Bazar, 22.12.2024, 07:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    missionerlik

    Hər hansı bir xalqı məhv etmək üçün onun mə`nəviyyatına zor tətbiq edilməsi müstəmləkəçilər tərəfindən çox sınanmış bir üsuldur. Milləti yox etmək üçün öncə onun tarixi-mə`nəvi dəyərlərinə zərbə vurmaq, sonra isə kütləşmiş beyinləri asanlıqla ideoloji tə`sir altına almaq lazımdır. Bu, müstəmləkəçi dövlətlərin və onun davamı olan şər imperiyaların tarixən yürütdükləri siyasətin tərkib hissəsidir. Və bu siyasəti yürütmək üçün mövcud regionda mə`nəvi və ideoloji təxribatlar üçün zəmin lazımdır. Adətən, bu şərait yeni müstəqillik əldə etmiş ölkələrdə – yə`ni qanunlarda boşluğun olduğu, milli-mə`nəvi dəyərlərin qorunmadığı, idarəçiliyin zəif olduğu dövlətlərdə yaranır. Və yaranmış mövcud şəraitdən istifadə edən təxribatçılar zəli kimi xalqın canına yayılırlar.

    Yuxarıda sadaladığımız amillərin bugünkü Azərbaycana tam uyğun gəldiyini nəzərə alsaq, respublikamızın da bu tə`sirə mə`ruz qalması şəksizdir.

    Müstəqillik əldə edildikdən sonra dini dəyərlər üzərində qoyulmuş qadağaların ləğv edilməsi, dini ədəbiyyatların geniş yayılması, ideoloji mərkəzlərin formalaşması missionerlərin ölkəyə axını ilə nəticələndi.

    “Mission” və “missioner” sözləri latın dilindəki “missio”dan törəyib, lüğəvi mə`nası “vəzifə”, “səlahiyyət”, “vəkalət” deməkdir. Yə`ni missioner ona verilmiş hər hansı bir vəzifəni sədaqətlə yerinə yetirən şəxsdir. Onların fikrincə, bu, müqəddəs bir vəzifədir və bunu məhz “Allahın oğlu” İsa Məsih əmr etmişdir. Bu ideyanı əsaslandırmaq üçün onlar vaxtilə İncildə uydurduqları cümləni misal gətirirlər: “Beləliklə, siz gedin, bütün millətləri mənim şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh ismilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyi tutmalarını onlara öyrədin; və budur, mən dünyanın sonuna qədər hər gün sizinləyəm” (İncil, “Matta”, 28, 19-20). Bundan sonra Hz. İsanın köməkçiləri və şagirdləri olan 12 Həvari müxtəlif ərazilərə dağılaraq onun kəlamını insanlara çatdırmağa başladılar. Və bugünkü missionerlər 12 apostolun məhz ilk missionerlər olduğunu vurğulayır, özlərinin də Həvarilərin yolunu getdiklərini iddia edirlər.

    Doğrudur, ilkin missiyaçıların məqsədi xristianlığı yaymaq idisə, lakin sonralar İslam dininin yaranması, inkişafı və tezliklə Qərbə yol tapması nəticəsində bu dini məhv etmək onların ən ümdə vəzifəsi oldu. “Ağacı qurd içindən yeyər” ifadəsini əllərində rəhbər tutan xristianlar İslamı daxildən məhv etmək üçün xüsusi adamlar formalaşdırdılar. Bu xüsusi adamlar göndəriləcəyi ölkələrin dilini mütləq bilməli, Qur`an və İslam fəlsəfəsindən xəbərdar olmalıdırlar. Onlar gizlicə xalqın içərisinə yayılır, özlərini onlardan biri kimi göstərməyə başlayırlar. Sonra isə yerli əhalini tədricən öz tə`sirləri altına almağa çalışırlar. Buna misal olaraq ingilis casusu Mister Hemferin Şərqdəki fəaliyyətini göstərmək olar. Məhz onun missioner fəaliyyəti nəticəsində qatı, irticaçı İslam məzhəbi olan vəhhabiliiyin əsası qoyuldu. Toxumunun XVIII əsrdə ingilislər tərəfindən əkildiyi vəhhabizmin bu gün İslam dünyası üçün necə ləkələr, utanılacaq hallar gətirdiyi göz qabağındadır…

    Keçən yüzilliklərdə gizli şəkildə fəaliyyət göstərən mis-sioner təşkilatlar artıq XX əsrin sonundan e`tibarən açıq fəaliyyət prinsipinə əl atırlar. Millətin gələcəyini məhv etməyi qarşılarına məqsəd qoyan missionerlər əsasən gənc nəsillə əlaqə yaradırlar. Onlar gənc nəslin ata-babadan qalma milli-mə`nəvi dəyərlərdən uzaqlaşmasına sə`y göstərirlər. İslamın əzabkeş, çətin bir din olduğunu beyinlərə yerindən missiyaçılar xristianlığın sevgi və şəfqət dini olduğunu onlara aşılayırlar. Xristianlığın dünyaya sevgi və barış gətirəcəyini dönəönə qeyd edir, Hz. İsanın tezliklə zühur edib ona inananları əzablardan qurtaracağını bildirirlər. Eyni zamanda onlar iqtisadi cəhətdən yüksək inkişaf etmiş qərb ölkələrini göstərərək bunun xristianlığın nəticəsi olduğunu, müsəlman dövlətlərinin isə aşağı səviyyədə yaşamasına İslamın səbəb olduğunu qeyd edirlər.

    Yuxarıda qeyd etdik ki, Azərbaycan da missionerlərin fəaliyyət zonasına daxildir. Ölkədə əsasən xristianlığın protestant qoluna mənsub dini təriqətçi birliklər fəaliyyət göstərir. 1991-ci ildən bu yana ölkədə 20-dən çox təşkilat yaradılıb və onların beş minə yaxın üzvü vardır. Əhalini xristianlaşdırmaq üçün 20 mln.-dan çox ABŞ dolları xərclənmiş, 100000-ə yaxın pulsuz ədəbiyyat paylanmışdır. Azərbaycanda fəaliyyət göstərən əsas xristian dini-təriqətçi təşkilatlar aşağıdakılardır: “Ümumdünya Həyatverici Lütf kilsəsi”, “Həyat sözü kilsəsi”, “Beşonluqçular” (“Pyatidesyatniklər”), “Yahovanın şahidləri Birliyi”, “Gideon qardaşlığı”, “İxtus kilsəsi” və b.

    Bu birlik və təşkilatların ümumi məqsədləri bunlardır:

    1) Yerli müsəlman əhalisini xristianlaşdırmaq;

    2) İslam dinini tənqid edərək, onu nüfuzdan salmaq;

    3) Yerli əhali içərisindən missionerlik fəaliyyəti üzrə kadrlar hazırlamaq;

    4) Vətəndaşları mövcud siyasi proseslərdən, münaqişələrdən uzaqlaşdırmaq. (Xüsusilə, Qarabağ problemini unutdurmaq, ermənilərə “qardaş” gözü ilə baxmaq. Deyirlər ki, İsa əl-Məsih bütün insanların qardaş olduğunu bildirmişdir).

    Bu ümumi prinsiplərlə yanaşı hər bir təriqətin özünəməxsus fəaliyyət metodları mövcuddur.

    Missionerlərin tə`sirinə məruz qalan şəxslər əsasən bu cür insanlardır:

    1) Psixoloji sarsıntılar, depression hallar keçirənlər;

    2) Maddi sıxıntılar içərisində olan kasıb əhali;

    3) Həqiqət axtarışında olan bə`zi şəxslər.

    Mövcud cəmiyyətdəki problemlər insanların bir qisminin depressiyaya, ruhi xəstəliklərə mə`ruz qalmasına səbəb olmuşdur. Və bu vəziyyətdən çıxış yolu kimi onlar missionerlərin şirin və`dlərinə aldanır, öz inanclarından üz çevirirlər. Çünki təriqətçilər onlara aşılayırlar ki, Məsih onu sevir və onun bütün günahlarını bağışlayacaqdır…

    Hər hansı bir xristian təriqətinin üzvü olduqda və həmin təşkilat üçün müəyyən bir xidmət göstərdikdə bunun müqabilində şəxsə maddi yardım göstərilir. Məhz buna görə maddi çətinliklər keçirən Azərbaycan əhalisinin bir qismi xristianlığı qəbul etməyə məcbur olurlar. Yeri gəlmişkən nəzərə alsaq ki, ölkədə Qura`ni kərimin qiyməti 30 - 100 min manatdır və İncil isə pulsuz paylanır, o zaman camaatı da başa düşmək olar.

    Müasir dövrdə həddindən artıq çox olan dini təriqətlər arasında seçim qarşısında qalan bə`zi həqiqət axtarıcısı olan gənclər də missioner siyasətin qurbanına çevrilirlər. Onlar İslamdan uzaqlaşaraq xristianlığın, krişnaçılığın, ya da ki, özlərini “ilkin İslam-sələfi” adlandıran vəhhabilərin toruna düşürlər.

    Ölkədə missionerliyin güclənməsinin bir səbəbi xaricdən ayrılan investisiyalar, yardımlardırsa, digər səbəbi də respublikada dini dəyərlərin qorunmamasıdır. Belə ki, Azərbaycanda əhaliyə İslam dini əvəzinə dini xurafat, dini fanatizm aşılanır, kor-koranə dinə inanmaq tətbiq olunur. Ölkəyə gətirilən dini ədəbiyyatlara nəzarətin zəifliyi də bu işdə missionerlərə yardımçı olur. Yaranmış bu vəziyyətdən çıxış yolu tapılmazsa, Azərbaycanın gələcəyinin kimlərin əlində olduğunu təsəvvür etmək həddindən artıq dəhşətlidir. Bu dəhşətə mübtəla olmamaq üçün əhalini dini cəhətdən savadlandırmaq gərəkdir. Bunun bir neçə yolu bunlardır:

    1. Ölkədə həqiqi islami dəyərləri təbliğ edən qəzet və jurnalların, kitabların çapı;

    2. Telekanalları zəbt edən şou-əyləncə xarakterli verilişlərin sayını azaldıb, bunun əvəzinə dini, elmi proqramların tətbiq edilməsi;

    3. Ölkəyə gətirilən ədəbiyyatlara güclü dini təhsili olan şəxslər tərəfindən ciddi nəzarət olunması;

    4. Qanundankənar fəaliyyət göstərən dini təriqətlərin qadağan edilməsi və s.

    Категория: Dini meqaleler | Добавил: media-islam (20.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2546 | Рейтинг: 3.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər