Bazar ertesi, 23.12.2024, 21:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Тəqvali həyat
    Merac gecəsində Allah-Təala Peyğəmbərə(s) buyurdu:

       
     Ya Əhməd, kaş ki, aclığğın, sükutun, xəlvətin və onların təsirlərinin şirinliyini biləydin! Dedi: Ya Rəbbim, aclığın təsiri, izi nədir? Buyurdu: "Hikmət, qəlbi qorumaq. Mənə yaxınlıq , daimi qəm və hüzn, xalq arasında ən az yükü olmaq, haqq söz və dolanışığın çətinliyinə və asanhğına laqeyd olmaq."

        Ya Əhməd, Mənim bəndəm mənə nə vaxt yaxın olduğunu bilirsənmi? Həzrət dedi: "Bilmirəm, ey mənim Rəbbim! Allah buyurdu: "Bəndəm ac halda və ya səcdə halında olarkən mənə yaxın olur."


        İnsan maksimum kamala tərəf və əbədiyyətə qovuşmaq üçün yaradılmışdır. Bunlara çatmaq üçün insanın qarşısında dörd şərt vardır. Merac hədisində ona da toxunulur. İnsan bu dörd şərtə əməl edərsə, Allah onları Cənnətə qovuşdurmağa zəmanət vermişdir.

        Bu şərtlərdən ikisi zahiri üzvlərə (yəni ağıza və qarına), digər ikisi isə qəlbi və batini işlərə bağlıdır ki, onlardan biri mənfilik bildirir, yəni şeytan vəsvəsəsini qəlbdən kənarlaşdırmaq, ikinci şərt isə müsbətdir - yəni özünü daima Allah qarşısında hiss etmək. Əlbəttə, zahiri şərtlərə əməl etmək batini şərtlərə nisbətən asandır. Çünki batini şərtlərə əməlin çoxlu səylərə və çalışmalara ehtiyacı vardır.

         Qaydaya əsasən dili çox danışmaqdan və qarnı çox yeməkdən qorumaq şeytanla mübarizə yollarından biridir. Baxmayaraq ki, şeytanın tələləri bu ikisi ilə bitmir, lakin bu ikisi şeytanın ən böyük alətləridir. Çünki qarnını nəzarətdə saxlamağı bacaran adam şəhvətini də nəzarətdə saxlaya bilər, dilini qoruya bilən adam gözünü və qulağını da qorumaqda çətinlik çəkməz.

         Agahlığın şüur və dərki, qəlbin hüzurunu insandan rədd edən ən böyük amil qarının toxluğudur. İnsan dolu qarınla fikirləşə, mütaliə edə və namazda hüzuri-qəlb əldə edə bilməz. Bu məsələ təcrübə ilə sübut olunmuşdur. Ona görə gə, bu söz məşhurdur.

        "Toxların ibadəti məstlərin yağlı dilini işə salmalarına bənzəyir."

          Qarın dolu olarkən insan xüsusiyyətlərindən olan dərk və agahlıq ondan gedir.

        Bu, ayağına ağır yük bağlanmış quşa bənzəyir ki, bu yük nə qədər ağır olarsa, quşun uçmağı da bir o qədər çətin olar. Qarının dolu olması da insanın ruh quşunun ayağına bağlanmış ağır yük kimidir ki, onun uçmağına, yüksəlməsinə əngəldir.

         Əks tərəfdən də insanm maddədə batıb qalması insan ruhunun nuraniyyətinin və lətafətinin aradan getməsinə səbəb olur və ruhi kamalın üzə çıxmasının maneəsinə çevrilir. Əlbəttə, ruhla bədənin rabitəsi çox asanlıqla başa düşülən bir şey deyildir ki, bu iki cümlə ilə bəhsi izah etmək mümkün olsun. Amma hər halda dolu qarınla həyatlarını yaşayanlar hiss edirlər ki, onlarm ruhları, ayağına ağırlıq bağlanan quş kimi pərvaz edə bilmir.

         Hədisdə deyilən aclıq tamamilə ac qalmaq demək deyildir. Çünki əgər insan ac qalarsa, zəifləyər, ibadət etməyə də gücü qalmaz. Deyilən aclıq, ruhu pərvaz etməkdən saxlayan toxluğun olması deməkdir. Deməli, insan nə o qədər ac qalmalıdır ki, zəiflikdən bir iş görə bilməsin və nə də, o qədər yeməlidir ki, ruhi işlərdən geri qalsın. Orucluq bunun bariz nümıməsidir.

        Aclıq və sükutun insana bir neçə təsiri vardır. O cümlədən bunlar aşağıdakılardır:

         1. Hikmət - yəni insanın həqiqətə və reallığa çatması və onları dərk etməsi. İnsan hətta öz məhdud təcrübəsi ilə bu iki şeyin insan həyatındakı təsirini hiss edə bilər. Necə ki, Ramazan ayında insan hiss edir ki, onun ruhu pərvaz etməyə hazırdır. Mənəvi təravət, şadlıq, vücudunu mənəvi ləzzətlərə qərq etmişdir. Buradan məlum olur ki, bədənə o qədər fikir verməliyik ki, o da öz növbəsində ruhun pərvazlanmasının xidmətində olsun.

        2. Növbəti qiymətli təsir qəlbi şeytan vəsvəsəsindən saxlamaqdır. Oruc tutan möminlər təcrübə ediblər ki, hissləri cilovlamağa, qəibi qorumağa digərlərindən daha müvəffəqdirlər.

        Çox yeməyə adət etmiş kəslər də çox yaxşı bilirlər ki, qəlbin cilovunu əldə saxlamaq, hissləri, fikri, xəyalı pərakəndəlikdən qorumaq mümkün olmayacaq dərəcədə çətindir.

         3.Üçüncü təsir Allaha yaxınlıqdır. Bu hədəfə çatmaq böyük iradə tələb edir. Bu da gizlin deyildir ki, iradəni qüvvətləndirmək üçün oruc tutmaqdan güclü vasitə yoxdur.

        4.Dördüncü təsir daimi hüzndür. Əlbəttə, bu insan "daimi qəmli, qüssəli olmalıdır" - demək deyildir. Bəlkə də daimi hüzn deməkdən məqsəd o halı (hüznü) əldə etməkdir. İnsanda hüzn halı olarsa, o hədsiz və yersiz şadlıqdan məst olmanın (bu heyvani sifətdir) qarşısını alar. Sakit və ac adam heç vaxt aldadıcı şadlıqlara, bixəbərliklə dolu əyləncələrə, məstedici gülüşlərə düçar olmaz. Əksinə onun rəftarı mətanətli və aramdır.

        Ələbttə, hüzn dünyada geridə qalmağa səbəb olarsa, o tərifəlayiq deyildir. O hüzn təqdirəlayiqdir ki, hədsiz şadlığın, qəflətdə olan məstliyin qarşısını alsın.

         5.Beşinci təsir yükü az olmaqdır. Yəni insanın digərlərinə ehtiyacı nə qədər az olarsa, bir o qədər də azaddır. Daima qarnını doyurmaq yeri axtaran adam bu fıkirdədir ki, süfrəsi boş qalmasın. Rəngarəng süfrələr düzəltmək üçün fikirlərini cəm etmişdir. Odur ki, digər işlərdə fikri pərakəndədir.

        6.Digər təsir haqq və həqiqətin müdafiəsidir. Daim nəfsi tikə dalınca olanlar haqqı müdafiə etmək iqtidarında deyildirlər. Çünki onlar asılıdırlar. Lakin o adam ki, azla qane olandır, onun üçün dolanışığının çətin və ya asan keçməsi mühüm deyildir, haqqın müdafiəsi mühümdür.

        O öz azına qanedir. Ona görə də hər yerdə haqqı müdafıə edir. Çoxa tamahı olan isə tamahı üzündən haqqın müdafiəsinə deyil, özü üçün almağa can atır.

        Bütün bu dediklərimizdən məlunı olur ki, insan bu dünyada özbaşına olmamalı, bütün insanlığa xidmət edən qayda-qanunlara tabe olmalı, müvəqqəti həyatın aldadıcı rəngarəngliyinə deyil, əbədi həyatın həqiqi, real çöhrəsinə üz tutaraq onu bəzəmək, zinətbndirmək üçün çalışmalıdır.


    www.ihq.az 
    Категория: Dini meqaleler | Добавил: media-islam (19.08.2008)
    Просмотров: 1979 | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər