İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə: Qəzza Şəridindəki Həmas hökuməti, baş nazir İsmayıl Haniyəyə istiqamətli, sui-qəst təşkil etmək üzrəykən yaxalanan 10 nəfərin etiraflarını ictimaiyyətə açıqladı.
Fələstin Milli Birlik hökuməti dövründə Daxili işlər Nazirliyi vəzifəsini üstlənən Həmas liderlərindən Səid Siyam, Qəzzada təşkil etdiyi mətbuat konfransında, yaxalanan 10 nəfərin başda İsmayıl Haniyə olmaq üzrə hökumətin və Həmasın digər üst səviyyə liderlərinə sui-qəst tənzimləmə cəhdində iştirak etdiklərini etiraf etdiklərini bildirdi. Siyam, su
... Ardını oxu »
Danimarka parlamentinin deputatları İrana gözlənilən səfəri təxirə salıb. Buna səbəb rəsmi Tehranın Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə görə üzrxahlıq tələbidir.
On danimarkalı deputatın səfəri fevralın 18-dən başlanmalıydı. Fevralın 15-də isə İran parlamenti Danimarkanın qanunverici orqanına məktub göndərərək, karikaturanı yenidən dərc etmiş 17 qəzetə görə üzrxahlıq çağırışı edib. İranın parlament üzvlərinin fikrincə, üzrxahlıq İran əhalisini inandıra bilər ki, danimarkalı deputatlar islam dininə qara yaxılmasının iştirakçısı deyillər.