Bazar, 22.12.2024, 06:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İmam Mehdi (aleyhissalam) sünni menbelerinde

    İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində

    Həzrət Məhdi əleyhissəlama və onun zühuruna əqidə bəsləmək təkcə şiə məzhəbinə aid deyil , eyni zamanda sünni məzhəbinin g ö rkəmli hədisçiləri də, o Həzrətə aid olan hədisləri səhabə və tabeinlər vasitəsilə Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət etmiş və ö z kitablarında qeydə almışlar. Belə ki , şiə kitabları bir yana , İslamın digər məzhəblərində (Hənəfi , Şafei , Maliki və Hənbəli məzhəblərində) yazılmış kitablar da, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Məhdi (əleyhissəlam) və onun zühuru barədə buyurduğu hədislərlə doludur. Bir sıra b ö yük tədqiqatçıların araşdırmalarına əsasən, sünni məzhəbinin hədisçiləri Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) otuz üç səhabə vasitəsilə ö z kitablarında qeyd etmişlər. [1] Sünni məzhəbinin b ö yük alimlərindən yüz altısı Həzrət Məhdi əleyhissəlamın zühuruna aid olan hədisləri ö z kitablarında qeyd etmiş , [2] onlardan otuz iki nəfəri isə bu barədə ayrıca kitab yazmışdır. [3] Əhməd ibn Hənbəlin “Əl-Müsnəd” (vəfatı – hicri 241-ci ildə) və Buxarinin (vəfatı – hicri 256-cı ildə) “Səhih” kitabları sünni məzhəbinin ən m ö ’təbər kitablarından olub Həzrət Məhdi əleyhissəlamın doğulmasından qabaq yazılmış və həmin kitablarda o Həzrətə aid olan hədislər qeyd edilmişdir. [4] Əhməd ibn Hənbəlin qeyd etdiyi hədislər sırasında aşağıdakı hədis də vardır: “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əgər dünyanın sonuna bircə gün də qalsa , Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar , o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar.” [5]

    Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Məhdi (əleyhissəlam) , onun xüsusiyyət və nişanələrinə dair buyurduğu hədislər qədim sünni mənbələrində o qədər çoxdur ki , sünni hədisyazar və hədis əzbərləyənləri bu hədislərin təvatür həddində olduğunu bildirmişlər.[6] Qısa bir araşdırmaya əsasən, sünni məzhəbinin on yeddi g ö rkəmli alimi Həzrət Məhdi əleyhissəlama aid olan hədislərin təvatür həddinə yetişməsini ö z kitablarında qeyd etmişlər.[7] Əllamə Ş ö vkani bu hədislərin təvatür həddində olmasını sübut etmək məqsədilə “Ət-Tozihu fi-təvaturi ma caə fil-Müntəzəri vəd-Dəccali vəl-Məsih” adlı ayrıca bir kitab yazmışdır.[8] Yaxşı olar ki , indi nümunə üçün sünni məzhəbinin bir neçə g ö rkəmli aliminin bu barədə buyurduqlarını oxucuların nəzərinə çatdıraq:

    1) Ş ö vkani yuxarıda adını çəkdiyimiz kitabda Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qeyd etdikdən sonra deyir: “Bununla məşğul olanlar bilirlər ki , qeyd etdiyimiz bütün hədislər təvatür həddinə çatmışdır. Deməli, bu hədislərin təvatür həddində olmasına yəqin etdik... Bütün bu dediklərimiz bir zərrə iman və düşüncəsi olan şəxslər üçün mənə elə gəlir ki , kifayət edər.” [9]

    2) Hafiz [10] Əbu Abdullah Gənci Şafei (vəfatı hicri 658-ci ildə) “Əl-Bəyan fi-əxbari Sahibəzzaman” kitabının on birinci fəslində deyir: “Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədislər çoxlu ravilər tərəfindən s ö ylənildiyinə g ö rə təvatür həddinə çatmışdır.” [11]

    3) G ö rkəmli alim İbn Həcər Əsqəlani Şafei (vəfatı – hicri 852-ci ildə) “Səhihi-Buxari” kitabına yazdığı “Fəth əl-bari” adlı şərh kitabında deyir: “Məhdi əleyhissəlamın bu ümmətdən olması və İsa peyğəmbərin g ö ydən enərək onun arxasında namaz qılacağına dair təvatür həddinə çatmış hədislər vardır.” [12]

    4) M ö ’min Şəbəlnəci yazır: “Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) s ö ylənilmiş və təvatür həddinə çatmış hədislər g ö stərir ki , Məhdi (əleyhissəlam) onun nəslindən olub yer üzündə ədaləti bərpa edəcək.” [13]

    5) Şeyx Məhəmməd Səbban yazır: “Məhdi əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) nəslindən olması və onun qiyam edərək yer üzündə haqq-ədaləti bərpa edəcəyi barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) s ö ylənilmiş hədislər təvatür həddindədir.” [14]

    6) “Əl-Əzhər” universitetinin professoru və “Ət-Tacül-camii lil-üsul” kitabının müəllifi Şeyx Mənsur Əli Nasir yazır: “Keçmiş və müasir alimlər arasında yayılmışdır ki , dünyanın axırında mütləq, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən Məhdi (əleyhissəlam) adlı bir şəxs zühur edəcək. O , bütün İslami ö lkələrə hakim olacaq. Müsəlmanların hamısı ona tabe olacaq , o da müsəlmanlarla ədalətlə rəftar edib dini (İslam dinini) m ö hkəmlədəcək. Sonra Dəccal peyda olacaq. Həzrət İsa (əleyhissəlam) g ö ydən enərək Dəccalı ö ldürəcək , ya da Dəccalı ö ldürməkdə Həzrət Məhdi əleyhissəlama k ö mək edəcək.

    Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bir sıra fəzilətli səhabəsi rəvayət etmişdir. Əbu Davud , Tirmizi , İbn Macə , Təbrani , Əbu Yə’la , Bəzzaz , İmam Əhməd ibn Hənbəl və Hakim Nişaburi kimi b ö yük hədisçilər həmin hədisləri ö z kitablarında qeyd etmişlər.” 1

    Sünni məzhəbinin ən g ö rkəmli alimlərindən olan İbn Əbil-Hədid bu barədə yazır: “Bütün İslami firqələr bu əqidədədirlər ki , dünyanın və bəşərin İlahi h ö kmləri icra etmə təklifinin sonu Məhdi (əleyhissəlam) zühur etdikdən sonra yetişəcək.” 2


    [1] Əmin-amanlıqmüjdəsi, səh. 91–92.

    [2] Əmin-amanlıqmüjdəsi, səh. 92–95.

    [3] Əmin-amanlıqmüjdəsi, səh. 95–99.

    [4] Səhihi-Buxari, c.4, səh.633; Əhməd ibn Hənbəl, Əl-Müsnəd, c.1, səh. 84 , 99 , 448.

    [5] Əl-Müsnəd,c.1, səh.99.

    [6] Hədisin təvatür həddinə çatması o deməkdir ki , həmin hədisi çoxlu sayda hədisçi eyni məzmunla rəvayət etmişdir.

    [7] Əmin-amanlıqmüjdəsi, səh. 90–91.

    [8] Əmin-amanlıqmüjdəsi, səh. 91.

    [9] Qayətül-mə’mulfi-şərhit-tacil camii-lil-üsul, c.5, səh.327.

    [10] Hafiz o şəxsə deyilir ki , Peyğəmbər sünnəsinə dərindən yiyələnib bu barədə ixtilaflı və müvafiq məsələləri bilsin və hədis söyləyənlərin avtobioqrafiyasından xəbərdar olsun. (Elmül-hədis, c.2, səh.22.)

    [11] Müntəxəbül-asar,səh.5.

    [12] Fəthəl-baribişərhi-Səhihi-Burxari, c.6, səh. 493–494.

    [13] Nurul əbsar,səh.171.

    [14] Nurul-əbsar,səh.140.

    1 Ət-Tacul-camii lil-üsul , c.5 , səh.310.

    2 Şərhi-Nəhcül-bəlağə( İ bn Əbil-Hədid) , c.10 , səh.96.
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (23.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2959 | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər