Bazar, 22.12.2024, 06:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Loğmanın öz oğluna nəsihətləri
    • Ey oğlum! Dünyaya o qədər aludə olma ki, axirəti unudasan. Dünyaya o qədər etinasız olma ki, müftəxorcasına başqalarına yük olasan.

    • Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən... Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan.

    • Ey oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq: Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş!

    • Min nəfər dostun olsa yenə azdır. Bircə düşmən qazanmağa da çalışma, çünki düşmən bircə nəfər olsa da çoxdur.

    • Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən.

    • Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən.

    • Günahlardan tövbə etməyi təxirə salma, çünki ölüm qəfil gəlir.

    • Ey oğlum! Hər kim: "Ey Allah, bağışla!" - desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir.

    • Pis yoldaşdansa, tənhalıq yaxşıdır.

    • Ey oğlum! Özündən böyüklərlə məşvərət et. Hərdən özündən kiçiklərlə də məsləhətləşməkdən utanma.

    • Günahkar və bədxasiyyət adamlarla dostluq etmə! Onlar köpək kimidirlər; əgər səndə bir şey tapsalar, yeyib qarınlarını doyurarlar. Əks halda sənin barəndə pis sözlər danışıb səni rüsvay edərlər. Onların dostluğu bir saatdan artıq sürməz.

    • Ağıllı adama o xasiyyət yaraşır ki, öz ailəsi ilə uşaq kimi rəftar etsin, cəmiyyət içində isə özünü vüqarla aparsın.

    • Ey oğlum, camaatı söymə ki, öz ata-anan da söyülməsin.

    • Ey oğlum, insanın vücudu üç hissədən ibarətdir. Bunların biri Allaha aid, digəri özünə aiddir, o biri isə ilan-çayır və həşəratlar üçündür. Allaha aid olan hissə ruhdan ibarətdir. İnsanın özünə aid olan hissə onun əməlləridir. İnsanın bədəni isə (öləndən sonra) ilan-çayır və həşəratlara qalar. İlan-çayırdan ötrü (yəni öz cismani istəkləri üçün) çalışan adam ziyan çəkmişdir.

    • Ey oğlum, pislik pisliklə ləğv edilməz; axı odu odla söndürməzlər. Pisliyi yaxşılıq vasitəsilə ləğv edərlər; odu su ilə söndürərlər.

    • İnsanları yaxşı əməllərə çağır, pis işlərdən çəkindir. Nə qədər ki, səni hesaba çəkməyiblər, öz-özünü hesab çək!

    • Söz gümüşdürsə, sükut qızıldır.

     

    Topladı: Natiq Rəhimov (natiq@islam.az)



    Источник: http://islam.az
    Категория: Dini meqaleler | Добавил: al-shia (23.07.2008)
    Просмотров: 2115 | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər