Bazar, 22.12.2024, 08:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    PEYĞƏMBƏRLİK

    1. İnsanın yaradılışında əsas hədəf, onun ixtiyari işləri yerinə yetirməklə təkamülə, son kamala doğru yolunu qət etməsidir. Elə bir kamal ki, ixtiyar və azad seçim yolundan başqa bir yolla ələ edilmir. Allahın hikmətli iradəsi ilk növbədə insanın kamal və səadətinə yönəlir. Amma bu səadət və yüksək məqam, əməlləri ixtiyar əsasında yerinə yetirməkdən başqa yolla hasil olmadığından, insanın həyat yolu iki istiqamətdə qərar verilmişdir. Bununla da insanın istədiyini seçməsinə şərait yaranmışdır. Təbiidir ki, düzgün olmayan yolu seçmək nəhayətdə insanı əbədi əzablara sürükləyəcəkdir.

    Bu müqəddimə ilahi ədalət və hikmət bəhsləri də aydın oldu.

    2. İnsan o zaman özünün təkamül yolunu azadlıq və agahlıq üzündən seçə bilər ki, həm hədəfi, həm də ona aparan yolu tanıya bilsin, onun eniş-yoxuşlarından, uçrum və döngələrindən agah olsun. Deməli, Allahın hikməti belə bir mə`rifətin əldə edilməsi üçün lazım olan vasitələri insanın ixtiyarında qoymasını tələb edir. Əks halda bu iş bir kəsi qonaqlığa də`vət edib, amma evinin yerini və ora gedən yolu göstərməyən şəxsə bənzəyər. Aydındır ki, belə bir rəftar hikmətin əksinə və məqsədin ziddinədir.

    3. Əql və hiss vasitəsilə əldə edilən və hər kəsin nəsibi olan mə`rifət və agahlıqlar dünyəvi ehtiyacların tə`min olunmasında mühüm əhəmiyyət ifa etməsinə baxmayaraq bu, fərdi-ictimai, maddi-mə`nəvi və dünya-axirət işlərində həqiqi səadət və kamal yollarını tanımaqda kifayət deyildir. Əgər bu ehtiyacların tə`min olunması üçün başqa bir yol olmazsa, Allahın insanı yaratmaqdakı güddüyü hədəf gerçəkləşməyəcəkdir.

    Bu üç müqəddimədən belə nəticə alırıq ki, Allahın hikməti hərtərəfli təkamül yolunu tanımaq üçün əql və hissdən kənarda olan digər bir yolun bəşərin ixtiyarına qoyulmasını tələb edir ki, insanlar birbaşa, yaxud başqa şəxs və ya şəxslərin vasitəsilə onlardan bəhrələnə bilsinlər. Həmin yol peyğəmbərlərin (ə) ixtiyarına verilən vəhy yolundan ibarətdir. Beləliklə də bəşərpeyğəmbərlərin vasitəsilə həmin yollardan bəhrələnir, son kamal və səadətə çatmaq üçün lazım olan şeyləri əldə edirlər.

    Zənnimizcə üçüncü müqəddimənin daha artıq izaha ehtiyacı vardır. Buna görə də bunun ətrafında daha artıq şərh veririk ki, bəşər elminin insanın hərtərəfli təkamül yolunu ayırd etmək üçün nöqsanlı olduğu, eləcə də vəhy yoluna olan ehtiyac tamamilə aşkar olsun.

    BƏŞƏR ELMİNİN ÇATIŞMAZLIĞI VƏ KİFAYƏT ETMƏMƏSİ

    Düzgün həyat yolunun tam aydınlığı ilə aşkar olması üçün insanın varlığının başlanğıc və sonu, başqa varlıqlarla olan bağlılığı, öz insan növləri və s. varlıqlar arasında bərqərar etdiyi rabitə, müxtəlif rabitələrin onun xoşbəxt və ya bədbəxt olmasında göstərə biləcəyi tə`sirlər aydın olmalıdır. Həmçinin, gərək bu sahədə xeyir və zərərlər, məsləhət və düzgün olmayanalarelə dəyərləndirilməli, elə tənzimlənməlidir ki, ruhi, fiziki, irqi, dini və bu kimi xüsusiyyətlərindən asılı olmayaraq bütün bəşər ailəsinin vəzifəsi müəyyən olunsun. Lakin bu işlərin hamısının öhdəsindən gəlmək nəinki bir və ya bir neçə nəfərin işi deyil, hətta minlərlə mütəxəssis belə, insanla əlaqədar, onun fərdi-ictimai, maddi-mə`nəvi, dünya və axirət mənafeyinə zəmanət verə biləcək, müxtəlif mənfəət və zərərlər arasında yaranan qarşıdurmalarda daha mühüm olan məsləhəti tə`yin edəcək elm sahələrinin mürəkkəb formullarını kəşf edərək dəqiq qayda-qanunlar şəklində bəyan edə bilməzlər.

    Tarix boyu baş verən qanuni və hüquqi dəyişikliklər göstərir ki, minlərlə mütəxəssis və alimin yorulmaz tədqiqatları və sə`yləri min illərlə davam etsə də, yenə də hərtərəfli, kamil və hüquqi bir sistem yarada bilməmiş, dünyanın bütün hüquq təşkilatları özlərinin yaratdıqları qanunların yetərli olmadığını dərk etmiş, müəyyən müddəaları əlavə etmək yaxud qüvvədən salmaqla, təkmilləşdirib islah etmişlər.

    Unutmaq olmaz ki, onlar bu qanunların yaradılmasında belə ilahi hüquq sistemlərindən və asimani şəraitlərdən çox istifadə etmişlər. Diqqət yetirməliyik ki, bütün hüquqşünasların sə`ylərinin hamısı ictimai və dünyəvi məsləhətlərin tə`min olunmasına sərf olunur. Onlar insanların axirət məsləhətlərinin tə`min olunmasına, maddi və dünyəvi məsləhətlərinin axirət ilə uyğunlaşdırılmasına heç vaxt sə`y göstərməmişlər. Əslində isə onların bu sahəyə girişməkləri nakamlıqla nəticələnəcəkdir. Çünki maddi və dünyəvi məsləhətləri elmi təcrübələrlə müəyyən qədər ayırd etmək olar, amma mə`nəvi və axirət məsələləri təcrübə ilə hiss olunmağa qabil deyildir. Və onları dəqiq şəkildə dəyərləndirmək, maddi və dünyəvi məsləhətlərlə qarşıdurma yarandığı şəraitdə onlardan hər birinin əhəmiyyətinin dəyərini tə`yin etmək olmaz.

    Bəşər qanunlarının mövcud vəziyyətinə diqqət yetirməklə insanların elminin min, yaxud yüz min illlər öncə nə qədər yararlı olmasını təxmini ehtimal vermək və belə bir qəti nəticəyə çatmaq olar ki, ibtidai insanlar həyatın düzgün yolunu ayırd etməkdə müasir insanlardan çox-çox aciz imişlər. Müasir insanın min illik təcrübələrdən istifadə edərək düzgün, kamil və hərtərəfli bir sistemə çatdığını və belə bir sistemin əbədi və axirət səadətinə də zəmanət verməsini fərz etsək belə, yenə belə bir sual yaranır ki, tarix boyu milyardlarla insanı boşlayıb onları cəhalətdə qoymaq ilahi hikmət və insanların yaradılmasında olan məqsədlə necə uyğun gələ bilər?!

    Bir sözlə, insanların əvvəldən axıra qədərki yaradılışında hədəf o zaman gerçəkləşə bilər ki, hiss və əqldən başqa həyatın həqiqətlərini, fərdi və ictimai vəzifələrin ayırd edilməsində digər bir yol mövcud olsun. Və o, vəhy yolundan başqa bir şey olmayacaq.

    Həmçinin aydın olur ki, bu dəlilə əsasən, ilk insan Allah peyğəmbəri olmalıdır ki, düzgün həyat yolunu vəhy vasitəsilə tanısın, yaradılışın hədəfi onun varlığında həyata keçsin və sonra başqa insanlar onun vasitəsilə hidayət olunsunlar.

    PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI

    İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yolu göstərməkdən, vəhyi alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm tə`sirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:

    1-İnsan əqli çox mətləbləri dərk edir. Amma bunun üçün zaman və çoxlu təcrübələrə ehtiyac vardır. Yaxud, insan həqitləri dərk edir, amma onun maddi işlərə baş qoşması, heyvani xislətlərin ona qələbə çalması nəticəsində onu qəflət və unutqanlıq yuxusu bürüyür. Yaxud, insan düzgün olmayan tə`lim və pis təbliğatlara qurban gedərək həqiqətləri əldən verir.

    Peyğəmbərlər gələrək həqiqətləri onlaraxatırladır, onları qəflət yuxusundan silkələyir, haqq və batil yollarını onlara göstərirlər.

    Buradan da peyğəmbərlərin “müzəkkir” (xatırladan) və “nəzir” (ilahi əzabdan qorxudan), Qur`ani-Kərimin isə, “zikr” (xatırlatma) və “təzkirə” adlanmasının mühüm səbəbi bəyan olunur.

    İmam Əli (ə) peyğəmbərlərin göndərilməsinin hikmətin bəyan edərkən buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, fitrət əhdi-peymanına vəfadar qalmağı camaatdan istəsin, unudulmuş ne`mətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsinlər”.

    2-İnsanın tə`lim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün varlığıdır ki, onun əhəmiyyəti artıq psixologiya elmində sübuta yetmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif tə`limatlardan əlavə, insanların ruhən tə`lim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə kömək edirlər. Bildiyimiz kimi Qur`ani-Kərim tə`lim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bə`zi hallarda təzkiyə tə`limdən qabaqda gəlib.

    3-Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi rəhbərliyini öz öhdələrinə alsın və hökumət təşkil etsinlər. Aydındır ki, mə`sum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük ne`mətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilaf, pərakəndəlik və əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunurlar.

    Категория: Dini meqaleler | Добавил: media-islam (20.02.2008) | Автор: ilkin E W
    Просмотров: 1814 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər