Главная » 2008 » May » 2 » İRAQDAKI QARŞIDURMALARIN MÜZAKİRESİ QUM ŞEHERİNDE APARILIR
15:39 İRAQDAKI QARŞIDURMALARIN MÜZAKİRESİ QUM ŞEHERİNDE APARILIR |
Mehdi Ordusu ilə İraq təhlükəsizlik gücləri və ABŞ ordusu arasında yaşanan və 1000 ə yaxın adamın ölümüylə nəticələnən qarşıdurmaların dayandırıla bilməsi üçün İraqdan bir heyətin İrana getdiyi bildirildi.
İslam-Azeri-nin "Tabnak" adlı internet saytına istinadlı xəbərinə görə İraqdan İrana gedən heyətdə İddia Partiyasının yüksək rütbəli rəsmilərindən Əli Ədib, Bədir Təşkilatı Başçısı və Baş nazir Malikinin yaxın dostu və Xüsusi sözcüsü Tarık Abdullah iştirak edir.
Bəsrədə yaşanan qarşıdurmaların dayandırılması üçün bir ay əvvəl yenə İraqdan bir heyətin İranda Qum şəhərində danışıqların aparıldığını qeyd edən Tabnak saytı, bir ay əvvəlki ziyarətin əksinə bu dəfəki təmasların dünya mətbuatı tərəfindən izlənildiyini yazdı. İslam-Azeri.Az
|
Категория: Dünyada |
Просмотров: 1090 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|