Sayğac
Onlayn: 9 Qonaq: 9 İsifadeçi: 0
|
Главная » 2008 » Aprel » 17 » Tarixi ARAŞDIRRMA
|
1950-ci ildən bəri 2 milyon insan bu ölkədən baş götürüb ABŞ və başqa ölkələrə gedib
«Papa doc»la «Beybi doc»un 30 illik qanlı rejimi və 30 mindən artıq günahsız qurban... Atadan oğula ötürülən bu rejim konstitusiyanı və bayrağı dəyişir, vəzifələrə öz adamlarını yerləşdirir, burnunu dini məsələlərə soxur, onun məxfi polisi isə insanları həbs edir, siyasi dustaqlara işgəncələr verir, dünya çempionatında oynamış futbolçunu qətlə yetirməkdən belə çəkinmirdi. 1967-ci ildə ingilis rejissoru Piter Qlenvilin komediyası mövzusunu bu zalım Haiti diktatoru Duvalierin ailə macəralarından götürmüşdü. Azərbaycan indi insan hüquqlarını ən qaba şəkildə tapdayan dünya ölkələri ilə bir sırada dayanır. Bu sırada adları davamlı olaraq hallanan Zimbabve və Haitinin tarixini azacıq araşdıraraq, Azərbaycanla əhalisi bizim qədər olan Haiti arasında çox yaxın paralellər olduğunu gördüm. Hər halda, siz də görəcəksiniz... 1492-ci ildə Haitini kəşf edən Xristofor Kolumb onu “Dünyanın gözəli” adlandırmışdı. Həqiqətən də, Haiti Latın Amerikası ölkələri arasında xüsusi gözəlliyi, coğrafiyası və milli ənənələri ilə tamamilə seçilən bir ölkədir. Amma diktatura Haiti cəmiyyətini, iqtisadiyyatını, ekologiyasını və idmanını darmadağın edib. 1950-ci ildən bəri 2 milyon insan bu ölkədən baş götürüb ABŞ və başqa ölkələrə gedib. Zülmdən qaçan bu insanlar doğma vətənlərini yalnız əyin paltarlarıyla tərk edə biliblər. Ölkənin maraqlı tarixi var. Albert Manqones yazırdı ki, Haiti tarixdə quldarlıqdan birbaşa milli dövlətçiliyə keçən nadir ölkədir. 16-17-ci əsrlərdə ispan ərazisi sayılan bu yer fransızların ən mühüm koloniyası olub. Bu adadan Avropaya qənd, kofe və taxıl ixrac olunurdu. Bu gözəl ölkəni fransızlar “Karib dənizinin incisi” adlandırırdılar. *** 1790-cı illərin sonunda burada dünyanın ən məşhur qaradərili lideri Toussaint Louverturenin başçılığı altında azadlıq mübarizəsi başlandı. Amma Fransız müstəmləkəçiliyi 100 ildən çox davam etdi və sonra Haiti müasir tarixin ilk “qaradərili” respublikası oldu. “Müasir Haitinin atası” Jan Jak Dessaline yeni Haiti respublikasının ilk prezidenti seçildi. Təəssüf ki, sonradan ölkə iki yerə parçalandı - bir hissə “imperator” adlanan Henri Kristofer tərəfindən, digər hissə isə bu ölkənin tarixindəki ən böyük siyasətçi Aleksandr Petion tərəfindən tutuldu. Haitinin müasir tarixi diktatura rejimləriylə əvəzlənərək yazılıb. Amma bunlardan ən qəddarı 50-ci illərə təsadüf edir. 1957-ci ildə ölkənin prezidenti seçilən ixtisasca həkim Frankois Duvalier bəyan etdi: “Mənim hökumətim bütün haitililərin azadlıqda yaşamasına təminat verir”. “Papa dok” ləqəbli şəxs dövlət başına keçdiyi yaxın müddətdə mütləq hakimiyyət əldə etdi. 1961-ci ildə “Papa dok” (Ata doktor) Dövlət konstitusiyasını dəyişdirdi və “Haitinin əbədi prezidenti” oldu. 1960-70-ci illərdə o, cadugərlik ritualları ilə dini mövhumatı populyarlaşdırdı. Duvalier diktaturası mətbuat senzurası yaratdı. Onun terror rejimi ən azı 30 000 haitilinin ölümü bahasına başa gəldi. Ada 3-cü dünya ölkələri arasında ən qorxuncu oldu. Onun hakimiyyəti dövründə arvadı Simona Ovide, Haitinin birinci ledisi ölkənin tarixində ən hökmran qadına çevrildi. Diktatorun arvadı Simona korrupsiya və cinayətkarlıq bahasına nüfuz və güc qazanmağı bacardı. Bu qeyri-insani hakimiyyət üzündən Haitinin illərlə dünya ölkələri və qonşuları ilə heç bir əlaqəsi olmadı. *** 1960-cı il Haitinin qəddar məxfi polisi Tonton Makoutesin siyasi dustaqlara verdiyi dəhşətli işgəncələrlə xatırlanır ki, bu, “Haitililərin genosidi” dövrü adlanır. 1964-cü ildə milyonlarla haitilinin idealı olan Cozef Qaetcens Makoutes tərəfindən həbs olundu və öldürüldü. O, Karib körfəzi ölkələrinin ən gözəl futbolçularından biri idi. O, ölümüylə 3-cü Dünya ölkələrində diktaturaya qarşı mübarizə simvoluna çevrildi. Futbolçunun Amerika və Haiti vətəndaşlığı vardı və 1950-ci il Dünya çempionatında ABŞ-ın futbol komandasında oynamışdı. Haitili ananın və belçikalı atanın oğlu olan Qaetcens ABŞ-ın müxtəlif klublarında oynamışdı. 1950-ci il onun üçün əlamətdar idi - ABŞ Ingiltərəni 1-0 hesabıyla udaraq müasir futbolda yerini almışdı. 1964-cü ildə Francois Duvalier milli bayrağı dəyişdi. Bayraq üçün qara və qırmızı rəng seçildi. Anqola bayrağına bənzər qara rəng vətənpərvər Francos Toussaint Louverturenin və Haiti xalqının simvolu idi. Qırmızı rəng isə ölkənin müstəqilliyini simvolizə edirdi. Ancaq 1803-cü ildən qəbul olunmuş bayraq 1986-cı ildə yeni hökumətin qərarı ilə yığışdırıldı. *** 1967-ci ildə ingilis rejissoru Piter Qlenvilin komediyası mövzusunu zalım Haiti diktatoru Duvalierin ailə macəralarından götürmüşdü. 1971-ci ildə Duvalierin ölümündən sonra hakimiyyət onun oğlu, dünyada “Baby doc” (Bala doktor) kimi tanınan Jan Klod Duvalierə keçdi. Hüquq təhsili alan və siyasətə heç bir maraq göstərməyən oğul 17 yaşında zorən hakimiyyət başına gətirildi. Lakin o, prezidentlik işlərini böyük bacısına, inzibati işləri isə anasına həvalə etməklə, kefcil həyat sürməyə və yalnız mərasimlərdə iştirak etməyə üstünlük verdi. “Baby Doc” da atası kimi diktator idi. Haiti dəmir əllə idarə olunurdu. Bir çox müxalifət lideri həbs olundu, minlərlə haitili ölkəni tərk etdi. Korrupsiya hökumətin bütün səviyyələrini bürüdü. Səhiyyə sistemi Amerika üzrə ən pis vəziyyətdə idi. Haitinin uzunmüddətli diktatoru “Baby doc” aristokrat Mikelli Bennetlə evləndi. Üç ay keçməmiş ölkənin birinci ledisi olan böyük gücə malik Mikelli öz mulat həmyerlilərini diktatura hakimiyyətində vəzifələrə yerləşdirməyə başladı. Sonra onun “xahişi” ilə hər şeyin içində olan “Baby”nin ilhamverici anası ölkədən qovuldu. Hakimiyyətini möhkəmləndirən Jan Klod israrla islahtlar aparmaqdan imtina etdi. 1986-cı ildə onun əleyhinə aksiyalar başlandı, paytaxtı etiraz dalğası bürüdü. Yenə çoxlu qətllər, yaralılar və həbslər... Amma iflasa uğrayan Duvalier rejiminin sonu çatdı... *** Ölkədən qaçaraq Fransaya yerləşən “Baby” arvadından ayrıldıqdan sonra haitililərin qanı hesabına topladığı milyardlardan məhrum oldu. Dəfələrlə ölkəsinə qayıtmaq cəhdləri uğusuzluqla nəticələnən diktator məhkəmə qarşısına çıxarılacağından qorxaraq elə sürgündə qalmağa üstünlük verdi. 1987-ci ildə yeni konstitusiya əvvəlki rejim tərəfindən qadağan olunan bir sıra hüquqları bərpa etdi. Amma diktaturanın zərbələri elə böyük idi ki, Haitinin dağılmış siyasi həyatında ahəng yaratmaq asan olmadı. Rejimlər bir-birini əvəzlədi, Duvalier rejiminin yaratdığı cəhənnəm əzabı illərlə davam etdi. Ölkədə yalnız 1996-cı ildə demokartik seçki keçirmək mümkün oldu və Rene Preval Haitinin yeni prezidenti seçildi. O, ölkənin 200 illik tarixində demokratik yolla seçilmiş ikinci prezident sayılır. O vaxtdan bəri Haiti 3-cü Dünya ölkələri sırasında demokratik yolla inkişaf etməklə irəliləməyə başlayıb. Lakin diktatura rejimlərinin ölkəyə vurduğu zərbələrin sağalması üçün hələ illər tələb olunur... Səadət /Azadlıq qəzeti/
|
Категория: Dünyada |
Просмотров: 1211 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|