Cüme axşamı, 28.03.2024, 16:29
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    FUTBOL EHTİRASLARI VƏ FUTBOL ƏTRAFINDA HARAM EHTİRASLAR
     
     
    Futbol üzrə Avropa Cempionatında oyunlar artıq bitdi. Nəfəsləri kəsən oyunlar, qalib gəlib sevinənlər və məğlub olub məyus olanlar... Məqsədim oyunlar haqda geniş məlumat vermək deyil. Maraq dairəsinin müxtəlifliyindən bu hamı üçün elə də maraqlı olmaya bilər. Toxunacağım mətləb isə futbola bağlı olmasından əlavə, ictimai fəsad nöqteyi-nəzərindən, çox mühüm olub hər birimizi narahat etməyə bilməz. Çoxdandır məni narahat edən məsələ - azarkeşlərin, futbolla az-çox maraqlananların və hətta ümumiyyətlə bu oyuna laqeyd olanların da yoluxduqları bir mərəz haqqındadır. Söhbət oyunöncəsi hər hansı komanda və ya komandaların göstərdiyi nəticələrə qoyulan pul məbləğlərindən gedir. Yəni  proqnoz verməklə və hesab variantları yazmaqla gercəkləşən qumar növündən.

         Adi vaxtda bəzi Avropa ölkələrinin cempionatları, klub səviyyəli avrokubokları səviyyəsində əhatə olunan bu qumar növü daha çox irimiqyaslı turnirlər keçirilərkən xüsusı olaraq kütləvi xarakter alır. Cempionatın startı ilə qumar cempionatının da startı verilir. Hər kəs azarkeşlik etdiyi, simpatiyası olduğu komandalara stastik göstəricilərinə, intuisiyasına və s. əsaslanıb, öz proqnozunu yazır, pul qoyub, pul götürür, udub-uduzur. Bir sözlə qumar adlı epidemiyaya yoluxub özünü həlakətə və uçuruma aparır.


         Bütün şəhərdə genişmiqyaslı xarakter alan bu qumar növü çoxlarına süni sevinc bəxş etdirib, haram pullar qazandırır. İlk əvvəl müəyyən məbləğdə qazananlar, şirniklənib daha böyük məbləğlərdə pul qoyuluşları edirlər ki, bu da sonda faciələrə gətirib çıxarır. Lənətlik şeytanin bələdçi olub, neçə-neçə ailələri dağıdan, var-yoxdan çıxaran, pis yollara salan bu fəsad növünün acı həqiqətləri günümüzün realliqlarındandır.

         Çoxlarını da dindirsən, məlumatsızlıqdan və ya bilərəkdən heç nə olmayibmış kimi əməllərinə bəraət qazandırar, bəxtlərini yoxladıqlarini, vaxt keçirdiklərini bəhanə etməyə çalışarlar. Bəzən etiqadlıların da onların arasında rast gəlınməsı təəssüf doğurmaya bilməz. Əlbəttə ki, bilməməzlikdən insan səhv edə, xətaya yol verə bilər və hər birimizin həyatında bu cür nümunmələr kifayət qədərdir. Lakin müsəlman bir insanın sözsüz ki, haram və halallları, məkruh və müstəhəbbləri bilməsı çox mühümdür.

         Dünyada, xüsusilə də Qərbdə tamamilə leqal olan  bu qumar növünə xüsusi bukmeker kontorları adlanan qurumlar nəzarət edirlər və hər oyunöncəsi edilən pul qoyuluşları və mükafat fondunun məbləğini elan edirlər. Ölkəmizdə isə bu prosses müxtəlıf cevrələrdə, müxtəlıf məbləğlərdə, həmçinin bu prossesə hesablanmış xüsusi mətbu orqanlarda geniş vüsət almış və təbliğ də olunmaqdadır. Manşetlərinə cəzbedici şəkildə böyük pul məbləğini yerləşdirən, müxtəlıf şüarlarla -məsələn"yalnız hobbi üçün oyna" kimi yazılarla və digər vasitələrlə insanları haram pul qazancına dəvət  edənlər əslində hobbi adı altinda insanlara iyrənc vərdişlər təlqin edirlər. Bir o qalıb ki, bərbəzəkli şou düzəldib, bu qumar növünü digər qumar növləri kimi geniş tamaşaçı auditoriyasına çıxarsınlar, kütləviliyi artırsınlar.

         Belə görünür ki, futbol idmanın şahı olması ilə yanaşı, insan mənəviyyatını qula cevirən vasitəyə də çevirilib. İnsanlardan bəziləri futbola bir idman növü kimi deyil, qoyduqları pullarla bağlı sonuclanan nəticələrə görə baxırlar. Bir idman mübarizəsi külli miqdarda dövr edən pul ehtiraslarına, ardı-arası kəsilməyən nəfsani istək təbliğatçısına çevrilib. Və bununla da Qərbin hər tör-töküntüsünə gül-çiçək təki ətirli bilib qucaq açan bizləri bir çox anti-dəyərləri dəyər hesab edib, tələmtələsik qəbul etməyə vadar edib.

         Zatən qazananlar, verdikləri proqnozlarda nəticəni düzgün tapanlar – əslində iinsanlığını, mənliyinı, şərafətli məqamını uduzanlar, tapmalı olduğu kamilliyini itirənlərdir. Yaşadığı dünya həyatına mənəviyyat, alilik, bəndəlik, ruhi yüksəliş qazanmağa gələn insan övladı, təəssüf ki, ali dəyərlərini xərcləməklə, dəyərsizlikləri isə qazanmaqla məşğuldur. Nə qədər ki, nəyin qazanc, nəyin ziyan olmasını yaratdiqlarindan daha gözəl bilən UCA RƏBBİMİZİN əmr və nəhylərinə etina olunmur insanlıq adina hələ çox faciələr, fəlakətlər gözləniləndir. İnsanlıq adına bütün fəsadlardan amanda olmaq ümidi ilə. AMİN!
        Əli Ağayarov
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



      
    Категория: Dini meqaleler | Добавил: media-islam (25.07.2008)
    Просмотров: 2319 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər