Şenbe, 21.12.2024, 20:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 46
    Qonaq: 46
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Azerbaycan ziyaretgahları (Şeyx Cüneyd piri)
     
    Qusar rayonunun Həzrə kəndində türbə

      

    Çox ehtimal ki, kənd öz adını Şeyx Cünyedin "Həzrət" adından almışdır. Bişmiş kərpicdən inşa edilən türbə binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınmış, üzərində mənbər qoyulmuşdur. Görünür bu türbədən bir zamanlar məscid kimi istifadə edibmişlər. Türbənin üzəri böyük bir günbəzlə örtülmüşdür. Yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabə türbənin qərb qapısı üzərindədir:

     

    "Bu mübarək və kəramətli, yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb hökmdarlarının ağası- Allah onun kölgəsini yelərdən əskik etməsin-qurunun və suyun rəhmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən, Mustafaya (Muhəmməd (s) peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan, Murtəzanın əqidəsini davam etdirən (şiəliyi), minnət və ehsan edən, Allaha təvəkkül edən, Sultan oğlu Sultan Əbdülmüzəffər şah Təhmasib əl-Hüseyni Bahadurxanın-Allah onun hökmranlığını və sultanlığını daima etsin və hər iki dünyanı onun yaxşı işləri və ehsanı ilə feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr etməyi ilə həzrətlərdən fərqlənsin (məxsus qılsın) -hökmüranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərəhaninin oğlu -Yüksək Allah onun şükrlərini, səy və yaxşı işlərini qəbul etsin- qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, Allah rəhmətinə getmiş Ziyaəddin Hizamülmülk oğlu ən yüksək vəzirlərin vəziri, hökmdar və valilərin bəyənilmişi, xalqın bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə zamın olan əmmamə sahiblərinin xidmətçisi, kəramət sahiblərnin itaətində olmuş, yaxşı işlər binalarının banisi, ehsan və səy edənlərin çalışqanı, vahid Allahın Mehribanlığı ilə seçilmiş, əzizlik və vəzirlik fələkinin günəşi Ağa Məhəmməd, kəramət sahiblərinin sultanı, yetişmiş və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz yolla gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol seçmiş, həqiqət məmləkətlərinin sahibi, öz fazilliyi (biliyi) ilə dövlətli olan Sutan Şeyx Cüneyd Səfəvinin -Allah onun qəbrini işıqlandırsın və şəhid olduğu yeri haqq eləsin-qəbri üzərində 951-ci ilin axırında tikilməsinə müvəffəq olmuşuq." Hicri 951-ci il 1544-1545-ci Milad ilinə müvafiqdir.

     

    Kitabədən göründüyü kimi abidəni, məscid-türbəni hicri 951-ci il (1544-45) ilin axırlarında I Şah Təhmasibin hökmranlığı dövründə onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xəcə Ziyaəddin Nizamül-mülkün oğlu Ağa Məhəmməd tikdirmişdir. Türbədə dəfn olunmuş Şeyx Cuneyd məlum olduğu kimi Səfəvi şeyxlərindən biri, Ərdəbil hakimi olmuşdur.

     

    XV əsrdə Azərbaycanda iki dövlət -Kür çayından cənubda Qaraqoyunlu, şimalda Şirvanşahlar dövləti hökmuranlıq edirdi. Bu dövlətlərdən başqa Ərdəbil şeyxləri də öz malikanələrini müstəqil idarə edirdilər.

     

    Kitabədən məlum olduğu kimi Şeyx Cuneyd və Şeyx Heydər hökmdar kimi sultan titulu daşımışlar. Tarixdən məlumdur ki, onların vaxtında müstəqil dövlətə çevrilmiş Ərdəbil malikanəsi Cənubi Azərbaycanın bütün şərq hissəsini, Talış dağlarının hər iki yamaclarını Talış ölkəsi ilə, Qaradağ və Muğan düzünün bir hissəsi ilə əhatə etmişdir. Əvvəllər də ruhani rəhbər sayılan Ərdəbil şeyxləri sonralar müstəqil dövlət qurmaq, Azərbaycan və qonşu dövlətlərin ərazisini öz əllərinə keçirmək fikirinə düşürlər.

     Ağqoyunlu hökmüdarı Sutan Yaqubun şəxsən yürüşlərində iştirak etmiş qəti sünni məzhəb tarixçisi Ruzbihan Fəzlullah Şeyx Cüneydə kimi Səfəvi şeyxlərinin adını çox böyük ehtiramla çəkirdi. Lakin Şeyx Cüneyd və Şeyx Heydərin haqqında yazarkən onları üsyankar hərəkətlərinə qarşı öz nifrətini gizlədə bilmir. Buna baxmayaraq Fəzlullah Ruzbihanın Şeyx Heydər haqqında verdiyi məlumat daha ətraflı və daha orjinaldır.

    XV əsrin ikinci yarısından Qaraqoyunlu dövləti zəifləməyə başlayır. Bundan istifadə edən Şeyx Cüneyd yeni qüvvələr toplayaraq öz nüfuzunu genişlətmək fikirinə düşür. O, Çərkəzlərə (Dağıstana) qarşı müharibə etmək bəhanəsi ilə öz qoşununu Şirvana yeritmək istəyir. Şirvanşah I Xəlilullah Şeyx Cüneydə qarşı Qaraqoyunlu Cahanşah ilə ittifaq yaradır. 1460-cı ildə  Şirvanşah I Xəlilullahın qoşunları ilə Samur çayı sahilində baş vermiş döyüşdə Şeyx Cüneyd məğlub oldu və öldürüldü. Yuxarıdakı kitabədən göründüyü kimi o Qusar rayonunun Həzrə kəndində dəfn olunmuşdur. I Şah Təhmasib Şirvanı son dəfə olaraq Azərbaycana birləşdirdikdən sonra onun qəbri üzərində məscid-məqbərə binası tikdirmişdir.

     

    Şeyx Cüneyd öldürüldükdən sonra oğlu Şeyx Heydər atasının siyasətini davam etdirmişdir. Şeyx Heydəri, atası öləndən sonra dayısı Uzun Həsən tərbiyə etmiş, boya-başa çatdıqdan sonra cavan olmasına baxmayaraq Ərdəbil çilləxanasında şeyxliyi ona tapşırmışdır. O isə müqəddəs kitabları oxumaq, elmə yiyələnmək əvəzinə silah düzəldir, hərbi döyüş qaydalarını - at çapmaq, qılınc, nizə işlətmək, ox atmaq və digər o dövrün hərbi silahlarına yiyələnməyə çalışırdı. Şeyx Heydər də atası kimi Şirvanı ələ keçirmək arzusu ilə yaşayır, üstəlik Şirvanşahdan atasının qisasını da almaq istəyirdi.

    Şeyx Heydərin nifrətinə baxmayaraq Ruzbihan Fəzlullah onun igidliyini, qoçaqlığını da etiraf edir: "Düzdür təbiət etibari ilə o igid adam idi. Ox atmaq, qılınc, nizə, arkandan istifadə etməkdə böyük məharət əldə etmişdi. Bu sənətdə Rüstəm və Əfrasiyabı utundırardı. O, bütün vaxtını pəhləvanlıq kimi idman işlərində keçirərdi, kəsən və deşən silahlar düzəltməkdə tayı-bərabəri yox idi. Eşitdiyimə görə silahdüzəldənlərin köməyi olmadan o təkbaşına bir neçə min nizə, qalxan, qılınc düzəltmişdir. Çünki, buna and içibmiş. O, müridlərini də özü kimi, yəni mürşidləri kimi görmək istəyirdi."

    Ağqoyunlu hökmüdarı Sultan Yaqub başa düşdü ki, Şeyx çərkəzlərə qarşı cihad adı ilə müharibə təcrübəsi keçir. Bu xeyirliyə deyildi. O iki il ardıcıl 10.000-lik qoşunla çərəzlərə qarşı hücuma keçib talançılıq etmişdi, nə qədər əsir gətirmişdi. (892) 1786-87-ci ildə Şey çərkəzlərə qarşı ikinci yürüşdən 6000 əsir ilə qayıdanda şah onu Ərdəbilə çağırdı və and içdirdi ki, bir daha belə işlərlə məşğul olmasın. O, hər dəfə çərkəzlərə qarşı hücum edəndə Şirvan ərazisindən keçir və bunun üçün Şirvanşah Fərrux Yəsarın razılığını alırdı. Üçüncü dəfə isə çərkəzlər adı ilə qəflətən Şirvana hüsum etdi. Şirvanşahın qüvvəsi az olduğundan, eyni halda döyüşə hazır olmadığı üçün Gülüstan qalasına çəkilir. Şeyx Heydərin qoşunu Şamaxını talan edib yandırır, əhalini qılıcdan keçirir. Fərrux Yəsar Gülüstan qalasından Sultan Yaquba yazıb ondan kömək istəyir. Sultan Yaqub Şeyx Heydər ilə qohum olmasına baxmayaraq, Süleyman Bijən oğlunun rəhbərliyi altında Fərrux Yəsara kömək üçün 4000 nəfər atlıdan ibarət qoşun göndərir. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində getmişdir. V.F. Minoriskiyə görə Elbrus Şahdağdır. Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur. Onun məqbərəsi Xızı rayonunun Tıxlı kəndindən 3-4-km şimal-şərqdə, Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə (1,21x0,67m) süls elementli nəsx xətti ilə həkk olunmuşdur. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılmışdır.

    Mətnin tərcüməsi belədir:

    1 "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir.

    2. Şirvan, Ruman, Iran (Ağqoyunlu dövləti nəzərdə tutulur- M.N) müharibəsində öldürülmüşdür. (Məqbərə) o ildən min otuz birinci ilə kimi xarab (vəziyyətdə idi).  Etibarlı imam Əmir əl-möminin Əli ibin Əbu Talib (ə) Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu (bilib) qəbrin parlaqlığını və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah Ismayılın yanına gəlib buyurdu ki, uzun müddət bu bərəkətli, böyük qəbir Şirvan dağlarında bir dağın ortasında gizli qalıb

    3. Fərman (verdi ki) onu bu cəfa dolu quyudan və alçaqlıq zülmündən qurtarıb, aşkar edib, qəbir üzərində bina tiksinlər. Mərhəmətlə o ali və yüksək cavanın dəfin olduğu dağın ətəyini 50 zər (1 zər 107 sm-dir- M.N.) eninə çapıb, dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb, ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbir üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlayikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu il tarixdə".

    Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah Ismayılın atası olan Şeyx Heydər "Şirvan dağlarından birində gizlicə dəfn olunmuş və onun məzarı uzun müddət gizli qalmışdır". Sonralar Şah Ismayıl Səfəvi Şirvan ərazisinə yürüşlər zamanı onun qəbrini axtarıb tapmış, üzərində türbə binası tikdirib orada Şıxlar kəndini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Hazırda dağın ətəyində kəndin xarabalıqları qalmışdır. Sonralar kəndin əhalisi buranı tərk edərək sənaye mərkəzlərinə köçmüşdür.

    Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Təbriz memarlığına xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur.

    Məqbərə uzun illər fəaliyyət göstərməsinə, bərpa və təmir olunmasına baxmayaraq, sonralar dağıdılmış lakin unudulmamışdır. Son zamanlaradək buraya heç bir tədqiqatın ayağı dəyməmişdir.

     

    Kitabənin tapılması Səfəvi qoşunlarının məğlub olarkən geri çəkildiyi yolu və Şeyx Heydərin dəfn olunduğu məqbərənin aşkar edilməsinə və indiyə kimi Azərbaycan məlum olmayan bir sıra məsələlərin aydınlaşdırılmasına kömək etmişdir. Kitabədən göründüyü kimi, Şeyx Heydərin qoşunlarında rumlular Kiçik Asiyada- Anadoluda olan şiə azəri türk tayfaları iştirak edirdilər. Səfəvilərin qonşu ölkələr ərazisində yaşayan şiə məzhəbinə mənsub türk dilli tayfalarla sıx əlaqəsi olmuşdur.

    Категория: Dini meqaleler | Добавил: media-islam (05.06.2008) | Автор: ihq.az E W
    Просмотров: 3069 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər