Bazar, 22.12.2024, 10:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Məhdviyyətşinasi

    ŞӘXSİYYӘTİ

    Adı: Məhəmməd

    Ləqəbi: Hadi, Mehdi və Qaim

    Künyəsi: Әbülqasim

    Atası: Həzrət imam Həsən Әskəri (ə)

    Anası: Nərcis Xatun

    Təvəllüdü: 256-cı Hicri ili

    TӘVӘLLÜDÜ

    On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şə`ban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.

    Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.

    Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Fir`on o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fir`onu sayılan Abbasi xəlifəsi Mö`təmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.

    İmamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tə`til edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mö`təmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.

    Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. İmamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, İsa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.

    O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cə`fəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. İmam Həsən Әskərinin zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.

    İMAM ZAMAN (Ә.F.) NECӘ DÜNYAYA GӘLDİ

    İmam Həsən Әskəri əleyhissalamın bibisi Həkimə belə demişdir: Şə`ban ayının on beşi cüməaxşamı günündə qardaşım oğlu imam Həsən Әskərinin evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, imam belə buyurdu: Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək. Mən sevinib Nərcisin yanına getdim, lakin onda boyluluqdan heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə «mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm» - deyirdim ki, elə bu vaxt imam yanıma gəlib buyurdu: «Ey bibi narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlicə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get». Mən sevinib Nərcisin yanında qaldım və imamın dediyi kimi hələ fəcr doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və imamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: «Bir azdan otağa qayıt, onu görəcəksən». Mən otağa qayıdıb təzə doğulmuş balanı gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir.»

    İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa mə’lumat

    On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. [1]

    Onun adı İslam Peyğəmbərinin adından , yə’ni , M.Ü.H.Ə.M.M.Ə.D , künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir.[2] Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.[3] Onun ləqəblərindən Hüccət , Qaim , Xələfisaleh , Sahib əz-zaman[4] və Bəqiyyətullahı[5] qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.[6] Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam) , anası isə çox hörmətli Nərcis [7] (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə , Süsən və Səqil adları ilə də tanınmışdır.[8] Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki , özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı , özünü isə onun xadiməsi adlandırmışdır.[9]

    Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü) , digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən[10] xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş , böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni , kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.[11]



    [1] Əl-İrşad, səh.346. Bə’zi mənbələrdə on ikinci İmamın hicrətin 256-cı ilində anadan olduğu qeyd olunmuşdur. Məsələn, Şeyx Səduqun “Kəmalüddin” kitabı, səh.432.

    [2] Əl-İrşad, səh.346. On ikinci İmamın əsl adı Peyğəmbərin ( səlləllahu əleyhi və alihi və səlləm ) adındandır. Lakin bə’zi hədislərdə onun əsl adını çəkmək qadağan olunduğu üçün onun adını yuxarıdakı şəkildə yazırlar.

    [3] Kəmalüddin, səh.648. O Həzrətin adının qadağan olunması onun qeybə çəkildiyi ilk mərhələyə qədər olmuş və siyasi məqsəd daşımışdır , lakin onun zühuruna qədər qadağan edilməsi barədə şiə alimləri arasında fikir müxtəlifliyi var. Bu barədə ətraflı mə’lumat almaq üçün Hacı Mirzə Hüseyn Təbərsi Nurinin “Ən-Nəcmus-saqib” kitabına müraciət etmək olar. səh. 48–49.

    [4] Ə’lamül-vəra, səh.418.

    [5] İsbatül-vəsiyyə, səh.248.

    [6] Əl-füsulül-mühimmə, səh.310.

    [7] Əl-İrşad, səh.346.

    [8] Əl-İrşad, səh.346.

    [9] Rəvzətül-vaizin, səh.283; Biharül-ənvar, c.51, səh.12.

    [10] Bə’ziləri İmam Zamanı atası vəfat edən gündən onun kiçik qeyb dövrünü hesablamışlar.

    [11] Əl-İrşad, səh.346.

    ANASI NӘRCİSİN ӘHVALATI

    Həzrət Hadi əleyhissalamın xidmətçilərindən biri Büşr Әnsari bu haqda belə deyir:

    Bir gün həzrət Hadi (ə) məni çağırıb belə buyurdu: «Yerinə yetirilməsi sənin üçün xeyirli olacaq bir iş öhdənə qoymaq istəyirəm». Daha sonra Həzrət (ə) bir məktubla içində 220 dinar olan bir kisəni mənə verib buyurdu: «Bunları alıb, Bağdadda Fürat çayının sahilində gözlə. Sübh açılanda ora bir gəmi gələcək. Gəmidə satmaq üçün gətrilmiş çoxlu kəniz vardır. Müştərilərin çoxu Bəni Abbasdan və bə᾽zi başqa cavanlardan ibarət olacaq. Həmin gəmidə özünü müştərilərə göstərmək istəməyən bir qız vardır. Cavanlardan birisi qabağa gəlib qızın yiyəsinə «mən onu 200 dinara alıram» - deyəcək. Lakin həmin qız razı olmayacaqdır. Sonra onun yiyəsi «səni satmaqdan başqa çarəmiz yoxdur. Təslim olmalısan» - deyəcək. Lakin o «bir az döz, mənim müştərim indi gələcək» — deyəcək. Elə bu vaxt sən qabağa gedib məktubu ona ver və de: Әgər xanım bu məktubun sahibinə meyl edirsə, onu alıram. O, məktubu oxuyandan sonra sevinəcək. Sonra sən onu yiyəsindən alıb gətirərsən.

    Büşr belə davam edir: İmamın buyurduqlarını yerinə yetirdim və onu yiyəsindən aldım. Yolda gələrkən özü haqqında maraqlı bir hekayə danışıb dedi: Mən Rum padşahının qızıyam. Mənim cəddim İsa əleyhissalamın yaxınlarından olub. Atam məni öz qa r daşı oğluna vermək istəyirdi. Bir gün sarayda təntənəli bir yığıncaq təşkil edib qardaşı oğlu ilə məni birlikdə taxtda oturtmuşdu. Xristianların böyükləri məni ona ərə vermək üçün yığışmışdılar. Birdən saray titrədi və hər şey bir-birinə dəydi, gözümün qabağında əmi oğlum taxtdan yıxıldı. Yenə də bir dəfə yığıncaq təşkil etdilər, lakin yenə eyni hadisə baş verdi. Xristianların böyükləri bu işin nəhs olduğunu söyləyib saraydan çıxıb getdilər. O gecə mən narahat və ruhdan düşmüş bir halda yatmışdım. Yuxuda gördüm ki, nurani kişilər saraya gəliblər. Onlardan birini həzrət İsa (ə), o birisini də islam Peyğəmbəri olduğunu söyləyirdilər. İslam Peyğəmbəri (s) həzrət İsaya belə buyurdu: «Mən öz oğlum üçün sizin övladınıza elçiliyə gəlmişəm. İsa sevinib qəbul etdi. Mən bu yuxu barədə heç kəslə danışmadım. Bir gün xəstələndim və atam bütün həkimləri çağırdı, amma heç biri məni sağalda bilmədi. Mən atamdan yaxşılaşmağım üçün zindanda olan bütün müsəlmanları azat etməsini xahiş etdikdə istəyi mi qəbul edib onları azad etdi və mənim halım bir az düzəldi. Həmin gecə nurani qadınları yuxuda gördüm. Onlardan birisini İsanın anası, digərinin isə Fatimeyi Zəhra olduğunu söyləyirdilər. Peyğəmbərin qızı irəli gəlib belə dedi: Әgər sən mənim övladımın həyat yoldaşı olmaq istəyirsənsə, müsəlman olmalısan. Mən yuxuda ikən onun əlilə müsəlman oldum. Sonra o, məni özü ilə imam Həsən Әskərinin yanına gətirdi. Onun məhəbbəti ürəyimə düşdü və daha dözə bilmədim. Nəhayət bir gecə imam Həsən Әskərini yuxuda gördü m ondan necə həyat yoldaşı ola biləcəyimi soruşdum. O, belə buyurdu: «Atan yaxın gələcəkdə bir ordu ilə müsəlmanlarla döyüşməyə gələcəkdir. Siz ordunun arxa hissəsində olacaqsınız. Müsəlmanlar qələbə çalıb sizi əsr götürərək satmaq üçün Bağdada gətirəcəklər. Gəmi F u rat sahilində dayanacaq və səni satmaq üçün gəmidən çıxaracaqlar. Səni almaq üçün bir neçə müştəri gələcək, amma sən döz, atam tərəfindən bir məktubla səni alacaq bir şəxs gələcək». Mən yuxudan ayıldıqda çox sevindim. Bir müddət keçdikdən sonra imamın buyurduğu kimi oldu. Ey Büşr, indiyə kimi heç kəs bu sirri bilmir və məni tanımırdı. Sənə danışdığım bu əhvalatı heç kimə demə və bu sirri gizli saxla.

    Büşr deyir: O, yolda öz hekayəsini mənim üçün danışarkən mən tir-tir titrəyirdim. Məhz həmin andan e᾽tibarən ona çox hörmət bəsləməyə başladım və bir qulluqçu kimi daima yanında oldum. Sonra onu mövlam imam Hadi əleyhissalamın hüzuruna apardım. Həzrət (ə) ondan «necə müsəlman oldun?» - deyə soruşduqda, belə cavab verdi: «Özünüzün daha yaxşı bildiyiniz bir şeyi məndən soruşursunuz». Sonra isə imam (ə) ona belə buyurdu: «Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq səndən dünyaya gələcək.» Sonra bacısı Həkiməyə xitabən belə buyurdu: «Bacı, gözlədiyin xanım budur. Onu apar və islam əhkamını ona öyrət». Həkimə onu mehribanlıqla qucaqlayaraq hörmətlə öz yanında apardı.

    İ MAMH Ə S Ə N Ə SK Ə R İ Ə LEYH İ SSALAM


    İMAMIN ŞƏXSİYYƏTİ

    Adı: Həsən

    Ləqəbi: Əskəri

    Künyəsi: Əbuməhəmməd

    Atası: Həzrət imam Əliyyən Nəqi (ə)

    Təvəllüdü: Hicri 232-ci il

    İmamlıq müddəti: 7 il

    Ömrü: 28 il

    Şəhadəti: 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö`təmid tərəfindən şəhid edildi.

    Məzarı: İraq Samirra şəhəri.

    TƏVƏLLÜDÜ

    İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Əbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Əskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mö`təmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin və`d olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

    İmam Həsən Əskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Əskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də imamı nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fir`onun sarayında saxladığı kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.

    İMAMIN ƏXLAQİXÜSUSİYYƏTLƏRİ

    İmam Həsən Əskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Qur`anın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mə`nəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Əlmö`təzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.

    İmam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Əhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. İmamın bu əmri xalqın həyatında o qədər tə`siredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.

    Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Əhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Əskəri əleyhisslamdan başqasını görməmişəm. Əgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Əskəri əleyhisslamdan başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Əskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.

    Əbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Əskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»

    Bir dəfə həzrət iki yüz min dinar Əli ibni Cə`fər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.

    Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Ən çirkin və qəddar mə`murları zindana keşikçi tə`yin etmişdilər ki, o həzrətə əzab- əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara e`tiraz etdikdə belə cavab verdilər: O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?

    Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və e`tinasız bir adam olmasına baxmayaraq, imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Əskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.

    Bir dəfə xəlifənin əmri ilə imam Həsən Əskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.

    Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət İsada mövcud olan nişanələri görmüşəm.

    İMAMIN ELMİ

    İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məs`ud Şirazi imamla bey`ət edən ilk saray alimi olub bu şöhrətli alim Əlmö`təzin sarayında çalışırdı.

    Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Əbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını odlamışdı.

    Xristian alimlər imamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.

    RAHİBLƏRİN İFŞAOLUNMASI

    İllərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mö`təmid camaata əmr etmişdi ki, dua etmək üçün çölə getsinlər.

    Camaat üç gün dalbadal çölə gedib namazı qılıb dua etdilər, lakin yağış yağmadı. Sabahısı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyəcanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdə narahat olan Abbasi xəlifəsi Mö`təmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Əskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. İmam (ə) məsələni öyrənən kimi, belə buyurdu: «Onlardan istə ki, sabah da yağış yağdırmaq üçün çölə getsinlər». Sabahısı gün imam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədilər. Çox keçmədi ki, göydə bir bulud görsənərək yağmağa başladı. İmam əmr etdi ki, əllərini qaldıran bir xristianın barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb imamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə «indi dua et ki, yağış yağsın» - dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini imamdan soruşduqda imam belə buyurdu: «Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər. Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.»

    İMAMIN TƏRBİYƏÜSULU

    İmam Sadiq əleyhissalamın nəslindən olan Əbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Əbülhəsən Qum şəhərində imam Həsən Əskərinin nümayəndəsi olan Əhməd ibni İshaq Əş`ərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin imamın nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi.

    Əbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.

    Həmin ildə Əhməd ibni İshaq Əş`əri Məkkəyə getdi, qayıdan baş imam Həsən Əskəri əleyhissalamın qapısına gələn Əş`ərini imam da qəbul etmədi.

    Çox yalvar-yaxardan sonra imamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».

    Əş`əri dedi: Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.

    Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. İslamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»

    Əş`əri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Əbülhəsən də var idi. Əş`əri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Əbülhəsən onun bu işindən heyrətlənib dedi: Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et. Əş`əri əhvalatı olduğu kimi ona danışdı. Əbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.

    İMAMIN QEYB ALƏMİ İLƏƏLAQƏSİ

    Bir çox kitablarda imamın mö`cüzəli işlərindən çoxlu rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:

    1. Cə`fər Cürcani deyir: Həccə getmişdim və imam Həsən Əskəri əleyhissalamın hüzuruna gəldim. Dostlarının verdiyi pullar mənim yanımda idi. İmamdan pulları kimə verəcəyimi soruşmaq istəyirdim ki, hüzurunda olmaq şərəfinə nail olandan sonra mən heç bir söz demədən həzrət (ə) özü belə buyurdu: «Yanındakı pulları xidmətçim Mübarəkə ver.» mən pulları ona təhvil verib imama «Cürcandakı dostlarınız sizə salam söylədilər» - dedim. İmam (ə) belə buyurdu: «Allah onları mükafatlandırsın. Sən Gürcana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy. O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan İbrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adını Əhməd qoysun. O da bizim dostlarımızdan olacaq.» Mən imamla xudahafizləşib getdim və sonralar elə imamın buyurduğu kimi oldu.

    2. Sünni alimlərindən Şəblənci, Əbu Haşimdən belə nəql etmişdir: Mən imamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda özünü Əli övladından sanan bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O, gedəndən sonra imam (ə) belə buyurdu: «Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda mə`lumat hazırlayaraq paltarında gizlətmişdir ki, xəlifəyə çatdırsın». Biz onu gətirib paltarını axtardıq və imamın buyurduğu kimi bizim haqqımızda yazılmış mə`lumatı ondan tapdıq ki, əgər xəlifənin əlinə yetişsəydi, bizim hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən e`tibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.»

    3. İbrahim adlı bir şəxs belə deyir: Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir yerə səfərə gedib lakin ondan heç bir xəbər-əsər yoxdur. Qardaşımla birlikdə Mədinədən İraqa tərəf yola düşdük. Mən imam Həsən Əskəri əleyhissalamın yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamlıq elmi ilə atamı tapmaq üçün mənə kömək edə bilən yeganə şəxs yalnız o həzrət idi. Uzaq yollardan gəlib o həzrətin qapısına yetişdim. Bir müddət orada oturdum. Bir nəfərin həzrətin evindən çıxmasını gözləyirdim ki, ona nə üçün oraya gəldiyimi deyim ki, o da imama xəbər versin. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və həzrətin xidmətçisi bayıra çıxdı və «Mədinədən imamı görmək üçün gələn İbrahim adlı müsafir sizin hansınızdır?» - deyə soruşdu.

    Mən sevinə-sevinə yerimdən qalxıb «buyurun İbrahim mənəm» - dedim. O, mənə baxıb əlindəki kisəni mənə verdi və dedi: İmam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədir. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan. Mən təəccüblənərək kisəni aldım və öz-özümə dedim ki, mən hələ imamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim məqsədimdən xəbərdar olsun. Xidmətçiyə «məni həzrətin hüzuruna apar ki, atamın harada olduğunu mənə desin» - demək istəyirdim ki, birdən yadıma düşdü ki, o, imamın «yoluna davam et» - deyə buyurduğunu mənə bildirmişdi. Başqa bir tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət o yan-bu yanı gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atama danışdım və ikimiz də başa düşdük ki, imam bizim gizli sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.

    4. İsmail adlı bir şəxs isə belə deyir: İmam Həsən Əskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, həzrət oradan keçəndə ondan köməklik istəyim. Mən qabaqca 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyəm. Düşüncəyə dalmışdım ki, birdən imam Həsən Əskəri əleyhissalam yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsdim və öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim həzrəti narahat etdi. Lakin xidmətçisinə «yanında nə qədər pulun varsa bu kişiyə ver» - deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: «Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın ne`mətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi ne`mətdən istifadə et. Sən 200 qızıl sikkəni bir yerdə gizlətmişsən ki, dar gündə işinə yarasın. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmayacaqsan.»

    İsmail belə davam edir: İmam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və imamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, imamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli-saleh olub pis işlərdən çəkinəm.

    İMAMIN ÖZ SƏHABƏLƏRİNDƏN BİRİNƏ YAZDIĞI MƏKTUB

    Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Əli ibni Babəveyhi Qumiyə yazılmış məktubdur. Bu məktubun bə`zi hissələrinin tərcüməsi belədir: «Allaha həmd və sənadan sonra, sənə ki, bizim əshabımızdansan deyə tövsiyə edirəm: pəhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohumlarını-əqrabanı həmişə başa çıx, yoxsulların ehtiyaclarını tə`min et, dinini düzgün şəkildə qiymətləndir, Qur`anı öyrən, namaz və ibadətlərinə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur.

    İMAMIN ŞƏHADƏTİ

    İmam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Əskəri ləqəbi ilə məşhur idi.

    Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mö`təmidin əmri ilə həbs olundu. İmamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin mə`murları hər gün imamın vəziyyəti barədə xəlifəyə mə`lumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.

    Həzrətin şəhadətindən sonra azğın bir kişi olan və xəlifənin adamlarından sayılan qardaşı Cə`fər Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan imamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının meyitinə namaz qıldı. İmam Həsən Əskəri əleyhissalamın oğlu olan on ikinci imamın qısa qeyblik dövrü elə bu vaxtdan başlandı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdilər. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun uzun qeybət dövrü başlandı və o həzrətin inqilab edəcəyi günə kimi gizli qalacaqdır.

    İMAMDAN QISA KƏLAMLAR

    1. Sadəliklə yaşa və israfdan çəkin.

    2. Hər kəslə qarşılaşdığın zaman salam ver və məclisə daxil olduqda aşağı başda otur, çünki bu iş təvazökarlığın nişanəsidir.

    3. Yalandan çəkin, çünki yalan pisliklərin açarıdır.

    4. Hər kəs mənim Əhli-beytimi sevməsə, münafiqlərdəndir.

    5. Hər kəs qiyamətə inansa, verdiyi və`dlərə əməl edər.

    Категория: Dini meqaleler | Добавил: media-islam (29.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2030 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    29.02.2008
    1. Huseynli_E (al-shia) [Material]
    Bu meqale bizim terefimizden insallah 14 mesum bolmesine yerlesdirilecek ve o zaman buu meqale silinecek- heleki 4 mesumun heyati ve onlardan mocuzleri yerlesdirmisik

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər