Cüme, 26.04.2024, 06:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » Filmin bitmeyen sonu
    15:30
    Filmin bitmeyen sonu
     
    «Qafqaz Planı bu gün də qüvvədədir!» Vernitski öz filmini belə yekunlaşdırır. Bitməyən, bəlkə də və yəqin ki, başlayan bir yekunla...

        Rusiyanın 1-ci kanalı aprelin 22-də «Qafqaz planı» adlı sənədli film nümayiş etdirdi. Filmin müəllifi Rusiyanın özündə çoxdan «Kreml jurnalisti» adı ilə tanınan Anton Vernitskidir. Rusiya bununla daha bir dəfə qərb xüsusi xidmətlərini ifşa etməyə cəhd göstərdi. Heç demə, Çeçenistanda milli azadlıq hərəkatı getmirmiş. Sadəcə Birləşmiş Ştatlar, Türkiyə və Böyük Britaniya 90-cı illərin əvvəllərində Rusiyanı mərkəzi hakimiyyətə tabe olmayan kiçik hissələrə parçalamaq istəyirmiş. Onu deyim ki, yalnız xüsusi xidmət orqanlarının arxivinə çıxışı olan şəxsin əldə edə biləcəyi məxfi materiallara əsaslanan Vernitskini Rusiyada xüsusi tapşırıqlar jurnalisti kimi tanıyırlar. Onun sonuncu əl işi Qriqoriy Yavlinskini seksual azlıqlara, bizim dildə desək «qoluboylara» bağlayan film olub.

    Film Berkan Yaşar adlı birisinin danışdıqları əsasında hazırlanıb. Əsl adı Əbubakrdır. Çeçen mənşəli Türkiyə vətəndaşıdır. Bir ara «Azadlıq» radiosunun çeçen redaksiyasında çalışmış bir jurnalistdir. Deyir ki, hələ 17 yaşında Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının əmri ilə adını dəyişərək Berkan Yaşar edib. Guya iyirmi il onu planlı şəkildə Çeçeçnistanda fəal hərəkətlərə hazırlayıblarmış. SSRİ-nin dağılması prosesinə qatılmasından həmişə qürur duyub. Birləşmiş Ştatların xüsusi xidmətinin Çeçenistanı Rusiyadan ayırmaq tapşırığını da özünəməxsus şərəflə yerinə yetirirmiş. Guya Türkiyənin yuxarılarına yaxın olub.

    Əlbəttə filmin bütün məzmununu yazmaq niyyətim yoxdur. Amma mütləq bunu deməliyəm ki, soyuq müharibə dövrünün bütün qanunlarına uyğun olaraq çəkilmiş bu film heç də Rusiyanın xoş məramından irəli gələn ehtiyac deyil. Bütün film Qərbə, daha doğrusu Türkiyə, ABŞ, Böyük Britaniyaya və Azərbaycana qarşı yönəlib. Əvvəla müəllif filmdə çeçenlərin bütün azadlıq hərəkatını bir fırıldaq maxinasiyasına transfarmasiya etdirərək o boyda mübarizəni kriminal bir əhvalat səviyyəsinə endirir. Guya Cövhar Dudayev, sonradan Aslan Masxadov Berezovskinin almaz qaçaqmalçılığında iştirak edərək milyonlar qazanıblar və sair. Guya Çeçenistanda müharibə zamanı əldə edilmiş pulları mücahidlər Afrikanın almaz və qızıl mədənlərinin işlənməsinə qoyurmuşlar və bu gün də həmin pullar mücahidlərə gəlir gətirir. Oxşar kadrlarla dəxli olmayan hadisələrə məharətlə illüstrasiyalandırılmış filmin məzmununu belə yuvarlaqlaşdırmaq olar.

    Yaşar Berkan Çeçenistanda etdikləri və şahidi olduqları barədə Rusiyanın 1-ci kanalına məktub yazıb. Törətdiyi və törədilənlərə görə peşimançılıq keçirir. Putinin Rusiyanı birləşdirib qüdrətləndirdiyini və çeçenlərin indi etibarlı şəkildə müdafiə olunduğunu görəndən sonra öz niyyətindən daşınıb. Bir sözlə, ifşa olunmuş istənilən agentin aqibəti qarşımızdadır.
    Rusiya özünün bu qədər maraqlı və qiymətli agentini şifrəsizləşdirir. Niyə? Bəlkə ona görə ki, Yeltsinin sərxoşlar kimi yıxılı-dura Rusiyasını idmançı Putin artıq ayaqda saxladı. Artıq güclənir. Bu ölkə özünü artıq başqa cür aparır. Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı xatırlayaq. «Abxaziya və Cənubi Osetiyaya qarşı hər hansı hərbi müdaxilə cavabsız qalmayacaq və Rusiya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cavab verəcək!».
    Xatırladaq ki, söhbət müstəqil bir dövlətin ərazisində zorla Rusiyalılaşdırılan əslində Gürcüstan vətəndaşlarından gedir. Bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinin müavini Valeri Semerikov İrəvanda təsadüfi olmayan tərzdə bəyan etdi ki, «müqavilədə dəqiq yazılıb: KTMT-nın hər hansı üzvünə təcavüz bütün təşkilata təcavüz kimi qiymətləndirilir və ona təşkilat hərbi-texniki yardım göstərəcək!».

    Vernitskinin «Qafqaz planı» filmində adları çəkilən dövlətlərə qarşı bir kin, bir nifrət hissinin mövcud olduğu faktdır. Bu filmdə ilk baxışda çeçen mücahidlərinə yardım göstərənlərin adları çəkilir. Amma bu siyahıda Rusiyanın iri silah alıcılarının adları demək olar ki, yoxdur. Filmdə hərarət sıfırdan aşağıdır. Daha doğrusu soyuq müharibə ovqatı var.

    Anton Sem dayı sözünü işlətməsə də kadrlar arxasındakı hədəfdə məhz o məşhur şlyapalı dayının durduğu şübhəsizdir.

    Birləşmiş Ştatlar.

    Kosova hadisəsindən sonra artıq barrikadalaşmış düşərgələrdə başqa hansı münasibətlər ola bilər ki? Britaniya,
    London və Moskva arasında heç vaxt olmadığı tərzdə diplomatik savaş gedir. Rusiyanın axtarış elan etdiyi ünvanların böyük bir qrupu buradadır. Türkiyə. Özü də maraqlıdır ki, bu ölkə həm də Rusiya ilə mal dövriyyəsinə görə ikinci yeri tutur. Türkiyə və Rusiya arasında münasibətlər heç vaxt bu qədər isti olmamışdı axı. Bəs niyə belə soyuq?

    Filmdən parça: «Berkam Yaşar: 1992-ci ilin yayında Türkiyə Silahlı Qüvvələrinin Baş Komanlanı Doğan Günəşlə Bakıya, o vaxt Azərbaycanın prezidenti Əbülfəz Elçibəylə məxfi görüşə uçduq. Biz görüşdə Çeçen respublikasına yardımın forma və üsulları barədə razılaşmalı idik. Deyəsən görüşdə o vaxt vitse-premyer işləyən Abbas Abbasov da iştirak edirdi. O təklif etdi ki, Bakıdan İstanbula çarter reysi təşkil edək!»

    Filmdən parça: İstanbul. Məhz 90-cı illərin əvvəllərində məhz Türkiyənin bu şəhəri çeçen döyüşçülərinə kömək mərkəzi kimi tanınırdı. Əslində isə belə deyildi. İstanbul hərbi hərəkətlərə xərclənən maliyyə mənbələrindən biri idi.

    Filmdən parça: Yəqin ki, yalnız Türkiyə açıq şəkildə pul verirdi. Birinci şəxslərin əli ilə. Tansu Çilər 1 milyon dollar vermişdi. Bu pul hökumətin pulu deyildi. Baş nazirin öz fondu olurdu, şəxsi xərcləri üçün. Pul o fonddan idi.

    Filmdən parça: 1995-ci ildə mənim gözümün qabağında pulların 1 milon dollarının növbəti partiyası veriləndən sonra Şamil Basayevin Budyonnovska yürüşü təşkil edildi. Sonralar pul verilmələrində Türkiyənin indiki prezidenti Abdullah Gül də iştirak edirdi.

    Filmdən parça: Qroznı-Bakı. Təyyarə burada dayanacaq edir. Sonra Birləşmiş Ərəb Əmirlikləri-Dubay, sonra Ciddə, sonra isə Küveyt…

    Filmdən parça: Qronzdan təyyarələr nəzəri cəhətdən xaricə uça bilməzdilər. Amma aviadəstə 1992-ci ildə belə bir icazəni Bakıya ala bildi. Elə bu da kifayət idi. Almaz, qızıl və başqa qaçaqmalı ilə yüklənən təyyarələr Qroznıdan Bakıya doğru uçurdular. Amma yerə enmir. Sadəcə olaraq Bakı aeroportunun dispetçerinin məsuliyyət zonasına düşmək üçün aşağıdan uçur. Yəni təyyarə elə havadaca dövləti mənsubiyyətini dəyişir. Bakı dispetçerlərinin səyi, Bakı aeroportu rəhbərliyinin göstərişi ilə Azərbaycan təyyarəsinə çevrilir və yoluna davam edir.
    Anton Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən də müsahibə alıb. Bir növ sözünə qüvvət kimi.

    Filmdən parça: Qafqazda ən nüfuzlu dini liderlərdən biri olan Şeyxulislam Hacı Allahşükür Paşazadə bizimlə öz iqamətgahında danışır. O təsdiq edir ki, xarici xüsusi xidmət orqanlarının işi Dağlıq Qarabağda münaqişəni qızışdırmaqla başladı. Onlar fəal sürətdə Qafqaz ərazisinə soxuldular.

    Hacı Allahşükür Paşazadə: «Mən elə düşünürəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Fəal sürətdə "soxuldular" demək yumşaq demək olardı. Söhbət Rusiyanı parçalamaqdan, ona təcavüz etməkdən gedirdi…»

    Bizə müsahibəsində isə Şeyx fikirlərinin təhrif olunduğunu söylədi. Dedi ki, o əvvəl Qarabağ, daha sonra isə Sovet İttifaqı barədə danışıb. Yəni Şeyx xarici xüsusi xidmət orqanlarının SSRİ-nin dağılması prosesində iştirakını nəzərdə tuturmuş. Dini zəmində müharibələr barəsində dedikləri isə ənənəvi dinlə radikal dindarlar arasında gedən mübarizə zəminində söylənilib.

    Filmdə ən sərt ittihamlara məruz qalan Türkiyənin açıq şəkildə mücahidlərin sponsoru kimi təqim olunan tikinti şirkəti ENKA xüsusi bəyantla çıxış edib. «Biz bəyan edirik ki, 2008-ci il, aprelin 22-də Rusiyanın Birinci kanalında «Qafqaz Planı» adlı verilişdə bizim şirkətlə bağlı olan bütün məlumatlar başdan ayağa əsassızdır və həqiqətə uyğun deyil! Biz bu ittihamları rədd edirik». Çeçenlərin Qafqaz-Center saytı isə bu filmə deyəsən o qədər də ciddi yanşmayıblar. Elə ENKA şirkəti ilə bağlı sadalanan fikirlərə açıqladıqları reaksiyanı götürək. Bu filmin pulunu Rusiyanın tikinti-inşaat oliqarxları veriblər ki, meydandan rəqiblərini, Soçi Olimpiya tenderinə iddialı olan türk şirkətini meydandan çıxarsınlar. Ağlabatan fərziyyəyə niyə də oxşamasın?! Axı ENKA Rusiya ərazisində ən müvəffəqiyyətlə çalışan türk şirkətlərindəndir.

    «Qafqaz planı» filmi artıq xeyli şübhələrə əsas verir. Berkam Yaşar və digər həmsöhbətlər müsahibəsində adını çəkdiyi dövlətləri yəqin ki, tərifləmək üçün sadalamır. Amma Yaşar elə nüfuz sahibi də deyil ki, ona inansınlar. Türkiyədəki çeçen diasporası arasında uğursuz jurnalist və dələduz kimi tanınan bu adam, habelə Qafqaz planında fikirlərinə səxavətlə yer verilmiş Şemsaddin Yusif sadəcə çilingər kimi dövriyyədədir. Onların dediklərini isə Anton Vernitskinin qərəzli müşahidələri müşayiət edir. Film əsaslı tənqidə dözmür, xüsusilə onun sonu. Berkam Yaşar Putinə az qala abidə ucaldandan və öz peşimaçılığını etiraf edəndən sonra onun obyektivliyinə kim inanar ki?
    Elə Vernitskinin Rusiyalı həmkarları bu filmi tamaşaçının peysərinə Amerika Rusiyanı partladır demək məqsədilə endirilən ideoloji külüng adlandırırlar. Maraqlıdır, görəsən Rusiya niyə birdən-birə belə açıq oynamağa başlayıb? Axı filmdə səslənən faktlardan sonra bu ölkələr öz səfirlərini heç olmazsa izahat üçün geri çağırmalıdırlar.

    Qəzəb göz qabağındadır. Qəzəbli başda isə ağıla yer qalmır. Əlbəttə axtarsan təsəlli üçün də yer tapmaq olar. Məsələn, Rusiyada bu baş verənlər yol ayrıcında meydana çıxır. Medvedyev hələ prezident deyil. Putin isə gedir. Dünya Rusiyanın aralıq vəziyyətinə düşüb. «Qafqaz Planı bu gün də qüvvədədir!» Vernitski öz filmini belə yekunlaşdırır. Bitməyən, bəlkə də və yəqin ki, başlayan bir yekunla
    www.ans.az

    Mir Şahin
    Категория: Dünyada | Просмотров: 1602 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər