İslam.ru xəbər verir ki, Danimarka mətbuatının Həzrət Peyğəmbərin (s) təhqiramiz rəsmlərinə cavab olaraq 24 apreldən etibarən "Al Mahabba Awards" müsabiqəsi öz işinə başlamışdır. Rəssamlar, musiqiçilər, artistlər, fotoqraflar, jurnalistlər, reklam və qrafik dizaynının mütəxəsisləri, həmçinin başqa yaradıcı peşələrin nümayəndələri də öz işlərini səriştəli münsiflər heyətinə təqdim edəcəklər.
Münsiflər heyətinin sədri Abdulhəkim Murad "Khaleei Times"-sa müsahibə verərkən bildirmişdir ki, bu tədbirin əsas məqsədi Peyğəmbərə (s) olan məhəbbəti göstərməkdir. Həmçinin dünya ictimaiyyətinə, dünyəvi, xeyixahlıq və məhəbbət dini olan İslamın əhəmiyyətini başa salmaqdır. Təşkilatçıların fikrinə görə, bu tədbirin başqa səbəbi isə müsəlman gənclərin bu rəssamlıq müsabiqəsində iştirak etmələrini təmin etmək idi.
"Al Mahabba Awards" müsabiqəsi birinci dəfə 2006-ci ildə, Danimarka qəzeti "Yulands- Posten"-də dərc olunan antiislam karikaturasına cavab olaraq keçirilmişdi. Nəticədə, müsabiqə, incəsənət festivalına çevrildi və illik tədbir ənənəsi oldu. Bu il bu müsabiqədə 28 ölkədən 200 nəfər iştirak edəcəkdir. XƏDİCƏ TƏQİZADƏ
|