Cüme, 26.04.2024, 20:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 26 » UNUTQANLIQ CƏZASI
    22:12
    UNUTQANLIQ CƏZASI
     
     
     
     
     
     
     
     
    «Allah yolunda vuruşun və bilin ki, eşidəndir və biləndir». («Əl-Bəqərə», 244).
    «Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz». («Əl-Bəqərə», 154).


    Bəli, Allah yolunda mübarizə aparmaq bir İlahi əmrdir. Allah yolunda vuruşmaq çox geniş məna ifadə edir. Bura torpaqları, ümməti, dini, namusu uğrunda döyüşməkdən tutmuş gündəlik həyatında fəsadlarla, nəfsiylə mübarizəyə qədər çox müfəssəl mövzular daxildir. Müsəlman ilk növbədə insanlıq borcunu yerinə yetirməklə, ədalətə boyun əyib, haqq uğrunda mübarizə aparmaqla ucalmalıdır. Daha sonra bir çox vəzifələri olan müsəlman vətəni, dini qarşısında daşıdığı öhdəlikləri yerinə yetirməlidir. Müsəlmanlar bu çox ağır və çətin məsuliyyət yükünü daşıyır.
    Ancaq ən ağırlısı budur ki, müsəlmanların əksəriyyəti bunun fərqində deyil. Fərqində deyilik ki, hər məhərrəmlikdə, hər aşurada Kərbəla Şəhidləri üçün ağladığımız zaman günümüzdə canlı-canlı şahidi olduğumuz kərbəlaları çox biganə şəkildə seyr edirik. Biz Fələstində sionizmin aclıq, susuzluq, müxtəlif əzab və işgəncələrlə göz qırpmadan qətlə yetirdikləri dindaşlarımızı, müsəlman bacı və qardaşlarımızın dərdinə yanmağı unutmuşuq. Biz bizim olanları unutmuşuq, Qüdsümüzü, Qarabağımızı unutmuşuq. Biz Kəbədən öncə müsəlmanların qibləgahı olan Məscidul-Əqsanı unutmuşuq. Peyğəmbərimizin (s) "sidrətul muntəha"dan öncə aparıldığı müqəddəs məkanı unutmuşuq.
    Biz bizim olan əzəli torpaqlarımızı unutmuşuq və onların düşmən tapdağında qalmasıyla sanki barışmışıq. Biz Qarabağımızın bizi necə yanğıyla çağırdığını, fəryadına qulaq verməyi unutmuşuq. Qarabağımızı yad əllərdə qoyub nalə çəkən torpqlarımızın səsini, göynəyən ürəyimizin fəryadını unutmuşuq.
    Biz Allahın əmrini, Peyğəmbərimizin (s) nəsihətlərini unutmuşuq. Halbuki, Allah dəfələrlə o mübarək kitabında "müsəlmanlar bir-birilərinin əleyhinə kafirlərlə əhdləşməsinlər" deyə buyurmuşdur. Peyğəmbər (s) "möminlər bir bədən kimidirlər" buyurur. Yazıqlar olsun bizə ki, hələ də ağrıyan üzvlərimizdən xəbərsizik. Bütün bunların səbəbi isə bizim izzət, məsuliyyət hissi, Allah sevgisini - hansı ki, hər bir şeyi əhatə edir - unutmağımızdır. Ona görə də bütün müsəlman ümməti nə qədər məhvə düçar olsa da, biz ancaq seyrçi qismində heç bir şey hiss etmədən tamaşa etməkdə davam edirik.
    Biz analarımızın, bacılarımızın, soydaşlarımızın vəhşiliklərlə öldürüldüyünün şahidi olan bir xalqıq. Biz sinəsinə dağ çəkilmiş vətənin övldlarıyıq. Vətən bizdən vəzifələrimizə, daşıdığımız məsuliyyətə sahib çıxmağı istəyir. Vətən bizdən övladlıq, mərdlik istəyir. Vətən bizdən yağmalanan kəndlərin, şəhərlərin, şəhid olan günahsızların qisasını istəyir. Biz isə hələ də süstlük edirik. Hələ də ağrılarımızı, dərdimizi başqalarına çatdırmaqla məşğuluq. Nədənsə mümkün olmayan şeyləri- onların da bizim çəkdiyimiz əzabları, hiss etdiyimiz acıları hiss etmələrini istəyirik. Amma anlamırıq ki, bu gün heç bir millətin vətəndaşları belə bir-birlərinin dərdinə şərik çıxmır. Nəhayət ki, biz ilk növbədə bir müsəlman olaraq öz dinimizə sahib çıxmalıyıq. Necə ki, Allah Təala buyurur: "Fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək çarpışın" (Ənfal 39). Bir vətəndaş kimi, biz öz vəzifələrimizdən boyun qaçırmamalıyıq, işğal altında qan ağlayan torpaqlarımızı unutmamalıyıq. Əgər müsəlmanlar Allahın əmr etdiyi kimi birləşsə və Allah uğrunda döyüşsə, mütləqdir ki, qalib gələcəklər. Çünki Allah bunu vəd edir: "Ya Peyğəmbər, möminləri döyüşə həvəsləndir, içinizdə 20 səbrli kişi olsa, 200 kafirə, 100 səbrli kişi olsa, 1000 kafirə qalib gələr. Çünki onlar anlamayan bir qövmdür." («Ənfal», 65).
     Ey müsəlmanlar, ey Allahın vədinə inanan, əmrinə itaət edən mömin və möminələr, gəlin müqəddəs ziyarətgahlaımıza, doğma torpaqlarımıza, namusumuza sahib çıxaq!


    Pərvin Nəsirova
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
    "Deyerler" AİN
    Категория: Dünyada | Просмотров: 1235 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 1
    27.09.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    ALLAH RAZU OLSUN.INANUZ MEN BURDAN BILMEDIYIM MELUMATLARI OYRENIREM

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər