Şenbe, 21.12.2024, 19:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 53
    Qonaq: 53
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Şielik meqamının izahi haqqında aye ve revayetler

    Hafiz Əbu Nəim İsfahani Əhməd ibn Əbdullah, üləmayi-ə’zəm, mühəddis, böyük və dəyərli əhli-sünnət mühəqqiqlərindəndir. İbn Xəllaqan «Vifyətul-ə’yan» kitabında onu belə tərif etmişdir: «O, ən böyük etibarlı hafizlərdən və ən elmli mühəddislərdəndir. Onun on cildlik «Hiylətul-övliya» kitabı ən gözəl kitablardandır». Səlahuddin Xəlil ibn Əbik əs-Səfdi «Vafi bil-Vəfiyyat» kitabında onun haqqında belə deyir: «Hədis söyləyənlərin tacı Hafiz Əbu Naim elm, zöhd və dəyanətdə imamdır; rəvayətləri dərk və nəql etməkdə, hifz və dəyanətdə uca bir məqama sahibdir. Onun ən gözəl təsniflərindən biri də, on cildlik «Hiylətul-övliya» kitabıdır. Bu kitab səhiheyndən («Səhihi-Buxari» və «Səhihi-Müslim») çıxarılış edilmişdir. Buxari və Müslimdəki hədislərdən əlavə, bir çox hədisləri özünün eşitdiyi kimi nəql etmişdir». Məhəmməd ibn Əbdullah əl-Xətib də «Ricali-mişqatil-məsabih» kitabında onu belə tərif edir: «O, etibarlı hədis şeyxlərindəndir; nəql etdiyi hədislər araşdırılmışdır; o, şəni uca bir şəxsdir; yaşı isə, altmış doqquzdur».

    Qısaсa desək alim, hafiz, mühəddis olan və əhli-sünnət alimlərinin də onunla iftixar etdiyi belə bir kəs, öz sənədiylə mötəbər kitabı «Hiylətul-övliya»da ibn Abbasdan belə nəql edir: «Bəyyinə» surəsinin 7-8-сi ayələri - «İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı, içində ağaсları altından çaylar axan Ədn Сənnətdir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar» nazil olduqda, Rəsulallah (s) Əli ibn Əbu Talibə (ə) xitabən belə buyurdu: «Ya Əli! «xəyrul-bərriyə»dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd sən və sənin şiələrindir. Qiyamət günü sən və şiələrin Allahın sizdən, sizin də Allandan razı və xoşhal olduğunuz halda gələcəksiniz».

    Əbul-Müəyyid Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib» kitabının 17-сi bölümündə, böyük əhli-sünnət müfəssirlərindən olan Hakim Əbulqasim Ubeydullah ibn Əbdullah əl-Həskani «Şəvahidut-tənzil fi qavaidit-təfsil» və Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayətut-Talib» (səh.119) və Səbt ibn Covzi «Təzkirətu xəvassil-üməti fi mə’rifətil-aimməti» kitabında (səh.31 ayəni yazmamaqla), Munzir ibn Məhəmməd ibn Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, böyük əhli-sünnət alimlərindən olan Hakim Əbu Əbdullah Hafiz mərfu1 bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-mö’minin Əli ibn Əbu Talibin (ə) katibi Yezid ibn Şərahil o həzrətin belə buyurduğunu eşitdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi sinəmin üzərində ikən, buyurdu: «Ya Əli! Allah-təalanın «İman gətirib saleh əməl edənlər, yaradılmışların ən xeyirliləridir» -buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir. Mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, «üzü ağ olanlar» -deyə çağrılacaqsınız»».

    Yenə iftixar edilən əhli-sünnət alimlərindən olan və hicri IX əsrdə əhli-sünnət camaatının yolunun islahatçısı olaraq tanınan Cəlaləddin Syüti, «Dürrül-Mənsur fi kitabillahi bil-Mə’sur» təfsirində zamanın fəzilətlilərindən və böyük əhli-sünnət alimlərinin e’tibar etdiyi şəxslərdən olub, ibn Əsakir Dəməşqi (ibn Xallaqan «Vəfəyatül-ə’yan», Zəhəbi «Təzkirətul-Hüffaz», Xarəzm «Ricalu müsnədi-Əbu Hənifə» və «Təbəqati-Şafeiyyə»də və Hafiz Əbu Said «Tarix»ində onu tərifləmiş və etibarlı şəxs olduğunu söyləmişlər. İbn Əsakir öz zamanında hədis əhli imamı, elmi çox, etibarlı və təqvalı bir şəxs və 550-ci ildən əhli-sünnət camaat alimləri arasında ən elmlisi imiş) adıyla məhşur olan Əbulqasim Əli ibn Həsəndən, o da Peyğəmbərin (s) böyük əshabından olan Cabir ibn Əbdullah Ənsəridən o həzrətin (s) belə dediyini nəql edir: «Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxtda Əli ibn Əbi Talib otağa daxil olduqda, Peyğəmbər buyurdu: «Canım əlində Olana and olsun ki, bunun (həzrət Əliyə işarə) şiələri Qiyamət günü qurtuluşa yetişəjəklər».

    Bu əsnada zikr edilən ayə (İnnəlləzinə amənu...) nazil oldu».».

    Yenə eyni təfsirdə ibn Ədiddən, o da ibn Abbasdan belə rəvayət etmişdir: «Həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əmirəl-mö’minin Əliyə belə buyurdu: «Sən və şiələrin Qiyamət günü Allah sizdən, sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz».».

    «Mənaqib-Xarəzmi» kitabının IX bölumundə Cabir ibn Əbdullahdan belə nəql edilmişdir: «Rəsulallahın (s) hüzurunda idik. Əli bizə doğru gəldi. Peyğəmbər (s) «Qardaşım Əli yanınıza gəldi» buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin əlini tutub, belə buyurdu: «Canım əlində Olana and olsun ki, bu Əli və şiələri Qiyamət günü qurtuluşa çatanlardırlar».

    Rəsulallah (s) daha sonra belə buyurdu: «Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır».

    Bu əsnada daha əvvəl zikr olunan ayə nazil oldu; artıq o zamandan etibarən Əli (ə) bir qrup camaatın arasında göründükdə, Peyğəmbərin (s) əshabına; «Yaradılmışların ən xeyirlisi gəldi» deyirdilər.

    Yenə ibn Həcər «Səvaiq» kitabının XI babında böyük fəqih və əhli-sünnət alimlərindən olan Hafiz Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi əl-Mədənidən nəql etmişdlir ki, zikr edilən həmin ayə nazil olduqda Rəsuli-əkrəm (s) Əliyə buyurdu: «Ya Əli! Sən və şiələrin yaradılışların ən yaxşısısız; Sən və şiələrin Qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər». Həzrət Əli «Düşmənlərim kimdir?» dedikdə, Rəsulallah (s) «Səndən üz çevirən və sənə lənət oxuyan kəslərdir», - deyə buyurdu.

    Yenə Əllamə Səmhudi özünün «Cəvarihul-əqdeyn» kitabında Hafiz Cəmaləddin Zərəndi Mədəni və böyük alim və ali fəqihiniz, ibn Səbbaq künyəsi ilə tanınan Nuriddin Əli ibn Məhəmməd ibn Əhməd Maliki Məkkinin «Fusulul-muhimmə» kitabının 122-ci səhifəsində ibn Abbasdan nəql edir ki, məzkur ayə nazil olduqda Rəsuli-əkrəm (s) Əliyə buyurdu: «O, (Yaradılmışların ən yaxşısı) sən və şiələrindir. Qiyamət günündə sən və onlar Allahdan razı, Allahda sizdən razı halda, düşmənlərinsə qəzəbli və əlləri boyunlarına bağlı bir halda gələrlər».

    Yenə etibarlı və əmin əhli-sünnət alimlərindən olan Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-qurba» və mütəəsib ibn Həcər «Səvaiqul-Mühriqə» kitabında həzrət Peyğəmbərin (s) möhtərəm zövcəsi və möminlərin anası Ümmü-Səlamədən Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər:

    «Ya Əli! Sən, əshabın və şiələrin Cənnətdə olacaqsınız; düşmənlərin isə, Cəhənnəm atəşindədirlər».

    Xarəzm xətiblərinin ən üstütü Müvəffəq ibn Əhməd «Mənaqib» kitabının 19-cu bölümündə sənədiylə Rəsulallahın (s) Həzrət Əliyə (ə) belə buyurduğunu nəql edir: «Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa ibn Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mömtnlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də o həzrət haqqında həddi aşan ğulat2. Ümmətimdə sənin haqqında üç firqə olajaq: Bir firqə mömin olan şiələrin, bir firqə əhd və bey’əti pozan düşməndərin, bir firqə də azğın olan və sənin haqqında həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin Cənnətdəsiniz, şiələrin dostları da Cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlarsa Cəhənnəm odundadırlar».

    Baxın, bunlar Qurani-kərim və əhli-sünnətin kitablarında yazılmış olan sağlam hədislərlə təyid olan və qısaca olaraq nəql etdiyimiz möhkəm dəlillərdir. Güman edirik ki, anlaşılmamazlıqların aradan aparılması üçün misal olaraq nəql etdiyimiz bu qədər rəvayət yetərlidirsə, qardaşlar artıq bundan sonra düşmənlərin azğın sözlərini gərək dillərinə gətirməsinlər. Xaricilər, Nasibilər və Əməvilərin uydurduqları sözlərə uyaraq, hər şeydən xəbərsiz avam xalqa «Şiəliyi yaradan yəhudi Əbdullah ibn Səbadır» deyərək, məsələni yanlış olaraq onlara bildirməsindər.

    Biz şiələr yəhudi deyilik; biz Məhəmmədiyik (s). Həzrət Əlinin (ə) təqibçilərini «şiə» adlandıran da məlun Əbdullah ibn Səba deyil, Rəsulallahın (s) şəxsən özüdür. Biz Əbdullah ibn Səbanı münafiq və məlun bir kəs bilirik. Dəlil və burhansız da heç bir fərd və ya dəstəyə uymayın.

    Sizin dediyiniz kimi, Həzrət Əlinin (ə) təqibçilərinin şiə adlandırılması Osmanın zamanında olmamışdır. Rəsulallahın (s) öz zamanında o həzrətin (s) xas səhabəsinə «şiə» söyləyirdilər. Çünki Hafiz Əbu Xatəmi Razi alimlər arasında mütədavil (etibar edilən) kəlamların təfsirinə yazdığı «Əzzinət» kitabında belə yazır: «İslamda Rəsulallahın (s) öz zamanında ortaya çıxan ilk ad «şiə»dir. Əshabdan dörd nəfəri «şiə» ləğəbiylə çağırırdılar: Əbuzər Ğəffari; Salman Farsi; Miqdad ibn Əsvədi Kəndi və Əmmar ibn Yasir.

    Qardaşlar düşünün, əgər bu termin bidət olsaydı, Rəsulallahın (s) zamanında həzrətin (s) məxsus əshabından olan dörd nəfəri «şiə» ləğəbiylə çağırmaları və Peyğəmbərin (s) də bu kəlmənin bidət olduğunu bilib, onları nəhy etməməsi mümkündürmü?! Bu səbəbdən, onların - Əli (ə) şiələrinin qurtuluş əhli olduğunu həzrət Peyğəmbərin (s) bilavasitə özündən eşitmiş olduqları məlum olur. Baxın, buna görə belə bir məqamla iftixar edirdilər və əshab aşkar şəkildə onları şiə adıyla çağırırdı».


    [1] Rəvayəti nəql edənlərin adı söylənilmədən hədisi bir məsumdan nəql etmək.
    [2] Ğulat - ifratçılar, Həzrət Əlini Allah və Allahın şəriki bilənlər.



    Источник: http://www.islam-news.ru
    Категория: Şie cavabları | Добавил: al-shia (01.06.2008)
    Просмотров: 7842 | Рейтинг: 4.1/11
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər