi. 

      

    "Faktiki olaraq Berlin sənət tarixçilərinə islam şedevrlərini dövrlər və regionlar üzrə necə siniflərə bölünməsini misal olaraq göstərdi". Bu yanaşma bizim dövrdə də geniş yayılıb"- deyə islam incəsənəti muzeyinin direktoru bildirdi.

     

    XX əsrin əvvəllərində Muzeyin təsisçisi Bodenin əsas məqsədi islam incəsənətinə təkcə o zamanlar daha çox məşhur olan şərq xalıları deyil, həmçinin mədəni və tarixi əhəmiyyət kəsb edən və qeyri-adi gözəlliyə malik olan ən böyük şedevrlər də daxildir. Öz növbəsində muzeyin hazırki direktoru Xaase mövcud ənənəyə təzə quruluş gətirmək fikrindədir, məsələn, 1990-cı ildə Almaniyada yaşamış iranlı rəssam Fərxundə Şahrudinin əsərlərini də göstərmək istəyir.

     

    Muzeyin Direktoru Xaaseyə muzeydə ən qiymətli və ən mühüm hansı eksponantı hesab etdiyi barədə yönləndirdiyimiz suala o belə cavab verdi: "Demək çətindir- əlbəttə bu, baxmağa gələnlərin meylindən asılıdır. Burada iordan sarayının fasadının memarlıq elementləri kimi iri obyektlər var. Amma həmçinin XIV yüzilliyin əvvəlində yaradılmış və Ispaniyadan gətirilmiş qədim xalıları da qeyd etmək lazımdır."

     

    "Bundan başqa XVI əsrdə Səfəvilər sülaləsinin çiçəklənməsi dövründə hazırlanmış Quranın gözəl əl yazmaları mövcuddur. Faktiki olaraq, bütün bu incəsənət əsərləri bərabər mənaya malikdir və onlardan hər biri öz-özlüyündə unikaldır".

     

    Xaase həmçinin müasir Suriya ərazisindən gətirilmiş "Hələb otağı" Berlindəki məşhurlaşması ilə qürur hissi duyur. O, onu XVI və XVII əsrlərdə Osmanlı cəmiyyətinin "dinlərin və mədəniyyələrin ensiklopediyası" adlandırır. 

      

    Bu gün öz yüzilliyini qeyd edən muzey-sərgiyə həmçinin digər kolleksiyalardan icarəyə götürülmüş predmetlər də qoyulur. Ekspozisiyaların bir hissəsi Almaniyada anadan olmuş və yaşamış misirli Süleyman ailəsinə həsr edilib.

     

    Almaniyaya gəlmiş Misirli Muhəmməd Süleymanın qızı Həmidə Süleyman demək olar ki, muzeylə həmyaşıddır. Xaase yaşının keçməsinə baxmayaraq onun hələ də sərgilərə gəlməsini qürurla nəql edir. 

     

    Səbinə Ripperger (Almaniya)

     Tərcümə etdi: Nərgiz Mehdiyeva 

    WWW.IHQ.AZ
    Категория: Dini meqaleler | Добавил: media-islam (11.09.2008)
    Просмотров: 2227 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər