Bazar, 22.12.2024, 06:53
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    ÖZÜMLƏ MÜSAHİBƏ
     
     
    - Kimsən sən?
        - Özüm haqda nekroloq oxumamışam hələ…

        - Əminsən ki, sənə kimsə nekroloq yazacaq?
        - Bəlkə də tələsənlər var.
        - Niyə?
        - Bəlkə də artıq yer tuturam dünyada, ona görə.
        - Haradan bilirsən?
        - Ölməmişəmsə deməli, belədir, mütləq belədir.
        - Qəribə adamsan. Ölməkdən belə çox danışırsansa, dünyaya niyə gəlmisən?
        - Allahla görüşə getmək üçün… Guya məndən özgə kimsə dünyaya niyə gətirildiyini bilir ki? Bəlkə də mən yer üzünə ancaq hansısa bir günahı törətmək üçün gəlmişəm. Hər halda, gedəcəyəm də Tanrıyla görüşə. Onda soruşmaq imkanım olar, yəqin. Hind fəlsəfəsində belə bir fikir var: niyə yaradıldığını Tanrısından hesabat etməyən bəndə yaşamır, deməli.
        - Daha nə soruşacaqsan Ondan?
        - Ədalətin nə olduğunu. Deyirlər, Tanrı adildir, rəhmdildir. Amma yer üzündəki ədalətin gözləri bağlı, bir əlində qılınc, bir əlində tərəzi var. Axı o, kimi görür, kiminsə günahını-savabını tərəzisinə necə qoyur, kimisə öz əməlinə görə necə qılınclayır? Görəsən, Tanrı o ədalət deyilən qüvvəni yaradanda özünə oxşadıb? Bunu bilmək istəyəcəm.
        - Əgər özünə oxşatmış olsa, qarşı çıxacaqsan?
        - Yox.
        - Niyə?
        - Onsuz da O, öz bildiyini eləyib. Məncə, çox gecdir.
        - İdealın varmı?
        - Var, sevməyi bacaran insanlardır mənim idealım. Hər kəsi, hər şeyi sevən insanlar. Dünya onların üzünə baxıb ayaqda durur. Yoxsa, çoxdan yuvarlanmışdı yoxluğun girdabına. Tanrının çəkindiyi yer məhz həmin insanlardır. Bilir ki, bir gün o da hesabat verməli olacaq.
        - O kimə hesabat verəcək? Xaliq odur axı, ondan başqa yaradan yoxdur!
        - O da öz Sevgisinə hesabat verəcək. Mələklər demirlərmi, Tanrı Sizləri və hər şeyi sevə-sevə yaratdı…
        - Məhəbbətin də gözü kor olur…
        - Amma əlində nə qılınc var, nə də tərəzi!
        - Tələsən adama oxşayırsan. Gedəcək yerin var?
        - Yox, tələsmirəm, şeirlərimin sətirləri arasında gəzmək istəyirəm bir az. Ruhuma sevgi çələngi hörəcəm.
        - Kimə aparacaq?
        - Sevməyi öyrənənlərə.
        - Bir çələng az deyil, kimə çatacaq?
        - Adi bəndələr tanımadıqları Allahı necə paylaşa bilirlərsə, sevməyi öyrənənlər də Sevgi çələngini elə bölüşəcəklər.
        - Sən nə qazanacaqsan?
        - Mənə insan olmağı öyrədən adamlara bir minnətdarlıq borcum var! İndi onlara əlim çatmır, ona görə də öyrənmiş olduğum qanunları başqalarına öyrətməliyəm. Bağışlayın, bu qədər bəsdir, görməli olduğum o qədər iş var ki.

        - Müsahibəyə görə çox sağ ol!
        Teymur ZAHİDOĞLU
        LENT.AZ
       

    SEVMƏYİ ÖYRƏNMƏK İSTƏYİRƏM...
     

        (Teymur Zahidoğlunun “ÖZÜMLƏ MÜSAHİBƏ”sinə cavab)

        * Kimsən sən?
        * Düşünən varlıq. Saatın nazik əqrəbindən belə sürətlə fikir edən, məlumdan məchula, məchuldan məluma daim əcələ edən varlıq.
        * Əminsən ki, sənə kimsə nekroloq yazacaq?
        * Bəlkə də, tələsənlər var.
        * Niyə?
        * Bəlkə də, insanları daha çox düşünməyə çalışdığım üçün. Hər kəsin öz yeri var bu dünyada, ölənədək gəmi kapitanı kimi orada möhkəm dayanmalıdır.
        * Haradan bilirsən?
        * Düşünməyə çalışıramsa deməli, belədir, mütləq belədir. Çalışmayanlar və düşünməyənlər canlı ölülərdir.
        * Qəribə adamsan. Ölməkdən belə çox danışırsansa, dünyaya niyə gəlmisən?
        * Allahla görüşə getmək üçün... Daim soruşan insanlar dünyaya niyə gəldiyini bilir. Yəqin mən də kamilləşmək üçün gəlmişəm. Onun yanında isə mən yox, mənə sual verəcəklər. Amma O lütf edib soruşmağa imkan verərsə, niyə mənim kimi zəif bir varlığa tayı- bərabəri olmayan Özünü zikr etməyi lütf etməyinin səbəbini soruşacam. İslam fəlsəfəsində belə bir fikir var: niyə yaradıldığını və bu gün nə ertdiyini günün sonunda özündə hesabat etməyən, özünü sorğu etməyən yaşamır, deməli.
        * Daha nə soruşacaqsan?
        * Əgər imkanım olarsa, Onun səbri barədə soruşacam. Allah çox səbrli və rəhmlidir. O, bütün yaratdıqlarını sevir. Əgər bizlər hər səhv etdikdə, O sadəcə rəhmət nəzərin bizdən çəksəydi, indi nə mən vardım, nə sən. O, bizə ölənə kimi vaxt verir ki, biz səhvimizi düzəldək. Əsl sevgi də məhz budur. Əsl sevgi biz səhv edən kimi bizi cəzalandırmır, bizə çıxış yolu verir, qapılar göstərir, imkan yaradır həqiqəti tapaq. Allah cəza vermir. Lakin insanlar qanunauyğun olaraq öz əməllərinin sonucunu, layiq olduqlarını dadırlar. Necə ki, narkotik qəbul etmiş bir insan öz əməl və iradəsinin nəticəsi olaraq pis vəziyyətə qalır. Bir tip əməllər də vardır ki, biz öləndən sonra onların nəticəsi ilə qarşılaşacağıq.
        * Görəsən, Allah niyə bəndələri bu qədər sevir? Əgər (səbri) özünə oxşatmış olsa, qarşı çıxacaqsan?
        * Bu qədər cavabdan sonra çox məntiqsiz sualdır.
        * Niyə?
        * Çünki o sifətlər Allahın zatındadır. Onları özünə oxşatmayıb, onlar Onun özüdür.
        * İdealın varmı?
        * Var, sevməyi bacaran insanlardır mənim idealım. İnsanlığı sevən insanlar. Allah onların üzünə dünyanı ayaqda saxlayır. Çünki çox sevir həmin insanları. Və həmin bəndələrini göstərəcək hamıya.
        * O, kimə hesabat verəcək? Xaliq odur axı, ondan başqa yaradan yoxdur!
        * O, insanlığı sevən bəndələrini mələklərinə göstərəcək. Çünki yer üzünün canişinini yaradan zaman mələklər demişdilər: “Biz Səni daim zikr etdiyimiz halda fitnə çıxarıb qan tökən bir varlıqmı yaradırsan?” Allah öz bəndələrini çox sevir.
        * Məhəbbətin də gözü kor olur...
        * Bu belə deyil. Sadəcə əsl məhəbbət budur. Yuxarıda qeyd etdim. O, bizə imkan yaradır, törətdiyimiz xəta və səhvlərə görə möhlət venrir bizə. Əgər hər səhv edəndə bizə bir kiçicik zərbə dəysəydi, nə mən vardım, nə sən.
        * Tələsən adama oxşayırsan. Gedəcək yerin var?
        * Yox, tələsmirəm. Sadəcə bir neçə ilahi dünyagörüşü barədə kitab və bir dənə də çələng alıb dostumla göndərəcəm.
        * Kimə aparacaq?
        * Bu barədə sualları olan dostlarıma.
        * Bir çələng az deyil, kimə çatacaq?
        * Adi sevməyi öyrənənlər mücərrəd və tanımadıqları sevgini necə bölüşürlərsə, onlar da Allahı tanıyanların dostluq çələngini elə bölüşəcəklər.
        * Sən nə qazanacaqsan?
        * Mənim Allah qarşısında vəzifə və borcum var. Yuxarıda qeyd etdiyim kimi gəmi kapitanı kimi hərə öz vəzifəsində ayıq olarsa, hər şey düzələr. Və məntiqsiz olaraq hər şeyi öz üzərindən atan körpə uşaqlar kimi Allahı günahkar saymarıq. Bağışlayın, bu qədər bəsdir, görməli olduğum o qədər iş var ki.
        * Müsahibəyə görə çox sağ ol           

        Eynal Qardaşov,
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



     
    Категория: Dini meqaleler | Добавил: media-islam (05.08.2008)
    Просмотров: 1989 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər