Şenbe, 21.12.2024, 20:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 50
    Qonaq: 50
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    ƏHLI SÜNNƏT ADI ALTINDA DÜŞMƏNLƏRIN IFTIRALARI (1ci hissə)

    Bismillahirrəhmanirrəhim

    Əhli beyt məktəbinə düşmənlərin yağdırdığı iftiralar.

    Tarix boyu islam dininin düşmənləri müxtəlif vasitələrlə bu dinə və onun daşıyıcılarına qarşı mübarizə aparıblar. Onlar zaman keçdikcə mübarizə yollarını modernləşdirib ən şiddətli yolları seçiblər. İndiki zamanda həmin düşmənlər söz azadlığı, insan hüquqları, ümumdünya sülh proqramları və terorizmə qarşı mübarizə adı altında zahırdə aldadıcı olan şüarlar səsləndirməklə islam dininin faydasız olmağını bəşəriyyətə təlqin etmək istəyirlər. Bu arada bir dəstə dar düşüncəli və sadəlövh kəslər onların şüarlarının eyni həqiqət olduğunu zənn edib tutuquşu kimi həmin iddiaları təkrar etməklə onlarla həmməslək olduqlarını göstərməyə çalışırlar. Əslində bu nökərlər asan şöhrət tapacaqlarına ümüd bəsləmyib düşmənlərə ixtiyarsız olaraq köməklərini göstərirlər. İslam dininin düşmənləri əvvəllər silah və müharbə gücünə müsəlmanlara hakim olmağa çalışırdılar. Bununla onlar öz hakimliyini bərqərar edirdilər. Amma indi onlar müxtəlif planlar cızmaqla heç bir itki vermədən müsəlmanları özlərinə qul etməyə cəhd gösrərirlər. Müsəlman mənəviyyatını puç edib onların gözündə qərb əxlaqsızlığını gözəl cilvələndirməklə ağılsız qərbpərəstləri tə`rif edib şirnikləşdirmək ən asan yoldur. Biz bu sözlərimizlə heç də qərbin əldə etdiyi elmi texniki nailiyyətləri inkar etmək istəmirik, əksinə həmin elmi nailiyyətlərdən istifadə vacibdir. Lakin bununla biz özümüzün milli və mənəvi dəyərlərimizi qorumalıyıq. Əgər qərb mədəniyyətini iki əlli qəbul etsək bir zaman bizdən kiminsənin həyat yoldaşı Fransa dövlətinin nazirinin arvadına iqtida edib “yaxşı günlərin” birində məşuqu ilə yaşamağı üstün tutub onun qucağına getsə onda biz Azərbaycanlı müsəlman kimi yox qərbə vurulmuş “peysər” olmağımızla fəxr etməliyik. Bu gün qərb dünyasının bizi özünə tərəf dəvət etməsində məqsədi onların elmi texniki tərəqqi yolunda qazandıqları nailiyyətlərə yiyilənmək yox əslində tənəzzülə uğramış mənəviyyatsızlığı bizə təhmil etməsi üçündür. İndiki zamanda İslam dininin düşmənləri müsəlmanları öz dinləri ilə qarşı-qarşıya qoymaq məqsədilə onların arasında ixtilaf yaratmağa daha çox üstünlük verirlər. Bunun bariz nümunəsi bir dəstə güya “qələm sahibləri”-nin heç bir həqiqəti olmayan iftiraları müsəlmanlara yağdırmalarıdır. Bu da nəticədə müsəlmanlar arasında düşmənçilik hislərinin  yaranmasına gətirib çıxarır. Həmin müzdur dəstələrdən biri də 18-ci əsrdə düşmənlərin müsəlmanlar arasında təfriqə və düşmənçilik icad etmək üçün xüsusi səkildə yaratdıqları vəhhabi firqəsisir. Amma bu firqəni canfəşanlıqla yaradanlar sonralar özləri onların əlində əsir qaldılar. Vəhhabiyyət kabusu dünyanı başına alandan hər bir məzhəb özünü müdafiə etməyə qalxdığı kimi şiə məzhəbi də onların iftiralarına cavab verməyi lazım bildi. Vəhhabiyyətin həqiqi siması dünyada ifşa olunandan sonra bu firqə özünü əhli sünnət adı altında sığortalamağa başladı, amma onların suallarını dinləyəndə məlum olur ki, bu sual haradan nəşət tapır. İnsan əhle sünnətlə çox yaxın əlaqədə olanda bu məsələnin əhəmiyyəti tam aydın olur. Məlum olur ki, ixtilafların 80% onların şiələr haqqında uydurduqları iftiraların təsirindən yaranıbdır. Onlar şiələri Qurana etiqadı olmayan, muşrik, cinayətkar, quluv (mübaliğəyə yol verən) edən, namzların bəzilərini qılmayan və hətta müsəlman olmayan bir tayfa adladırırlar. Bu cür üzdən iraq “alimlər” dünyada şiə məzhəbi ilə əlaqəsi olmayan əqidə tapıblarsa onu şiələrin etiqadı kimi qələmə çəkiblər. Məsələdən xəbəri olmayan avam kütləni azdırmaqda davam edirlər. Xülasə şiə məzhəbini ləkələyib onu islamdan kənar olduğunu göstərmək üçün bütün səylərini göstərirlər.

    Bu məqaləni yazmaqda məqsəd:

    Məqsədimiz şiə məzhəbinə iftiralar yaxmaqla bilərəkdən ya da bilməyrəkdən islam ümmətini birləşməyə qoymayanlara xidmət edən  bu zəminədə yazılmış bəzi kitabları tanıtdırmaqdır. Şiələr arasında özünü ağıllı kimi göstərməyə çalışanlar bəzən də ağızları köpüklənə-köpüklənə vəhdəti hifz edək deyə şüarlar verirlər. Əvvəla hamıdan öncə biz  vəhdətin hifizinə çalışırıq. Bəzən bu düşmənlərin müqabilində səbr edəndə onlar daha artıq dərəcədə həyasızlıq edirlər. Deməli biz heç də həmişə müdafiə mövqeyində durmamalıyıq ki, xəyanətkarlar məqamdan istifadə edib çürük kəllələrinə nə gəldi şiəyə yaxsınlar. Gərək həmin iftira sahiblərini ən biabırçı şəkildə ifşa edib camaata tanıtdıraq. Bu iftiraların bəzilərini dərc edirik ki, onların nə dərəcədə yalan və həqiqətdən uzaq olduğu aydın olsun.

    1)“Minhacus-sünnətin-nəbəviyyə fi nəqzi kəlamiş-şiətil-qədəriyyə” Müəllif Təqiyyuddin Əhməd ibn Əbdulhəlim ibn Teymiyyə Hərrani Dəməşqi (vəfat 727 hicri qəməri)

    İbni Teymiyyənin şiə məzhəbi haqqında yazdığı uydurmaları göstərməzdən öncə yaxşı olar ki, onun haqqında qısa bir məlumat verək. Bununla da məlum olsun ki, əslən bu adam normal bir insan olub ya.....  Əhməd ibn  Əbdulhəlim, ibni Teymiyyə hicri  qəməri tarixinin 661-ci ilində Rəbuil-əvvəl ayında Suriyanın Hərran şəhərində anadan olub. Yeddi yaşında ikən monqolların hücumundan amanda qalmaq üçün ailəsi ilə birlikdə Şam şəhərinə (Dəməşq) köçüb. Atası hənbəli məzhəbindən olan ruhani idi, elə buna görə də atası təhsil almaq məqəsdilə onu hənbəlilər mədrəsəsinə qoyur. 698-cı ilə qədər Dəməşq şəhərində adi hənbəli ruhanisi kimi yaşayan İbni Teymiyyə “Risalətul-həməviyyə” kitabını yazıb özünün haqq yolundan azdığını biruzə verir. Bu kitab Himat şəhərinin əhalisi tərəfindən verilən suallar əsasında tərtib olunub ki, İbni Teymiyyə bu kitabda Allaha açıq aşikar cəhət və məkana qail olduğunu göstərib Allahın asimanda ərşində oturduğunu iddia edirdi. Dediklərini sübuta yetirmək üçün Quranda mütəşabih ayələri misal gətirib Peyğəmbərini (s) səhabələrinin də bu əqidədə olduğunu inandırmağa çalışır. Digər tərəfdən iddia edir ki, peyğəmbərlər və ilahi ovliyalar dünyadan gedəndən sonra sair ölülərlə onlar arasında heç bir fərq yoxdur. Əhli-beytin fəzilətləri haqqında şiə və sünnü raviləri tərəfindən nəql olunmuş yekdil qəbul olunan rəvayətləri inkar edərək onları qondarma adlandırırdı. Özü hənbəli məzhəbindən olmasına baxmayaraq Əhməd ibn Hənbəlin Əlinin (ə) fəzilətlərini sübuta yetirmək üçün çəkdiyi zəhmətləri heç etdi. İbn Teymiyyə filosof, mütəkəllim və fəqihlərin olduğu bir yerdə Allahın cism və məkanda qərar tutduğu haqda fikirlər yürütməyə başladı.  Peyğəmbərin (s) qəbrini ziyarət etməyi haram etdi. Peyğəmbərlərin, ilahi ovliyaların pak ruhlarına təvəssül etməyi şirk adlandırıb onların mövludlarını qeyd etməyi bidət elan etdi. Şübhəsiz hər zamanda islam dünyasında qeyrətli alimlər islami dəyərləri və Quranın ayələrini müdafiə ediblər. İbn Teymiyyə qədər heç bir hənbəli aliminin bu qədər şəriət məhkəməsinə çağırılıb dəfələrlə sürgün olunması və zindanda olanda oxuyub yazmaqdan məhrum edilməsi Əhli sünnət aləmində görünməyib.

    İbni Teymiyyənin şagirdi İbni Kəsir “əl-Bidayətu vən-Nihayə” kitabında yazır: 698-ci ildə alimlər İbni Teymiyyəyə qarşı qiyam etdib onu qazi Cəlaluddin Hənəfinin hüzuruna qətirməyi təkid etdilər. Lakin O gəlmədi. 705-ci ilin Rəcəb ayının 8-də şəhərin qaziləri bir yerə yığışaraq  onunla “əl-Vasitiyyə” kitabı haqqında bəhs etdilər. Kəmaluddin Zəməlkani onunla münazirə etdikdən dərhal sonra  Şəban ayının 7-də onu Misirə sürgün etdilər. O Misirdə də öz əqidəsini yaymağa başladı. Orada Səms ibn Ədnan onunla münazirə edib məğlub edtikdən sonra qazi İbn Məhluf Maşki onu həbs etdi. Misirdə və Şamda onun əleyhinə rəsmi bəyanatlar verildi. 707-ci ildə rəbiul-əvvəl ayının 22-də həbsdən azad olan ibn Teymiyyə yenə də öz əqidəsini yaymağa davam etdi. Misirin tanınmış alimi İbn Əta onunla münazirəyə girdi və qazi Bədruddin ibn Cəmaət ibn Teymiyyənin danışığında Peyğəmbərə(s) qarşı ədəbsizliyi görəndə onu zindana saldı. 708-ci ilin əvvəllərində azad olundu. Onun zindandan azad olunaraq yeni fəaliyyətə başlaması 709-cu ilin Səfər ayında İskəndəriyyə şəhərinə sürgün olunmasına səbəb oldu. 8 ay sürgündə qalandan sonra Qahirə şəhərinə qayıdıb orada bir müddət qaldıqdan sonra 712-ci ildə Dəməşqə köçür. Dəməşqdəki alimlərin çoxlu şikayətləri nəticəsində şəhərin hakimi onu Dəməşqin kənarında yerləşən qalada həbs edərək yazıb oxumaqdan məhrum edir. 712-ci ildə zindanda ikən vəfat edir.

    Mümkündür bəzi adamlar sadəlövhlük üzündən desinlər ki, əqidə uğrunda bu cür müqavimət göstərmək alqışa layiqdir. Unutmaq lazım deyil ki, haqqın müqabilində inadkarlıq göstərmək əqidə uğrunda mübarizə sayılmır. Çünki haqqın müqabilində inadkarlıq rəzil sifətlərdəndir. Əqidə əgər müqəddəs olsa onun uğrunda mübarizə aparmaq lazımdır.

    İbni Teymiyyə kitabın əvvəlində ikinci fəsldə şiələri məsihilərə və yəhudilərə oxşatmaqda israr edib yazır: “.....,buna görə də şiələr xəbis, nəfslərinə tabe olmaq və  s...kimi yəhudilərə məxsus olan əxlaqları özlərində cəm etməklə onlara oxşayırlar. Amma şiələr məsihilərə məxsus olan (xristian) quluv, cəhalət və s... kimi məsihi əxlaqlarına görə onlara oxşayırlar.....”  Bundan sonra ibn Teymiyyə şiə haqqında elə mətləblər nəql edir ki, onunla da şiələri kitab əhli yəhudilərlə, xristianlarla və məcusilərlə bir edib islam ümmətindən xaric edir.

    “.... yəhudilər qiblədən döndükləri kimi şiələr də namazda qiblədən dönürlər”, “...Yəhudilər namazda başlarını və çiyinlərini tərpətdikləri kimi şiələr də onlar kimi edirlər.” “Minhacus-sünnətin-nəbəviyyə” 1/22

    “...Yəhudilər talaq zamanı qadınlara iddə qail olmadıqları kimi şiələr də iddə saxlamağa qail deyillər”

    “....Yəhudilər tovratı təhrif etdikləri kimi şiələr də Quranı təhrif ediblər”

    “....Yəhudilər deyirlər ki, Allah bizə 50 rəkət namaz vacib edib şiələr də deyirlər 50 rəkət namaz vacibdir”

    “....Yəhudilər möminlərə salamı xülasələşdirib deyirlər “əssamu ələykum” (ölüm olsun sizə) şiələr də onlar kimi deyirlər”

    “...Yəhudilər bütün camaatın mallarını özlərinə halal bilirlər, şiələr də onlar kimi bütün insanların mallarını özlərinə halal bilirlər”

    “....Yəhudilər Cəbraili özlərinə düşmən bildikləri kimi şiələr də deyirlər ki,  Cəbrail vəhy gətirəndə səhvən Əli ibn Əbu Talıb əvəzinə Peyğəmbərə vəhyi çatdırıb”

    “....Məsihilər arvadlarına məhriyyə (kəbin haqqı) vermirlər. Onlar arvadlarından elə belə istifadə edirlər.  Şiələr də o cür edirlər” “Minhacus-sünnə 1/25-27.

    Diqqət: Bu kitab müxtəlif mətbəələrdə çap olunub. Bu məqalədəki sənədlər doktor Muhəmməd Rəşad Salimin təhqiq etdiyi və “cameətul-imam Muhəmməd ibn Suudil-islamiyyə” mətbəəsində nəşr olunmuş 9 cildli kitabdan götürülüb.

    Əgər kitab sahibi şayə və movhumatlara uymayıb şiə məzhəbinin elmi və fiqhi kitablarından birini açıb oxusaydı əlbəttə insafı olan halda belə cəfəngiyyatları yazmazdı. Nəticədə bu yazdıqları iftiralarla özünü cəhənnəm əzabına layiq etməzdi. Axı onun zamanında Əllamə Hilli kimi şəxsiyyətlər var idi. Müəllif güya şiənin nəhayət dərəcədə axmaqlığını göstərməyə çalışıb deyə yazıb:

    Şiələr “on” kəliməsini dillərinə gətirməkdən ikrah hissi duyurlar. Şiələr on sütun üstündə bina tikmirlər hətta o dərəcədə ki, onlar  on hissədən ibarət olan işi görmürlər və s....Çünki şiələr seçilmiş səhabələri sevmirlər. Onların sayının  “on” olduğu üçün. Çünki bu səhabələrin cənnət əhli olduqları haqda şəhadət verilmişdi. (Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, Zubeyr, Səd ibn Əbu Vəqqas, Səid ibn Zeyd, Əbdurrəhman ibn Ovf, Əbu Ubeydə ibn Cərrah) Şiələr bu səhabələrlə düşməndirlər, onlar yalnız  Əli ibn Əbu Talibi sevirlər. Onlar birinci iman gətimiş muhacir və ənsardan olan səhabələrlə düşməndirlər......”(“Minhacus-sünnətin-nəbəviyyə 1/38-39)

    Əhli sünnətin arasında belə bir rəvayət məhşurdur ki, Peyğəmbər səhabələrdən 10 nəfərə cənnətə getmələri haqqında vədə verib. Bu rəvayətin adını “əşrətun mubəşşərətun” adlandırıblar. Təəccüblü budur: İbn Teymiyyənin ağlına yetişməyib ki, elə bir dastan fikirləşsəydi ki, onun əvvəli ilə axırı düz gələydi. Əgər şiələr on nəfərin arasında Əli ibn Əbu Talib ilə düşmən deyillərsə onda niyə müəllifin iddiasına görə on ədədindən xoşları gəlmir? Onda gərək doqquz ədədi ilə düşmən olsunlar. Axmaq kişi şiələrin bu rəvayətin qondarma olduğunu sübut etdiklərinə görə onlara cavab kimi siz belə cəfəngiyyat uydurmaqla niyə özünüzü biabır edirsiniz? Doğrudanmı şiələr bütün səhabələrə qarşı düşmən mövqedədirlər? Görəsən Salman Əbuzər, Miqdad Əmmar, Hicr ibn Ədiy, İbn Əbbas və s... kimi böyük səhabələrin əzəməti haqqında onlar tərəddüd edirlər?   

    İbni Teymiyyə yazır: Şiələrin axmaq əməllərindən biri də budur, onlar gözlədikləri İmam Məhdi üçün Samerra şəhərindəki sərdabənin yanına at ya qatır gətirirlər ki, əgər O zuhur etsə ona minsin. Hər gün orada bir nəfər iki dəfə fəryad çəkir: “Ey mənim ağam çıx” (Minhacus-sünnətin-nəbəviyyə 1/45)

    İbn Teymiyyə daha artıq dərəcədə şiələrin dinsiz və şəriət hökümlərinə etina etmədiklərini göstərmək üçün yazır: “Şiələr dəstə namaz aladıqda  bir nəfər  daim ayaq  üstə hazır şəkildə dayanıb gözləyir. Onlar namaz da qılmırlar. Qorxurlar ki, olmaya imamları zuhur edər və onlar namaz halında olarlar” (Minhacus-sünnətin-nəbəviyyə 1/ 45)

    Əhli sünnətin alimi Muhəmməd Kurd Əli yazır: “İmam Məhdinin Surrə mən Rəa sərdabəsindən zuhur edib çıxmasını şiələr arasında heç kim iddia etməyib. Baxmayaraq ki, şiə məzhəbindən xəbəri olmayan bəziləri həqiqəti axtarmadan cəhalət üzündən bunu onlara nisbət verib” (Ədyan və Məzahib: əş-şiə 6/247 Şam mətbəəsi)

    Əziz oxucu indi insafla özün hökm et belə iftiraları yazan normal insandır ya yox? Belə olan halda şiə məzhəbi haqqında təhqiq etmədən onun dalıyca kor-korana gedənlərə bizim qammaz Həmədan eşşəyi deməyə haqqımız varmı? Görəsən bu iftiraları uydurmaqda məqsəd nə imiş? Bunu deyə bilərik ki, məqsəd yalnız və yalnız Muhəmmədin (s) ümməti arasında nifaq yaratmaq olub.

    2) “Töhfəye isna əşəriyyə” Müəllif Əbduləziz ibn Əhməd Dəhləvi. Ləqəbi Siracul Hindi 1159-1239. Kitabın adından göründüyü kimi şiə məzhəbinin əqidələri ətrafında bəhs edir. Biz müəllifin yazdığı iftiraların bəzilərini dərc edirik. Amma onunla hesab aparmağı ədalətinə iman gətirdiyimiz Allah-taalanın öhdəsinə qoyuruq.

    “....Şiələrin şəriət hökmlərinin birincisi  səhabələri, üç xəlifəni, ummul-mömininilərin bir neçəsini və s... təkfir etməkdir (kafir bilmək). İkinci: Ömər ibn Xəttabı lənətləməyi Allahın zikrindən əfzəl bilirlər. Üçüncü:  Beş namazdan sonra mühacir və ənsardan olan səhabələri üç xəlifəni və s... lənətləmək vacibdir...Yeddinci:  Zalım rəhbərlərə səcdə etmək caizdir. Necə ki, axund Baqir Məclisi və onların başqa alimləri etmişlər. .....

    Şiələr deyirlər əgər bir nəfər əllərini və ayaqlarını dizə qədər ağzına kimi insan nəcisi ilə dolu olan  tualetin anbarında bulaşdırsa sonra da  nəcasətin zərrələrini silib yuyunmadan namaz qıla bilər. Həmçinin bütün bədənini sidik və insan nəcisi ilə dolu tualetin anbarında bulaşdırsa, əgər üstündə nəcasətin zərrəcikləri olmasa yuyunmadan namaz qıla bilər.

    Şiələr daha çox savab əldə etmək və Allaha yaxın olmaq üçün imamların qəbirlərinə tərəf namaz qılmağı caiz bilirlər.....

     Şiələrə görə imam Məhdinin zühurunu gözləmək qəsdi ilə dörd namazı  (zöhr-əsr və məğrib-işa) birləşdirmək caizdir....

    Siələrə görə oğlan uşağı ilə arxadan yaxınlıq olsa oruc batil olmaz. .... onların bəziləri deyirlər ki, heyvanın dərisini yeməklə oruc batil olmaz. (Töhfəye isna əşəriyyə, 9-cu bab əhkame fiqhiyyə 246-250)

    Müəllif kitabın 11-cü babında guya şiələrin təəssübü haqqında belə yazır: Şiələr axırıncı Peyğəmbəri Əli ibn Əbu Talib ilə bərabər bilirlər. Bir halda ki, Peyğəmbərin bütün məxluqatdan əfzəl olması onların yanında təvatora yetişib....Əgər hər kəsin qəlbində Əlinin məhəbbəti olsa yəhudi, məsihi və bütpərəst olsa belə cənnətə daxil olar. Hər kəsin ürəyində səhabələrin məhəbbəti olsa təqvalı, abid və  əhli beytin sevgisi ürəyində olsa belə cəhənnəmə daxil olar.  Çünki onlar o qədər səhabələrə düşməndirlər və bütün Muhəmməd ümmətini məlun adlandırırlar.” (Töhfəye isna əşəriyyə, 11-cu bab ikinci fəsl 253 )

    Mümkündür bəziləri elə güman edə ki, bu və ya buna oxşar kitabların müəlliflərinin məqsədləri bütünlüklə şiə məzhəblərinə aid olmayıb. Bəlkə bu cür kitabları yazanların məqsədi şiə məzhəbinə nisbət veirilmiş bəzi firqələr olub? Bəlkə kitab sahibləri bəzi avamların əməllərini görüb bu qənaətə gəliblər ki, bunlar şiə əqidələrinin təzahürüdür?

    Cavab: Əvvəla bir dəstə avamın dediklərini və gördüyü işləri bir məzhəbin hesabına yazmaq düzgün deyil. Bir məktəb haqqında kitab yazılanda gərək o məktəbin mötəbər kitablarından istifadə olunsun.

    Ikinci:Töhfəye isna əşəriyyə” məxsus şiə əqidəsi haqqında yazılmış kitablar silsiləsindən hesab etmək olar.

    Üçüncü: Töhfəye isna əşəriyyə” kitabının  müəllifi yazır: Hal hazırda on iki imamçı şiələrdən başqa kimsə bu əqidəyə qail deyil” (Töhfəye isna əşəriyyə bab 9 əhkam fiqhiyyə səh 249) Necə ola bilər ki şiələrin özlərinin bütün bunlardan xəbərləri olmadığı halda onlara bir belə nisbətlər verilib? Bir tayfanın aliminin bu cür iftira yaxmasını heç bir vəchlə izah edib ona bəraət qazandırmaq olmaz. Özünü alim sayan şəxs bir tayfanı mötəqid olmadıqları əqidə ilə ittiham edirsə onda avamdan nə gözləmək olar?

    Kimsə gəlib deyə ki, eybi yoxdur indi o alim qələt edibsə gərək onu bağışlayaq və üstündən keçək, xeyir bu düzgün mövqe deyil! Həmin iftiraların nəticəsidir ki, onları oxuyanlar şiələri kafir  və müşrik kimi qəbul edib onların qətlinin vacib olduğuna hökm edirlər. Əslində isə onlar düşmənlərə istədiklərinə rahat çatmaqda kömək edirlər. Bu gün insanlara çatdırmaq lazımdır ki, belə təfriqə salanlar islamın ilk günündən Rəsulullahın özünə və gətirdiyi dininə qarşı mübarizə aparan yəhudilərdir. Onlar heç də o Həzrətdən sonra sakit durmayıblar. Onlar hər bir zamanda mübarizə yollarını daha da təkmilləşdirməklə islam dininin ardıcılları ilə mübarizəni gücləndirirlər. Məgər Əfqanstanda, Pakistanda, İraqda Livanda vəhhabilərin “tohidə çağırış” adı altında şiələrə divan tutub gündə bir məscidin və ya bazarın partladılması bunu göstərmirmi? Bu gün biz doğma Azərbaycanımızda ayıq olmalıyıq ki, onlar vətənimizdə də həmin senarini icra edə bilməsinlər.

                    

                                         
    Bakı şəhəri : tərcümə və əlavələr Hacı Elman İbadovundur:  tel: 055-752-27-40, 050-250-20-05:  email:kerrar@mail.ru    
    Media-islam.Com
    Категория: Şie cavabları | Добавил: iravani (18.07.2008)
    Просмотров: 2716 | Рейтинг: 3.0/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər