Bazar ertesi, 23.12.2024, 21:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 13 » SEYYİD HASAN NESRULLAHLA QISA TANIŞLIQ
    22:15
    SEYYİD HASAN NESRULLAHLA QISA TANIŞLIQ
    nullSeyyid Həsən Nəsrullah 31 Avqust 1960-cı ildə Livanın cənubunda olan əl-Bezuriyə kəndində dünyaya gəlib. Atası Əbdulkərim meyvə tərəvəz alveri ilə məşğul idi. Həsən, atasına köməkçi olmaq üçün onun dükanına gedib gəlirdi.

    Dükanın divarında İmam Musa Sədrın şəkili asılı idi. Bu şəkil Seyyid Həsənin, İmam Musa Sədrə istiqamətli sevgisinin və o zaman Məhrumlar Hərəkatı olaraq bilinən Əməl hərəkətinə qarşı əlaqəsinin ilk qığılcımı olmuşdu.

    Seyyid Həsən o zamana qədər din alimlərindən heç biri ilə əlaqəsi yox idi . Ailəsinin içində tanınmış bir din alimi olmamasına baxmayaraq Seyyid Həsən dinə sevgi və maraq duyan bir uşaq idi. Bu dinə meyl hissi namaz və oruc kimi bilinən ibadətlərlə məhdud deyildi. Onun bu dinə meyli özünü 1976-cı ildə Nəcəfə getməyə və orada İslami elmləri təhsil almaq üçün elm hövzəsində təhsilə başlamağa yönəlti.
    1978-ci ildə Livana döndü və Seyyid Abbas Musavinin qurduğu əl-İmam əl-Muntəzər mədrəsəsində təhsilinə davam etdi. Eyni zamanda Əməl hərəkətindəki siyasi fəaliyyətlərə də qoşularaq Əməl hərəkətinin Bəqaa bölgəsinin siyasi büro sədri oldu.

    Hizbullahın Qurulması
    İmam Musa Sədrin Liviyada sirrli bir şəkildə qaçırılmasından sonra Əməl hərəkətinin lider heyətində böyük ixtilaflar yarandı. Bu ixtilafların nəticəsində lider heyətlərdən bir hissəsi ayrılaraq Livan Hizbullahını qurdu.
    Seyyid Həsən Nəsrullah da hizbullahda müxtəlif vəzifələrdə fəaliyyət göstərirdi. Hizbullahın liderlik şurasının üzvlərindən oldu. Buna baxmayaraq dərslərinə ara vermədi və elmi təhsilini davam etdirdi. 1989-da təhsilini davam etdirmək üçün Quma (İrana) getdi. Lakin İsrailin Livana və hizbullah döyüşçülərinə etdiyi sıx hücumlarından sonra Qumda bir ildən çox qala bilmədi və İsrailə qarşı döyüşmək üçün təkrar Livana döndü.

    Seyyid Abbas Musavinin öldürülməsi
    1992-ci ildə Hizbullah Baş Katibi Seyyid Abbas Musavinin öldürülməsindən sonra Hizbullahın liderlik şurası Seyyid Həsən Nəsrullahı hərəkatın yeni Baş Katibi vəzifəsinə seçdi. Abbas Musavinin ailəsilə birlikdə İsrail tərəfindən öldürülməsi Livan xalqında, xüsusilə də hizbullah döyüşçülərində çox dərin bir təsir yaratdı.

    Bu mərhələdən sonra Hizbullahın mübarizəsi və döyüşü yeni bir dövrə qədəm qoydu. Livan xalqının Hizbullaha olan dəstəyi gənişləndi və nüfuzu yayıldı. İsrail də 1993 və 1996 illərində Livana qarşı geniş diametrli əməliyyatlar edərək Hizbullahı ortadan qaldırmağa çalışdı; lakin özündən çox daha az hərbi imkanlara sahib olan Hizbullahın güclü müqavimətilə qarşılaşdı.

    Oğulunun öldürülməsi
    hizbullahın 1997 ci ilin sentyabrında cənub Livandakı Cəbəlu'r Rəfi bölgəsində İsrail ordusunun hücumunda iki Hizbullah döyüşçüsü həyatını itirdi və cənazələri İsraillilərin əlinə düşdü. İsrail televiziyasI bu iki əsgərin şəxsiyyətini bilmədən onların qanlı şəkillərini efirə buraxdı.
    İsrail televiziyasında efirə çıxan , bu iki döyüşçüdən birinin Hizbullahın Baş Katibi Seyyid Həsən Nəsrullahın oğulu Seyyid Hadi olduğu məlum oldu. Bu xəbərin yayılması, Livanda çox güclü təsir edici rol oynadı.

    Livan tarixində baş vermiş vətəndaş müharibəsi dövründə gərəksə İsrail işğalına qarşı icra edilən döyüş əsnasında, siyasi və ya digər qrupların liderlərindən birinin oğulunun döyüş meydanında öldürüldüyü hələ görülməmiş bir hadisə idi.
    Bu hadisə Livandakı ictimai istiqamətlərindəki Hizbullah baş katibinə qarşı simpatiya, hörmət və sevginin artmasına səbəb oldu. Hansı dindən və ya təriqətdən olursa olsun bütün Livan xalqı bu hadisənin təsiri altında qalmışdı. Livan siyasi liderləri bir-biri ardına Seyyid Həsən Nəsrullaha başsağlığı verməyə başladı. Bu başsağlığıları və hörmət ifadələri Livanla məhdud qalmadı. Dövrün Səudiyyə ərəbistanı Vəliahdı Əmr Abdullah kimi dövlət adamları da ilk dəfə Hizbullah Baş Katibinə bir başsağlığı mesajı göndərmişdi.

    2000 İl və Zəfər
    2000-ci ildə Fələstin Muxtariyyatının Lideri Yasir Ərafatın Amerikalı və İsrailli səlahiyyətlilərlə müzakirələrində heç bir irəliləmə əldə edə bilmədiyi bir vaxtda , İsrail Hizbullahdan ən kiçik bir imtiyaz ala bilməyərək cənubi Livandakı işğal etdiyi torpaqlardan çəkildi.

    İsrail, bölgədəki hərbi hissələrini davamlı olaraq Hizbullah hücumlarına hədəf olmasına görə Şebaa Fermaları xaricindəki bütün hərbi hissələrini işğal etdiyi Livan torpaqlarından çəkdi. İsrailin tarixi boyunca ilk dəfə işğal etdiyi bir torpaqdan qeydsiz şərtsiz geri çəkilmiş olması İsrail baxımından ağır bir məğlubiyyət olaraq xarakterizə edildi.

    Bu hadisə, Hizbullahın müqavimətə söykənən tutumunu gücləndirərkən, Seyyid Həsən Nəsrullahın da Ərəb cəmiyyəti arasında bənzərsiz bir qəhrəman olaraq xatırlanmasına səbəb oldu.

    Livan Hizbullahı bu zəfərin ardından Livan siyasi arenasındakı yerini də gücləndirmişdi. Hizbullah, Livan Parlamentində çox sayda millət vəkili İlə təmsil edilərkən, Fuad Sinyora Kabinetində də nazirləri vəzifə əldə etdi.

    Hizbullah və İntifada
    Hizbullahın cənub Livandakı qalibiyyəti, Fələstinlilər arasında da siyasi və hərbi sahədə böyük bir təsirə malik oldu. 1990-cı illərin başında Oslo Razılaşmasına böyük ümidlər bağlayan Fələstin xalqı, Hizbullahın 2000 iliN Mayında İsraili cənub Livandan çıxarmasından sonra artıq "Fələstinlilərin problemlərinin işğalçı rejimlə barış müzakirələri etməklə həll edilməyəcəyini" ifadə etməyə başlamışdı.

    Bu tutumun Əqsa intifadasının başlamasında böyük bir təsiri olmuşdu. Əqsa intifadasıyla güclənən Həmasın, Fələstin seçkilərini qazanmasıyla Fələstindəki siyasi müddət də yeni bir mərhələyə girmişdi. Həmasın seçki zəfərinin ardından başladılan beynəlxalq embarqo, Həmas hökumətini yıxmağa gücü çatmadı.

    Fələstinli qruplar, İsrail ordusunun sahildəki Fələstinli bir ailəni top atəşiylə öldürərək pozduğu Şarmu'ş-Şeyh atəşkəs razılaşması qarşısında bir İsrail əsgərini əsir götürərək cavab vermiş oldu. İsrailin əsir alınan əsgərini qurtarma səbəbiylə Fələstin şəhərlərinə istiqamətli başlatdığı hücumlar, Fələstinli deputat və nazirlərinin girov tutulmasına kimi kuliminasiya nöqtəsinə çatdı.

    Beynəlxalq cəmiyyətin İsrailin Fələstində tətbiq etdiyi nisbətsiz şiddəti izlədiyi bir sırada Hizbullah 12 İyul 2006-da Hizbullah komandiri İmad Muğniyənin rəhbərliyi ilə bir əməliyyat təşkil edərək iki İsrail əsgərini əsir götürmüş Orta şərqdə yeni bir müharibənin vaxtından əvvəl (İsrail əvvəl axır müharibə başladacağını sionist baş naziri özü də etiraf etmişdi) başlamasına səbəb olmuşdu.

    Bir çox siyasi müşahidəçinin ənənəvi ərəb-İsrail mübarizəsindən fərqli olduğunu ifadə etdikləri yeni müddət, Hizbullah Baş Katibi Həsən Nəsrullah tərəfindən bu ifadələrlə qiymətləndirildi:
    "Bundan sonra siz açıq bir döyüş istədiniz, bu da açıq bir döyüşdür. Bunu siz istədiniz, hökumətiniz istədi. Oyunun qaydaları dəyişəcəksə, olsun dəyişsin. Bu gün siz kiminlə döyüşdüyünüzü bilmirsiniz. Siz, Məhəmmədin (s) Əlinin(ə), Həsənin(ə), Hüseynin (ə) və Peyğəmbər Əhlibeytinin və səhabələrinin övladlarıyla döyüşə girdiniz. Siz, inancları bu yer kürəsindəki bütün insanlardan daha üstün olan kəslərlə döyüşə girdiniz. Siz tarixiylə və mədəniyyətiylə fəxr edən, maddi güclərə, imkanlara, qabiliyyətə, ağla, sükunətə, əzmə, müqavimətə, cəsarətə sahib kəslərlə döyüşə girdiniz. Allahın köməyi ilə sizin də bizim də yaşadığımız günləri görəcəyik."
    33 günlük müharibə İsrailin yenilməsinə səbəb oldu. İsrail beynəlxalq güclərin vasitəsilə atəşkəs bağlamağa məcbur oldu. İsrail əvvəl məğlubiyyətini etiraf etməsədə daha sonra nazirlər bir bir bu səbəbə görə istefaya göndərildi. Nəhayət Vinoqrad kommisiyası 33 günlük bu müharibəni araşdıraraq İsrailin uğur qazanmamasını, əslində isə məğlub olmasını etiraf etdi.
    Bu müharibədən sonra İsrail yenidən imformasiya vasitəsilə psixoloji müharibəyə başladı. Hizbullah rəhbərinin sərt cavabı İsrailin bir dəfəlik bu psixoloji müharibəni dayandırmasına səbəboldu.Bu müharibə isə İsrailin Hizbullaha hücum etməsi xəbərləri idi ki, Seyyid Həsən Nəsrullah çıxışlarının birində:"İsrail Livana hücum etsə bölgənin çöhrəsini dəyişəcək bir cavab verəcəyik"-deyərək 10 mindən çox uzun mənzilli raketə işarə etməsi, İsrailin infrustruktura nazirinin tez İsrail tərəfi sakitləşdirməsinə səbəb oldu. Eliezer bu sözləri dedi:"Nəsrullah indiyə kimi yalan danışmayıb. Nə deyibsə ona əməl edib. Əgər deyirsə 10 min raketi İsrailə tuş gətirəcəm, buna inanmaq lazımdır. Mən çox təəssüf edirəm ki, onun sözləri nəinki qorxutmaq, həqiqətdən başqa bir şey deyil".
    Bu çıxışdan sonra indiyə kimi İsrail Hizbullaha hücum haqqında heç bir şey demir. Ola bilər ki, İsrail hücum etsin ancaq bunun səbəbləri başqa yerdən qaynaqlana biər.

    Topladı və tərcümə etdi İslam-Azeri.az saytı


    Просмотров: 1400 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər