Главная » 2008 » Fevral » 25 » KARİKATURALARIN MÜELLİFİNİ OTELLERE BURAXMIRLAR
12:11 KARİKATURALARIN MÜELLİFİNİ OTELLERE BURAXMIRLAR |
Danimarka televiziyası Məhəmməd peyğəmbərin karikaturalarını çəkmiş rəssam Kort Fisterqordun bu ölkənin xüsusi orqanlarının nəzarəti altında olsa belə daha yaxşı, rahat sığınacaq tapmaqda çətinlik çəkdiyini xəbər verib.
Belə ki xəbərdə o da qeyd olunur ki, Fisterqordun "gizləndiyi" otelin müdiriyyəti sözügedən rəssamın "digər müştərilərin əmin-amanlığına təhlükə yaratdığına" görə onu öz otelində görmək istəmədiyini bildirib.
Sözügedən televiziya "Birlinks Tayzne" qəzetinə istinadən xəbər yayıb ki, Danimarka təhlükəsizlik orqanları Fisterqord üçün münasib otel tapa bilməyib. "Mənə cümə axşamından bəri qalacaq bir yer söz verməyiblər" – deyə rəssamın özü bildirib.
Qeyd edək ki, Danimarka polisinin karikaturalardan dolayı Fisterqordun öldürülə biləcəyi haqda xəbərdarlığından sonra sonuncu keçən ilin noyabr ayından etibarən xüsusi təhlükəsizlik orqanlarının himayəsində "gizli" yaşayır. Onun qalacaq yerlə təmin olunması problemi isə Danimarka Naşirləri Birliyinin növbəti iclasından sonra yaranıb. Belə ki, rəssam iclasda özünün "məxfi qonaq" qismində iştirak etdiyini bildirərək məsələni təhlükəsizlik orqanları ilə müzakirə etmək niyyətində olduğunu deyib. Söhbət əsnasında Fisterqord belə bir zarafat da edib: "İcazə verin ümid edim ki, mən yaylaq evləri zonasının təhlükəsizliyi üçün təhlükə təşkil etmirəm"
Qeyd edə ki, cari ayın 12-də Danimarka polisi rəssamı öldürmək cəhdinin qarşısının alındığını xəbər vermişdi.
/Al-jazeera.net/ |
Категория: Dünyada |
Просмотров: 1243 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|