Fələstin torpaqlarının sionist rejimi tərəfindən işğal edilməsinin 60-ci ildönümü münasibətilə şənlik tədbirləri keçirildiyi bir zamanda, fələləstinlilər vətənlərinin itirilməsinin ildönümünü göz yaşı ilə qarşılayır
"Röyters" Xəbər Agentliyinin, Livanın Borc əl-Bəracənə bögəsindən yaydığı xəbərə görə, ölkəsinin işğalı zamanı 12 yaşında olan 72 yaşlı İlliyə Əşşəbati adlı qadın, deyir: "Bizim yerlə yeksan edilən və xəritədən silinən kəndimizin xatirəsi, hər zaman mənim zehnimdə və qəlbimdə yaşayır".
Borc əl-Bəracənə bölgəsində yerləşən fələstinli düşərgəsində yaşayan bu qadın deyir: Bir zamanlar bizim hər şeyimiz, evimiz, bağımız, əkin sahəmiz, zeytun ağaclarımız və s. varımızdı. Lakin, indi nəyimiz var? Heç nəyimiz!".
İlliyənin hekayəsi, yurd-yuvalarının işğalından sonra, canlarını qurtarmaq üçün başqa ölkələrə üz tutmuş 4 milyon 500 min fələstinli qaçqının hekayəsidir. O da, digər qaçqınlar kimi, sözdə "Yaxın Şərq sülh danışıqları"nda çox vaxt unudulan bir məqama - "qayıdış haqqına" ümid bağlamışdır.
Qaçqın fələstinlilərin qayıdışının əleyhinə olan Qüdsü işğal edən rejim, bu məsələni özünə qarşı bir təhlükə hesab edir.
BMT, bir müddət əvvəl, fələstinlilərin qayıdış hüquqlarına və yaxud qayıtmaq istəməyənlərə kompensasiya ödənilməsinə dair bir qətnamə qəbul etrmişdir.
Fələstin Azadlıq Təşkilatının təsisçilərindən biri kimi tanınan Basel Əql bu məsələ ilə əlaqədar, deyir: "Qaçqınların qayıdış məsələsi artıq ikitərəfli danışqların gündəliyində deyildir". Onun sozlərinə görə, bu günə kimi rəsmilərlərin heç biri qayıtmaq istəyi və yaxud kompensasiya ödənilməsilə əlaqədar fələstinli qaçqınlarla danışıq aparmayıbdır: "Müzakirələrin fələstinli və sionist tərəfləri, qaçıqınları mümkün "sülh" planına daha çox bir maneə kimi hesab edirlər". Onun sözlərinə görə, hətta Fələstinin indiki rəhbərləri də qaçqınları ajiotajçı və İsrail ilə hər hansı bir sülhə nail olmağa təhlükə hesab edirlər.
Ərəb ölkələrində fələstinli qaçqınlara ayrılmış düşərgələrdə yaşamaq, bu qaçqınlar üçün çox çətinləşmişdir. Fələstinli Qaçqınlar üzrə Yardım və Məşğulluq Təşkilatı da bildirmişdir ki, bu qaçqınlara artıq səhiyyə və təhsil yardımı göstərməyə qadir deyildir.
Deyilənlərə görə, fələstinli qaçqınlar bu gün hər zamandan çox çətin həyat şəraiti və aşağı səviyyəli xidmətlərlə üz-üzədirlərdirlədir.
|