QƏDİR GÜNÜNDƏ MÖVLƏL MÖMİNİN ƏLİ (əs)-ın ZİYARƏTİ
Bismillahir Rəhmanir Rəhim
Mehriban və bağışlayarn Allahın adı ilə
Allahın Rəsulu, peyğəmbərlərin sonuncusu və İlahi peyğəmbərlərin ağası və dünyaları yardanın seçilmişi, Allahın vəhyi və möhkəm fərmanlarının əmanətadr, peyğməbərliyi bütün keçmiş dinlərə son qoyub və gələcəyin yolunu açan və onların hamısında məharəti olan Məhəmmədə salam olsun və Allahın rəhməti-bərəkətləri, salamı ona olsun. Allahın peyğəmbərləri və elçiləri və onun dərgahına yaxın olan mələklərə salam olsun və onun saleh bəndəlrinə slam olsun! Ey möminlərin əmiri və övsiyanın sərvəri və peyğəmbərləin elminin varisi, dünyaların Allahının bəndəsi, mənim mövlam və bütün möminlərin mövlası, Ey Əmir əl-Möminin salam olsun sənə! Ey mənim mövlam, Ey möminlərin əmiri, yer üzündə Allahın əmanətdarı və yaranmışlar arasında Allahın səfiri və bəndələrinə möhkəm dəlili olan ey Əmir əl-Möminin salam olsun sənə. Ey Allahın möhkəm dini və onun doğru yolu salam olsun sənə. Ey böyük xəbər ki, xalq onun haqqında ixtilaf keçirdilər və (qiyamət günündə) onun haqqında sorğuya çəlilirlər.
Ey möminlrin əmiri və ağası, salam olsun sənə! Sən, bütün insanların müşrik olduğu dövrdə Allaha iman gətirdin və başqalarının onu rədd etdikləri zaman haqqı təsdiqlədin. (Allah yolunda) cihad etdin, halbu ki, başqaları (cihad meydanından) geri çəkildilər. Dindarlığında Allahı tam xalisliklə ibadət etdin və onun yolunda səbr edib ölümünün çatdığı zamana qədər dözüb onu Allahın hesabına qoydun. Ayıq ol! Allahın lənəti zalimlərə olsun. Salam osun sənə ey müsəlmanların ağası, möminlərin başçısı və təqvalıların rəhbəri və özüağların sərkərdəsi (qiyamət günündə) və Allahın rəhməti və bərəkəti sənin olsun!
Şəhadət verirəm ki, sən, Peyğəmbərin qardaşı və onun vəsisi və onun elminin varisi, və onun şəriətinin əmanətdarı və ümməti arasında onun canişinisən, Allaha iman gətirən və peyğəmbərinə nazil etdiyini təsidiqləyən birinci şəxssən, və şəhadət verirəm ki Allahın Peyğəmbəri, İlahinin sənin haqqında nazil etdiyini xalqa çatdırdı və haqqın fərmanını uca səslə yerinə yetirdi və sənin itaətini və vilayətini ümmətinə vacib buyurdu və onları səninlə (öz vəli və vəsisi kimi) beyət etməyə çağırdı və səni, möminlərə görə özlərindəndə laqeyd qərar verdi. Necə ki, Allah Taala O Həzrətə belə nəzərdə tutmuşdu. Sonra, Peyğəmbər, Allah Taalanı şahid tutaraq və buyurur: "Allahın hökmünü sizə çatdırdımmı?" dedilər: "Allaha and olsun bəli! Bəs buyurdu: "İlahi! Sən özün şahid ol ki bəndələr arasında sənin şəhadətin və qəzavətin kifayətdir."sənin vilayətini təsdiqləndən sonra inkar edən və peyman bağladıqdan sonra əhdini pozan kəsi ilahi rəhmətdən uzaq olsun. (Ey Əmirəl-Möminin) şəhadət verirəm ki, sən mütaal Allah qarşısında əhdinə vəfa etdin. Mütaal Allah isə səninlə etdiyinə vəfa edəcək. "Və Allaha bağladığı əhdinə sadiq qalana, Prəvərdigar böyük mükafat bəxş edəcəkdir." Və mən şahidəm ki, sən möminlərin əmirisən. Bu isə, Allahın, öz kitabında haqqında danışdığı həqiqətdir və Peyğəmbər isə, sənin üçün, ümmətdən beyət alıb və şəhadət verirəm ki, sən və əmin (Həmzeyi Seyyidüşşühəda), və qardşın (Cəfəri Təyyar) canlarınızı, Allaha sövdələşdiyiniz şəxslər idiniz. Bəs, Allahın sizin haqqınızda bu ayələri nazil etdi : "Doğurdanda, Allah möminlər və onların canı və malını alır və əvəzində onlara behişti bağışlayır. Allah yolunda döyüşən, öldürən və öldürülən möminlərə."
Bu Pərvərdigarın, Tövrat, İncil və Quranda verdiyi haqlı vəddir və Allahdan yaxşı kim, öz hədinə vəfa qıla bilər? Bəs, onunla bu sövdələşməyiniz müjdə olsun və bu ən böyük səadətdir. Onlar, tövbə edənlər, pərəstişkarlar, sitayiş edənlər (Allah yolunda) səfər edənlər, riku edənlər, səcdə edənlər, yaxşılığa əmr edənlər, pis işlərdən çəkindirənlər və İlahi hüdudların qorucularıdır və möminlərə müjdə ver". Ey Əmirəl Möminin! Şəhadət verirəm ki, sənin vilayətinə şübhələnən, əmin Peyğəmbərə iman gətirməyib və səndən başqasına meyl göstərən dünyaların Pərvərdigarının bizə etdiyi və Qədirdə sənin vilayətinlə onu kamilləşdirdiyi möhkəm dinə qarşı çıxıb (və azıb), və şəhadət verirəm ki, sən, əziz və rəhim Allahın buyurduğu sözün həqiqi mənasısan. O buyurub: "Doğurdan da mənim yolum, doğru yoldur. Bəs onu izləyin və sizi ayrı salıb pərişan edən başqa yollara getməyin. Allaha and olsun, səndən başqasını izləyən azğındır və başqalarını azdırandır və sənin düşmənin haqq yolundan azıbdır. İlahi! Biz sənin fərmanini eşidib, ona itaət etdik və sənin doğru yolunu izlədik. İlahi! Bizi hidayət et və şəhadət verirəm ki, sən, daima nəfsani istəklərə qarşı olub, təqva yolunda olmusan. Sən qəzəbini söndürə bilib, xalqın (sənə qarşı) səhvinə göz yumub bağışlayırdın, və hərgah Allahın fərmanına laqeyd yanaşılırdı qəzəblənirdin və itaət ediləndə razı qalıdın və Allahınla əhdi-peymanına təkid edirdin. Qorunmasına öhdəçi olduğunu qorudun və sənə tapşırılan əmanəti saxladın və (İlahi əhkamlardan) çatdırılmasını üzərinə aldığını xalqa çatdırdın və İlahi vədi gözlədin və şəhadət verirəm ki, nə sükutun, gücsüzlük və qorxu üzündən idi, nə (xialfət) haqqından vaz keçməyin zəiflik idi, nə haqqını qəsb edənlərə (və əmrindən boyun qaçıranlara) qarşı mübarizədən çəkinməyin zəiflik üzündən idi, nədə Allahın razılığı olmadan və onlarla barışmaq üzündən (Allahın dininə keçənlər)lə razılaşdın. Allah yolunda çəkdiyin müsibətlərə görə, özünü gücsüz göstərdin və haqqını tələb etməkdən çəkinərək dünyəvi mənafein ardınca getmədin. Məazəllah! ki sən belə olasan, sənə zülm edilən zaman Allahın hesabına qoyub (səbr edib və dözdün) və işini ona buraxdın, və sənə zülm edənlərə (işlərinin aqibətinə görə) xəbərdarlıq etdin, ancaq onlar buna laqeyd yanaşdılar, onlara öyüd verdin ancaq onlar heçnə başa düşmədilər və onları Allahın (əzabından) qorxutdun ancaq qorxmadılar. Ey möminlərin Əmiri! şəhadət verirəm ki, sən Allah yolunda layiq olduğu səviyyədə cihad etdin, nəhayət səni öz yanına çağırıb öz ixtiyarı ilə sənin canını aldı. Düşmənlərinin əliilə həyata keçirilmiş sənin şəhadətin, höccətini onlara tamamladı və bununlada (Pərvərdigar qarşısında sənin xeyrinə və onların ziyanına) sənə höccət və nişanə oldu. Sənə başqa bir çox höccətdə vardır ki, xalqa bildirilmişdir. Salam olsun sənə ey iman əhlinin Əmiri! sən tam xalisliklə, Allaha bəndəlik etdin və onun yolunda mübarizədə dözümlü davrandın və yolunda canından keçdin. Allahın kitabına əsasən davrandın və onun peyğəmbərinin sünnətini itaət etdin. Namaz qıldın və zəkat verdin və var gücünlə yaxşıya çağırıb pislikdən uzaqlaşdırdın və bütün bunları Pərvərdgarının yanında (nemətlərdən) olanlardan əldə etmək üçün və onun vədlərinə çatmaq üçün şövqlə həyata keçirdin. Zəmanənin çətinliklərinən qorxmadın və fələyin etniş-yoxuşlarından yorulmadın, və bir cəngavər qarşısında qorxmayıb və geri çəkilmədin. Bundan başqa sənin haqqında söhbət edən şəxs, yəqin ki, böhtan deyib, sənin haqqında yalan danışmışdır və bu yalan sözlər, yalnız sənin düşmənlərinə və sənin yolunu azanlara layiqdir. Doğurdanda sən, Allah yolunda cihad etməyin haqqını ödədin və ümmətin əziyyəti qarşısında səbr etdin və onu Allahın hesabına qoydun. Sən Allaha iman gətirib, ona namaz qılıb, cihad edib və şirk ölkəsinə Allaha imanını ifşa edən birinci kəssən, yerüzü, azlıq və zəlalətlə dolu olub, şeytan aşkarcasına pərəstiş edildiyi dövrdə sən deyirdin ki, :"Çemrəmdə insanlaırn çoxluğu izzətimi artırmaz və çevrəmdən dağılmaları məni qorxutmaz. Bütün insanlar məni tərk edib, yalnız buraxsalar belə mən onlara yalvarıb iltimas etmərəm", çünki qudrətə arxalandın, gücləndin və axirəti dünyadan üstün tutduğun üçün, rəqvali davrandın, Allah isə səni təsdiqlədi və öz yoluna istiqamətləndirdi və ürəyini özünə xalis etdi, səni başqalarından üstün tutdu və hanının içindən səni seçdi. Bəs davranışların təzadlı olmadı və sözlərin fərqlənmədi və əhvalatın dəyişmədi. Yalançılıqla Allahın haqqında boş iddialar etmədin və böhtan atmadın və dünyanın dəyərsiz əmtəəsinə tamahlanmadın. Və günhaın çirkliyi sənə yoluxmadı, işlərin daima aydın İlahi bürhana əaslanıdı və işlərində tam yəqinliklədavranırdın və xalqı doğru yola və haqqa istiqamətləndirdin. Haqqa şəhadət verirəm və sədaqətlə Allaha and içirəm ki, Məhmməd və onun xanədanı (ki Allahın salamı onlara olsun) xalqın sərvərləri və ağalarıdırlar və sən mənim bə bütün möminlərin mövlasısan. Sən Allahın bəndəsi və onun vəlisi, Peyğəmbərin qardaşı, canişini və varisisən. O sənin haqqında buyurub: "məni haqla seçdiyi Allaha and olsun, sənin (haqqına) kafir olan mənə iman gətirməyib və sənin (vilayətini) inkar edən Allahın (birliyi və vahidliyini etiraf etməyib və xalqı səndən uzaqlaşdıran azğındır və sənə doğru hidayət edilməmiş (həqiqətən) Allah və mənim dinimə hidayət edilməməişdir və böyük Pərvərdigarımın sözünün mənasıdır ki buyurub: "Və doğurdanda mən, tövbə edib iman gətirib yaxşı iş görüb ardınca hidayət edilib sənin vilayətini qəbul edənin bağışlayanıyam." Ey mənim mövlam! Sənin başqalarınan üstün olduğun kimsəyə gizli deyil və sənin işığın sönməz, və səni inkar edən zalim və bədbəxdir. Mövlam sən bütün bəndələrə Allahın höccət və nişanəsi və xalqı səadətə yönəldən bələdçi və qiyamət günündə bəndələrin himayədarısan. Mənim mövlam! Allah dünyada sənin məqamını və axirətdə dərəcəni yüksəltdi. Pərvərdigar, düşmənin və İlahi nemətlərin (peyğməmbərdən sonra xilafət) sənə çatmasına mane olanlardan gizli qalmış şeyləri sənə göstərdi. Bəs Allahın lənəti, sənə hömətsizliyi halal edib, sənin haqqını qəsb edənə olsun və mən şəhadət verirəm ki bu qrup ən ziyankarlardır. "üzlərini cəhənnəm yandıracaq və çirkin və tuqqun sifətlə cəhənnmədə yaşayacaqlar." Və şəhadət verirəm ki, sən, Allah və Peyğəmbərinin əmi olmadan bir işdə irəliləmədin və bir işi dayandırmadın və danışmadın və sükut etmədin və sən dedin: "Canımın əlində olduğu Allaha and olsun, Rəsullullahın önündə qılınc oynatdığım zaman mənə baxıb və buyurdu: "Ey Əli! mənim yadımda sənin mövqeyin Musa ya Harunun mövqeyi kimidir. Yalnız məndən sonra peyğəmbər olmayacaqdır. Sənə bildirirəm ki, ölümün və həyatın məmimlə və mənim sünnətimə əsaslanır. Bəs Allaha and olsun ki yalan danışmıram və mənədə yalan söylənməyib, azğın deyiləm və kimsəni azdırmayacağam. Mən Allahımla əhdimi unutmamışam. Mən (işlərim və nəzərlərimdə) Pərvərdigar tərəfindən aydın dəlilə yiyələnirəm, Pərvərdigar onu peyğəmbərinə açıqladı və Peyğəmbər onu mənə dedi və doğurdanda mən aydın yoldayam və qorxmadan aşkarcasına bu sözü dilə gətirirəm." Allaha and olsun! Deydiyin doğru və həqiqət idi, bəs, səni, düşmənlərinlə bərabər bilən şəxsdən Allahın rəhməti zuaq olsun. Halbu ki, dedyin goğru və həqiqət idi, bəs, səni, düşmənlərinə bərabər bilən şəxsdən Allahın rəhməti uzaq olsun. halbu ki, adı uca olan Pərvərdgar buyurur: Görəsən bilənlərlə bilməyənlər bərabərdirmi?" haqqın rəhmətindən uzaq olsun o şəxs ki, səni, Allahın sənin vilayətini vacib buyurduğu şəxslərlə bərabər saydı və şəhadət verirəm ki, sən Allahın bəndəsi və onun Peyğəmbərinin qardaşısan və canın və malınla onun dinini müdafiə etdin. Sən o kəssən ki, Quran, başqalarından üstün olduğundan söhbət edib. Mütəal Allah buyurdu: "Allah mücahidləri, böyük əcr və mükafatla, başqalarından üstün tutur, məğfirət və rəhmət kimi yüksək dərəcələrə layiq görür, Allah mehriban və bağışlayandır. Həmçinin buyurub: "Görəsən hacılara su vermək və Məscid əl-Həramı abadlaşdırmaq kimi məsuliyyət daşıyan kəs Allah və qiyamət gününə iman gətirib onun yolunda cihad edən kimidirmi? Heçvaxt, Allahın yanında bu ikisi bərabər deyil və Pərvərdgar zalimləri haqqa istiqamətləndirməyəcək, iman gətirib, vətənlərindən köçüb, Allah yolunda malları və canları ilə cihad edənlər, onun yanında dahada uca məqama sahib olurlar və onlar səadətlidirlər. Rəbləri onlara, rəhmətinə, razılığına və əbədi nemətə yiyələnən behiştin müjdəsini verir və onlar, orada əbədiləşəcəklər. Doğurdanda, ən böyük mükafat Allahın yanında, şəhadət verirəm ki sən, Allahın yalnız səni sitayiş etdiyi şəxssən, sən tam xalisliklə Allahı itaət etdin, hidayəti başqa şeylə dəyişmədin və Pərvərdgarının pərəstişində kimsəni şərik qoşmadın. Mütəal Allahda peyğəmbərinin duasını ki Allahın salamı ona və xanədanına olsun sənin haqqında müstəcab etdi. Ardınca əmr etdi ki (vilayət və imamətdən) sənə bəxş etdiyi nemətləri ümmətə aşkar etsin və sənin məqamın yüksələyib bürhan və dəlilin aşkar olsun və müxaliflərin batil sözlərini boşa çıxarıb, kimsəyə bəhanə yeri qoymasın. Çünki peyğəmbər -ki Allahın salamı ona və onun xanədanına olsun- fasiqlərin fitnəsindən qorxdu və münafiqlərin fitnəsi qarşısında səni qormağı düşünürdü. Rəbəlaləmin Allah ona vəhy buyurdu: "Ey Peyğəmbər! Pərvərdgarın tərəfindən sənə nazil olduğunu elan et, bu işi görməsən, risalətini yerinə yetirməmisən və Allah səni xalqın fitnəsindən qoruyacaq." Bəs Peyğəmbər səfərin çətinliyini nəzərə aldı və günorta çağı o isti çöldə ayağa qalxıb xalqla danışdı, (Allahın pəyamını) xalqa çatdırdı və üzünü xalqa tutub uca səslə nitq söylədi. Ardınca hamıdan soruşdu: "Risalətimi sizə çatdırdım mı?" və onlar cavab verdilər: Allaha and olsun bəli! Ardınca Peyğəmbər dedi: "İlahi! Sən özün şahidsən" və sonra buyurdu: "Sizcə mən möminlərə görə özlərindən üstün və layiq deyiləm mi?" onlar dedilər: Belədir! ardınca cənin əlini tutub dedi: "mənim, mövlası olduğum hər hansı şəxsin mövlası həmdə Əlidir. İlahi, onu sevən (onun vilayətini qəbul edən) hər hansı şəxsi sev və onunla düşmənçilik edən şəxsin düşməni ol, onun dostuna kömək et və köməyini ondan əsirgəyən və onu alçaldanı, səndə alçalt, bəs (bütün insanlar arasıdan) az adamdan başqa, Allahın sənin haqqında Peyğəmbərinə nazil etdiyinə iman gətirmədi və bəbul etməyən əksəriyyət ziyankar oldu. Halbu ki, Pərvərdgar, bundan əvvəldə sənin haqqında ayələr nazil etmişdi ancaq onlar o ayələri qəbul etməkdən boyun qaçırdılar. (ayələrin bəzisi bundan ibarət idi): "Ey iman gətirənlər! Dinizdən qayıdıb, küfr edən hər hansınız, bəs bilsin ki, tezliklə Allah sevdiyi qrup gətirəcək. Onlar möminlər qarşısında yumuşaq və təvazükar, kafirləin qarşısında isə sərt və başıucadırlar. Allah yolunda cihad edir və qınayanların sözlərindən qorxmurlar. Alalhın fəzili budur və istədiyi şəxsə onu bəxş edə bilər və Allah, rəhməti yayandır və biləndir doğurdanda sizin vəliniz Allahdır və onun Peyğəmbəri və iman gətirib namaz qılarkən rüku halında zəkat verənlər və Allahın vilayəti və onun Peyğəmbəri və möminləri qəbul edənlər (Allahın hizbidirlər) və doğurdanda Allahın hizbidir", "İlahi! Biz Peyğəmbərinin nazil etdiyinə iman gətirdik və ona itaət etdik, bəs bizi şahidlərin sırasına daxil et!","İlahi! Örəklərimizi doğru yola istiqamətləndirdikdən sonra azdırma və həhmətindən bizə nəsib et!, doğurdanda sən çox bağışlayansan", "İlahi! Biz bilirik ki, bu (vilayət) sənin tərəfindən bizə çatan bir haqdır. Bəs ona qarşı çıxıb, ötkəmliklə onu rədd edib kafir olanlara lənətlə! Və zalimlar tezliklə hansı taleə düçar olcaqlarını başa düşəcəklər", Ey Əmir əl-Mominin və övsiyanın sərvəri və ibadət edələrin birincisi və təqvalıların təqvalısı salam olsun sənə! Və Allahın rəhməti və bərəkətləri və salamları sənə olsun. Sən möhtac olduğuna rəğmən, yalnız Allah razı qalsın: deyə, yeməyini yətim və əsirə yedizdirdin və onlardan mükafat və təşəkkür gözləmədin və Allah Taala sən (və xanədanın) haqqında belə buyurdu: " və onlar, özləri möhtac olduqları halda, başqalarını özlərindən üstün tutanlardır və canları və örəklərini paxıllıqdan arındıranlar, xoşbəxtdirlər, və sən qəzəbini söndürdün və xalqın səhvinə göz yumdun və Allah yaxşı işlər görənləri sevir, sən, çəninliklərdə, döyüşlər və müharibədə dözümlü davrandın və sənidin ki (beytülali) xalq arasında bərabər şəkildə bölüşdürdün və xalq arasında ədalətlə davrandın və Allahın haram və halalını hamıdan yaxşı bilirdin və Pərvərdgar, sənə olan lütf və mərhəməti üzündən və səni buna layiq bildiyinə görə belə xəbər verdi: "Görəsən mömin və fasiq bir-biri ilə bərabərdirmi? əslən bərabər deyil. Ancaq iman gətirib yaxşı iş görənlərin yeri behişdir. Bu isə onların əməllərinin mükafatıdır, və ey möminlərin əmiri! Şəhadət verirəm ki, Quranın tənzil və onun ayəlrinin təvili elmi yalnız sənin ixtiyarındadır və (imamətinə) Peyğəmbərin aydın sözü sənə məxsusdur. (yaşadığın dövrdə) sənə aydın mövqelər vardır, xalq arasında məşhur olan məqamlar və unudulmaz günlər vardır. Bədr müharibəsi, Əhzab (Xəndəq) mühaibəsi kimi, "gözlərin kafirləri seyr etdiyi və canların boğaza yığdığı və bezdiyi zaman Allahdan şübhələndi və oradaydı ki möminlər sınaqdan keçdilər və bəziləri çox şiddətlə sarsılmışdılar. O zaman ki, münafiqlər və xəstə ürəklilər deyirdilər: "Allah və Peyğəmbəri bizi aldatmaqdan başqa vəd etməyiblər! və o zamankı onların bir qrupu deyirdi: "Ey Mədinə əhalisi sizə burada yer yoxdur, qaydın, və onların bir qrupu Peyğəmbərdən izn istəyib, deyirdi: "Evlərimizdə heçnə yoxdur, halbu ki bu doğru deyil idi və onların qaçmaqdan başqa məqsədi yox idi", (bu qrup qarşısında və həqiqi möminlərin vəsfində (mütaal Allah buyurur: "və möminlər əhzabı gördükdə dedilər: Bu Alalh və Peyğəmbərinin bizə vəd etdiyidir və Allah və onun Rəsulu doğru deyirlər və (Allahın əmri qarşısında) iman və təslimdən başqa heçnə onlara əlavə edilmədi". Bəs onlardan Əmr ibni Əbdəvidi öldürdün və dəstələrini dağıtdın və qaçaq saldın və "Pərvərdgar, kafirləri içlərində danışdıqları qəzəb və narahatlıqla geri çəkdirdi halbu ki heç bir qənimət əldə etmədilər və Allah möminləri o müharibənin şərrindən amanda saxladı və Allah güclü və əzizdir" və (Allah yanında sənin mövqeyinin xalqa aşkar olduğu başqa gün) Ühüd müharibəsi günü idi. "Müsəlmanların bir qrupu, Peyğəmbəri çevrəsini boşaldıb dağa və çöllərə qaçırdı və kimsəyə etina etmirdi, halbu ki Peyğəmbər arxadan onları çağırırdı" sən, müşrik cəngavərləri Peyğəmbərin çevrəsindən uzaqlaşdırıb. Sağdan və soldan onlara hücum edirdin nəhayət mütaal Allah kafirləri sizdən (Peyğəmbər və Əli) qorxudub uzaqlaşdırdı və sənin vasitənlə, islamın məğlubiyyətə uğramış qoşununa yardım etdi. Həmçinin Hüneyn müharibəsi günü Quranın o gündan haqqında buyurduğu kimi: "qoşunun çoxlu sizi təəccübləndirib, qürurlandırdı, halbu ki, bu çoxluğun sizə xeyri olmadı və yer bütün böyüklüyü ilə sizə dar gəldi. Bəs düşmənə arxa çevirib qaçdınız. Ardınca Pərvərdgar peyğəmbərini və möminləri arxayınlığa çıxarıdı və Allahın möminlərdən məqsədi sən və sənə yardım edənlərdir. Həmin gündə əmin Abbas, qaçan məğlubları belə xitab etdi: Ey bəqərə surəsinin əhli! Ey ağac altındakı əhli-beyt! Nəhayət bir qrup onun nidasına cavab verdi: doğurdanda sən, müharibənin ağır yükünü onların çiyinindən götürdün və onların köməyi və yardımı olmadan peyğəmbərə yardım edirdin. Müharibə fərariları, savab işlərdən ümidini kəsənlər və tövbələrini qəbul etməkdə Allahın vədinə ümid bəsləyənlə qayıtdılar. Bu isə mütaal Allahın sözünün mənasıdır ki, buyurdu: "Ondan sonra, Allah, istədiyi kəsnin tövbəsini qəbul edər və sən səbr dərəcəsinə nail ildun və böyük mükafat aldın. Həmçinin Xeybər müharibəsində Pərvərdgarın münafiqlərin zəifliyini aşkar edib kafirlərin himayəsini kəsdiyi zaman (və sənin vasitənlə islam qoşununa yardım etdi və sitayiş dünyaların Pərvərdgarına məxsusdur". "doğurdanda bundan əvvəl, düşmənə arxa çevirməmələrinə görə Allahla əhd bağlayanlar bilməlidirlər ki, İlahi peyman haqqında sorğuya çəkiəcəklər." "Mənim mövlam! Sən Allahın kəsikin və aşkar dəlili, işıq yolu, Pərvərdgarın xalqa kamil və hərtərəfli neməti və parlaq və aydın dəlilisən. Bəs Allahın bəxş etdiyi fəzilət və üstünlük sənə nuş olsun və sənin cahil düşmənlərin məhv olsun. Sən peyğəmbərlə birliyin ki, Allahın salamı ona və xanədanına olsun – bütün müharibələr və qəzvələrdə hazır oldun və ön sırada islam bayrağının çiynində daşırdın və o həzrətin yolunda qılınc vurdun. Elə o vaxt Peyğəmbər hamının yanında məlum olan müdriklyin və sərkərdəliyinə xatir müxtəlif müydanlarda səni sərkərdə seçdi və heç zaman və heç bir döyüşdə kimsə sənə başçılıq etmədi. Bir çox vaxtlar sənin təqvan, bəzi istəkləri həyata keçirməsinə mane oldu, halbu ki, bir belə işlərdə başqası olsaydı, nəfsinə itaət edərdi. Ancaq cahillər, sənin bu işlərdə aciz və gücsüz olduğunu güman etdilər! Allaha and olsun ki, bunu düşünən döğru yoldan azğın düşüb. Amma sən özün ki, Allahın salamı sənə olsun – bu işlərdə xalqa yaranmış şübhələr və problemlərin cavabında belə dedin: bəzən mümkündür ki, bir mahir tədbir qılan çarə yolunu bilir, ancaq İlahi təqva onun həyata keçirilməsinə mane olur. Bəs bilərəkdən onu buraxır. Ancaq bu işdə heç bir maniə ilə qarşılaşmayan kəs, bu fürsəti vacib sayır və onu həyaya keçirməkdən varz keçir. Sən doğru deden və boş danışanlar ziyankar oldular. O iki əhdsındıran (Təldə və Zübeyr) riyakarlıq üzündən dedilər: Ümrə məqsədi ilə (Məkkəyə) getmək istəyirik. Bəs onlara buyurdun: Canıza and olsun siz Ümrə məqsədi ilə Məkkəyə getmək istəmirsiniz, siz xiyanət niyyətindəsiniz. Arcınca, ikisindəndə beyət aldın və əhdini onlarla təzələdin ancaq onlar ikiüzlüklərini aşkar etdilər. Bəs onların əməlləri haqqında hər ikisinə xəbərdarlıq etdin. Özlərini laqeyd göstərib səninlə ədavətlə davrandılar. Bu xəbərdarlıqlardan bəhrələnmədilər və işlərinin nəticəsini Şam əhli isə onların yolunu izlədi (və peymanlarını sındırdılar) və sən onlara hüccətini tamamladıqdan sonra onlara tərəf yola düşdün. Halbu ki, onlar dinə bağlı deyilidilər və Quranı başa düşmürdülər. Bunlar alçaq və cahil və azğın idilər. Məhmmədə ki Allaıh slamı ona və xanədanına olsun- sənin haqqında nazil olanları dandılar və sənin düşmənlərinə yardım etdilər. Halbu ki Alah, onlara əmr etmişdi sənə itaət etsinlər. Möminləri sənə yardım etməyə çağırmışdı və buyurmuşdu: "Ey iman gətirənlər, Allahdah qorxun və daima duz danışanlarla olun" mənim sərvərim! haq sənin vaistənlə aşkar edildi, Halbu ki xalq oun buraxmışdı və sən həqiqi sünnətləri məhv olub köhnəlikdən sonra aşkar etdin, bəs sən Quran ayələrinin nazil olduğu zaman və onun haqlı oduğunu sübuta yetirmək üçün cihad fəzilətinə yiyələnirsən, necə ki, ayələrin təvilinin reallşaması fəziləti sənə aiddir. Sənin düşmənin Allahın düşməni və Allah Peyğəmbərini inkar edəndir. O, xalqı batilə dəvət edib, onların arasında zülmlə hökumət edənidi. Hökuməti qəsb edirdi və dostlarını cəhənnəmə çağırırdı və bu halda Əmmar (Səffeyn müharibəsində) cihad edirdi və iki qoşun arasında deyirdi: tələsin, behiştə doğru tələsin! Və su istədiyi zaman ona sud verdilər. O təkbir deyib Peyğəmbərin ki Allahın salamı ona və xanədanına olsun- bu sözünü nəql etdi: "dünyada son olaraq içdiyin bir qədər süd olacaq və səni bir qrup üsyankar öldürəcək", bəs Əbuladiyə Fəzari onunla əlbəyaxa olub onu şəhid etdi. Bəs qiyamət gününə qədər Allah, Allahın mələkləri və peyğəmbərlərinin lənəti Əbuladiyəyə və sənin ey Əmirəlmöminin üzünə qılınc çəkən və sənin ona qılınc çəkdiyin hər hansı münafiq və kafirə olsun, səninlə pis davranlanla razılaşıb nifrətini bildirməyən və (bütün o zülmlərə) göz yumub onu inkar etməyən, ya əli və dili ilə sənin düşməninə kömək edən və ya sənə yardım etməyib səninlə birlikin cihad etməkdən çəkinən, ya sənin fəzlinə laqeyd yanaşıb haqqını inkar edən, ya Allahın səni ondan üstün tutub sənə vilayət dərəcəsi bəxş etdiyi və əsni ondan üstün tutduğu şəxsi səninlə eyni səviyyədə görən şəxsə lənət olsun və İlahi salamlar olsun sənə və Allahın rəmət və bərəkətləri sənə və pak xanədanından olan imamlara olsun! O sitayiş olunmuş və böyükdür və daha maraqlısı və kədərləndirici budur ki, sənin haqqını inkar etdikdən sonra Fədəki xanımların sərvəri Həzrət Siddiqə-yi Tahirə Zəhradan qəsb etdilər və sənin şahidliyin və nəslindən olan iki alicənabın və Müstafanın itrətinin (Həsən və Hüseyn)- ki Allahın salamı sizlərər olsun şahidliyini qəbul etmədilər, halbu ki mütaal Allah ümmət arasında sizin dərəcənizi yüksəldib məqamınızı ucaltdı və sizin fəzilətinizi hamıya aşkar etdi və dünya insanlarına şərafət bağışladı və çirkinliklərdən arındırb sizi pakladı. Böyük və əziz Allah buyurur: " doğurdanda insan həris və tamahkar yardılıb. Pislik görəndə səbrisizlik edər, xeyir və yaxşılıq görəndə isə paxıllaşar, yalnız namaz qılanda belə deyillər. Bununlada mütaal Allah, seçdiyi peyğəmbəri və səni ey övsiyanın sərvəri- bütün insanlardan və xalqdan müstəsna elədi. Sənə zülm edən və haqqını oğurlayan necədə kordur! Ardınca hiləkarlıqla beytülmaldan, Peyğəmbərin qohumlarının (zəvilqurba) payından səni məhrum etdilər. Xəlifə olduğun zaman (səndən oncə olan xəlifə) o iki nəfər kimi davrandın və ikisindən də (Fədək və zəvilqurba payından) vaz keçdin, bütün bunlar, sizin üçün Allah yanında qalacağına görədir. Bəs sənin bu iki şeyə bağlılığın və sənin sınaqla üzləşməyin, İlahi peyğəmbərlərin ki Allahın salamı onlara olsun, üzləşdiyi çətinliklər kimi idi. Onlarda yalnız və tək əllidilər və (Allah yanında sənin sınağın) Peyğəmbərin yerində yatdığın o gecədə, İsmail Zəbih (əs)-ın sınağına bənzəyirdi. Onun icabət etdiyi kimi səndə icabət etdin və itaət elədin! Necə ki oda dözümlülüklə icabət etdi və mükafatını Allahın hesabına qoydu. O təslim oldu, İbrahim ona deyəndə ki: "Oğlum! Yuxuda sənin başını kəsdiyimi gördüm, nə düşünürsən? Və o cavab verdi: "Atacan (Allahın tərəfindən) vəzifələndiyin hər hansı işi həyata keçir və Allah istəsə məni sabirlər və dözənlərdən görəcəksən. Sən isə Peyğəmbər ki Allahın salamı ona və xanədanına olsun- səni yerində yatırtdı və onun yerində yatmağına əmr edəndə Peyğəmbəri (fadakarlıqla) canından keçərək qorudun. Onun mərini yerinə yetirdin! Və dərhal dəvətini cabablandırdın və şəhadətə hazırlaşdın. Məhz bu səbəbdən mütaal Allah sənin itaətini sitiyiş edib yaxşı işini bu aye-ye kərimə ilə aşkar etdi: "İnsanlardan bəziləri, canını Allaha sataraq onun rizayətini əldə etməyə çalışırlar. Başqa mehnətin və çətinliyin Süffeyn müharibəsində idi riyakarlıq və hilə üzündən Quranlar (süngüllərin üstündə) göyə qaldırılanda, bəs (xalqın bir qrupu ürəyində) şübhə yarandı. Haqq bir kənara buraxıldı (və hqqı yerinə yetirmək yerinə) batilə itaət edildi. Orada, sənin qəm və dədərin, Musa (əs)-ın qovmunun hökmranlığına seçdiyi Harunun qəmi-kədəri kimi idi. Bəni İsrail çevrəsindən dağıldı və Harun onlara xitabən deyirdi: "Ey əhali! Bu (buzov) sizi sınamağa görədir. Döğurdanda sizin Pərvərdgarınız, rəhman Allahdır. Mənə itaət edin dedilər: "Biz ondan (buzövdan) Musanın doğru qayıtmasına qədər vax keçməyəcəyik!" və "sən də (ey möminlərin Əmiri) Quranlar (süngüllərə taxılıb) göyə qaldırıanda dedin: "Ey camaat! Bu sizin üçün böyük sınaqdır. Sizi aldatdılar. Bu sizə sınaqdır". Ancaq onlar haqdan boyun qaçırdılar və sənə qarşı çıxdılar. Sən isə, Allahın dərgahında bağışlandın və mövzuu özlərinə buraxdın. Bəs haqq aşkar edilib və (Müaviyə və tərəfdarlarının) pisliyi ifşa edildikdən sonra, haqdan cayıb, azdıqlarına etiraf edib bir-biri ilə münaqişəyə keçdilər. Səfahətlə səni bir həkəmiyyətə məcbur etsələrdə, sən ondan çəkinməzdən ancaq onlar onunla maraqlanırdılar. Bəs sən özünü ondan kənara çəksəndə onlar işlədikləri günahı rəva bildilər. Sən doğru və aydın yoldan xəbərdar idin, onlarsa yayındırıcı və kor-koranə yolları izləyirdilər. Onlar daima ikiüzlülüklərinə təkid edirdilər. Nəhayət Allah çirkin əməllərinin cəzasını onlara daddırdı və düşmənlərini, sənin qılıncınla məvh etdi və bu üzdən onlar bədbəxt oldular və sənin höccətinə görə, səadətlini dirildib və onu hidayət etdi. Hər səhər və axşam vətənində olduğun və səfərdə olduğun hər zaman Allahın salamı olsun sənə! Heç bir sitayiş etdən və prəstişkar səni vəsf edəbilməz və heç ibr eybaxtaran sənin fəzlini inkar edəbilməz. Sən, Allahın bəndəliyində hamıdan yaxşı, təqvada hamıdan xalis və dini qorumaqda hamıdan möhkəm idin. Sən var gücünlə, İlahi hüdudunu bərpa etdin və dindən qaçan qoşunu, qılıncınla iflic etdin. Müharibə odlarını, barmağının ucu ilə södürdün, və sözlərinlə, şubhələri ortadan qaldırdın, haqqın aydın üzündən batilin hicabını götürdün, (və işlərin həyata keçirilməsində) qınayanların qınağı Allah yolunda sənin məsuliyyətinin həyata keçirilməsinə mane olmadı. Allahın sənin sitayişində dediyi, səni məddahlar və pərəstişkarların sitayişindən biniyaz edir. Pərvərdgar buyurur: "Möninlərdən, Allaha bağladıqları peymana sədaqətlə vəfa edən kişilər vardır, onların bəzisi bu peyman üstündə həlak odlular və başqaları şəhadəti gözləyirlər və əhdi-peymanı əsla pozmazlar", əhdini pozanlar, zalımlar və dindən çıxanlarla döyüşdüyünü və Allahın Peyğəmbəri ki Allahın salamı ona və xanədanına olsun- sənə verdiyi vədini gerçəkləşdiyini görərkən, səndə əhdinə vəfa etdin. Dedin: "görəsən bu (üzümün tükləri) buna (başımın qanına) boyanması zamanı gəlib çatmayıb? Bəs, nə zaman bu ümmətin ən bədbəxti (mənim şəhadətimə) seçiləcək?" əminidin ki, Pərvərdgarından aydın dəlilin vardır və işinə tam agahlıqla, Allahın hüzuruna çatacaqsan, "hal bu ki, Allaha sövdələşdiyindən şad idin, bu elə böyük səadətdir", İlahi! Bütün lənətlrini peyğəmbərləri və onların vəsilərini öldürənlərə göndər, cəhənnəm odunun istisini onlara çatdır və sənin vəlinin (Əli) haqqını qəsb edəni öz rəhmətindən məhrum elə! O Əli ki, dini ona kamilləşdirdiyin gün (Qədir günü) onun vilayətinə yəqin və iqara edənlər onunla əhdlərini inkar edib, haqqını gizlətdilər. İlahi! Əmiəmöminin öldürənləri və haqqında zülm edənləri və onların tərəfdarlarını və dostlarını rəhmətindən məhrum et! İlahi Hüseynə zülm edənlərə və onun qatillərinin tərəfdarları və düşmənlərinin dostlarına və onu öldürməkdən razı qalraq ona yardım etməkdən çəkinən və onu xar edənlərə böyük lənət göndər. İlahi! Xüsusi ilə Məhəmməd xanədanının haqqını qəsb edən və ona zülm edən birinci zalıma və zalımların yolunu izləyən hər hansı şəxsə, qiyamət gününə qədər lənət göndər. İlahi! Məhəmmədə, sonuncu Peyğəmbərin (və onun xanədanına salam göndər) və vəsilərin ağası və sərvəri və onun pak xanədanına salam göndər və bizi onlara qoşulanlardan qərar ver və onların vilayətini qəbul edərək bizi səadətli və əzabdan amanda qalanların sırasına keçir onlar ki, heç zaman qorxmayacaq və kədərlənməyəcəklər.