Bazar, 22.12.2024, 08:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 15 » imam ESGERİNİN VİLADET GUNU MUNASİBETİ İLE HAMINI SAYT EHLİ OLARAQ TEBRİK EDİRİK
    11:47
    imam ESGERİNİN VİLADET GUNU MUNASİBETİ İLE HAMINI SAYT EHLİ OLARAQ TEBRİK EDİRİK
     
     
    İMAM HƏSƏN ƏSGƏRİ (ƏS)-IN VİLADƏTİNİN İLDÖNÜMÜ

     

     

    İslam Peyğəmbəri (s.ə.s) Əhli-Beytinin parlaq ulduzlarından olan İmam Həsən Əsgəri (əs)-ın viladətinin ildönümündəyik. O Həzrət 232-ci h.q ili belə bir gündə dünyaya göz açdı. O Həzrətin ömrü 28 ildən artıq olmasada, İslam elmləri və müarifindən ibarət böyük bir xəzinə irsə qoydu. Bu günün münasibəti ilə siz əzizləri təbrik edirik.

    Deyilənlərə görə İmam Həsən Əsgəri (əs)-in mehriban və cazibəli sifəti varidi elə ki onunla görüşənləri təsir altında alırdı. Tarix boyu imamdan çəkinən bir çox şəxslər, O Həzrəti görməklə dəyişilib onun tərəfdarları sırasına daxil olurdular.

    İmam Həsən Əsgərinin imamət dövrü 6 il olub və onun çoxuda sürgün və zindanda keçib. O Həzrtəin yaşayışı üç Abbasi xəlifələri Mütəz, Mühtədi və Mötəmidin xəlafət dövrünə təsadüf edirdi.

    İmam Həsən Əsgəri (əs) uşaq idi ki, Abbasi xəlifələri onun atası İmam Hadi (əs)-ı Mədinədən Samirraya köçürtdülər və O Həzrət də atası ilə Abbasi xəlifələrin hökumət mərkəzinə getdi. Abbasi xəlifələrinin istibdadçılığına görə İmam Həsən Əsgəri (əs) tədirs və mübahisə aparmaq üçün çətin şəraiti yaşayırdı və onun xalq kütlələri ilə əlaqəsi də çox çətin idi. Buna görə də, müxtəlif metodlar, o cümlədən məktub yazmaqla xalqı maarifləndirirdi.

    İslam alimlərindən olan İbni Səbbağ İmam Həsən Əsgəri (əs) barədə belə deyir: "Öz dövrünün yeganəsi idi və kimsə onunla bərabərlik etmirdi. O elm zirvəsində dayanaraq xalqın problemlərini həll edirdi həmçinin özünün özəl fikri ilə həqiqətləri açıqlayırdı.

    Əhli-Beytin (əs) əsas məsələlərindən biri, imamət və rəhbərliyin ictimaiyyətində mövqeyini açıqlamaq idi. Onlar münasib fürsətlərdə bu barədə xalqı məlumatlandırırdılar. Onlar xatırladırdılar ki, nalayiq şəxslərin hakim kəsilməsi ilə, ictimaiyyətə zərbə əndirirlər və ictimaiyyət fəlakətə doğru istiqamətlənər. necə ki, tarix boyu bu məsələnin də şahidi olmuşuq.

    İmam Həsən Əsgəri (əs) imamət məsələsinin əhəmiyyəti barədə İsmail Neyşaburi-yə ünvanladığı məktubda belə yazırlar: "Dünyada öz imam və rəhbərini tanımayan şəxs, çaş-baş qalar." Başqa yerdə də buyururlar: "Yaşayış sınaqında, yaxşını pisdən ayır etmək üçün möminlərə vacib sayılan işlər, İlahinin rəhmətindən irəli gəlir və beləliklə sizin ürəkləriniz sınaqdan keçirilir. Dinin vaciblərinə əməl eməklə, Allaha tərəf tələsin ki, pərhizkarların mövqeyi və məqamı daha aydınlaşsın."

    Xalqa yardımçı olmaq, problemlərin həllindən əlavə, səmimiliyi ictimaiyyətdə yayır. Buna görədə İmam Həsən Əsgəri (əs) Təqva və xalq üçün faydalı olmaq xüsusiyyətlərini insan üçün ən kamil özəllik adlandırıb buyururlar: "İki  xüsusiyyədən üstünü yoxdur. Allaha iman və qardaşlar üçün faydalı olmaq."

    Məhəmmədhüseyni adlı bir şəxs deyir: "Bir gün İmam Həsən Əsgəri(əs)-a məktub yazaraq yoxsulluqdan şikayətləndim. Imamın cavabı ürəyimi oxşadı. O Həzrət cavabda belə yazdı: "Biz, bizə pənah gətirənlər və bizdən agahlıq tələb edənlər üçün nur mənbəyik. Bizi istəyənlər cənnətin yuxarı mərtəbələrində bizimlə olacaqlar."

    Əbuhaşim Cəfəri  dyir: "Yoxsulidim və İmam Həsən Əsgəri (əs)-dan neçə dinar pul almaq üçün getdim. Utanıb heç nə danışmadım və evə qayıtdım. İmam mənim çətin vəziyyətimi düşüdü. Neçə saatdan sonra imam tərəfindən mənim üçün 100 dinar gətirdilər. onunla bir yazıda varidi. "Ehtiyacın varsa, utanma və qorxma. Istədiyini tələb etsən əldə də edəbiləsən."

    İmam Həsən Əsgəri (əs) din qardaşlarının hüququna tanımaq və onların qarşısında təvazükar olmaq barədə buyurur: "Öz qardaşlarının hüququ ilə tanış olan şəxs onları ödəmək üçün çalışıb Allah nəzdində öz mövqeyini yüksəldər. öz qardaşları ilə təvazükarlıqla davranan, Allah yanında ən duz danışanlar sırasında yeri var."

    Zalımlar qarşısında təslim olmamaq İmam Həsən Əsgəri (əs)-ın özəl xüsusiyyətlərindən idi. O Həzrət İmamətdən əlavə başqa məsuliyyət də daşıyırdı.  O da ictimaiyyəti Həzrət Məhdə (ə.c)-nın qeybətinə hazırlaması idi. Vəd olunmuş, bəşəriyyəti nəcat verən şəxs Həzrət Məhdi (əc), İmam Həsən Əsgəri(əs)-ın oğludur və İmam Həsən Əsgəri (əs)-dan sonra qeybət dövrü başlanılır.

    Abbasi xəlifələrindən qorxusu və zalımcasına hökm sürmələri İmamın oğlunun canını təhlükə ilə uzləşdirirdi amma Allahın lütfü və İmam Həsən Əsgəri (əs)-ın tədbiri ilə Həzrət Məhədi (ə.c)-ın canı təhlükələrdən qorundu və İmam Həsən Əsgəri(əs)-ın vəfat etməsindən sonra o daha gözlərə görünmədi. Əsrlərdir ki, O Həzrətin qeybəti başlanıb. Amma yəqin ki bir gün Həzrət Məhdi (ə.c)-nın zühur etməsi ilə dünyada bütün zülm və ədalətsizliklərin təməli dağılıb, ədalət bütün aləmi bürüyəcək.

    Bir daha siz əziz oxucuları İmam Həsən Əsgəri (əs)-ın viladətinin ildönümü münasibəti ilə təbrik edib Allahdan istəyirik ki bizə də fəzilət və dözümlük yolunda addımlamaqda yardım etsin.

    Категория: Saytımızdan XƏBƏRLƏR | Просмотров: 1285 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    15.04.2008
    1. Huseynli_E (al-shia) [Material]
    Bu tebrikie saytın moderator ve adminstrator heyyetide qoşulur!

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər